Həzrəti Zeynəb (əleyha-salam)-ın xütbəsi

 
Həzrəti Zeynəb (əleyha-salam)-ın xütbəsi


Həzrəti Zeynəb (əleyha-salam)-ın xütbəsi

Həzrəti Zeynəb (əleyha-salam)-ın xütbəsi

Birdən əsirlərin içərisindən Zeynəbi Kübra (əleyha-salam) əli ilə işarə etdi ki, sakit! Hamı onu tanıdı. O, Əmirəl-mömininin (əleyhis-salam) qızıdır, uzun illər elə bu Kufədə bu camaatın yanında yaşamışdı. Hamı onun ehtiramına sakit oldu, hətta dəvələrin zınqırovlarının səsi də kəsildi, qorxunc bir sükut hər yeri bürüdü. Birdən o alimə xanım sözə başladı:

–Həmd olsun Mütəal Allaha, salam olsun Mühəmməd Rəsulullaha (səlləllahu əleyhi və alihi və səlləm) və onun övladlarına, yaxşı insanlara, pak insanlara.

Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar, əhd-peyman pozanlar. Bizə ağlayır, göz yaşı axıdırsınızmı? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Çünki bizim gözlərimizi ağlar, qəlbimizə dağ vurdunuz. Siz saçlarını yaxşı-yaxşı darayıb sonra hörüklərinin hamısını açıb bir-birinə qırışdıran arvada oxşayırsınız. Siz əvvəl də məkr, hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. Sizin aranızda yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur.

Siz kənizlər kimi yaltaqlanır, düşmənlər kimi hiylə işlədirsiniz. Siz eynilə zibillikdə köyərən bitgiyə, qəbrə zinət verən gümüşə bənzəyirsiniz.

Doğrudan da axirətiniz üçün nə qədər də pis azuqə toplamısınız! Çünki Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamısınız. Bizi öldürəndan sonra halımıza ağlayırsınızmı? Allaha and olsun ki, ağlamağa layiqsiniz; daha çox ağlayıb, az gülün; çünki siz öz adınıza elə bir əbədi rüsvayçılıq damğası vurmusunuz ki, heç bir su onu pak etməz. Xatəmən-nəbinin ciyər parasını, behişt əhlinin cavanlarının ağasını, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi necə cübran edəcəksiniz? Hər halda və hər hadisədə ona pənah aparırdınız, o sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətlətməşdə sizin yol göstərəniniz idi, narahatçılıq baş verəndə, ona təvəssül edirdiniz. O sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox piis bir günaha batmısınız. və qiyamətiniz üçün çox pis bir şey hazırlamısınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün ziyan zərər yığmısınız. Dünya və axirət ziyanına düçar, ilahi əzaba layiq olmusunuz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirsinizmi ki, Allah Peyğəmbərinin hansı ciyərinin parçalamısınız? Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Və necə ismət hərəmlərini pərdəsiz çölə salıb, əsir etmisiiz? Ey camaat, böyük bir zülm, son dərəcədə çirkin bir iş görmüsünüz, az qalır ki, sizin bəd əməllərinizdən asimanlar yarılsın, yer parçalansın, qayalar uçsun. Sizin iyrənc işləriniz, rüsvayçı hərəkətləriniz yerləri, göyləri bürümüşdür. Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici, rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabınızı heç də yüngülləşdirməyəcək, çünki, O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah pusquda, günahkarların intizarındadır."

Həzrəti Zeynəb (əleyha-salam) əli ilə işarə etdi ki, hamı sakit olsun. Onlar səslərini elə kəsdilər ki, elə bil nəfəslər sinələrdə həbs edilmişdi. Çoxları belə bir kütləni sakitləşdirməyə, səs-küylərini yatırtmağa qadir deyildi, lakin Zeynəbin peyğəmbərcəsinə olan ilahi heybəti, onların dillərini qurutdu. Sonra öz ildırım kimi gurultulu xütbəsini xatircəmliklə, sonsuz şücaətlə və vüqarla axıra kimi söylədi.

Həzrəti Zeynəb (əleyha-salam) o böyük izdihamın içərisində, daha doğrusu, düşmən nizələrinin arasında Bəni Üməyyənin rüsvayçı əməl dəftərini ifşa etməklə, onları əbədiyyətə qədər rüsvay etdi, onlarda azacıq da olsa, izzət, şövkət qoymadı. Ravi deyir: Camaat pərişanlıq və peşmançılığın şiddətindən xəcalətli halda başlarını aşaağı salaraq hönkür-hönkür ağlayırdılar. Nübüvvət sülaləsinin, risalət mədəninin, behişt cavanlarının sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə dəf edəcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi, əbədi ziyankarlığı, ilahi qəzəbi özləri üçün satın almışdılar, dünya rüsvayçılığını özlərində görmüşdülər. Bəli, axirət əzabı daha çətin, üzücüdür. Əgər bunu bilsəydilər!



Geri dön

Gr-Az

  • 3 dekabr 2014 12:53
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
ALLAH razi olsun cox sagolun

HeYat cOoX qErIbEdi.

  • 26 noyabr 2014 03:06
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
cumlemizden yazan elleriniz var olsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 24 noyabr 2014 23:15
  • Məqalə: 665
  • Şərh: 18422
  • Bal:
{awards}
Allah razi olsun

Fearless

  • 24 noyabr 2014 22:21
  • Məqalə: 282
  • Şərh: 413
  • Bal:
{awards}
ALLAH CUMLEMIZDEN RAZI OLSUN AMIN..

--------------------
http:// user/İMZA/

Pıtırcık

  • 24 noyabr 2014 17:55
  • Məqalə: 412
  • Şərh: 9555
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

wiyin deliwka

  • 24 noyabr 2014 17:19
  • Məqalə: 3
  • Şərh: 90
  • Bal:
{awards}
Allah razi olsun!!!

G♥S

  • 24 noyabr 2014 16:46
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

--------------------

Elya Alieva

  • 24 noyabr 2014 16:13
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah razi olsun bu xutpeye qulaq asmsam Allah zalimlere lenet elesin

--------------------
UREYIM...I MEN

♛WøøWøøWøøW♛

  • 24 noyabr 2014 15:18
  • Məqalə: 206
  • Şərh: 1523
  • Bal:
{awards}
AllahRa31Olsun;)

--------------------

♔ sinყσriτα ♔

  • 24 noyabr 2014 14:23
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun!!!

★Deniz★

  • 24 noyabr 2014 14:21
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 24 noyabr 2014 14:17
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razi oLsun!

--------------------

•●Miňi Miňňacık•●

  • 24 noyabr 2014 14:03
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------

-Kralica-

  • 24 noyabr 2014 13:25
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun cox saqol

--------------------




Allahi_Unutma

  • 24 noyabr 2014 09:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

Aylowka)))

  • 24 noyabr 2014 08:40
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun elleriniz var olsun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1138
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}