Mövlana Cəlaləddin Rumi- dən hikmətli sözlər

 
Mövlana Cəlaləddin Rumi- dən hikmətli sözlər

*Mən sağ olduğum müddətcə Quranın qulu, köləsiyəm. O seçkin Hz.Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun.

*Dosta dostun zəhməti ağırmı gəlir?
Zəhmət; içdir, ruhdur. Dostluqsa onun dərisinə bənzər.
Dostluq nişanəsi bəladan, afətlərdən xoşlanmaq deyilmidir?
Dost qızıl kimidir. Bəlada atəşə bənzər.
Xalis qızıl atəş içində saf bir hala gələr.

*Allaha yaxınlıq nə yuxarı çıxmaq,nə də aşağı enməkdir.Allaha yaxınlıq varlıq libasını soyunmaqdır.

*Dərvişliklə, aşiqlik bir arada olarsa sultanlıqdır.
Eşqin kədəri, kədər deyil; çox dəyərli bir xəzinədir.
Fəqət bu xəzinə gizlidir.
Mən könül evini öz əlimlə yandırıb xarab etdim.
Çünki dəfinənin xarab yerdə saxlandığını bildim.

*Duanın şəkilləri vardır.
Səslisi, səssizi vardır.
Dodaqlarından töküləni, ruhlarda filizlənəni vardır.
Məbədləri vardır, səccadəsi vardır.
Fəqət duanın ən yüksəyi, həyatın dua mayası ilə yoğrulabilmiş olmasıdır.
Kin və həsəd, hirs və ədalətsizlik, qürur və kibir, bu niyaz bədənin içinə sızmaz və könül fərahı ilə yer üzünün bütün çirki yuyular.

*Ədəbsiz yalnız özünə pislik etməz, bütün ətrafa atəş salar.
Göy ədəbə görə işıqlarla dolu bir hala gəlmişdir.
Mələk ədəbə görə günahdan uzaqlaşmış, təmiz olmuşdur.

*Kimdən qaçırıq, özümüzdənmi?
Nə olmayacaq şey!
Kimdən qaçıb qurtarırıq, Haqqdanmı?
Nə boş zəhmət!

*Qula bəla gəlməz haqq yazmayınca
Haqq bəla yazmaz qul almayınca
Haqq quldan intiqamı qul ilə alar
Dini irfan bilməyən bunu qul etdi sanar.

*Sevənlə seviləni ayrı varlıqlar sanırdım.
Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.

*İnsan gözdür, görüşdür, qalanı isə ətdir.
İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir.

*Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində inci vardır.

*Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?

*İki barmağını gözünün üstünə qoy.Dünyanı görə bilirsənmi?
Görmürsən deyə bu dünya yoxdurmu?
Bax Rəbbim də belədir.


Geri dön

::..ONSLAUGHT::..

  • 25 fevral 2011 20:05
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
Tşk çox gozəldi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 22 fevral 2011 18:47
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox sagol yaziya gore

::..ONSLAUGHT::..

  • 22 fevral 2011 17:08
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sevinc_Keder

  • 22 fevral 2011 16:38
  • Məqalə: 0
  • Şərh: 442
  • Bal:
{awards}
Ədəbsiz yalnız özünə pislik etməz, bütün ətrafa atəş salar.
Göy ədəbə görə işıqlarla dolu bir hala gəlmişdir.
Mələk ədəbə görə günahdan uzaqlaşmış, təmiz olmuşdur. en xosladigim bu oldu amm hamisi cox xosuma geldi. bele deyerli movzuya gore minnetdaram ardi gelsin

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

YazYamuru

  • 22 fevral 2011 15:59
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
SONZUUUUUUZZ TŞKKKK MARAQLIDI İDİ belay

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 51

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}