Changan CS75 krossoveri Azərbaycanda sınaqdan keçirildi

 
Changan CS75 krossoveri Azərbaycanda sınaqdan keçirildi

Oktyabr ayının 31-i və noyabr ayının 1—tarixlərində Changan və “Sirena Motorsun” təşkilatçılığı ilə bir müddət öncə təqdimatı baş tutan Changan CS75 modelinin Şamaxıya sınaq yürüşü baş tutdu. İstehsalçının Çindən gələn nümayndələri və Azərbaycanın aparıcı media işçilərinin iştirakı ilə keçirilən sınaq yürüşü “Sirena Motors”un satış salonundan başladı. Avtomobilllər texniki baxışdan keçdikdən və gərək olunan tədbirlər görüldükdən sonra axşam saat 17:00-da test drayv iştirakçıları Şamaxıya yola düşdü. Bakıdan Şamaxıyadək olan 120 km məsafədə jurnalistlər avtomobilin bütün imkanlarını yoxlamaq üçün unikal şans əldə etmişdilər. Yürüş zamanı avtomobilin 1.8 litrlik 177 at güclü turbomühərrikinin gücü, 6 pilləli avtomat transmissiyanın rəvan ötürmələri ilə yanaşı CS75 modelinin təchizatına daxil olan görünməyən bölgələrə nəzarət, kruiz kotrol, parktronik, arxa görüntü kamerası və s. kimi təhlükəsizlik sistemləri hamının rəğbətini qazandı. Artıq 150 illik tarixə malik olan Changan şirkəti istehsal etdiyi modellərinin qabaqcıl dizaynı, keyfiyyəti, təhlükəsizliyi və zəngin təchizatı ilə dünya avtomobil bazarında öz mövqelərini möhkəmlətməkdir. İstehsalçının digər modelləri kimi Changan CS75 müasir dizayna, yüksək təhlükəsizliyə, kifayət qədər geniş salona, rahat idarəolunma və komforta həmçinin güclü mühərrikə sahibdir ki, bu da Azərbaycan alıcısının bütün tələblərinə cavab verəcək. Azərbaycan avtomobil bazarında sinfində ən böyük ölçülərdən birinə malik olan CS75 digər istehsalçıların modelləri üçün ciddi rəqibə çevriləcək.

Saat 19:00-da “Şamaxı Platinum Palace by Rixos” otelinə çatan test drayv iştirakçıları Çin və Azərbaycan mətbəxindən ibarət xüsusi hazırlanmış şam yeməyi və çay süfrəsindən sonra istirahət etdilər. Ertəsi gün, səhər yeməyindən sonra jurnalistlərə istehsalçının hazırladığı simvolik hədiyyələr təqdim olundu və qrup sınaq yürüşünün ikinci hissəsini həyata keçirmək üçün yola düşdü. Yürüşün ikinci hissəsi Şmaxıdan Pirquluya gedən dağlıq ərazidə baş tutdu. Yürüş boyu istər asfalt üzərində,istər dağ yollarının eniş və yoxuşlarında, istərsədə çətin keçilən yol şəraitində Changan CS75 bütün sınaqların öhtəsindən layiqincə gəlirdi. Havanın dumanlı olmasına və məhdud görünmə şəraitinə baxmayaraq yürüşün sonunda avtomobil kolonu Azərbaycan tarixinin bir hissəsi olan Şamaxı rəsədxanasına çatdı. Burda qonaqlar üçün ekskursiya təşkil olundu, həmçinin yekun çəkilişlər baş tutdu. Yürüş sınağında iştirak edən jurnalistlər avtomobilin dizaynını, təchizatını və təhlükəsizlik sistemlərini yüksək qimətləndirdilər.


Geri dön

★Deniz★

  • 23 noyabr 2014 18:36
  • Məqalə: 14
  • Şərh: 1758
  • Bal:
tewekkurler

--------------------

☜✵☞ SimpaticNi OgLaN ☜✵☞

  • 22 noyabr 2014 20:10
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
insallah yaxsi olar amin

G♥S

  • 22 noyabr 2014 15:22
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

HeYat cOoX qErIbEdi.

  • 22 noyabr 2014 15:22
  • Məqalə: 69
  • Şərh: 657
  • Bal:
{awards}
tewekkurler

--------------------

NikaLYa

  • 22 noyabr 2014 12:26
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
Oktyabr ayının 31-i və noyabr ayının 1—tarixlərində Changan və “Sirena Motorsun” təşkilatçılığı ilə bir müddət öncə təqdimatı baş tutan Changan CS75 modelinin Şamaxıya sınaq yürüşü baş tutdu. İstehsalçının Çindən gələn nümayndələri və Azərbaycanın aparıcı media işçilərinin iştirakı ilə keçirilən sınaq yürüşü “Sirena Motors”un satış salonundan başladı.

--------------------

Gr-Az

  • 22 noyabr 2014 12:11
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
ilk werh menden winked ...

--------------------
Ra sheni sakmea
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 49
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}