Olmayaydı..!

 
Olmayaydı..!



Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydı!
Mənim gözlerimdə esqin həsrəti,
Senin gözlerinde yaş olmayaydı!



Mən də bəxtiyaram,sən də bəxtiyar,
Bəs bu həsrət nədir, bu məlal nədir?
Saxlama qoy gedim, gözləyənim var,
Gedimmi? Bir «hə» de, o sual nədir?


Dayanma qarşımda günahkar kimi,
Mən ki, günahını bağışlamışam.
Hələ qəlbi geniş adamlar kimi
Sənin toyunu da alqışlamışam.


Bil ki, sevgilimdən sənə salam var,
İstəsən ərinle qonaq gəl bizə.
Mənim ciyerparam bircə balam var,
Açar qapımızı əlbəəl sizə.



Niyə zilləmisən gözlərini sən?
Mənə əvvəlki tək baxma, amandır!
Mən ki, əl çəkmişəm
məhəbbətimdən,
Qəlbimi odlara yaxma, amandır!


Peşiman olmağın nədir əlacı?
Yüz fikir bir borcu ödəməz indi.
Men sene qardaşam, sən mənə bacı,
İlk eşqə tapmısan bir əlac indi.




Yanmasın, ulduzum tez yanıb sönsə,
Vədəsiz şadlığı istəmərəm mən.
Özgenin eşqinə göz dikməkdənsə,
Həsrətin qoynunda can verərəm mən.



Sevin, əzizləyin, bir-birinizi,
Ayrılıq diləsəm dilim lal olsun.
Qolboyun, mehriban görəndə sizi
Mənim şair könlüm qoy xoşhal olsun.



Şirin söz eşitsəm dodağınızdan,
Bilin ki, sədası ürəyimdədir.
Gəlsə körpə səsi otağınızdan,
Hər xeyir-duası ürəyimdədir.


Pozmaram bir evin birliyini mən,
Görsəm ev yıxılır,gedib quraram.
Əl əldən soyusa, ürək ürəkdən,
Sizi eşqinizə qovuşduraram.



Gəl nə peşiman ol, nə qəlbini sıx,
Çətindir o günə qayıtmaq, çətin.
Əvvəli sevincdir, sonu ayrılıq
Taleyi gətirmir ilk məhəbbətin.

Qoy bu ürək sözüm getməsin hədər:
Məni sevirsənsə ismətini sev
Mən öz sevgilimi sevdiyim qədər,
Sən də öz ərini qismətini sev!



Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah, bu qəfil görüş kaş olmayaydi.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 14 dekabr 2014 02:56
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Dayanma qarşımda günahkar kimi,
Mən ki, günahını bağışlamışam.
Hələ qəlbi geniş adamlar kimi
Sənin toyunu da alqışlamışam.

♛WøøWøøWøøW♛

  • 21 noyabr 2014 17:13
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
We1reGore7wk;)

--------------------

Gr-Az

  • 21 noyabr 2014 16:36
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Coox sag oLuun!

HeYat cOoX qErIbEdi.

  • 21 noyabr 2014 00:43
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

♛WøøWøøWøøW♛

  • 18 noyabr 2014 17:10
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
We1reGore7wk;)

--------------------

Bash Belası

  • 17 noyabr 2014 12:42
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Bil ki, sevgilimdən sənə salam var,
İstəsən ərinle qonaq gəl bizə.
Mənim ciyerparam bircə balam var,
Açar qapımızı əlbəəl sizə.

Bu Misrasını oxyanda Həqqətəndə ürəym agradı (((

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 17 noyabr 2014 12:08
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Cox sagol ellerive salig

--------------------
(^_*)

★Love World★

  • 17 noyabr 2014 11:48
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Güzellllll............

--------------------

^^YeRaZKa MeLeK^^

  • 17 noyabr 2014 01:56
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Qoy bu ürək sözüm getməsin hədər:
Məni sevirsənsə ismətini sev
Mən öz sevgilimi sevdiyim qədər,
Sən də öz ərini qismətini sev!


--------------------

➰__Ýųśíf__➰

  • 17 noyabr 2014 01:29
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Coox sag oLuun!

Pıtırcık

  • 17 noyabr 2014 00:26
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
Qoy bu ürək sözüm getməsin hədər:
Məni sevirsənsə ismətini sev
Mən öz sevgilimi sevdiyim qədər,
Sən də öz ərini qismətini sev!


Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah, bu qəfil görüş kaş olmayaydi.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.

--------------------
http://legend.az/user/imza/

..::My Black::..

  • 16 noyabr 2014 23:31
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Gozel seirdir tesekkurler

♔๑.Şaнzadəм.๑♔

  • 16 noyabr 2014 23:24
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Coox sag oLuun!

--------------------

AySenKa

  • 16 noyabr 2014 22:15
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Gozel weirdii)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}