Qara Daşın Qoyulması

 
Qara Daşın Qoyulması



Məhəmməd Peyğəmbərin (s) 35 yaşı olanda, onun mənsub olduğu Qüreyş qəbiləsi Kəbə Evini yenidən qurmaq fikrinə düşür. Kəbənin dağılmasından və xəzinəsinin oğurlanmasından ehtiyat edərək qüreyşilər dam tikmək istəyirlər. Belə ki, bəzi insanlar Kəbənin xəzinəsini gəlib oğurlayırdı. Xəzinə, adətən, Kəbənin içindəki quyuda olurdu. Lakin məbədi dağıtmaq istədikdə onun yanında nəhəng bir ilan peyda oldu. İlan heç kimə Kəbə Evinə yaxın gəlməyə imkan vermirdi. Qüreyşilər ilandan qorxub onu yemləyirdilər. Lakin ilan yenə də məbədə yaxınlaşmağa mane olurdu. Onda qüreyşilər Allaha üz tutub yalvardılar: "Ey Allah! Əgər razısansa, Sənin Evini ucaltmaq və bəzəmək istəyirik. Əgər yox, onda nə məsləhət bilirsənsə, onu da et!". Birdən onlar nəhəng bir quşun qanad səsini eşitdilər. Quş ilanı götürüb özü ilə apardı. Beləliklə, qüreyşilər Kəbə Evini söküb yenidən bərpa etmək istədilər. Elə bu zaman dəniz Ciddə yaxınlığındakı sahilə Bizans tacirinə məxsus bir gəmi atdı. Qüreyşilər Kəbənin yenidən tikilməsində dağılmış gəminin taxta hissələrindən istifadə etməyi qərara aldılar. Lakin Əbu Vəhab bin Əmr adlı birisi Kəbə Evinə yaxınlaşıb onu sökmək üçün bu məbədin bir daşını çıxartmaq istədikdə, gözlənilmədən daş onun əlindən sıçrayıb əvvəlki yerinə qayıtdı. Əbu Vəhab dedi: "Ey qüreyşilər! Kəbənin tikintisində yalnız halal yolla əldə etdiyinizi istifadə edin! Bu Evin tikintisində haram yolla, sələm və hər hansı bir insanın haqqını əzməklə əldə olunanı istifadə etmək olmaz!". Qüreyşilər Kəbə Evini halallıqla yenidən qurmağa hazırlaşdılar. Rəvayətlərə görə, onlar Kəbənin sütununda Assuriya dilində yazılmış aşağıdakı məktubu tapmışlar: "Mən Allah, Məkkənin sahibiyəm. Mən onu yeri və göyü yaratdığım, günəş və ayı işıqlandırdığım gün yaratdım. Mən onu 7 pak mələklə əhatə etdim. Nə qədər ki dağlar dayanıb, o da var olacaq. Onun əhalisinə suyunda və südündə xeyir-bərəkət olsun". Sonra qüreyşilər Kəbənin tikilməsi üçün daşlar yığdılar. Hər tayfa ayrılıqda daşları yığırdı. Növbə Allahın hələ Həzrət Adəmə göndərdiyi Qara daşı məbədə yerləşdirməyə çatdıqda, onların arasında mübahisə yarandı. Hər tayfa digər tayfanın iştirakı olmadan Qara daşı qaldırmaq istəyirdi. Bir gün onlar məbəddə yığışıb mübahisə etməyə başladılar. Qüreyşilərin ağsaqqalı Əbu Üməyyə belə dedi: "Qüreyşilər! Kim bu ibadətgahın qapısından birinci girsə, sizin mübahisənizə o aydınlıq gətirsin". Elə də etdilər. İlk daxil olan şəxs isə Həzrət Məhəmməd oldu. Peyğəmbərimiz belə dedi: "Mənə parça gətirin!". O, Qara daşı götürüb öz əlləri ilə həmin parçanın üzərinə qoydu. Sonra dedi: "Qoy hər tayfa parçanın bir tərəfindən yapışsın və sonra onu hamınız birlikdə qaldırın". Onlar elə də etdilər. Daşı yerinə gətirdikdən sonra, Məhəmməd Peyğəmbər onu öz əlləri ilə divara yerləşdirdi. İndi həmin Qara daş Kəbənin cənub-qərb küncündə yerləşir. Bəzi rəvayətlərə görə, daş əvvəl ağ rəngdə olub və bir çox günahkar insanların ona toxunması nəticəsində zaman keçdikcə qaralıb. Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər. Buna nail olmadıqda, heç olmasa, ona toxunmağı özlərinə şərəf hesab edirlər. Maraqlıdır ki, 930-cu ildə Bəhreyndə məskunlaşmış kərmətilər Qara daşı oğurlayıbmışlar. Yalnız 951-ci ildə bu daş yenidən Məkkəyə qaytarılmışdır. Kəbə iki dəfə yanmış, 1626-cı ildə isə Məkkəni sel basdıqda, suda batmışdır. Bu bədbəxt hadisələrdən sonra Qara daş 15 parçaya bölünmüşdür. İndi bu hissələr sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb. Daşın görünən hissəsi, təxminən, 16,5x20 sm-dir.

Kəbənin qapısı ilə üzbəüz müqəddəs Zəm-zəm çeşməsi yerləşir. Həzrət İbrahimin Hicazda qoyub-getdiyi körpəsi İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermişdir. Körpə susuzluğa dözməyib ağlayır, ayaqlarını yerə döyürdü. Və elə bu zaman onun ayaqları altından su fəvvarə vurmuşdur. Çeşmənin suyu şəfaverici sayıldığı üçün, Kəbə Evinə gələn zəvvarlar, adətən, xüsusi qablarda Zəm-zəm suyunu özləri ilə vətənlərinə aparırlar


Geri dön

♛WøøWøøWøøW♛

  • 22 noyabr 2014 23:59
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
AllahRa31Olsun;)

--------------------

Gr-Az

  • 21 noyabr 2014 15:32
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

★Love World★

  • 19 noyabr 2014 20:30
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razı olsun.

--------------------

Mələyimin mələyi

  • 19 noyabr 2014 16:59
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Kəbənin qapısı ilə üzbəüz müqəddəs Zəm-zəm çeşməsi yerləşir. Həzrət İbrahimin Hicazda qoyub-getdiyi körpəsi İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermişdir. Körpə susuzluğa dözməyib ağlayır, ayaqlarını yerə döyürdü. Və elə bu zaman onun ayaqları altından su fəvvarə vurmuşdur. Çeşmənin suyu şəfaverici sayıldığı üçün, Kəbə Evinə gələn zəvvarlar, adətən, xüsusi qablarda Zəm-zəm suyunu özləri ilə vətənlərinə aparırlar

--------------------

➰__Ýųśíf__➰

  • 18 noyabr 2014 22:10
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Tesekkurler

princessa_selin

  • 18 noyabr 2014 14:04
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Cox sagolun urekler AMIN INSALLAH

--------------------

NikaLYa

  • 17 noyabr 2014 23:22
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
Məhəmməd Peyğəmbərin (s) 35 yaşı olanda, onun mənsub olduğu Qüreyş qəbiləsi Kəbə Evini yenidən qurmaq fikrinə düşür. Kəbənin dağılmasından və xəzinəsinin oğurlanmasından ehtiyat edərək qüreyşilər dam tikmək istəyirlər. Belə ki, bəzi insanlar Kəbənin xəzinəsini gəlib oğurlayırdı.

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 17 noyabr 2014 22:35
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

HeYat cOoX qErIbEdi.

  • 17 noyabr 2014 22:09
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsUN

--------------------

AySenKa

  • 17 noyabr 2014 21:00
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Allah razi olsun ~

♔ sinყσriτα ♔

  • 17 noyabr 2014 20:55
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Tewekul Ellerine sagliq smile

★Deniz★

  • 17 noyabr 2014 20:54
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Pıtırcık

  • 17 noyabr 2014 19:58
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------
http://legend.az/user/imza/

Bash Belası

  • 17 noyabr 2014 18:04
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah Razı oLsun...!

Gr-Az

  • 17 noyabr 2014 17:56
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
ilk werh menden winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}