1ci- xütbənin ardi

 
1ci- xütbənin ardi



Bu xütbənin bir hissəsi Adəm əleyhis-salamın xəlq olunması barəsindədir

(Böyük Allah yeri, göyü, günəşi, ayı və ulduzları yaratdıqdan) sonra daşlıq ərazidən, torpağın hamar, əkin-səpinə yararlı yerindən və şoran torpaqdan bir qədər torpaq yığaraq onun üstünə təmizlənib saflaşana qədər su tökdü və bir-birinə yapışana qədər su ilə qarışdırdı. Yoğrulmuş torpaqdan ətrafları, üzvləri, birləşmələri və kəsişmələri olan surət yaratdı. Bir-birindən qopmaması üçün onu bərkitdi, möhkəmləndirib yumşaltdı, palçıq quruduqda müəyyən zaman üçün (onu öz ixtiyarına buraxdı. Bu vaxt ona ruh və həyat verilməsi üçün zəruri idi). Sonra qurumuş palçığa can verdi, insan şəklində ayağa qaldırdı. O, dərk oluna bilənlərin idrakında istifadə üçün idrak qüvvəsinə, işlərə yiyələnmək üçün düşüncəyə, özünə xidmət göstərmək üçün əzalara, işlərində hərəkət etdirmək üçün (əl və ayaq kimi) haqla batili, dadına baxılanlarla qoxulanları rənglərlə cinsləri bir-birindən ayırd etmək üçün fəhmə malik oldu. (Qurumuş palçıq elə bir insan oldu ki,) onun xilqəti və təbiəti müxtəlif rənglərlə qarışdı,26 bir-birinə bənzər şeylərə (sümük və diş kimi) biri digərinə zidd halətlərə, bir-birindən ayrı təbiətlərə sahib oldu (həmin təbiətlər bundan ibarətdir:) istilikdən (səfra), soyuqluqdan (bəlğəm), rütubətdən (qan), quruluqdan (sovda) və (təzadlı hallar isə bunlardır) sevinc və qəm (yuxu və oyaqlıq, aclıq və toxluq kimi hallar). Böyük Allah (insanı yaratdıqdan və onu Adəm adlandırdıqdan sonra) öz əmanətini mələklərdən istəyərək onlarla bağladığı əhd-peymanı yerinə yetirmələrini, (mələklərlə bağlanan əhd-peyman, onlara verilən əmanət bu idi:) Adəmə səcdə etmək üçün hazır olmalarını, onun böyüklük və əzəməti qarşısında təvazökarlıq göstərmələrini istədi. Beləliklə, Allah-təala onu xəlq etdikdə Adəmə səcdə etmələrini buyurdu. Şeytandan başqa hamı səcdə etdi. Şeytan qürurlandı və lovğalandı, bədbəxtlik ona qalib gəldi, təkəbbür etdi. Oddan yaradıldığına görə özünü böyük sayaraq bir parça quru torpaqdan yaranmış Adəmi özündən aşağı sandı. Beləliklə, Allah qəzəbinin ona şamil olması üçün Şeytana möhlət verdi. Və (şeytana da möhlət verdi) onun imtahan və sınağının tamamlanması, ona verdiyi vədin başa çatması üçün buyurdu: «Sən məlum günə qədər möhlət verilmişlərdənsən» (müəyyən olunmuş günə qədər həyatdan bəhrələn).
(Şeytanın İlahi əmrin əleyhinə çıxaraq, Adəmi öz qibləsinə çevirməməsindən, mələklər etdiyi kimi ona təzim etməməsindən) sonra Allah-təala Adəmə azad və xoş güzərana şərait olan məkanda yer verdi və onun məkanını (bütün hadisələrdən) amanında saxladı.30 Şeytandan və onun düşmənçiliyindən qorxutdu.31 Sonra düşməni onu aldatdı (Qurani-Kərimin Taha surəsinin 120-ci ayəsində buyurulduğu kimi:

فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى
«Şeytan Adəmə vəsvəsə edərək dedi: «Ey Adəm! Səni əbədiyyət ağacı və zavalsız mülkə tərəf yönəltməyimi istəyirsənmi?» Belə sözlərlə Adəmi aldatdı). Sonra düşməni o Həzrətin əbədi sarayda olmasının və xeyir əməl sahiblərilə ünsiyyətinin paxıllığını çəkdiyinə görə onu aldatdı, beləliklə, (Adəm şeytanın vəsvəsəsinin təsirindən) öz yəqinliyini itirərək şəkk və tərəddüdə düşdü. (Qadağan olunmuş ağacın meyvəsindən yeməmək barədə) öz qərarını (Allahın əmrinə itaətdə) süstlük və səhlənkarlığa dəyişdi (və meyvədən yedi). Şadlıq və sevinc yerinə xofa və qorxuya mübtəla oldu (şeytana aldandığını görüb öz əməlindən xəcalət çəkdi) və peşmançılığını bildirdi. Beləliklə, Haqq-təala tövbənin yolunu öyrədərək rəhmət kəlməsini ona təlim etdi və yenidən Behiştə (əvvəlcə olduğu yerə) qaytaracağına söz verdi. Sonra onu dərd-qəmli, bəla ilə dolu olan dünyaya, nəsilartırma və övladlarının doğum yerinə göndərdi.
Və böyük Allah onun övladları arasından peyğəmbərlər seçdi, onlardan vəhy və risalətin təbliği üçün əhd-peyman aldı (ki, Haqq-təala tərəfindən onlara çatdırılanların hamısını yerinə yetirəcəklər və xalqı Allahı tanımağa dəvət edərək bu yolda heç nədən çəkinməyəcəklər).35 Halbuki insanların çoxu (onlarda fitri olan) ilahi əhd-peymana vəfa etmədilər. Beləliklə, Onun haqqını bilmədilər (və Onu vahid saymadılar) və Ona bənzərlər, şəriklər qoşdular. Şeytanlar onları ilahi mərifətdən (ki, əsas və fitri məqsəd idi) daşındırdılar (aldatdılar) və Allaha sitayişdən çəkindirdilər. Beləliklə, Allah-təala onların arasından Öz peyğəmbərlərini seçərək onlarda fitri olan Tanrının əhd-peymanını tələb etmək və unudulmuş neməti (fitri tovhidi) xatırlatmaları, təbliğ yolu ilə onlarla söhbət etmələri (dəlillərlə danışmaları), gizlənmiş ağılları (ki, küfrün tozu altında gizlənmiş və zəlalətin, günahların qaranlığının təsirindən örtülmüş idi,) üzə çıxararaq işə salmaları və Allahın qüdrət nişanələrini onlara (insanlara) göstərmələri üçün onları bir-birinin ardınca göndərdi. (Və onun qüdrət nişanələri bunlardan ibarətdir:) Başlarının üstündə ucaldılmış səma, ayaqlarının altında sərilmiş yer, məişət güzəranları, məhv edən əcəllər, qocaldan və əldən salan xəstəliklər, dalbadal üzləşdikləri hadisələr. Allah-təala bəndələri göndərilmiş peyğəmbərlərdən, ya nazil edilmiş kitabdan, ya qəti dəlillərdən və ya möhkəm yoldan məhrum etmədi (və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbliğindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmişdi və ya ondan əvvəlki peyğəmbər onu tanıtdırmışdı.37 (Şeytan insanların çoxunu aldatdığına və elə buna görə də fitri əhd-peymanlarına vəfa etmədiyinə, Haqqın haqqını dandığına görə, böyük Allah da hüccətin tamam olması və insanların doğru yola yönəlməsi üçün bir-birinin ardınca peyğəmbərlər göndərdi.) Beləliklə də, əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi. Nöqsan sifətlərdən münəzzəh olan Allah Öz vədini yerinə yetirmək, peyğəmbərliyi o Həzrətlə yekunlaşdırmaq üçün (ondan sonra peyğəmbər göndərməyəcəkdir) Allahın Rəsulunu (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. (Çünki o böyük insanı sonuncu peyğəmbər seçəcəyini əvvəlki peyğəmbərlərə vədə vermişdi.) Peyğəmbərlərdən əhd-peyman almışdı,38 onun əlamət və nişanələri məşhurlaşdı. Anadan olduğu vaxt əziz və bəyənilmiş (vaxtların ən yaxşısı) idi və o vaxtlar camaat arasında dağınıq məzhəblər, çoxsaylı bidətlər, müxtəlif təriqətlər yayılmışdı. Bir dəstə Allah-təalanı Öz yaratdıqlarına bənzədirdi39 bəziləri Onun adında təsərrüf edirdilər.40 Bir dəstə isə Ondan qeyrisinə işarə edirdilər. Beləliklə, Allah-təala o Həzrətin vasitəsilə həmin insanları azğınlıqdan xilas etdi və onun şəxsiyyətinə görə onlara nadanlıqdan nicat verdi. Sonra (o Həzrət xalqı doğru yola yönəltdi, onları ilahi maariflə tanış etdi və xeyir-ziyanlarını bəyan etdi) Haqq-təala o böyük şəxsiyyətə öz yaxınlıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi. Onu müsibət və bəlalardan qurtararaq ruhunu Öz dərgahına götürdü. Ona və Əhli-beytinə Allahın salamı olsun! (Camaatın qiyamət gününə qədər doğru yola yönəldilməsi üçün özünün dünyadan köçməsindən əvvəl) sələfi olan peyğəmbərlərin öz ümmətləri arasında qoyduğunu sizin aranızda qoydu. Çünki peyğəmbərlər onları aydın yolsuz və aşkar nişanəsiz özbaşına buraxmamışlar. O Həzrət də Allahınızın Kitabını sizin ixtiyarınızda qoydu. Onun halal-haramını, vacib-müstəhəblərini, nasix-mənsuxunu, ruxsət və əzaimlərini, ümum və xüsusunu, ibrət və məsəllərini, mütləq və müqəyyədini, möhkəm və mütaşabehini bəyan etməklə mucməllərini təfsir, müşküllərini aşkar etmişdir. Və o kitabın mətləbləri bilmək və öyrənmək vacib olandan onu bilməməyin maneəsi olmayandan44 vacibliyi sübuta yetirilmiş, sünnədə isə nəsx edilib aradan qaldırıldığı məlum olandan əməl edilməsi sünnədə vacib olan və ona əməl edilməməsinə də icazə veriləndən46 xüsusi bir vaxtda vacib olan, başqa vaxtlarda isə vacib olmayandan ibarətdir. O kitab haram olmuşlar arasında fərq qoymuşdur: Belə ki böyük günah törədənə atəş və əzab vədəsi vermiş,48 kiçik günaha batan kəs üçün isə bağışlanmaq hazırlamışdır. Və (yenə də o kitabın mətləbləri) azının qəbul edildiyi, çoxunun isə daha layiqli, bəyənilən olan və ilzami olmayan şeylərdən (ibarətdir).

Bu xütbənin bir hissəsi də Həcc barəsindədir

(Kəbənin tikilməsinin bəzi sirləri, Həcc ziyarətini yerinə yetirənlərin əməlləri və imkanı olanın onu ziyarət etməsinin vacibliyi xatırlanmışdır) Böyük Allah Beytül-Həramın ziyarətini sizə vacib etdi (elə bir Evin həccini ki, ora daxil olanlara bir çox şey haram edilmişdir) və onu xalqın qibləsi etdi. Həcc ziyarətini yerinə yetirənlər oraya dördayaqlılar kimi daxil olar, göyərçinlərin (öz yuvalarına olan) şövqü kimi ora gəlməyə şövqlə can atarlar. Pak olan Allah xalqın Onun əzəmət və böyüklüyü qarşısında baş əyməsi, izzət və səltənətinin onlar tərəfindən təsdiqi üçün o evi bir əlamət və nişanə etdi. Öz bəndələrindən dəvətini eşidib qəbul edənləri seçdi52 və fərmanını təsdiqləyərək yerinə yetirər. Onlar peyğəmbərlərin yerində dayanıb özlərini Allah-təalanın ərşini təvaf edən mələklərə oxşadırlar və Allaha bəndəlik, sitayiş müamiləsindən (imanın sərmayəsi ilə) böyük qazanc götürürlər. Onun, günahları bağışlayacağını vədə verdiyi yerə (çatmaq üçün) tələsir, bir-birindən önə keçirlər. Pak Allah o Evi İslamın əlamət və nişanəsi, pənah gətirənlərin pənahgahı etdi, onun həccini vacib, ehtiramının qorunmasını lazım bilib ora getməyi əmr etdi. Sonra (Qurani-Kərimin Ali-İmran surəsinin 97-ci ayəsində) buyurdu: «Beytül-Həramın ziyarəti insanlardan, ora getmək iqtidarında olanın üzərində Allahın haqqıdır. (Bu haqqı yerinə yetirmək vacibdir.) Haqq-təalaya kafir olan hər kəs (ora getməyə iqtidarı olduğu halda İlahi əmri yerinə yetirməzsə) Allah-təalaya heç bir ziyan vurmayıb, çünki Allahın dünya əhalisinə ehtiyacı yoxdur (bəndələrin ibadət və imanına möhtac deyil. Deməli, itaətsizlik edən özü ziyana uğramış olar).


Geri dön

HeYat cOoX qErIbEdi.

  • 23 noyabr 2014 02:31
  • Məqalə: 69
  • Şərh: 657
  • Bal:
tewekkurler

--------------------

♛WøøWøøWøøW♛

  • 23 noyabr 2014 00:13
  • Məqalə: 206
  • Şərh: 1518
  • Bal:
{awards}
AllahRa31Olsun;)

--------------------

Gr-Az

  • 21 noyabr 2014 21:16
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ra sheni sakmea

AySenKa

  • 13 noyabr 2014 20:27
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
Allah razi olsunn

★Deniz★

  • 13 noyabr 2014 16:19
  • Məqalə: 14
  • Şərh: 1758
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

NIGAR

  • 13 noyabr 2014 15:52
  • Məqalə: 783
  • Şərh: 10770
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/

HeYat cOoX qErIbEdi.

  • 13 noyabr 2014 15:46
  • Məqalə: 69
  • Şərh: 657
  • Bal:
{awards}
Allah razi olsun Rebbim sizi Ehlibeytle Mehwur etsin amin...

--------------------

Bash Belası

  • 13 noyabr 2014 13:09
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Və böyük Allah onun övladları arasından peyğəmbərlər seçdi, onlardan vəhy və risalətin təbliği üçün əhd-peyman aldı (ki, Haqq-təala tərəfindən onlara çatdırılanların hamısını yerinə yetirəcəklər və xalqı Allahı tanımağa dəvət edərək bu yolda heç nədən çəkinməyəcəklər).

NikaLYa

  • 13 noyabr 2014 11:19
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
Bu xütbənin bir hissəsi Adəm əleyhis-salamın xəlq olunması barəsindədir

--------------------

Gr-Az

  • 13 noyabr 2014 11:02
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
(Böyük Allah yeri, göyü, günəşi, ayı və ulduzları yaratdıqdan) sonra daşlıq ərazidən, torpağın hamar, əkin-səpinə yararlı yerindən və şoran torpaqdan bir qədər torpaq yığaraq onun üstünə təmizlənib saflaşana qədər su tökdü və bir-birinə yapışana qədər su ilə qarışdırdı. Yoğrulmuş torpaqdan ətrafları, üzvləri, birləşmələri və kəsişmələri olan surət yaratdı. Bir-birindən qopmaması üçün onu bərkitdi, möhkəmləndirib yumşaltdı, palçıq quruduqda müəyyən zaman üçün (onu öz ixtiyarına buraxdı. Bu vaxt ona ruh və həyat verilməsi üçün zəruri idi).

--------------------
Ra sheni sakmea

Allahi_Unutma

  • 13 noyabr 2014 10:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
O Həzrət də Allahınızın Kitabını sizin ixtiyarınızda qoydu. Allah razi olsun

Samir_Wuvalan

  • 13 noyabr 2014 10:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun Allah ehli beyt mehebbetiyle sizi mehsur etsin elhemdulillah siz islami nurlandirirsiz Rehbim mukafatin verecekdir insallah Elhemdulillah

Kapriznaya Dəcəlka

  • 13 noyabr 2014 09:55
  • Məqalə: 90
  • Şərh: 2844
  • Bal:
{awards}
فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى

--------------------

Mələyimin mələyi

  • 13 noyabr 2014 09:45
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
(Böyük Allah yeri, göyü, günəşi, ayı və ulduzları yaratdıqdan) sonra daşlıq ərazidən, torpağın hamar, əkin-səpinə yararlı yerindən və şoran torpaqdan bir qədər torpaq yığaraq onun üstünə təmizlənib saflaşana qədər su tökdü və bir-birinə yapışana qədər su ilə qarışdırdı. Yoğrulmuş torpaqdan ətrafları, üzvləri, birləşmələri və kəsişmələri olan surət yaratdı. Bir-birindən qopmaması üçün onu bərkitdi, möhkəmləndirib yumşaltdı, palçıq quruduqda müəyyən zaman üçün (onu öz ixtiyarına buraxdı. Bu vaxt ona ruh və həyat verilməsi üçün zəruri idi).

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 60
Cəmi: 94

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 25
Cəmi: 26
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}