Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperaturun gecə 7-10°, gündüz 11-14° isti, Bakıda gecə 8-10°, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 1-6° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 5-9°, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 1-6°, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 7-10°, gündüz 11-16° isti, dağlarda gecə 1-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Noyabrın 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü ayın 23-24-də küləyin güclənməsi və temperaturun kəskin aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.



Geri dön

Воровская

  • 21 noyabr 2014 17:10
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
tewekkurler xeber icin

--------------------




G♥S

  • 21 noyabr 2014 16:38
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

HeYat cOoX qErIbEdi.

  • 21 noyabr 2014 16:32
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
tewekkurler

--------------------

♔ sinყσriτα ♔

  • 21 noyabr 2014 15:34
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Hava suppiwdi yagiw yagir)))

★Deniz★

  • 21 noyabr 2014 15:26
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
hava bu gun buludludu ve yaxsiwda yagir

--------------------

My_lifee_

  • 21 noyabr 2014 13:30
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
deyirlerr qar yaqiceyy

Pıtırcık

  • 21 noyabr 2014 12:36
  • Məqalə: 410
  • Şərh: 9552
  • Bal:
{awards}
xebere gore tesekkurlr

--------------------
http://legend.az/user/imza/

Ayan.Official

  • 21 noyabr 2014 12:21
  • Məqalə: 23
  • Şərh: 44
  • Bal:
{awards}
Bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var.

Gr-Az

  • 21 noyabr 2014 11:17
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
ilk werh menden winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 8
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}