2-ci xutbe

 
2-ci xutbe



2-ci xütbə.

İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra oxuduğu xütbələrdəndir:(Siffeyn Fəratın Şama tərəf olan qərb istiqamətində yerləşən ərazidir. Burada o Həzrətlə Müaviyə arasında olan məşhur döyüş baş vermişdir.)
Verdiyi nemətini tamamladığına, izzəti müqabilində itaət etdiyim və məni günahlardan saxladığına görə Allaha həmd edirəm. (Hər bir nemətin müqabilində şükür etmək neməti artırmaqdan əlavə, günah etməmək və bəndəlik üçün də bir vasitədir.) Möhtaclıqdan qurtarmaq üçün Ondan kömək diləyirəm, çünki Onun hidayət etdiyi şəxs azmaz və Onunla düşmənçilik edib Ona itaət etməyən şəxs isə nicat tapmaz. Onun ehtiyacdan qurtardığı kəs möhtac olmaz, çünki Onun ehtiyacdan qurtarmağı (əgər əql tərəzisi ilə ölçülsə) eyni çəkidə və bərabərində olan hər bir şeydən daha artıqdır, saxlanıb, qorunan hər şeydən (xəzinələrdəki cəvahirlərdən) daha yaxşıdır.
Şəhadət verirəm ki, bütün kamal sifətləri özündə cəmləşdirən Allahdan başqa heç bir məbud yoxdur və şəriki olmayan yalnız Odur. Şəhadət verirəm, doğru və ixlaslı bir şəhadətlə (dildə deyib qəlbdə inanmadan deyil), diri olduqca özümüzü onunla (kəlmeyi-şəhadətlə) günahlardan qoruyur, qiyamətdə bizi gözləyən qorxular və çətinliklər üçün ona olan imanı azuqə saxlayırıq. Çünki kəlmeyi-şəhadət imanın şərti, ilahi ehsanı vüsətləndirən, Allah-təalanın razılığına, şeytanın isə uzaqlaşmasına səbəbdir.53 Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Allahın bəndəsi və Onun elçisidir. Allah onu, şöhrəti bütün dünyanı bürümüş dinlə, çatan nişanələrlə (o Həzrətin möcüzələri), gətirdiyi kitabla (ki, xalqın arasındadır), parlaq nur və işıq saçan aydınlıqla (əqli və nəqli dəlillərlə), haqla batili bir-birindən ayıran fərmanla batil şübhələri (küfr və şirki) aradan götürüb, xalqla dəlillər əsasında söhbət etmək, öz möcüzələrini göstərmək, onları Quran ayələriylə tənbeh edərək əvvəlki ümmətlərə verilmiş əzablarla (ibrət götürərək günah və itaətsizlikdən əl çəkmələrindən ötrü) qorxutmaq üçün göndərdi. Onu insanların (müxtəlif inanclara, fikir ayrılığı və azğınlığa görə) çoxsaylı fitnələrə mübtəla olduğu bir vaxtda göndərdi. O zaman dinin kəndiri qırılmış, imanın dirəkləri sarsılmışdı, dinin əsası ixtilaflı idi, işi (əhkamı) isə bir-birinə qarışmışdı, bu fitnələrdən qurtulmaq üçün yol daralmışdı (ondan qaçmaq qeyri-mümkün olmuşdu), doğru yola yönəlmək üçün heç bir vasitə yox idi. Beləliklə, doğru yol göstərmə və hidayət itib-batmış, korluq və azğınlıq yayılmışdı. Allaha asi, şeytana isə köməkçi olmuşdular. İman zəlil, onun dayaqları viran olmuş, iz və nişanələri dəyişmiş, yolları dağılıb məhv olmuşdu. İnsanlar şeytana tabe olaraq, onun yolu ilə gedir, şeytanın bulağından su içirdilər (azğınlıq suyu içirdilər. Yəni, onun göstərişlərini qəbul edirdilər. Beləliklə, o gücləndi və) onların köməyilə hiylələri işə düşdü və onun küfr və azğınlıq bayrağı dalğalandı. Öz fitnələrilə (dördayaqlılar ayaqlarının altındakı hər şeyi tapdaladıqları kimi), insanları tapdalayıb əzdiyi hamının sərgərdan, nadan, giriftar olduğu vaxt, dünyanın ən yaxşı yerində (Məkkeyi Müəzzəmədə) yuxuları yuxusuzluq, gözlərinin sürməsi ağlamaq olan ən pis qonşuların (Məkkə əhalisi) arasında (fitnəkarlığa, qantökməyə və çətinliyə elə düçar olmuşdular ki, bir an belə istirahət etmirdilər), düşüncəlisinin ağzının bağlandığı, zəlil olduğu, nadanının isə cilovu qırılmış və möhtərəm sayıldığı bir əraziyə onu (Həzrət Məhəmmədi səllallahu əleyhi və alih) göndərdi.
Bu xütbənin Peyğəmbər (salavatullah) nəslinin (on iki İmamın) kamalı barədə olan hissəsində buyurur:
Peyğəmbər (səlləllahu əleyhi və alih) nəsli o Həzrətin gizli sirrinin qoruyucusu, fərmanının pənahı (o böyük şəxsiyyətin Haqq-təala tərəfindən əmr etdiyinə itaət göstərdilər), o hörmətli vücudun elm xəzinəsi (Həzrətin bildiyini onlar da bilirdilər), o cənabın (xalqın onlara müraciət edib bilmədiklərini soruşması üçün) hikmətlərinin mərcəyi, kitablarının (Quran və sünnənin) hafizi və dininin (müxalif küləklərdən və düşmənlərin dağıntılarından sarsılmaması və onlara görə qorunub, saxlanılması üçün) arxasında dayanan dağlar kimidirlər. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) onların köməyilə qamətini düzəltdi (əvvəlcə zəif və gücsüz olan dinini onların yayması sayəsində maarifi bütün dünyanı bürüyəcək səviyyəyə qədər gücləndirdi), bədəninin titrəyişlərinə sakitlik gətirdi (pak İmamlar əleyhimus-salamın xidmətləri sayəsində İslam dininin düşmənlərindən olan iztirab və narahatlıqları özündən uzaqlaşdırdı).

Bu xütbənin bir hissəsi haqdan əl çəkərək batil yola qədəm qoyanlar barəsində buyurulmuşdur (və sonra isə yenidən Peyğəmbərin Əhli-Beytini mədh etmiş, öymüşdür):

(Xəvaric, ya münafiqlər və ya Müaviyənin tərəfdarları və ya başqaları ürəklərində) itaətsizlik (toxumu) əkərək onu yalan və qəflətlə suvarıb həlakət biçdilər.54 (Deməli,) bu ümmətdən heç kim Məhəmməd (səlləllahu əleyhi və alih) Əhli-Beyti ilə müqayisə oluna bilməz və həmişə onların nemət və bəxşişindən (elm və maariflərindən) bəhrələnənlər, onlarla eyni deyildirlər (belə isə, necə özlərini onlardan üstün bilərək xalqı öz tərəflərinə çağırırlar, halbuki) Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti dinin əsası və təməli, iman və yəqinliyin dirəyidir. (Çünki onların hidayəti və yol göstərmələri sayəsində İslam dini mövcuddur və Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti onlardır ki,) Haq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara qoşularlar. İmamətin xüsusiyyətləri (haq elmlər, ayələr və möcüzələr) onlarda cəm olmuşdur və onların haqqıdır. Onlar barəsində (Allah Rəsulunun) vəsiyyəti və (O hörmətli vücuddan) irs aparmaq sabit olmuşdur (Onlar hər bir baxımdan o Həzrətə daha yaxın və layiqlidirlər. Buna baxmayaraq, ümmətdən bəziləri o böyük şəxsiyyətin vəsiyyətinə əməl etməyərək onun irsini tapdalamış, yer üzündə fəsad toxumu səpmişlər.) İndi haqq öz əhlinə tərəf qayıtmış, tərk etmiş olduğu yerə dönmüşdür (çünki bundan əvvəl əmirlik və xilafəti qəsb, bu mənsəbə layiqli olanı isə dustaq etmişdilər).


oxuduqunuz ucun Allah razi olsun.


Geri dön

♛WøøWøøWøøW♛

  • 23 noyabr 2014 00:11
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
AllahRa31Olsun;)

--------------------

Gr-Az

  • 21 noyabr 2014 21:06
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Bu xütbənin bir hissəsi haqdan əl çəkərək batil yola qədəm qoyanlar barəsində buyurulmuşdur (və sonra isə yenidən Peyğəmbərin Əhli-Beytini mədh etmiş, öymüşdür . Allah razi olsun

♛WøøWøøWøøW♛

  • 15 noyabr 2014 22:41
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
AllahRa31Olsun;)

--------------------

Gr-Az

  • 13 noyabr 2014 23:02
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

AySenKa

  • 13 noyabr 2014 20:14
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Allah razi olsun

Mələyimin mələyi

  • 13 noyabr 2014 17:16
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Pıtırcık

  • 13 noyabr 2014 16:29
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Kapriznaya Dəcəlka

  • 13 noyabr 2014 16:17
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

HeYat cOoX qErIbEdi.

  • 13 noyabr 2014 15:45
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun... /color]

--------------------

Xa_Liq

  • 13 noyabr 2014 15:23
  • Məqalə: 2
  • Şərh: 54
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
HəYaT zÜlÜm . QıDıĞlA GüLüm

Allahi_Unutma

  • 13 noyabr 2014 15:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Bu xütbənin bir hissəsi haqdan əl çəkərək batil yola qədəm qoyanlar barəsində buyurulmuşdur (və sonra isə yenidən Peyğəmbərin Əhli-Beytini mədh etmiş, öymüşdür . Allah razi olsun

♫ мєl๏dyคм ♫

  • 13 noyabr 2014 13:47
  • Məqalə: 163
  • Şərh: 4776
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

NikaLYa

  • 13 noyabr 2014 13:44
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
İlk serh menen

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}