Cənnət

 
Cənnət


Onlar üzlərini Allaha tutub dedilər:
- Allahım, bizə Yer üzünü göstər.
Buludlar kənara çəkildi və onlar Yer üzünə tamaşa etməyə başladılar. Yer üzündə isə milliardlarla insanlar öz qarşılarına dəyərsiz, böyük məqsədlər qoyur və bunlara nail olmaq üçün öz kiçicik ömürlərini fəda edirdilər. Bütün bunlara baxıb, doyunca güldükdən sonra onlar yenidən öz qayğısız həyatlarına davam etməyə başladılar. 3 gün keçməmiş yenidən darıxmağa başladılar. Yenidən dilə gəldilər:
- Allahım, bizə yenə də Yer üzünü göstər.

Və yenidən buludlar çəkildi və onlar insanlara baxdılar. Lakin bu dəfə qarışqa toplusuna bənzəyən insanların həyatı belə onlara təsir etmədi. Onlar artıq dəhşətli uçurum kimi görünən Əbədilik haqqında düşünməyə başlayır və bu da onları qorxudurdu. O zaman onlar yenidən Allaha müraciət etdilər:
- Allahım bizə Cəhənnəmi göstər.
Bəs siz necə düşünürsünüz? Yaşadığımız dünyada cənnətdəsiniz, yoxsa cəhənnəmdə?
Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə etiraz olaraq bəyanat qəbul edib. Gün.Az xəbər verir ki, sənəd barədə İşçi Qrupunun rəhbəri, vitse-spiker Valeh Ələsgərov məlumat verib.
Sənəddə qeyd edilir ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir və Avropa İttifaqı ilə assosiativ saziş hazırlanır.
Bəyanatda vurğulanır ki, iyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və qətnamə qəbul edilməsi anlaşılan deyil:
“Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbs müddətinin uzadılması yeni halların üzə çıxması ilə bağlıdır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir”.
Bəyanatda vurğulanır ki, Azərbaycanda rəsmən prezident seçkiləri kampaniyası başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib:
“Cinayət Məcəlləsində edilən dəyişikliklər də “Diffamasiya haqqında” qanunun qəbuluna heç bir maneə törətmir. İnternetlə bağlı hər hansı problem yoxdur. Azərbaycan xalqı demokratik inkişaf yolu tutub. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi var.
Azərbaycanın insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzakirəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir.
Bu, Avropa İttifaqının Azərbaycanla bağlı siyasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Bu, yeni qaz dəhlizi ilə bağlı qərarın qəbulu və prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsinə təsadüf edir və bu, iqtisadi maraqlardan xəbər verir.
Azərbaycan müstəqil dövlətdir və Avropa İttifaqı ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdirir. Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.

Düşünürəm nədən Azərbaycanı Cəhənnəmə çeviririk. Bizdə nə Allah qorxusu, nə Cənnət, nə də Cəhənnəm xofu var. Əgər səhv etmirəmsə, bu gün Milli Məclisimizin 123 üzvü var. Bəzi istisnalarla hamısı sıradan, yəni bu sətirlərin müəllifi kimi demək olar ki, normal insanlardır. Yəni hər bir normal insan kimi, necə deyərlər, “normalar daxilində” istək və arzuları, qorxuları və qüsurları var. Bunu çox yaxşı bilirəm. Ən azından ona görə ki, çoxlarını şəxsən tanıyıram.
Yəni inanıram ki, onlardan heç biri demirəm, amma mütləq əksəriyyəti REAL hərəkatının liderlərindən biri İlqar Məmmədovu 10-12 illik həbs cəzasına layiq kütləvi iğtişaşların təşkilatçısı hesab etmir.
Bəlkə də insanlar haqqında onların olduğundan daha yaxşı düşünürəm. Amma inanıram ki, çoxusu dəfələrlə Həccə getmiş və oğul-qız sahibi bu insanlar heç bir cinayət işlətməyən İlqar Məmmədovu azyaşlı övladlarından uzun illər boyu zorla ayırmağın nə qədər böyük günah olduğunu çox gözəl anlayırlar. Əslində anlamalıdırlar ki, yalnız özlərinin deyil, hamımızın bu gününü, əgər doğrudan da Allaha inanırlarsa, onda Yer üzündəki həyatdan sonrakı sonsuza qədərki dönəmimizi Cəhənnəmə çevirirlər.
Bəli, hamımızın. Çünki, hamımız, yəni bir toplum kimi bütün bu ədalətsizliklərin, bir sözlə, Azərbaycanın mini cəhənnəmə çevrilməsinin qarşısını almaqda gücsüzük. Əslində məqsədindən asılı olmayaraq, Avropa Parlamenti bizi Cəhənnəm əzabından xilas etməyə cəhd göstərir.
Adama deyərlər ki, heç insafın var?! Bir İlqar Məmmədova görə hamımızı Cəhənnəmlik etdin! Söhbət bir İlqar Məmmədovdan getmir. Çox uzağa getməyəcəyəm. Ancaq son günlərin hadisələrini xatırlayacağam.

Bu günlərdə eşitdim ki, Surət Hüseynovun təşəbbüsü ilə başlanan “Gəncə hadisələri”nin aktiv iştirakçısı, dövlət çevrilişi təşəbbüsünə qarşı çıxan, “N” saylı hərbi hissənin sabiq komandiri, istefada olan polkovnik, İsa Nəzər oğlu Sadıxov beynəlxalq axtarışa verilib. Sən demə, İsa Sadıxov barədə Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda fakt üzrə təhqiqat aparılır. Əslində İ.Sadıxovun cinayətkar olub-olmamasının məsələ ilə heç bir əlaqəsi yoxdur. Axı söhbət az qala 20 il öncəki hadisələrdən gedir. Soruşan lazım, nə oldu birdən yuxudan ayıldınız?! Son dövrlərdə İ.Sadıxov siyasi aktivliyini artırdığına görəmi? Başqa bir səbəbi yox, ola da bilməz.
İndi isə keçək Hüseyn Abdullayevə. Bir məsələdə çətinlik çəkirəm. Bilmirəm, H.Abdullayevi bəstəkar, yoxsa iş adamı kimi təqdim edim. Hər ikisi doğru olmaz. Bir sıra çox gözəl mahnıların musiqisinin müəllifi olmasına baxmayaraq, məncə, H.Abdullayevi bəstəkar saymaq ədalətsizlik olardı. Azərbaycanda iş adamı adlandırılacaq birini tapmaq ümumiyyətlə mümkün deyil.
Deyəsən, tapdım. H.Abdullayev azərbaycansayağı iş adamı idi. Onu “vergidən yayındığı” üçün beynəlxalq axtarışa verdilər. İnanıram. Nədən də inanmayım. Dünənə qədər H.Abdullayev hakim elitamızın ayrılmaz tərkib hissəsi idi. Yəni bizim hakim elita onun necə, nə vaxt, ən əsası isə nə qədər vergidən yayındığını, nə qədərini haraya xərclədiyini və nəhayət, nə qədərinin qaldığını çox gözəl bilir. Ən azından ona görə ki, hər biznesdə olduğu kimi, burada da şərik idilər.
Amma yenə də H.Abdullayevin gerçəkdə vergidən yayınıb-yayınmaması ilə onun cinayət məsuliyyətinə cəlb olunması arasında heç bir əlaqə yoxdur. Çünki, onun vergidən yayınması “Susma” klipini çəkəndən sonra “aşkar” oldu. Özü də sən demə söhbət “külli miqdarda” vergidən yayınmaqdan gedir. Yəqin ki, H.Abdullayev azərbaycansayağı iş adamları arasında ən “xod getdiyi” vaxtlarında belə ilk yüzlüyə daxil olmayıb. Amma yenə də söhbət, əgər səhv etmərəmsə, bir milyondan artıq bir məbləğdən gedir. İndi siz düşünün – birinci yüzlüyə daxil olanları “silkələsək”, yəqin ki, bir neçə illik dövlət büdcəmizi toplamaq olar…
Mən o qədər də tükürpədici misallar gətirmədim. Amma bu yaşadığımız gerçəklərin dəhşətini və mahiyyətini dəyişmir. Azərbaycanda oğru, rüşvətxor, hətta insan qatili ola bilərsən. Bu sənin cəzalandırılmağın üçün kafi olacaq qədər böyük günah deyil. Yetər ki, siyasi iqtidara sədaqətli olasan… Amma dəyərmi?! Bütün Azərbaycanı, yəni özləri də daxil olmaqla, bütün xalqın həyatını cəhənnəmə çevirməyə dəyərmi?!


Geri dön

G♥S

  • 26 noyabr 2014 16:10
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
ALLAH razi olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 26 noyabr 2014 14:52
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Hamiya CENNET`ini Nesib Etsin InwALLAH!
winked

--------------------

♛WøøWøøWøøW♛

  • 22 noyabr 2014 23:39
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
AllahRa31Olsun;)

--------------------

princessa_selin

  • 22 noyabr 2014 17:45
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Cox sagolun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 22 noyabr 2014 00:08
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

♔ sinყσriτα ♔

  • 21 noyabr 2014 22:27
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Onlar üzlərini Allaha tutub dedilər:
- Allahım, bizə Yer üzünü göstər.
Buludlar kənara çəkildi və onlar Yer üzünə tamaşa etməyə başladılar. Yer üzündə isə milliardlarla insanlar öz qarşılarına dəyərsiz, böyük məqsədlər qoyur və bunlara nail olmaq üçün öz kiçicik ömürlərini fəda edirdilər. Bütün bunlara baxıb, doyunca güldükdən sonra onlar yenidən öz qayğısız həyatlarına davam etməyə başladılar. 3 gün keçməmiş yenidən darıxmağa başladılar. Yenidən dilə gəldilər:
- Allahım, bizə yenə də Yer üzünü göstər.

HeYat cOoX qErIbEdi.

  • 21 noyabr 2014 22:05
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun Rebbim bizleri cennet ehlinden olanlardan qerar versin amin

--------------------

Gr-Az

  • 21 noyabr 2014 21:55
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler meqalencun

★Deniz★

  • 21 noyabr 2014 21:45
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
meqaleye gore tewekkkurler

--------------------

Mələyimin mələyi

  • 21 noyabr 2014 21:20
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Onlar üzlərini Allaha tutub dedilər:
- Allahım, bizə Yer üzünü göstər.

--------------------

•●Miňi Miňňacık•●

  • 21 noyabr 2014 21:18
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN...

--------------------

Pıtırcık

  • 21 noyabr 2014 20:51
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUUN

--------------------
http://legend.az/user/imza/

Aylowka)))

  • 21 noyabr 2014 20:44
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun Allah hamiya cennetinden yer ayirsin INWALLAH ))) Atdim secilmiwlere cox sagolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}