Peyğəmbərin sevimli nəvəsi

 
Peyğəmbərin sevimli nəvəsi


Peyğəmbərimizin sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn hicrətin dördüncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğumu münasibəti ilə Allahın rəsulu iki qoç kəsib ziyafət vermişdi. Peyğəmbərin bütün ailə üzvləri, həmçinin onun səhabələri Hüseynin dünyaya gəlişinə çox sevinmiş və ona xüsusi qayğı göstərmişdilər. Peyğəmbər öz nəvələri Həsən və Hüseyni çox sevər, onları əzizləyər və onları “balam” deyə çağırardı. Onlara Həsən və Hüseyn adlarını da məhz Peyğəmbər qoymuşdur. Muhəmməd ibn Əlinin rəvayət etdiyi hədisdə deyilir ki, Əli ibn Əbu Talib demişdir: “Həsən dünyaya gəldikdə mən ona Həmzə adlarını, Hüseyn doğulduqda isə ona əmisinin adını – Cəfər adını qoymuşdum. Sonra Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - məni çağırıb dedi: “Mənə bunların adlarını dəyişdirmək əmr olundu!”
Mən dedim: “Allah və Onun rəsulu daha yaxşı bilir!” Onda Peyğəmbər onlara Həsən və Hüseyn adını qoydu. (Müsnəd imam Əhməd, 1/159).
Hərdən Peyğəmbər namaz qılarkən səcdədə ikən Həsən və Hüseyn onun belinə çıxar və səhabələr onları kənara çəkmək istədikdə əli ilə işarə edib onlara dəyməməyi buyurar, namazını qılıb qurtardıqdan sonra isə onları dizinin üstündə oturdub deyərdi: “Kim məni sevirsə, qoy bunları da sevsin!”
Peyğəmbərin nəvələrinə olan sevgisi digər rəvayətdə də gözəl şəkildə ifadə olunmuşdur. Peyğəmbər belə buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndən. Hüseyni sevən kimsəni Allah da sevər. Həsən və Hüseyn nəvələrin nəvəsidir!”
Bir başqa rəvayətdə də belə demişdir: “Kim Həsən və Hüseyni sevərsə, məni sevmiş olar, kim də onlara nifrət edərsə, mənə nifrət etmiş olar”.
Hədislərdən açıq-aydın görünür ki, hər bir müsəlmana Həsən və Hüseyni sevmək vacibdir. Qəlbində Peyğəmbər sevgisi olan kəs onlara da məhəbbət bəsləməlidir və əvvəlki nəsillər əhli-beyti, xüsusən də Həsən və Hüseyni sevdikləri kimi, bizlər də onları sevməliyik. Onların sevinci sevincimiz, kədəri də kədərimiz olmalıdır.
Allahın rəsulu dünyasını dəyişərkən Hüseynin altı yaşı var idi. Hüseyn əvvəlcə babası Peyğəmbərin yanında onun sevgisi və mərhəməti ilə, sonralar da atasının, möminlərın əmiri Əli ibn Əbu Talibin yanında gözəl tərzdə tərbiyə almışdı.

Hüseyn elmli olması ilə yanaşı yiyələndiyi elmə əməl də edirdi. O həddən ziyadə dinə bağlı olan - çox namaz qılan, oruc tutan, dəfələrlə Allahın Evini ziyarət edən bir zat idi. Tarixçilər onun iyirmi beş dəfə piyada həcc ziyarətinə getdiyini yazmışlar. Bundan əlavə o, gözəl dil qabiliyyətinə malik bir şəxs idi. O, xütbələrinin birində belə demişdir:
– Ey insanlar, əxlaqlı olun, qənimətlərə doğru tələsin! Yaxşılıq etdikdə onu gecikdirməyin, şükür edin. Biriniz kiməsə yaxşılıq etdikdə sizə təşəkkür edilmədikdə bilin ki, Allah sizə bunun mükafatını verəcəkdir. Bilin ki, yaxşılıqla insan savab əldə edər. Yaxşılıq edən insanı gördükdə onu xoşsifət görərsiniz. Pislik edən insan gördükdə isə onu bədbin bir şəkildə görərsiniz. Ey insanlar, yaxşılıq edən ucalar, pislik edən isə alçalar. Ən yaxşı insan əl açıb istəməyən adama yaxşılıq edəndir. Kim (müsəlman) qardaşına çətin vəziyyətdə yardım göstərsə, çətinə düşəndə də Allah ona yardım edər. Dünya işlərində qardaşına yardımçı olan kəsə Allah Qiyamət günündə yardımçı olar. Yaxşılıq edənə Allah da yaxşılıq edər. Həqiqətən də, Allah yaxşılıq edənləri sevir”.
İmam Hüseyn Allahın razılığını qazanmaq üçün Quran oxuyub namaz qılmaqla, gündüzləri isə oruc tutmaqla keçirərdi. O, çox alicənab və gözütox bir insan olmaqla yanaşı həm də çoxlu sədəqə verən səxavətli bir adam idi.

Hüseyn həm də əxlaq, xasiyyət və səxavət baxımından başqalarına nümunə idi. O həm də çox cəsur və şücaətli idi. Hüseyn Afrikanın şimalında, Təbəristanda və Konstantinopol döyüşlərində iştirak etmiş, habelə atası ilə birgə onun apardığı döyüşlərdə cəsarətlə vuruşmuşdur. O öz atasından at çapmağı, güləşməyi və sərrast ox atmağı yaxşıca mənimsəmişdi.
Uca Allah Hüseynə bəsirət nuru, dərin zəka, ağıl, tez anlama qabiliyyəti və hifz bəxş etmişdi. Hələ kiçik yaşlarından imam Hüseyn Quranı əzbərləyib bəlağət elminin sirlərinə yiyələnmiş, ayələrin təfsirini və babasından rəvayət olunan hədisləri öyrənmişdi. İmam Hüseyn Quranı hələ uşaq ikən babasından əzbərləmiş, hədisləri isə qardaşından və anasından rəvayət etmişdir. Artıq yeniyetmə yaşlarına dolduqda Hüseyn Allahın haqq yoluna dəvət edirdi. İnsanlar da Peyğəmbər nəvəsinə bəslədikləri xüsusi məhəbbətə görə ona diqqətlə qulaq asardılar.
Hüseyn hədisləri əsasən atası Əlidən, anası Fatimədən, onun xalası Hind bint Əbu Halədən və Ömərdən rəvayət etmişdir.
Səhabələr onun xətrini çox istəyirdilər. Xüsusən də raşidi xəlifələr Peyğəmbərin əhli-beytinə ayrıca ehtiram göstərərdilər. Əbu Bəkr həmişə deyərdi: “Canım Əlində olan Allaha and olsun ki, Rəsulullahın yaxınları mənim üçün öz yaxınlarımdan daha əzizdir”. (Səhih əl-Buxari, 3712).

Hüseyn hələ körpə ikən onun Kərbəlada şəhid olacağı barədə Peyğəmbərə xəbər verilmişdi. Ənəsin rəvayət etdiyi hədisdə deyilir ki, bir dəfə yağış mələyi Peyğəmbərin yanına gəlmək üçün izn istədi və Peyğəmbər öz zövcəsinə: “Ey Ummu Sələmə, heç kəsi yanıma buraxma!”- deyə buyurdu. Bu vaxt Hüseyn qaça-qaça gəlib Peyğəmbərin qucağına hoppandı və atılıb-düşməyə başladı. Peyğəmbər onu bağrına basıb öpdü. Onda mələk soruşdu: “Sən onu sevirsən?”
Peyğəmbər: “Bəli!”- deyə cavab verdi. Mələk dedi: “Təəssüf ki, sənin ümmətin onu qətlə yetirəcək. İstəyirsənsə, onun qətlə yetiriləcəyi yeri sənə göstərim.” Peyğəmbər: “Bəli!”- deyə cavab verdikdə, mələk ona qırmızı torpağı göstərdi.”
Sabit əl-Bunani demişdir: “O yer Kərbəla idi.”


Geri dön

♛WøøWøøWøøW♛

  • 23 noyabr 2014 00:19
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
AllahRa31Olsun;)

--------------------

Gr-Az

  • 22 noyabr 2014 12:27
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Peyğəmbərimizin sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn hicrətin dördüncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğumu münasibəti ilə Allahın rəsulu iki qoç kəsib ziyafət vermişdi. Peyğəmbərin bütün ailə üzvləri, həmçinin onun səhabələri Hüseynin dünyaya gəlişinə çox sevinmiş və ona xüsusi qayğı göstərmişdilər.

NikaLYa

  • 12 noyabr 2014 20:42
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
Peyğəmbərimizin sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn hicrətin dördüncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğumu münasibəti ilə Allahın rəsulu iki qoç kəsib ziyafət vermişdi. Peyğəmbərin bütün ailə üzvləri, həmçinin onun səhabələri Hüseynin dünyaya gəlişinə çox sevinmiş və ona xüsusi qayğı göstərmişdilər.

--------------------

Pıtırcık

  • 12 noyabr 2014 01:55
  • Məqalə: 411
  • Şərh: 9552
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN smile

--------------------
http://legend.az/user/imza/

^^YeRaZKa MeLeK^^

  • 11 noyabr 2014 20:34
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi qalsin

--------------------

Gr-Az

  • 11 noyabr 2014 20:11
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
ALLAH razi olsun...

★Deniz★

  • 11 noyabr 2014 19:52
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------

^^FiDaNKa^^

  • 11 noyabr 2014 19:01
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Mən dedim: “Allah və Onun rəsulu daha yaxşı bilir!” Onda Peyğəmbər onlara Həsən və Hüseyn adını qoydu. (Müsnəd imam Əhməd, 1/159).
Hərdən Peyğəmbər namaz qılarkən səcdədə ikən Həsən və Hüseyn onun belinə çıxar və səhabələr onları kənara çəkmək istədikdə əli ilə işarə edib onlara dəyməməyi buyurar, namazını qılıb qurtardıqdan sonra isə onları dizinin üstündə oturdub deyərdi: “Kim məni sevirsə, qoy bunları da sevsin!”
Peyğəmbərin nəvələrinə olan sevgisi digər rəvayətdə də gözəl şəkildə ifadə olunmuşdur. Peyğəmbər belə buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndən. Hüseyni sevən kimsəni Allah da sevər. Həsən və Hüseyn nəvələrin nəvəsidir!”

princessa_selin

  • 11 noyabr 2014 18:51
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Allah Razi OLsun

--------------------

G♥S

  • 11 noyabr 2014 18:50
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
ALLAH razi olsun...

--------------------

Ruqeyye_

  • 11 noyabr 2014 18:05
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Allah razi olsun...

Mələyimin mələyi

  • 11 noyabr 2014 17:35
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Hüseyn hələ körpə ikən onun Kərbəlada şəhid olacağı barədə Peyğəmbərə xəbər verilmişdi. Ənəsin rəvayət etdiyi hədisdə deyilir ki, bir dəfə yağış mələyi Peyğəmbərin yanına gəlmək üçün izn istədi və Peyğəmbər öz zövcəsinə: “Ey Ummu Sələmə, heç kəsi yanıma buraxma!”- deyə buyurdu. Bu vaxt Hüseyn qaça-qaça gəlib Peyğəmbərin qucağına hoppandı və atılıb-düşməyə başladı. Peyğəmbər onu bağrına basıb öpdü. Onda mələk soruşdu: “Sən onu sevirsən?”
Peyğəmbər: “Bəli!”- deyə cavab verdi. Mələk dedi: “Təəssüf ki, sənin ümmətin onu qətlə yetirəcək. İstəyirsənsə, onun qətlə yetiriləcəyi yeri sənə göstərim.” Peyğəmbər: “Bəli!”- deyə cavab verdikdə, mələk ona qırmızı torpağı göstərdi.”
Sabit əl-Bunani demişdir: “O yer Kərbəla idi.”

--------------------

MiLaWKa:)

  • 11 noyabr 2014 17:32
  • Məqalə: 1
  • Şərh: 47
  • Bal:
{awards}
Ilk werh mennen

--------------------
Indi bu deyqe imzami ele ataramki agzin acix qalarr
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 65
Cəmi: 96

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}