Allahın yaratdıqı möcüzələr

 
Allahın yaratdıqı möcüzələr



"Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)” (Hud, 6).

Bir nəfərin gözəl bağı vardı. Öz bağını çox sevir, ona qulluq etməkdən zövq alırdı. Bağın çox hissəsini üzüm tənəkləri təşkil edirdi. Bu adam tənəkləri vaxtında budayar, dərmanlayar, məhsul zay olmasın deyə talvar düzəldərdi. Özü dindar idi. Hərdən balaca oğlu da oynaya-oynaya onun yanına gələr, gördüyü işi diqqətlə izləyər, bəzən sual verərdi. Verdiyi sualların bir qismi də belə olardı: "Ata, filan şeyi kim yaradıb?” "Filan şey kimindir?” Ata da bir qayda olaraq cavab verərdi: "Allah yaradıb, oğlum. Hər şeyi Allah yaradıb”. "Hər şey Allahındır, oğlum. Biz də Allahınıq, gördüyün hər şey Onundur, Amma bəzi şeyləri Allah yaradıb və bizə verib ki, istifadə edək”.


Bir gün ata yenə bağda işləyirdi. Hələ talvar düzəltməyə macal tapmadığı üzüm tənəklərindən birinə yaxınlaşanda gözlərinə inanmadı. Tənəkdəki iri üzüm salxımları pis gündə idi. Kimsə üzüm gilələrini qırıb yerə tökmüşdü. Tənəyin dibi yarı yeyilmiş üzüm gilələri ilə örtülmüşdü.

Adam çox qəzəbləndi. Hirsini saxlaya bilməyib qışqırdı: "Kim bu üzümləri zay eləyib? Əlimə keçsə, onun dərisini üzəcəyəm”. Səsə oğlu yaxınlaşdı. O da atasını qəzəbləndirən "günahkar”ın kim olmasını görmək istəyirdi. Axı, atası heç vaxt boş yerə hirslənmirdi.

Adam ətrafa boylandı. Bu işi edənin hansısa heyvan ya quş olduğunu anlamışdı. İndi onu tapmaq qalırdı. Qulağına qonşu tənəkdən xışıltı səsi gəldi. Yarpaqların xışıltısı idi. Adam yaxınlaşdı. Yarpaqları aralayıb baxdı. İki tısbağanı "cinayət üstündə” yaxalamışdı. Tısbağalardan biri artıq hənirti eşidib başını qınına soxmağa macal tapsa da, o biri hələ də qabaq ayaqlarını tənəyin gövdəsinə söykəyib dikəlmiş vəziyyətdə, torpağa dəyməsinə az qalan bir üzüm salxımının gilələrini yeməkdə idi.

- Aha, tapdım sizi, ay yaramazlar!

Adam yaxına gəlib, tısbağaları yerdən qaldırdı. İndi bunlara necə cəza versin ki, hirsi soyusun? Ağlına gələn ilk fikrə uyğun hərəkəti etdi: "Siz mənim bağımın altını üstünə çevirirsiniz. Mən də sizinlə eyni rəftarı edəcəyəm”. Tısbağaları arxası üstə torpağın üstünə qoydu. Bilirdi ki, tısbağa qını üstə qalanda çevrilə bilmir və ən köməksiz vəziyyətə düşür. Bu yolla onları bir müddət cəzalandırmaq istəyirdi. "Qoy, bir neçə saat belə qalsınlar, ağılları başlarına gəlsin. Aclıqdan üzülsünlər. Sonra yenə çevirib ayaqları üstə qoyaram”.

Adam iş-gücü ilə məşğul olmağa davam etdi. Axşam qəfil aldığı xəbərlə bağı buraxıb şəhərdəki evinə qayıtmalı oldu. Bir həftə evdə olması gərəkirdi.

Bir həftə keçdi. Yenə ailəsini toplayıb bağa qayıtdı. Ağaclardan, tənəklərdən ötrü darıxmışdı. Dərhal bağın içinə çıxdı. Oğlu da qaça-qaça ona yaxınlaşdı. İlk sualı da bu oldu:

- Ata, bəs bu bağ kimindir?

- Əlbəttə, Allahındır. Amma bizim ixtiyarımıza verib ki, biz onun məhsullarından yeyək. Ona görə biz bağa qulluq edirik ki, məhsulları zay olmasın. Axı, bu Allahın bizə əmanətidir.

Oğlu daha bir sual verdi:

- Bəs, arxası üstə çevirdiyin tısbağalar kimindir? Onları da Allah bu bağla birlikdə bizə əmanət verib?

Dünya atanın başına hərləndi. Tısbağaları əvvəlki vəziyyətinə qaytarmağı unutmuşdu! Bu vəziyyətdə onlar ölümə məhkum idilər. Arxası üstə qaldıqları müddətcə nə yeyə, nə də içə biləcək, acından öləcəkdilər. Həm də quşlar bu vəziyyətdə onların bədənini dimdikləri ilə didib parçalayacaqdı. Bu zavallılar da özlərini müdafiə edə bilməzlər."Aman Allah, mən nə etdim?”

Tısbağaları qoyduğu tərəfə qaçdı. Həmin yerin üzərində, torpağa yaxın hündürlükdə bir sərçə dolaşırdı. Fikrindən bu keçdi: "Yəqin tısbağalar acından ölüb. Bu sərçə də onların çürümüş bədənini yeyir”.


Yaxına gəldi. İlahi, bu nədir? Gördüyü mənzərədən donub qaldı. Tısbağalar ölməmişdi. Onları nə vəziyyətdə qoymuşdusa, eləcə qalmışdılar. Ayaqlarını, əllərini ahəstə tərpədir, boyunlarını o tərəf-bu tərəfə döndərirdilər. "Bəs, bir həftə nə yeyiblər? Necə olub ki, acından ölməyiblər?” Gözü sərçəyə sataşdı. Sərçə dimdiyində yarpaq qırıqlarını daşıyıb, tısbağaların ağzına qoyurdu! Adam dayə kimi tısbağaları bəsləyən sərçənin işi qarçısında heyrətdə idi. Yaxın gedib tısbağaları ayaqları üstə çevirdi. Yanında duran və mənzərəni səssizsə seyr edən oğlunun saçlarını tumarlayıb, bayaqkı sualın bir qədər gecikmiş cavabını verdi:

- Əlbəttə, bu tısbağalar da Allahındır, oğlum! Allahındır, buna heç şübhən olmasın!..



Geri dön

♛WøøWøøWøøW♛

  • 22 noyabr 2014 23:40
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
AllahRa31Olsun;)

--------------------

^^KuKuLKa^^

  • 21 noyabr 2014 18:44
  • Məqalə: 772
  • Şərh: 11593
  • Bal:
{awards}
- Əlbəttə, bu tısbağalar da Allahındır, oğlum! Allahındır, buna heç şübhən olmasın!..

--------------------

Воровская

  • 21 noyabr 2014 17:06
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Allah razi olsun tewekkur edirem

--------------------




G♥S

  • 21 noyabr 2014 16:33
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

HeYat cOoX qErIbEdi.

  • 21 noyabr 2014 16:30
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Allahi_Unutma

  • 21 noyabr 2014 15:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

Pıtırcık

  • 21 noyabr 2014 15:40
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

★Deniz★

  • 21 noyabr 2014 15:28
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN QAQA

--------------------

-Kralica-

  • 21 noyabr 2014 14:59
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




Gr-Az

  • 21 noyabr 2014 14:51
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
ilk werh menden winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}