Mobil telefonunuz suya düşdükdə nə etməlisiz

 
Mobil telefonunuz suya düşdükdə nə etməlisiz


Hər bir telefon suya düşəndə xarab ola bilər, amma suya düşən telefonu xilas etmək də sizin əlinizdədi.

Sadəcə aşağıda yazılanları etməlisiniz:

* Həmin dəqiqə telefonun batereyasını çıxarın! Qurutmağa başlamamışdan əvvəl bunu edin və qətiyyən ən az 2-3 gün telefonu yandırıb işləyirmi deyə yoxlamağa çalışmayın!!!


* Əgər telefonunuzun batereyası çıxmırsa (iPhone – iPadlərdə olduğu kimi), o zaman telefonunuzu söndürün, çünki telefonu suya düşəndə xarab edən içindəki suyun miqdarı deyil, baş verən qısa qapanmalardı. Telefon sönük olsa qısa qapanma da olmaz.

* Telefonu sondürdünüzsə, vəya telefonunuz aldığı zədə səbəbiylə sönmürsə, yandırıb söndürmək düyməsi işləmirsə (məndə məsələn belə olmuşdu, yaxşı ki bu yazılanları etdim, indi təptəzə iPhone kimi işlədirəm), o zaman artıq telefonu qurulamağa başlaya bilərsiniz. Çalışın elə şeylə qurulayın ki həm suyu tez canına çəkə bilsin, həm də telefonu cızmasın.

* Daha sonra, telefonu bacardığınız qədər parçalara ayırıb (qapağını, sim kartını, yaddaş kartını, batereyasını və s. çıxarıb) toz soranla içini qurulayın. Saç qurudan fen də istifadə etmək olar, amma sadəcə soyuq temperaturda!!! Fen isti hava verirsə istifadə etməyin, telefonun çiplərinə çox böyük zərər verə bilərsiniz.

* Daha sonra böyük bir qabın içinə düyü doldurun (pişməmiş, bərk düyü) və telefonu düyünün içinə basdırın. Düyü telefonun içindəki suyu 2-3 günə öz canına çəkəcək. 2-3 gün telefon düyünün içində qalsın.

* 3 gün keçəndən sonra telefonu düyünün içindən çıxarıb üfləyib təmizləyin, içində düyü qalıb qalmadığına fikir verin, daha sonra telefonu yandırın. Çox güman ki üstdəki mərhələləri düzgün və cəld yerinə yetirmisinizsə, telefon işləyəcək

* Əgər telefonun səsi çıxmırsa (iPhonlarda olur bu hadisə daha çox), və ya bəzi kiçik fiziki detallar tam işləmirsə, ən az 2 həftə düzəlməyini gözləyin.


* Yuxarıdakı göstərişləri yerinə yetirsəniz, ümid edirik ki, telefonunuza heçnə olmaz. Son olaraq təbii ki telefonunuzdan bu başdan muğayat olmağınızı, cibinizdən çıxararkən telefondan bərk yapışmağınızı və əlbəttə suya salmamağınızı ümid edirik


Geri dön

G♥S

  • 21 noyabr 2014 18:34
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
Tewekkurler maraqli xeberdi cox sagolun

--------------------

HeYat cOoX qErIbEdi.

  • 20 noyabr 2014 23:32
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------

Gr-Az

  • 20 noyabr 2014 22:59
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler beyendim

★Deniz★

  • 20 noyabr 2014 22:29
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
hecne tullayib yenisi almaq

--------------------

Pıtırcık

  • 20 noyabr 2014 21:13
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
belay xeber marahlidi begendim tesekkurlerrrrrrr

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}