Ford

 
  • 19.11.2014, 17:30
  • Bölmə: Avto
  • Müəllif: Gr-Az
Ford


Tarixi
Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir.

Fəaliyyəti

Ford A Phaeton

İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı. Məhz T modelinin meydana gəlməsi şəxsi nəqliyyatın inkişafında böyük rol oynamişdır. 1927-ci ildə T modelinin yerini yeni A modeli tutdu.

1920-ci ildə Ford Şirkəti və SSRİ arasında Nijni Novqorodda Qorki Avtomobil Zavodunun tikilməsi barəsində müqavilə bağlandı. Bağlanmış müqaviləyə əsasən SSRİ lazımi maliyyə dəstəyini, Ford isə 1938-ci ilə qədər firmaya lazımi texniki dəstəyi verməyi öz üzərinə götürmüşdü. İstehsal "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) ilə 1 yanvar 1932-ci ildə başladı.

Birinci dünya müharibəsindən sonra Amerikada hökm sürən büyük iqtisadi böhran, Amerikadakı bütün şirkətləri həmçinin, Fordu zəiflətdı və şirkət bir çox fabrikini bağlamaq məcburiyyətində qaldı. İkinci dünya müharibəsi dövründə tank istehsal edən şirkət müharibədən sonra yenidən əvvəlki günlərinə qayıtdı.

1955-ci ildə xalqa açıq bir şirkət olan Ford, sonraki illərdə Kanada, Meksika, İngiltərə, Almaniya, Braziliya, Argentina, Avstraliya, CAR ve Türkiyə kimi bir çox ölkədə fabriklər açdı. 5 qitədə, 200-ə yaxın ölkədə fəaliyyət göstərir. Dünyada təqribən 246 000 işçisi və 110 fabriki var.

Ford Motor Şirkətinə məxsus avtomobil markaları Aston Martin, Ford, Lincoln, Mazda, Mercury, qeyri-avtomobil sektorunda isə Ford Motor Credit Company ve Hertz daxildi



Geri dön

Gr-Az

  • 20 noyabr 2014 16:38
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
werhlere gore sagolun

G♥S

  • 20 noyabr 2014 16:37
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Tewekkurler maraqli xeberdi

--------------------

Aylowka)))

  • 20 noyabr 2014 01:23
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Tewekkuler meqaleye gore)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

HeYat cOoX qErIbEdi.

  • 19 noyabr 2014 20:53
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
ikinci wehr mendenn qaqamm

--------------------

★Love World★

  • 19 noyabr 2014 20:06
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Meqaleye gore sagolun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 27
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}