Tiramisu

 
Tiramisu

6 pay üçün

Tiramisunun bir neçə resepti var. Bir resept var ki, orada krem heç bişmədən, çiy yumurtalardan və maskarpone pendirindən hazırlanır. O reseptin ən asan resept olduğunu deyə bilərəm. Buradakı resept isə daha çox əmək istəyir - krem 3 ayrı kremin birləşməsiylə əmələ gəlir, və olduqca ləzzətlidir.

Qeyd: Vaxtınızdan səmərəli şəkildə istifadə etmək üçün, tiramisusun kremlərini, qurabiyələrini bir neçə gün əvvəldən də hazırlaya bilərsiniz.

ƏRZAQLAR:

Zabaglione (İtalyan kremi) üçün:
2 ədəd iri yumurta sarısı
3 xörək qaşığı şəkər tozu (50 qram)
dörtdə bir stəkan Marsala şərabı (Marsala şərabı məsləhət görülür, amma əgər yoxdursa tünd kofeylə əvəz edə bilərsiniz)
çay qaşığının ucunda vanil ekstraktı (duru vanil)
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı


Vanilli krem üçün:
dörtdə bir stəkan şəkər tozu (55 qram)
1 xörək qaşığı un
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı
yarım çay qaşığı vanil ekstraktı
1 ədəd iri yumurtanın sarısı
dörtdə üç stəkan tam yağlı süd (175 ml)


Qaymaqlı krem üçün:

1 stəkan soyuq süd qaymağı (235 ml)
dörtdə bir stəkan şəkər tozu (55 qram)
yarım çay qaşığı vanil esktraktı (duru vanil)


Tiramisu üçün lazım olan digər ərzaqlar:
1 stəkan isti tünd ekspresso kofesi (şirnisiz)
1 çay qaşığı brendi
dörtdə bir stəkan şəkər tozu (110 qram)
üçdə bir stəkan (75 qram) maskarpone pendiri
24-30 ədəd qadın barmağı qurabiyəsi
2 xörək qaşığı adi kakao tozu (şirinləşdirilmiş deyil, adi, bir az acımsı dadı olan)


KREMLƏRİN HAZIRLANMA QAYDASI:

Zabaglione kreminin hazırlanması:
Balaca qazana 3 sm qədər su tökün, qoyun qazın üstünə və qaynadın. İstiyə dayanıqlı iri kasada yumurta sarısı, şəkər tozu, Marsala şərabı, vanil ekstraktı və limon qabığını cəngəllə çalın ki, ərzaqlar bir-birinə yaxşıca qarışsın. Sonra kasanı su qaynayan qazanın üstünə yerləşdirin - elə olmalıdır ki, kasa suya dəyməsin. Yumurtalı kütləni dəyanmadan qarışdıraraq qatılaşanadək bişirin - təxminən 8 dəqiqə. Kasanı kənara çəkin. Qoyun kütlə soyusun, sonra üstünə mətbəx sellofanı örtüb 4 saat soyuducuda saxlayın.

Vanilli Kremin hazırlanması:
Şəkər un, limon qabığı və vanil ekstraktını qalın dibli qazanda çəngəllə və ya mikserlə azacıq çalın. Üstünə yumurta sarısı və südün yarısını əlavə edib, ərzaqlar bir-birinə qarışanadək çalın. Sonra qazanı az xodda olan qazın üstünə qoyun və dəyanmadan qarışdıra-qarışdıra bir az bişirin. Qalan südü də az-az əlavə edib, qarışdırmağa davam edin. Təxminən 12 dəqiqə sonra kütlə hamar və qatı olacaq. Kütləni bir kasaya boşaldıb kənara qoyun ki, soyusun. Sonra üstünə mətbəx sellofanı örtüb soyuducuda 4 saat ərzində soyudun.

Qaymaqlı kremin hazırlanması:
Kasada qaymaq, şəkər tozu və vanilla ekstraktını mikserlə kütlə özünü tutub tökülməyənə qədər çalın. Kremi kənara qoyun.


TİRAMİSUNUN YIĞILMASI

Tiramisu ölçüləri 20 X 20 sm olan dördbucaq qabda hazırlanacaq. Qabınızı hazırlayıb kənara qoyun.

Bir kasada isti (qaynar deyil) ekspresso kofesini, brendi və şəkər tozunu qarışdırın. Kənara soyuması üçün qoyun.

Ayrı iri qabda, maskarpone pendirini qaşıqla bir az əzin ki, yumuşalsın. Mikserlə də bir az çırpmaq olar. Buna, hazırladiğınız 2 kremi - zabaglione kremini ve vanilli kremi - əlavə edib, yaxşıca qarışdırın. Sonra isə qaymaqlı kremi də bu kütləyə əlavə edib, yavaşca qarışdırın. KREMİNİZ HAZIRDIR!

İndi isə qadın barmağı qurabiyələrini bir bir şirinləşdirdiyiniz ekspresso kofesinə batırıb (hərəsini 1 saniyə) hazırladığınız qabın dibinə düzün (şəkildə göstərilən qaydada). Bir lay qurabiyə dolduqdan sonra, onların üstünə kremin 3də birini çəkin. Bu qaydayla 2 lay da əlavə edin - hər qat üçün qurabiyələr kofedə islanmalı və hər qatın üstünə krem çəkilməlidir. Tiramisunuz demək olar ki, hazırdır, amma yeməyə deyil.

Tiramisunun üstünə mətbəx sellofanı çəkib soyuducuya bir gecəlik qoyun. Süfrəyə verməzdən əvvəl üstünü tamamilə örtəcək qədər acı kakao tozu ələyin. 6 tikəyə bölüb, süfrəyə verin. Yeyilməyən Tiramisunu buzluqda uzun müddətlik saxlamaq olar.


NUŞ OLSUN!


Geri dön

✰Dгeaм✰

  • 21 yanvar 2012 20:43
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Wow bir balaca sirniyyata bu qeder erzaq?Hem cox vaxt,hem de cox pul aparar.Yene de sagol.

M.Ceceli

  • 12 dekabr 2011 18:29
  • Məqalə: 2
  • Şərh: 137
  • Bal:
{awards}
cox gozeldiler ellerine sagliq

what [color=#CC33CC][/color]

--------------------
Namazova Vusale

Alone angel

  • 16 noyabr 2011 00:55
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

KaRola_16

  • 18 avqust 2011 11:50
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
HMM DADLI GORUNUR...

--------------------

NELLY19

  • 2 avqust 2011 15:48
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

Inciciceyi

  • 8 iyun 2011 12:16
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

NEZRIN72

  • 21 mart 2011 19:57
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
tesekkurler dadliya oxsuyur

sirin1menem

  • 6 mart 2011 19:38
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
{awards}
tiramisu yemeyin icinde alkogol var yani spirt var. ona gore de olmaz bizlere biz axi muselmanig)

--------------------
yalan danisan insanlara yaziqim gelir hele bilmirler, amma cox pesman olacaqlar calisin ne olursa olsun duz danisin cunku bunun ezabini ancaq tek cekeceksiniz!!!

yalan danisan o insandir ki, zarafatca neyise yalan deyirse demeli o artiq yalancidir!!!

_RONALDO_

  • 6 mart 2011 13:30
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
maraqlı xəbərə görə çox sağol

--------------------

::..ONSLAUGHT::..

  • 1 mart 2011 22:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler dadliya oxsuyur

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sevinc_Keder

  • 28 fevral 2011 13:27
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
qismet olsa eleyecem

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

::..ONSLAUGHT::..

  • 25 fevral 2011 20:10
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler dadliya oxsuyur

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Nur_Ay

  • 22 fevral 2011 20:00
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK SHERHLERINIZE GORE... fellow

--------------------

Ulya

  • 22 fevral 2011 13:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
men tiramisu hazirlaya bilirem.cox dadli olur winked

Postman

  • 22 fevral 2011 12:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tasakkurlar maraxli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}