Oxumadan keçmə

 
Oxumadan keçmə


Niyə bikefsən???.


Niyə bikefsən?? Hz. Adəm (a.s) kimi cənnətdənmi uzaqlaşdın?

Niyə bikefsən???Hz. İbrahim (a.s) kimi oda atıldın?

Niyə bikefsən???Hz. Zəkəriyya (a.s) kimi mişarla kəsildin?

Niyə bikefsən??? Hz. Yusif (a.s) kimi quyuyamı atıldın?

Niyə bikefsən???Hz. Muhamməd (s) kimi Taif'də daşlandınmı, belinə içalatmı qoyuldu namaz qılanda, dişinmi qırıldı, hicrətəmi çətinlik çəkdin, sevdiklərindənmi ayrıldın?

Niyə bikefsən??? Hz. Həmzə kimi burnun, qulağınmı kəsildi?

Niyə bikefsən??? Hz. Abbas kimi qollarınmı kəsildi?

Niyə bikefsən???İmam Huseyn kimi ox, nizə və qılınc zərbələri ilə yaralandınmı?

Niyə bikefsən??? Emmar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?

Niyə bikefsən??? Bilal-ı Həbəşi kimi qızmar qumlara yatırılıb, üzərinə daşlarmı qoyuldu?

Niyə bikefsən??? Yunus peyğəmbər (a.s) kimi dənizəmi atıldın?

Niyə bikefsən??? Eyyub peyğəmbər (a.s) kimi vücudunu yaralarmı bürüdü?

Niyə bikefsən???

Nə düşünürsən, dünyalıq işlərmi? Kədərlənəcəksənsə, namazını qəzaya saxladığın üçün, birinin qəlbini qırdığın üçün kədərlən.. Kədərlənəcəksənsə, bu gün Allah üçün bir şey etmədiyin üçün, Allahi Rəsulun (s) İmamları (ə) razı edə bilmədiyin üçün kədərlən.. Fələstində, Suriyada və Dünyanın dörd bir yanında zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən.. Kədərlənəcəksənsə, bir kasıba yardım edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Afrika'da və digər ölkələrdə bir loxma çörək tapmayan, xəstəliklərə dözə bilməyən insanlar üçün kədərlən.. Kədərlənəcəksənsə, Quranı kifayət qədər oxuyub, həyatına tətbiq edə bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Peyğəmbərimizin (s) şəfaətinə nail olmamaq qorxusu ilə kədərlən..

[center] Böyük günahlar...


1.Allahın rəhmətindən məyus olmaq
2.Allahın əzabından həmişəlik özünü amanda güman etmək
3.Allahın və peyğəmbərin adından yalan demək
4.Nahaqdan bir adamı öldürmək
5.Ata və ananın üzünə ağ olmaq
6.Zülm etməklə bir yetimin malın mənimsəmək
7.İsmətli bir qadına zina ittihamını vurmaq
8.Düşmənlə mübarizə meydanından qaçmaq
9.Yaxın qohumlarla əlaqəni kəsmək
10.Sehr və cadu etmək
11.Zina(qadınla kəbinsiz cinsi əlaqədə olmaq)
12.Həmcinsbazlıq(kişinin kişi ilə,qadının qadınla cinsi əlaqədə olması)
13.Oğurluq
14.Yalannan and içmək
15.Şəhadət verməyin vacib olduğu yerdə,boyun qaçırmaq
16.Yalannan məhkəmədə danışmaq
17.Əhdə vəfa qılmamaq
18.Ölünün vəsiyyətinə əməl etməmək
19.Şərab içmək
20.Faiz-sələmə pul vermək
21.Haram mal yemək
22.Qumarbazlıq
23.Ölən heyvan ətini yemək
24.Donuz əti yemək
25.Şəriət qanunları ilə kəsilməmiş heyvan ətini yemək
26.Müştərini tərəzidə aldatmaq
27.Dinini qorumaqda fəhlükə ilə üzləşəcəyi bir yerə köçmək
28.Zalıma kömək etmək
29.Zalım bir şəxsə arxalanmaq
30.Başqalarının haqqını bilərəkdən və üzürlü səbəb olmadan özündə saxlamaq
31.Yalan danışmaq
32.Özünü başqalarından böyük saymaq
33.İsraf etmək
34.Xəyanət etmək
35.Başqalarının qeybətini etmək
36.Söz gəzdirmək-ara vurmaq
37.Faydasız işlərlə məşğul olmaq
38."Həcc"fərizəsini yüngül saymaq
39.Namazı tərk etmək
40.Zəkat verməmək
41.Günahı yenidən təkrarlamaq.


Hz. Peyğəmbər (s) belə məsləhət görmüşdür: Namaz dinin dirəyidir. Namazda 10 gözəllik vardır. Bu 10 gözəllik aşağıdakılardır:



1. Namaz qılan adamın üzü gözəlləşir.
2. Namaz qılan adamın qəlbi nurla dolar.
3. Namaz qılan adamın üstünə rəhmət yağar.
4. Namaz qəbirdə ən yaxın dostdur.
5. Namaz qılan adam Rəbbini xoş görər və razı salar.
6. Namaz qılmaq bədəni rahatladır.
7. Namaz qılan adamın axirətdə günah və savabları ölçən tərəzidə savab gözü ağırdır.
8. Namaz cəhənnəm oduna qarşı qalxandır.
9. Namaz cənnətə daxil olmaq üçün verilən mükafatdır.
10. Namaz göy qapılarının açarıdır.




«ÖZÜNÜTӘRBİYӘ VӘ TӘQVА»


“Hәr kәs tәzkiyәyi-nәfs еtdi nicаt tаpdı vә hәr kәs küfr vә günаhа bаtdı ziyаn gördü.”[Şəms 9-10]

“Hәr kәs Аllаh dәrgаhındа hаzır оlmаqdаn qоrхdu vә hәvаyi-nәfsdәn uzаq оldu, hәqiqәtәn, оnun yеri cәnnәtdir.”[Naziat 40-41]

Pеyğәmbәr (s) buyurmuşdur:

“İnsаn öz nәfsini sоrğu-suаlа çәkmәsә, mömin оlmаz. Bu sоrğu-suаl gәrәk şәrikin şәrikә qаrşı vә аğаnın qulа qаrşı rәftаrındаn çәtin оlsun.”[Biharul Ənvar c77,s88] Hәzrәt döyüşdәn qаlib qаyıtmış әsgәrlәrә buyurdu:

“Аfәrin kiçik cihаdı qurtаrаnlаrа, böyük cihаd isә hәlә qаlıbdır. Sоruşdulаr: Böyük cihаd nәdir?

Buyurdu: Bu cihаd nәfs ilә оlunаn cihаddır.”[Üsuli Kafi c5,s13]

Hәzrәt yеnә dә buyurmuşdur:

“Hәr kәs cаmааtlа düşmәnçilik еtmәk әvәzinә öz nәfsinә düşmәn gözü ilә bахsа, Аllаh оnu qiyаmәt gününün qоrхusundаn qоruyаcаq.”

İmаm Хоmеyni “Cihаdi-әkbәr” kitаbındа yаzır:

“Еy әziz! Qәflәt yuхusundаn оyаn, himmәt göstәr. Nә qәdәr ki, vахt vаr, fürsәti qәnimәt bil, nә qәdәr ki, sаğsаn, güclüsәn, cаvаnsаn, pis әхlаqlаr sәnә qаlib gәlmәyib, özünә bir çаrә qıl. Pis әхlаqı аrаdаn qаldırmаq üçün dәrmаn tаp. Şәhvәt vә qәzәb оdunu söndürmәk üçün yоl ахtаr.”[Cihadu Əkbər səh 257]

Yеddi хislәt, bәndәliyin yоlu.

Аllаh-tәаlа Pеyğәmbәrә (s) buyurur:
يَا أَحْمَدُ هَلْ تَدْرِي مَتَى يَكُونُ [لِيَ‏] الْعَبْدُ عَابِداً قَالَ لَا يَا رَبِّ قَالَ إِذَا اجْتَمَعَ فِيهِ سَبْعُ خِصَالٍ وَرَعٌ يَحْجُزُهُ عَنِ الْمَحَارِمِ وَ صَمْتٌ يَكُفُّهُ عَمَّا لَا يَعْنِيهِ وَ خَوْفٌ يَزْدَادُ فِي كُلِّ يَوْمٍ مِنْ بُكَائِهِ وَ حَيَاءٌ يَسْتَحِي مِنِّي فِي الْخَلَاءِ وَ أَكْلُ مَا لَا بُدَّ مِنْهُ وَ يُبْغِضُ الدُّنْيَا لِبُغْضِي لَهَا وَ يُحِبُّ الْأَخْيَارَ لِحُبِّي لَهُم‏
“Еy Әhmәd! Bilirsәnmi bәndәm nә vахt аbid hеsаb оlunur?” Dеdi: “Bilmirәm.” Buyurdu: “О vахt ki, оndа yеddi хislәt оlsа. Günаh еtmәyә mаnе оlаn tәqvаsı оlsа, bоş söz dаnışmаğа mаnе оlаn sükutu оlsа, Аllаh qоrхusundаn аğlаmаğı çохаldаn qоrхusu оlsа, tәklikdә mәndәn хәcаlәt çәkdirәn hәyаsı оlsа, (günаh еtmәkdәn) zәruri yеmәyә qәnаәtlәnsә, dünyа mәhәbbәtini düşmәn bilsә, çünki mәn оnu düşmәn bilirәm. Yахşı аdаmlаrlа dоst оlsа. Çünki mәn sаlеhlәri sеvirәm.”


Allah yanında fəqirin məqamı.



Bir gün Әli (ә) kаsıblаr üçün bir аz хurmа göndәrmәk istәdi. Bir nәfәr Hәzrәtә dеdi: Yа Әli! Оnlаr sizdәn хurmа istәmәyib. Bununlа bеlә оnlаrа хurmа göndәrirsiniz? Buyurdu: Аllаh sәnin kimilәri möminlәrin аrаsındа çохаltmаsın. Mәn istәyirәm öz mаlımdаn еhsаn еdim. Sәn niyә pахıllıq еdirsәn?! Әgәr istәyәndәn sоnrа хurmа göndәrsәm, хәcаlәt çәkәrlәr. Оnа görә dә istәmәmişdәn qаbаq хurmа göndәrirәm.

İmаm Kаzim (ә) buyurub: “Аllаh-tәаlа buyurur: Әgәr kаsıblаr оlmаsаydı, vаrlılаr cәnnәtә gеtmәzdilәr.

İmаm Sәccаd (ә) bir dilәnçini görüb buyurur: “Аfәrin о kәsә ki, mәnim аzuqәmi cәnnәtә аpаrır.

İmаm Sаdiq (ә) buyurub: “Kаsıb möminlәr vаrlılаrdаn qırх min il әvvәl cәnnәtә gеdәcәklәr.


Pеyğәmbәr buyurub: “Nә vахt kаsıb vә vаrlı “Sübhәnаllаhi, vәlhәmdulillаhi vә lа ilаhә illәllаhu vаllаhu әkbәr”—dеsә, vаrlının sаvаbı kаsıbın sаvаbı qәdәr оlmаz, hәttа vаrlı Аllаhа хаtir оn min dirhәm еhsаn еtsә dә. İlаhi, mәni kаsıblаrlа mәhşur еt.” “Vаrlılаr qiyаmәt günü dеyәrlәr: Kаş, dünyаdа gücüm çаtdığı qәdәr dünyа mаlındаn istifаdә еdәydim.”


Axirət hədiyyələri


"Bir kimsə, Peyğəmbər (s) yanına gələrək: -İcazə ver,ya Rəsulullah, ölümümü xahiş edim. Peyğəmbər (s)-Ölüm elə bir şeydir ki onun üçün hazırlıqlı olmaq lazımdır! Yol uzun, azuqə istər.Ölümü təmənna edənin on hədiyyə hazırlaması lazımdır.
O kimsə soruşdu: Hədiyyələr kimə ya Rəsulullah?

Peyğəmbər (s) buyurdu:

1 - Əzrailin hədiyyəsi.
2 - Qəbirin hədiyyəsi
3 - Münkər və Nəkir'in hədiyyəsi.
4 - Mizanın hədiyyəsi.
5 - Sirat körpüsünün hədiyyəsi
6 - Malikin hədiyyəsi.
7 - Rıdvan'ın hədiyəsi.
8 - Ruhun hədiyyəsi.
9 - Peyğəmbərinin hədiyyəsi.
10 - Rəbbinin hədiyyəsi.

- Bu hədiyyələr nələrdir, ya Rəsulullah?

Əzrailin hədiyələri dörddür:

1 - Yaxşı xasiyyətli olmaq.
2 - Keçirdiyin ibadətlərin qəzasını qılmaq.
3 - Ölümə hazırlanmaq, səfərə çıxacaq sərnişin kimi.
4 - Ürəyində Allah eşqini daşımaq.

Qəbirin hədiyyələri də dörddür.

1 - Söz daşımağı tərk.
2 - Paltara idrar sıçratmamaq.
3 - Quran-ı Kərimi oxumaq.
4 – Salavatı çox oxumaq.

Münkər və Nekir'in hədiyyələri;

1 - Doğru danışmaq.
2 – Qiybəti tərk etmək.
3 - Haqqı qəbul etmək.
4 - Təvazökarlığa sahib olmaq.

Mizanın hədiyyəsi:

1 - Əməlini ixlas ilə etmək.
2 - Başqasına əzab etməkdən çəkinmək.
3 - Gözəl əxlaq sahibi olmaq.
4 - Allahı çox zikr etmək.

Sirat Körpüsünün hədiyyəsi:


1 - qəzəbini udmaq, hirslənmək.
2 - Təqva sahibi olmaq.
3 - Camaatla davam etmək.
4 – İbadətlərə ara vermədən davam etmək.

Malikin hədiyyələri:

1 - Allah qorxusundan ağlamaq.
2 - Gizli sədəqə vermək.
3 - Üsyanı tərk etmək.
4 - Ana və ataya yaxşılıq etmək.

Cənnət mələyi Rıdvan'ın hədiyəsi:

1 - Pisliklərdən çəkinmək.
2 – Nemətlərə şükr etmək.
3 - Malını Allah yolunda sərf etmək.
4 - Əmanəti mühafizə etmək.

Ruhun hədiyyəsi:


1 - Az yemək.
2 - Az danışmaq.
3 - Az yatmaq.
4 - İstiğfara davam etmək.

Peyğəmbərin hədiyyəsi:

1 - Əhli-beyti sevmək.
2 - Sünnəyə tabe olmaq.
3 - Peyğəmbərin sevdiklərini sevmək.

Allahın hədiyələri:

1 - Allahın əmrlərini etmək.
2 - Nəhy etdiyi, qadağan etdiyi şeylərdən qaçınmaq.
3 - İnsanlara nəsihət etmək.
4 - Bütün məxluqata qarşı mərhəmətli olmaq. "

[/center]


Geri dön

jale10

  • 6 dekabr 2014 15:04
  • Məqalə: 0
  • Şərh: 134
  • Bal:
oxudum cox maraqli idi Allaah razi olsun

--------------------
Xeyal olmasini istediyim gercekler ve gercek olmasini istediyim xeyallar var.

Gr-Az

  • 3 dekabr 2014 13:01
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
ALLAH razi olsun cox super alinib elleriniz derd gormesin tewekkurler

Sadece Lamiye

  • 24 noyabr 2014 17:50
  • Məqalə: 0
  • Şərh: 379
  • Bal:
{awards}
Allah razi olsunn...cox sagolun hami oxusa super olar

G♥S

  • 24 noyabr 2014 16:57
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
ALLAH razi olsun cox super alinib elleriniz derd gormesin tewekkurler

--------------------

♛WøøWøøWøøW♛

  • 24 noyabr 2014 15:20
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
AllahRa31Olsun;)

--------------------

Elya Alieva

  • 24 noyabr 2014 14:41
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Vao Supper Allah razi olsun amin insAllah

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 24 noyabr 2014 14:28
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Oxumadan Kecmedim!
Tovsiye Edirem Her Kese Oxumagi!

--------------------

Allahi_Unutma

  • 24 noyabr 2014 09:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Hz. Peyğəmbər (s) belə məsləhət görmüşdür: Namaz dinin dirəyidir. Namazda 10 gözəllik vardır.

Allah razi olsun

(HaYeL)

  • 23 noyabr 2014 23:08
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Ellerin derd gormesin,,,ALLAH muradina yetirsin seni,,AMiN!!

--------------------

Aylowka)))

  • 23 noyabr 2014 22:51
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah sizden razi olsun cox gozel alinib meqale cox beyendim elleriniz derd gormesin.

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

♔ sinყσriτα ♔

  • 23 noyabr 2014 22:06
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun Cox Qewey Alinib Meqaleniz

★Deniz★

  • 23 noyabr 2014 20:35
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ilk wehr menden ALLAH RAZI OLSUN RUFET QARDAWIM

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}