Kərbəla faciəsi

 
Kərbəla faciəsi


Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid ibn Müaviyəyə beyət etmədiyindən xəbər tutduqda Hüseynin yanına nümayəndələr və məktublar göndərib yalnız ona beyət edəcəklərini, Yezidi, onun atasını, Osmanı, Öməri və Əbu Bəkri yox, məhz Əlini və onun övladlarını istədiklərini bildirdilər. Bu ərəfədə Hüseynə beş yüzdən artıq məktub gəlmişdi.

Muslim ibn Əqilin Kufəyə göndərilməsi
Belə olduqda həzrəti Hüseyn işləri yoluna qoymaq, beyətin həqiqət olub-olmadığını öyrənmək və bu haqda ona ətraflı məlumat göndərmək məqsədilə öz əmisi oğlu Muslim ibn Əqili onların yanına göndərdi. Muslim ibn Əqil dostları – Abdurrəhman ibn Abdullah əl-Ərhəbi, Qeys ibn Mishər əs-Səydavi və İmarə ibn Ubeyd əs-Səluli ilə birlikdə Kufəyə yollandı.
Mədinəyə yetişdikdə Muslim özlərinə iki bələdçi tutdu. Yolda üzləşdikləri çətinliklərdən dolayı Muslim Hüseynə məktub yazıb geri qayıtmaq üçün izn istədi, lakin Hüseyn buna razılıq vermədi və israr edib ondan Kufəyə getməyini tələb etdi. Muslim Kufəyə gəlib çatdıqda Muxtar ibn Əbu Ubeydin evində qonaq qaldı. Lakin ibn Ziyadın Kufəyə gəldiyini eşitdikdə Hani ibn Urvanın evinə getdi. Nəhayət, Muslim camaatın Hüseynə beyət etmək istədiyini yəqin etdi. Beləliklə, on iki min nəfər Hüseynə sadiq qalacaqlarını bildirmək məqsədilə Hani ibn Urvanın evində Muslimə beyət etdilər. Beyətdən sonra Muslim ibn Əqil Hüseynə məktub göndərdi. Məktubda deyilirdi:
“Bunlar yalan danışmırlar. Kufəlilərin hamısı sənin tərəfindədir. Məktubum sənə çatan kimi durma gəl!”
Bu sözlərdən sonra Hüseyn kufəlilərin ona sadiq qalacaqlarını yəqin etdi və Kufə əhlinə belə bir məktub yazdı:
– Mən əhli-beytimdən etibar elədiyim əmim oğlunu sizin yanınıza göndərmişdim ki, sizin fikrinizi öyrənib mənə bir xəbər yollasın. O da sizin eyni fikirdə olduğunuzu mənə bildirdi. İnşallah mən də sizə qovuşacağam.”
Bu beyətdən xəbər tutan Kufə valisi Nomən ibn Bəşir əl-Ənsari vəziyyətin gərginləşəcəyini başa düşdü və camaatın qarşısına çıxıb belə bir xütbə verdi:
– Allahdan qorxun, ey Allahın qulları! Fitnə-fəsad törətməkdən və firqələrə bölünməkdən çəkinin! Çünki belə hadisələrdə kişilər öldürülür, qan su yerinə axır və kimlərinsə var-dövləti qəsb edilir. Mənə gəlincə, bilin ki, mənə qarşı vuruşmayanlarla mən vuruşmayacağam, mənə hücum etməyənə mən hücum etməyəcəyəm. Habelə sizinlə dilləşməyəcəyəm və sizə sataşmayacağam.
Həmçinin heç kəsə nifrət bəsləməyəcəyəm, heç kəsin barəsində pis zənn etməyəcəyəm və heç kəsi ittiham etməyəcəyəm. Yox əgər mənə pis münasibət göstərsəniz, beyətdən boyun qaçırsanız və əmirə müxalif olsanız, bilin ki, Özündən başqa həqiqi tanrı olmayan Allaha and olsun ki, qılıncımı götürüb son nəfəsədək sizinlə vuruşacağam. Mən istəyirəm ki, aranızdan haqqı bilənlərin sayı batili dəstəkləyənlərdən daha çox olsun!”
Əməvilərdən Abdullah ibn Muslim əl-Hədrəmi bu xütbəni eşidəndən sonra Nomən ibn Bəşirin yanına gəlib ona etirazını bildirdi və dedi: “Belə xütbə iradəsi zəif olanlara məxsusdur. Sən onlara öz gücünü göstərməlisən”. Lakin Nomən ibn Bəşir onun bu təklifini rədd etdi.

Ubeydullah ibn Ziyadın Kufəyə başçı təyin edilməsi
Nomənin bu mövqeyi Yezidin xoşuna gəlmədi və onu tutduğu vəzifədən azad etdi, yerinə də Ubeydullah ibn Ziyadı təyin etdi, üstəlik ona belə bir məktub yazdı:
“Adamlarım mənə xəbər göndərmişlər ki, ibn Əqil Kufədə camaatı başına yığmış və müsəlmanları parçalamaq fikrinə düşmüşdür. Məktubum sənə çatan kimi Kufə əhlinin yanına get və onlardan ibn Əqili sənə təslim etməyi tələb et. Onun qarşısını almaq üçün əlindən gələni et....”
Məktub ibn Ziyada çatan kimi o, qardaşı Osmanı öz yerinə (Bəsrəyə) vali təyin etdi, sonra da özü ilə bir dəstə adam götürüb Kufəyə yollandı. Ubeydullah ibn Ziyad Kufəyə gəldikdən sonra öz casuslarını hər tərəfə yollayıb Muslim ibn Əqil barəsində xəbər toplamağa başladı. O, Şam əhlindən olan Məqəl adlı birisinə üç min dirhəm verib dedi:
“Al bu pulu, get Muslim ibn Əqili tap!” Məqəl pulu götürüb məscidə gedib namaz qılan bir nəfərin yanına gəldi. Adam namazını qılıb qurtardıqdan sonra Məqəl ona yaxınlaşıb dedi: “Qurbanın olum, mən Şam əhlindənəm, filankəsin mövlasıyam. Allah mənə Rəsulullahın əhli-beytini sevməyi, habelə onları sevənləri də sevməyi nəsib edib. Bu üç min dirhəmi əhli-beytdən olan birisinə hədiyyə etmək istəyirəm. Eşitmişəm ki, Hüseyn ibn Əlinin yaxınlarından biri bu məmləkətə təşrif buyurub. Bəlkə onun yerini mənə deyəsən, bu pulu ona verim, o da onu öz ehtiyaclarına sərf eləsin”.
Adam dedi: “Nə üçün sən bu məsciddə məhz mənə yaxınlaşdın?”
Məqəl dedi: “Çünki sənin üzündən xeyirxahlıq yağır, sən əhli-beytə yaxın olan adama oxşayırsan”.
Adam dedi: “Vay sənin halına! Sən artıq özünü ifşa elədin. Mən səni tanıyıram, bilirəm nə üçün gəlmisən.” Məqəl ona yalvarıb bu haqda heç yerdə danışmamağı xahiş etdi və oradan uzaqlaşdı. Nəhayət, o, Muslim ibn Əqili tapdı və onun məclisində iştirak etmək ona müyəssər oldu. O, axşama qədər məclisdə oturub oradakı söhbətləri dinlədi, sonra da Ubeydullah ibn Ziyadın yanına gedib onların məqsədlərini ona bildirdi. Beləliklə, ibn Ziyad Muslimin Hani ibn Urvanın evində qaldığını, öz tərəfdarları ilə məhz orada yığışdıqlarını öyrəndi. Bundan sonra ibn Ziyad Muhəmməd ibn Əşəsi və Əsma ibn Xaricəni yanına çağırıb onlardan Hani barədə xəbər aldı.
Sonra onlardan Hanini onun yanına gətirməyi tələb etdi. Onlar da Haninin yanına gedib onu ibn Ziyadın yanına gətirdilər. İbn Ziyad onu görəndə dedi: “Sən Muslim ibn Əqili öz evinə gətirmisən, üstəlik camaatı da ora yığmısan ki, ona beyət etsinlər?!”
Hani dedi: “Mən belə bir iş tutmamışam və bunlardan xəbərim yoxdur”. Onda ibn Ziyad Məqəli çağırtdırdı. Məqəl onun yanına daxil olduqda ibn Ziyad Haniyə dedi: “Bunu tanıyırsan?”
Hani bu adamın casus olduğunu anladıqda ibn Ziyada dedi: “Düz deyirsiniz, ya əmir. Amma mən Muslimi evimə dəvət etməmişdim, onun hansı yolla mənim evimə gəldiyindən də xəbərim yoxdur. İzn ver gedim onu evimdən çıxardım!”
İbn Ziyad dedi: “Xeyr, sən onu mənim yanıma gətirməlisən.”
Hani dedi: “Qonağımı sənə təslim etmək mənə yaraşarmı? Vallahi, mən bunu etməyəcəyəm”.
İbn Ziyad əlindəki ağacla Haninin üzünə vurdu və onun üzgözünü al-qana boyadı, sonra da onu zindana atdırdı.

Muslim ibn Əqilin qətli
Muslim ibn Əqil Haninin ələ keçdiyindən xəbər tutduqda beyət edən adamların hamısını bir yerə topladı. Bu minvalla kufəlilərdən dörd min nəfər onun ətrafına toplaşdı. Muslim dörd minlik ordu ilə ibn Ziyadın qəsrinə yaxınlaşdı və onu mühasirəyə aldı. Bundan xəbər tutan Ubeydullah ibn Ziyad kufəlilərin ziyalılarını onların qarşısına çıxartdı. Ziyalılar onları Şam ordusu ilə qorxutmağa başladılar, üstəlik şirnikləndirdilər də. Hətta beyət edənlərin qadınları da məsələyə müdaxilə edib Muslimdən uzaq durmağı onlara nəsihət edirdilər. Bu təhdidlərdən və vədlərdən sonra camaat Muslimin ətrafından dağılışıb getməyə başladı və axırda onun yanında cəmi üç yüz nəfər adam qaldı. Günbatana yaxın isə artıq Muslim ibn Əqil tək qalmışdı. Bundan sonra Muslim ibn Əqil bir qadının evində sığınacaq tapdı. Qadının oğlu Muhəmməd ibn Əşəsin mövlası idi. Odur ki, dərhal gedib onun yerini Muhəmmədə xəbər verdi. Muhəmməd də öz növbəsində bunu ibn Ziyada bildirdi. İbn Ziyad da öz adamlarını onun dalınca göndərdi. İbn Ziyadın adamları Muslimi tutub aparanda o ağlamağa başladı. İbn Ziyadın adamları ona: “Sənin kimi adam gərək ağlamasın”- deyəndə, Muslim dedi: “Vallahi, mən özümə görə ağlamıram. Mən Kufəyə üz tutmuş Hüseynə və onun əhli-beytinə görə ağlayıram”. Bunu deyəndən sonra Muslim Muhəmməd ibn Əşəsdən Hüseynə məktub göndərmək üçün izn istədi. Muhəmməd də İyas ibn Abbası yanına çağırıb Muslimin məktubunu Hüseynə çatdırmağı ona tapşırdı. Məktubda deyilirdi:
– (Ya Hüseyn!) Ailənlə birgə geri qayıt! Qoy kufəlilər səni aldatmasın! Çünki onlar sənə də, mənə də yalan söyləmişlər. Yalançının isə qəti qərarı ola bilməz!”
Bundan sonra Muslimi ibn Ziyadın yanına gətirdilər və ibn Ziyad ona: “Mən səni edam edəcəyəm”- dedi.
Muslim dedi: “Elə isə izn ver yaxınlarıma vəsiyyət edim.”
İbn Ziyad ona izn verdikdən sonra o, ibn Ziyadın yanında oturan Ömər ibn Səd ibn Əbu Vəqqası bir kənara çəkib dedi: “Ey Ömər! Kufəlilərdən birisinə mənim yeddi yüz dirhəm borcum var, bunu ödəyə bilərsənsə, ödə. Mən öləndən sonra meyidimi Hüseynə göndər...” Ömər ibn Səd onun dediklərini ibn Ziyada bildirdi və ibn Ziyad buna etiraz etmədi. Sonra Muslimi edam etmək üçün onu qəsrin kəlləsinə qaldırdılar. Qalxa-qalxa o, “Allahu Əkbər”, “Lə ilahə illəllah”, “Sübhanəllah”, “Əstəğfirullah” deyir və belə dua edirdi: “Allahım, bizimlə bizi aldadan və bizi qoyub qaçan tayfa arasında Sən Özün hökm ver!” Nəhayət, qəsrin kəlləsinə çatdıqda Bəkir ibn Həmran adlı birisi onun boynunu vurdu, başını bədənindən ayırdı. Beləliklə də, Ərafa günü Muslim ibn Əqili qətlə yetirdilər.
Buna rəğmən sərtürəkli, əzazil, zalım ibn Ziyadın ürəyi soyumadı, üstəlik Hani ibn Urvanın qətlinə də hökm verdi. Hanini bazara gətirib qəbiləsinin gözü qabağında edam etdilər. Sonra hər ikisinin cəsədini bazarın girəcəyinə, insanların gözü önünə asdılar. Bundan sonra Muslimə kömək edən daha iki nəfəri də edam edib həmin yerdən asdılar.

İmam Hüseynin Məkkədən Kufəyə yola düşməsi
Hicrətin 60-cı ilində tərviyə günü (zilhiccənin 8-i) Hüseyn öz yaxınları və altmışa yaxın kufəli ilə Məkkədən yola düşdü. Onun bu fikrindən xəbər tutan Amr ibn Səid ibn As vəziyyətin gərginləşəcəyini başa düşüb öz adamlarını onun yanına göndərdi. Onlar Hüseyni bu fikirdən daşınmağa çağırsalar da, Hüseyn onların dediklərini qəbul etmədi. Nəhayət, Hüseyn əhli-beyti ilə birgə İraqa yollandı. Hüseyn Məkkədən çıxdıqdan sonra Mərvan ibn əl-Həkəm ibn Ziyada məktub yazdı. Məktubda deyilirdi:
– Hüseyn ibn Əli sənin yanına gəlir. Biləsən, o, Fatimənin oğlu Hüseyndir, Fatimə də Rəsulullahın qızıdır. Vallahi ki, Hüseyn bizim üçün hamıdan əzizdir. Bax, nəfsinə uyub elə iş tutmayasan ki, camaat sənə tənə vursun və gələcək nəsillər bundan danışsın. Vəssəlamu aleykum!
Amr ibn Səid ibn As da öz məktubunda ibn Ziyada belə nəsihət etmişdi:
– Hüseyn sənin yanına gəlir. Nəbadə onunla kobud rəftar edəsən.
Hüseyn yolda Zatu İrq deyilən bir yerdə Fərəzdəq adlı məşhur şairə rast gəldi. Hüseyn ondan kufəlilər barəsində soruşdu. Fərəzdəq ona kufəlilərin sözlərinin üstündə duran adamlar olmadıqlarını bildirdi. Hüseyn ona kufəlilərin yazdıqları məktubları göstərəndə Fərəzdəq dedi:
“Onlar səni qoyub qaçacaqlar. Getmə ora! Sən qəlbləri zahirən səninlə olan, əlləri isə sənin əleyhinə qalxacaq bir tayfanın yanına gedirsən.”
Hüseynin Kufəyə gəlişindən xəbər tutmuş ibn Ziyad onun qarşısını almaq üçün tədbir görməyə başladı.
Əvvəlcə öz tərəfdarlarını bir yerə yığdı. Sonra onlara Hüseyni dəstəkləyən hər kəsi tutub onun yanına gətirməyi əmr etdi. Belə etməklə ibn Ziyad Hüseynin kufəlilərlə bütün əlaqələrini kəsmək niyyətində idi. Biçarə Hüseynin bütün bunlardan xəbəri yox idi. Hüseyn Haciz deyilən yerə gəlib çatdıqda kufəlilərə bir məktub yazdı və onu Qeys ibn Səydavi ilə Kufəyə yolladı. Lakin Qeys Qadisiyyəyə gəlib çatdıqda Huseyn ibn Təmim öz adamları ilə birgə onun qabağını kəsdilər və onu tutub ibn Ziyadın yanına göndərdilər. O da dərhal onu edam etdirdi.
Sonra Hüseyn başqa bir adamını Muslimin yanına göndərdi. İbn Ziyad onu da tutub öldürdü. Bədəvilər Hüseynə xəbər verdilər ki, ibn Ziyadın əsgərləri heç kəsi Kufəyə buraxmır və heç kəsə də Kufədən çıxmağa izn vermirlər. Nəhayət, o, Muslim ibn Əqilin və Hani ibn Urvanın öldürüldüyündən, üstəlik kufəlilərin ona xəyanət etdiklərindən xəbər tutduqda ətrafındakılara dedi:
“Kim çıxıb getmək istəyirsə, qoy getsin”. Kufəlilər o saat dağılışıb getdilər, yanında qalanlar isə ona dedilər: “Səni and veririk Allaha, qayıt geri. Kufədə heç kəs sənə kömək etməyəcək, heç kəs səni dəstəkləməyəcək, əksinə, qorxuruq onlar sənin əleyhinə çıxsınlar.”
İmam Hüseyn düşünürdü ki, əməvilər Allahın hökmü ilə hökm etməmiş, Peyğəmbərə müxalif olmuş və raşidi xəlifələrin yolundan kənara çıxmış, şura ilə deyil, varisliklə hakimiyyətə gəlmişlər. Düşünürdü ki, bu işi həll etmək onun borcudur və o, bu məsələdə susmamalı, haqqı deməlidir. Düşünürdü ki, kufəliləri başına yığsa haqq-ədaləti bərqərar edəcək. Bütün bunlardan belə nəticə çıxır ki, imam Hüseyn hakimiyyətə qarşı çıxmamış, əksinə, buraxılan səhvləri düzəltmək istəmişdir. Allah da düz yolda olanları və düzgünlüyə can atanları ucaltmış, onları dillər əzbəri etmiş və onlara Cənnəti nəsib etmişdir, zalımları isə alçaldıb müsibətlərə düçar etmişdir.
Hüseyn öz yaxınları ilə birlikdə gəlib Şərafa çatdıqda Hur ibn Yezidin başçılıq etdiyi min atlı ilə qarşılaşdı. Hüseyn Hurdan geri qayıtmağı xahiş etdi. Lakin Hur əmrə tabe olduğunu bildirdi və onlara Kufəyə getməyi buyurdu. Hüseyn bundan imtina edib Şama üz tutdu. Hur onları müşayiət etdi və yolda Hüseynə döyüşməməyi nəsihət etdi.

İmam Hüseynin şəhid olması
Onlar Kərbəlaya yetişdikdə Ömər ibn Sədin, Şimr ibn zil-Cövşənin və Huseyn ibn Təmimin başçılıq etdiyi dörd minlik ordu ilə qarşılaşdılar. Əslində, bu ordu deyləmlərə qarşı təchiz edilmişdi, lakin sonradan ibn Ziyad Ömər ibn Sədə xəbər göndərib ordunu Hüseynə qarşı çevirməyi əmr etmişdi. Əvvəlcə Ömər ibn Səd bundan imtina etmiş, lakin ibn Ziyad ona hədə-qorxu gəldikdən, evini yandıracağını, özünü də edam etdirəcəyini söylədikdən sonra Ömər əmrə tabe olub onun buyruğunu yerinə yetirmişdi. Nəhayət, Hüseyn Taf deyilən yerə çatdıqda Ömərin ordusu onları mühasirəyə aldı. Hüseyn ordunun onlara xətər toxunduracağını hiss etdikdə onlara üç şeydən birini seçməyi təklif etdi; ya onu Yezidin yanına aparsınlar, ya Məkkəyə qayıtmağa imkan versinlər, ya da müsəlmanların qaldığı istehkamlardan birində qərar tutsun. İbn Ziyad
az qalmışdı ki, Hüseynin bu təklifini qəbul edib onu Yezidin yanına göndərsin, lakin Şimr ibn zil-Cövşən buna etirazını bildirib dedi: “Xeyr! Gərək o, sənin hökmünü qəbul etsin.” Bu xəbər Hüseynə çatdıqda o dedi:
“Xeyr, vallahi, mən heç vaxt ibn Ziyadın hakimiyyətini qəbul edən deyiləm”. Sonra o, yanındakılara: “Siz azadsınız, gedə bilərsiniz”- dedi, onlar isə ona Allah yolunda şəhid olanadək vuruşacaqlarını bildirdilər.
İbn Ziyadın sərkərdələrindən olan Hur ibn Yezid Şimrin etirazından xəbər tutduqda dedi: “Axı, niyə bunların təklifini qəbul etmirsiniz?! Vallahi ki, əgər türklər və ya deyləmlər sizə belə bir təklif etsəydilər, çarəsiz qalıb onu qəbul edərdiniz.”
Onlar Hurrun sözlərinə məhəl qoymayıb Hüseyndən ibn Ziyadın hakimiyyətinə boyun əyməyi tələb etdilər. Onda Hur atını sürüb Hüseynin və onun tərəfdarlarının yanına gəldi. Hamı onun onlarla vuruşacağını güman edirdi. Lakin Hur onlara yaxınlaşdıqda qalxanını tərsinə çevirib onlara salam verdi və əks hucuma keçib ibn Ziyadın adamları ilə döyüşməyə başladı. Hur onlardan iki nəfəri öldürdükdən sonra özü də şəhid oldu. Allah ona rəhmət eləsin!
Bu döyüşdə Hüseynin tərəfdarlarının hamısı onu müdafiə edərək şəhid oldu. Axırda imam Hüseyn tək qaldı. Bu yaşında o çox şücaətlə vuruşurdu. Lakin çoxluq ona qalib gəldi. Kufəlilərdən hər kəs istəyirdi ki, onu başqa birisi qətlə yetirsin, heç kəs cürət edib Peyğəmbərin nəvəsinə yaxınlaşmırdı. Nəhayət, Şimr bağırdı: “Vay sizin halınıza! Nə gözləyirsiniz?!”
Onda Sinan ibn Ənəs ən-Nəxəi əlindəki nizəni əvvəlcə Hüseynin boğazına, sonra da köksünə sancdı. Hüseyn yerə yıxıldıqdan sonra onlar onu əhatəyə alıb qanına qəltan etdilər və başını bədənindən ayırdılar. Sonra onun başını ibn Ziyada göndərdilər.
Onları hicrətin 61-ci ilində, aşura günü (Məhərrəm ayının 10-u) cümə günü qətlə yetirdilər. Hüseyn əlli altı yaşında şəhid oldu. Hüseynlə birgə bu döyüşdə yetmiş iki nəfər də şəhid oldu. Ömər ibn Sədin dəstəsindən isə səksən səkkiz nəfər öldürüldü. Hüseyn şəhid olduqdan sonra Ömər ibn Səd onların qadınlarına və uşaqlarına toxunmamağı, onlarla gözəl rəftar etməyi buyurdu və onları ibn Ziyadın yanına göndərdi. İbn Ziyad da qadınlara və uşaqlara yemək və geyim, üstəlik qalmağa yer verməyi əmr etdi.
Heç şübhəsiz ki, Hüseyni və onun tərəfdarlarını qətlə yetirənlərin hamısı ziyana uğramış və Allahın qəzəbinə düçar olmuşlar. Hüseyn və onunla birlikdə vuruşanlar isə şəhid olmuş, Allahın rəhmətinə qovuşmuş və Onun razılığını qazanmışlar. Allah onlara rəhmət eləsin!
a


Geri dön

♛WøøWøøWøøW♛

  • 23 noyabr 2014 00:16
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
AllahRa31Olsun;)

--------------------

Gr-Az

  • 21 noyabr 2014 21:35
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

➰__Ýųśíf__➰

  • 17 noyabr 2014 02:35
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Tesekkurler

Gr-Az

  • 13 noyabr 2014 11:15
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
İmam Hüseynin şəhid olması
Onlar Kərbəlaya yetişdikdə Ömər ibn Sədin, Şimr ibn zil-Cövşənin və Huseyn ibn Təmimin başçılıq etdiyi dörd minlik ordu ilə qarşılaşdılar. Əslində, bu ordu deyləmlərə qarşı təchiz edilmişdi, lakin sonradan ibn Ziyad Ömər ibn Sədə xəbər göndərib ordunu Hüseynə qarşı çevirməyi əmr etmişdi. Əvvəlcə Ömər ibn Səd bundan imtina etmiş, lakin ibn Ziyad ona hədə-qorxu gəldikdən, evini yandıracağını, özünü də edam etdirəcəyini söylədikdən sonra Ömər əmrə tabe olub onun buyruğunu yerinə yetirmişdi. Nəhayət, Hüseyn Taf deyilən yerə çatdıqda Ömərin ordusu onları mühasirəyə aldı. Hüseyn ordunun onlara xətər toxunduracağını hiss etdikdə onlara üç şeydən birini seçməyi təklif etdi; ya onu Yezidin yanına aparsınlar, ya Məkkəyə qayıtmağa imkan versinlər, ya da müsəlmanların qaldığı istehkamlardan birində qərar tutsun. İbn Ziyad
az qalmışdı ki, Hüseynin bu təklifini qəbul edib onu Yezidin yanına göndərsin, lakin Şimr ibn zil-Cövşən buna etirazını bildirib dedi: “Xeyr! Gərək o, sənin hökmünü qəbul etsin.” Bu xəbər Hüseynə çatdıqda o dedi:
“Xeyr, vallahi, mən heç vaxt ibn Ziyadın hakimiyyətini qəbul edən deyiləm”. Sonra o, yanındakılara: “Siz azadsınız, gedə bilərsiniz”- dedi, onlar isə ona Allah yolunda şəhid olanadək vuruşacaqlarını bildirdilər.
İbn Ziyadın sərkərdələrindən olan Hur ibn Yezid Şimrin etirazından xəbər tutduqda dedi: “Axı, niyə bunların təklifini qəbul etmirsiniz?! Vallahi ki, əgər türklər və ya deyləmlər sizə belə bir təklif etsəydilər, çarəsiz qalıb onu qəbul edərdiniz.”
Onlar Hurrun sözlərinə məhəl qoymayıb Hüseyndən ibn Ziyadın hakimiyyətinə boyun əyməyi tələb etdilər. Onda Hur atını sürüb Hüseynin və onun tərəfdarlarının yanına gəldi. Hamı onun onlarla vuruşacağını güman edirdi. Lakin Hur onlara yaxınlaşdıqda qalxanını tərsinə çevirib onlara salam verdi və əks hucuma keçib ibn Ziyadın adamları ilə döyüşməyə başladı. Hur onlardan iki nəfəri öldürdükdən sonra özü də şəhid oldu. Allah ona rəhmət eləsin!
Bu döyüşdə Hüseynin tərəfdarlarının hamısı onu müdafiə edərək şəhid oldu. Axırda imam Hüseyn tək qaldı. Bu yaşında o çox şücaətlə vuruşurdu. Lakin çoxluq ona qalib gəldi. Kufəlilərdən hər kəs istəyirdi ki, onu başqa birisi qətlə yetirsin, heç kəs cürət edib Peyğəmbərin nəvəsinə yaxınlaşmırdı. Nəhayət, Şimr bağırdı: “Vay sizin halınıza! Nə gözləyirsiniz?!”
Onda Sinan ibn Ənəs ən-Nəxəi əlindəki nizəni əvvəlcə Hüseynin boğazına, sonra da köksünə sancdı. Hüseyn yerə yıxıldıqdan sonra onlar onu əhatəyə alıb qanına qəltan etdilər və başını bədənindən ayırdılar. Sonra onun başını ibn Ziyada göndərdilər.

Kapriznaya Dəcəlka

  • 13 noyabr 2014 10:22
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
Hüseyn və onunla birlikdə vuruşanlar isə şəhid olmuş, Allahın rəhmətinə qovuşmuş və Onun razılığını qazanmışlar. Allah onlara rəhmət eləsin!

--------------------

MiLaWKa:)

  • 12 noyabr 2014 22:56
  • Məqalə: 1
  • Şərh: 47
  • Bal:
{awards}
Allah razi qalsin :*

--------------------
Indi bu deyqe imzami ele ataramki agzin acix qalarr

HeYat cOoX qErIbEdi.

  • 12 noyabr 2014 22:48
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
LEBBEYK YA HUSEYN...!

--------------------

★Love World★

  • 12 noyabr 2014 21:07
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

PessimistKa BanditKa

  • 12 noyabr 2014 20:27
  • Məqalə: 0
  • Şərh: 514
  • Bal:
{awards}
LEBBEYK YA HUSEYN...!

^^YeRaZKa MeLeK^^

  • 12 noyabr 2014 20:10
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
İmam Hüseynin şəhid olması
Onlar Kərbəlaya yetişdikdə Ömər ibn Sədin, Şimr ibn zil-Cövşənin və Huseyn ibn Təmimin başçılıq etdiyi dörd minlik ordu ilə qarşılaşdılar. Əslində, bu ordu deyləmlərə qarşı təchiz edilmişdi, lakin sonradan ibn Ziyad Ömər ibn Sədə xəbər göndərib ordunu Hüseynə qarşı çevirməyi əmr etmişdi. Əvvəlcə Ömər ibn Səd bundan imtina etmiş, lakin ibn Ziyad ona hədə-qorxu gəldikdən, evini yandıracağını, özünü də edam etdirəcəyini söylədikdən sonra Ömər əmrə tabe olub onun buyruğunu yerinə yetirmişdi. Nəhayət, Hüseyn Taf deyilən yerə çatdıqda Ömərin ordusu onları mühasirəyə aldı. Hüseyn ordunun onlara xətər toxunduracağını hiss etdikdə onlara üç şeydən birini seçməyi təklif etdi; ya onu Yezidin yanına aparsınlar, ya Məkkəyə qayıtmağa imkan versinlər, ya da müsəlmanların qaldığı istehkamlardan birində qərar tutsun. İbn Ziyad
az qalmışdı ki, Hüseynin bu təklifini qəbul edib onu Yezidin yanına göndərsin, lakin Şimr ibn zil-Cövşən buna etirazını bildirib dedi: “Xeyr! Gərək o, sənin hökmünü qəbul etsin.” Bu xəbər Hüseynə çatdıqda o dedi:
“Xeyr, vallahi, mən heç vaxt ibn Ziyadın hakimiyyətini qəbul edən deyiləm”. Sonra o, yanındakılara: “Siz azadsınız, gedə bilərsiniz”- dedi, onlar isə ona Allah yolunda şəhid olanadək vuruşacaqlarını bildirdilər.
İbn Ziyadın sərkərdələrindən olan Hur ibn Yezid Şimrin etirazından xəbər tutduqda dedi: “Axı, niyə bunların təklifini qəbul etmirsiniz?! Vallahi ki, əgər türklər və ya deyləmlər sizə belə bir təklif etsəydilər, çarəsiz qalıb onu qəbul edərdiniz.”
Onlar Hurrun sözlərinə məhəl qoymayıb Hüseyndən ibn Ziyadın hakimiyyətinə boyun əyməyi tələb etdilər. Onda Hur atını sürüb Hüseynin və onun tərəfdarlarının yanına gəldi. Hamı onun onlarla vuruşacağını güman edirdi. Lakin Hur onlara yaxınlaşdıqda qalxanını tərsinə çevirib onlara salam verdi və əks hucuma keçib ibn Ziyadın adamları ilə döyüşməyə başladı. Hur onlardan iki nəfəri öldürdükdən sonra özü də şəhid oldu. Allah ona rəhmət eləsin!
Bu döyüşdə Hüseynin tərəfdarlarının hamısı onu müdafiə edərək şəhid oldu. Axırda imam Hüseyn tək qaldı. Bu yaşında o çox şücaətlə vuruşurdu. Lakin çoxluq ona qalib gəldi. Kufəlilərdən hər kəs istəyirdi ki, onu başqa birisi qətlə yetirsin, heç kəs cürət edib Peyğəmbərin nəvəsinə yaxınlaşmırdı. Nəhayət, Şimr bağırdı: “Vay sizin halınıza! Nə gözləyirsiniz?!”
Onda Sinan ibn Ənəs ən-Nəxəi əlindəki nizəni əvvəlcə Hüseynin boğazına, sonra da köksünə sancdı. Hüseyn yerə yıxıldıqdan sonra onlar onu əhatəyə alıb qanına qəltan etdilər və başını bədənindən ayırdılar. Sonra onun başını ibn Ziyada göndərdilər.

--------------------

princessa_selin

  • 12 noyabr 2014 19:35
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------

NikaLYa

  • 12 noyabr 2014 17:54
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid ibn Müaviyəyə beyət etmədiyindən xəbər tutduqda Hüseynin yanına nümayəndələr və məktublar göndərib yalnız ona beyət edəcəklərini, Yezidi, onun atasını, Osmanı, Öməri və Əbu Bəkri yox, məhz Əlini və onun övladlarını istədiklərini bildirdilər. Bu ərəfədə Hüseynə beş yüzdən artıq məktub gəlmişdi.

--------------------

•●Miňi Miňňacık•●

  • 12 noyabr 2014 17:04
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------

Bash Belası

  • 12 noyabr 2014 16:30
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah Razı oLsun...!

Pıtırcık

  • 12 noyabr 2014 14:52
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN AMIN recourse

--------------------
http://legend.az/user/imza/

Ruqeyye_

  • 12 noyabr 2014 14:44
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Imam Huseyn qatillerne Allah lenet elesin!
Xebere gore twk Allah razi olsun

Allahi_Unutma

  • 12 noyabr 2014 14:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

Mələyimin mələyi

  • 12 noyabr 2014 13:54
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
İmam Hüseynin şəhid olması
Onlar Kərbəlaya yetişdikdə Ömər ibn Sədin, Şimr ibn zil-Cövşənin və Huseyn ibn Təmimin başçılıq etdiyi dörd minlik ordu ilə qarşılaşdılar. Əslində, bu ordu deyləmlərə qarşı təchiz edilmişdi, lakin sonradan ibn Ziyad Ömər ibn Sədə xəbər göndərib ordunu Hüseynə qarşı çevirməyi əmr etmişdi. Əvvəlcə Ömər ibn Səd bundan imtina etmiş, lakin ibn Ziyad ona hədə-qorxu gəldikdən, evini yandıracağını, özünü də edam etdirəcəyini söylədikdən sonra Ömər əmrə tabe olub onun buyruğunu yerinə yetirmişdi. Nəhayət, Hüseyn Taf deyilən yerə çatdıqda Ömərin ordusu onları mühasirəyə aldı. Hüseyn ordunun onlara xətər toxunduracağını hiss etdikdə onlara üç şeydən birini seçməyi təklif etdi; ya onu Yezidin yanına aparsınlar, ya Məkkəyə qayıtmağa imkan versinlər, ya da müsəlmanların qaldığı istehkamlardan birində qərar tutsun. İbn Ziyad
az qalmışdı ki, Hüseynin bu təklifini qəbul edib onu Yezidin yanına göndərsin, lakin Şimr ibn zil-Cövşən buna etirazını bildirib dedi: “Xeyr! Gərək o, sənin hökmünü qəbul etsin.” Bu xəbər Hüseynə çatdıqda o dedi:
“Xeyr, vallahi, mən heç vaxt ibn Ziyadın hakimiyyətini qəbul edən deyiləm”. Sonra o, yanındakılara: “Siz azadsınız, gedə bilərsiniz”- dedi, onlar isə ona Allah yolunda şəhid olanadək vuruşacaqlarını bildirdilər.
İbn Ziyadın sərkərdələrindən olan Hur ibn Yezid Şimrin etirazından xəbər tutduqda dedi: “Axı, niyə bunların təklifini qəbul etmirsiniz?! Vallahi ki, əgər türklər və ya deyləmlər sizə belə bir təklif etsəydilər, çarəsiz qalıb onu qəbul edərdiniz.”
Onlar Hurrun sözlərinə məhəl qoymayıb Hüseyndən ibn Ziyadın hakimiyyətinə boyun əyməyi tələb etdilər. Onda Hur atını sürüb Hüseynin və onun tərəfdarlarının yanına gəldi. Hamı onun onlarla vuruşacağını güman edirdi. Lakin Hur onlara yaxınlaşdıqda qalxanını tərsinə çevirib onlara salam verdi və əks hucuma keçib ibn Ziyadın adamları ilə döyüşməyə başladı. Hur onlardan iki nəfəri öldürdükdən sonra özü də şəhid oldu. Allah ona rəhmət eləsin!
Bu döyüşdə Hüseynin tərəfdarlarının hamısı onu müdafiə edərək şəhid oldu. Axırda imam Hüseyn tək qaldı. Bu yaşında o çox şücaətlə vuruşurdu. Lakin çoxluq ona qalib gəldi. Kufəlilərdən hər kəs istəyirdi ki, onu başqa birisi qətlə yetirsin, heç kəs cürət edib Peyğəmbərin nəvəsinə yaxınlaşmırdı. Nəhayət, Şimr bağırdı: “Vay sizin halınıza! Nə gözləyirsiniz?!”
Onda Sinan ibn Ənəs ən-Nəxəi əlindəki nizəni əvvəlcə Hüseynin boğazına, sonra da köksünə sancdı. Hüseyn yerə yıxıldıqdan sonra onlar onu əhatəyə alıb qanına qəltan etdilər və başını bədənindən ayırdılar. Sonra onun başını ibn Ziyada göndərdilər.

--------------------

★Deniz★

  • 12 noyabr 2014 13:37
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ilk wehr menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 40
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}