Kəbə

 
Kəbə



"Kəbə" (ərəbcə: الكعبة المشرفة) "kub" deməkdir.

Kəbə — böyük daşlardan təxminən kub formasında tikilmiş bir formaya malikdir. Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı 11,22 m və hündürlüyü 13,10 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128,4 m2-dir. Divarlarinda istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.


Kəbənin üzəri "kisvah" adlanan, qızıl saplarla işlənmiş ipək parça ilə örtülür. Bu örtük hər il həcc mövsümündə yenisi ilə əvəz olunur. Kisvah 658 m2 bir sahəni örtür və onun toxunulmasina 670 kiloqram xalis ipək işlədilir. Onun üzərindəki naxışların vurulması üçün isə 15 kiloqram qızıl saplardan istifadə olunur. Bu naxışlarla ipəyin üzərinə şəhadət kəliməsi və Quran ayələri yazılır. Bu örtük 47 hissədən ibarətdir. Bu örtük Kəbənin üzərinə örtülür və yerə mis halqalarla bərkidilir. Onun düzəldilməsi təqribən 4.5 milyon ABŞ dollarına başa gəlir.

Kəbənin cənub-qərb divarının qabağında hündürlüyü 90 sm və eni 1,5 m olan yarım dairə şəkilli, ağ mərmərdən tikilmiş divar var. Bu ərazi "Hatim" adlanır ve Kəbənin bir parçası hesab olunduğu üçün, təvaf zamanı oraya daxil olunmasına icazə verilmir.

Kəbənin qapısı yerdən 2 m hündürlükdə şimal-şərq divarında yerləşir. Oraya qalxmaq üçün təkərler üzərində quraşdırılmış taxta pilləkandan istifadə olunur. Bu pilləkan adətən məsciddə, arka formalı Banu Şayban qapısı ilə Zəm zəm quyusunun arasında saxlanılır. Kəbənin döşəməsi qranitdəndir. Divarlar içəri üzdən yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan yuxarı isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.

Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə yerinə yetirilir. Bu mərasimlər Ramazan ayının və Həcc mövsümünün başlanılmasından 15 gün əvvəl yerinə yetirilir. Kəbənin açarları Banu Şayba qəbiləsində saxlanılır. İçərinin təmizlənməsi üçün adi süpürgələrdən istifadə olunur. Oranı Zəm-zəm suyu ilə Fars qızıl gül suyunun qarışığı ilə yuyurlar.

Rəvayətə görə Adəm (ə) və Həvva cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir və onlar uzun ayrılıqdan sonra Məkkə ərazisində, Ərəfat dağında bir-birilə tapışır. Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh peyğəmbərin (ə) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır. Rəvayətə görə, Hz. İbrahim peyğəmbər (ə) xanımı Hacərin ölümündən sonra tez-tez Məkkə ətrafına səfər edib orada qalırdı. Növbəti səfərlərinin birində Allah ona Adəmin məbədinin yerində Kəbə Evini tikib bərpa etməyi buyurur. Bu yeri İbrahim peyğəmbərə Mələk Cəbrail göstərmişdir və o, Kəbə Evinin tikilməsində İbrahim və onun oğlu İsmayilə kömək etmişdir. Bununla da ilk insan – Hz. Adəmin ucaltdığı ibadət ocağı yenidən bərpa edilmişdir. Lakin nə tarixi faktlar və nə də arxeoloji sübutlar nəinki Kəbənin bu qədər qədim olmamasını, hətta Məkkə şəhərinin belə qədim olmadığını deyir. Məkkə və Kəbənin tarixi 4-cü əsrdən daha qədimə getmir. [1] [2]

Qədim zamanlardan müxtəlif tayfalar Kəbə Evini özləri üçün bütxanaya çevirmişlər. Məbədin içərisində yüzlərlə büt var idi. Onların arasında İbrahim peyğəmbərin və İsa peyğəmbəri (s.ə.s) əllərində saxlayan Məryəm Ananın şəkli də var idi. Məkkənin fəthi zamanı Kəbədəki bütlər Məhəmməd peyğəmbər (s) tərəfindən məhv edildi. Burada yalnız Kəbə Evinə yapışdırılmış Qara daşı saxladılar. Müsəlmanlar bu daşın səmadan, cənnət bağlarından endirildiyinə inanır. Onlar bu daşın Hz. Adəmə Cənnətdən qovulduqdan sonra günahlarının təmizlənməsi üçün göndərildiyini düşünür.

Kəbə bütün müsəlmanların ibadətgahı elan edildi. Oranı ziyarət etmək isə İslamın başlıca şərtlərindən biri oldu. Tarixi məlumatlara görə, Məhəmməd peyğəmbər (s) hələ hicrətdə – Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytul-Müqəddəsə, Qüds şəhərinə tuturdular. Buna dair Allah-Taala Bəqərə surəsinin 149-cu ayəsində belə buyurmuşdur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". İslam sivilizasiyasının ərsəyə gəldiyi ilk vaxtlardan – 632-ci ildən başlayaraq Məkkəni və oradakı ən qədim ibadət ocağı olan Kəbə Evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmışdır. Bu ayin Həcc ziyarəti adı ilə məşhurdur. Allah"Ali-İmran" surəsinin 96-97-ci ayələrində buyurur: "Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur".

Misir mütəxəssisi, Qahirə Universitetinin professoru doktor Hüseyn Kəmaləddin elmi olaraq sübut etmişdir ki, vulkanik fəaliyyət nəticəsində ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. Həmin vaxta qədər isə bütün planet su ilə örtülmüşdür. Quru ərazilər buradan yayılmağa, genişlənməyə başlanmışdır. Uzun araşdırmalar nəticəsində 1977-ci ildə Kəbə və Məkkənin bütün quru ərazilərin mərkəzi olduğu rəsmi surətdə sübut edilmişdir. Məlum olmuşdur ki, Kəbənin dayandığı nöqtədə Yerin maqnit mərkəzi yerləşir. Maraqlıdır ki, Yerin maqnit qütbləri dəyişdiyi halda, Kəbədəki maqnit mərkəzi əvvəlki kimi qalır. Bu, dünyanın hər bir nöqtəsindən Kəbəyə olan istiqaməti (qibləni) ölçəndə müəyyən olunmuşdur. Alimlərin təəccübünə səbəb olan fakt bu olmuşdur ki, qiblə maqnit xətlərin (onlar bütün istiqamətlərdən Məkkəyə, Kəbəyə yönəlir) istiqaməti ilə üst-üstə düşür


Geri dön

HeYat cOoX qErIbEdi.

  • 23 noyabr 2014 01:49
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

♛WøøWøøWøøW♛

  • 23 noyabr 2014 00:05
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
AllahRa31Olsun;)

--------------------

Gr-Az

  • 21 noyabr 2014 17:17
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Kəbə — böyük daşlardan təxminən kub formasında tikilmiş bir formaya malikdir. Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı 11,22 m və hündürlüyü 13,10 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128,4 m2-dir. Divarlarinda istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 16 noyabr 2014 15:40
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun Amin

--------------------
(^_*)

^^YeRaZKa MeLeK^^

  • 16 noyabr 2014 14:34
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Kəbə — böyük daşlardan təxminən kub formasında tikilmiş bir formaya malikdir. Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı 11,22 m və hündürlüyü 13,10 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128,4 m2-dir. Divarlarinda istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.

--------------------

Pıtırcık

  • 16 noyabr 2014 14:13
  • Məqalə: 386
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Allahi_Unutma

  • 16 noyabr 2014 13:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Kəbə bütün müsəlmanların ibadətgahı elan edildi. Allah razi olsun

Mələyimin mələyi

  • 16 noyabr 2014 13:56
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Kəbə — böyük daşlardan təxminən kub formasında tikilmiş bir formaya malikdir. Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı 11,22 m və hündürlüyü 13,10 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128,4 m2-dir. Divarlarinda istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 64

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}