Bu gün Azərbaycanın üç Milli Qəhrəmanının ad günüdür

 
Bu gün Azərbaycanın üç Milli Qəhrəmanının ad günüdür

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş milli qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs edib. Biz milli qəhrəmanların doğum günlərində onlar haqqında kiçik həcmli məlumat yayır, kütləvi informasiya vasitələrinə göndəririk. Bu məlumatların yayılması həm onların daha yaxşı tanıtdırılmasına, həm də gənclərin vətənpərvərlik tərbiyəsinə xidmət edir.

22 fevral Azərbaycanın milli qəhrəmanları Tahir Həsənov, Faiq Rəfiyev və Rövşən Hüseynovun doğum günüdür.

Tahir Tofiq oğlu Həsənov 1970-ci il fevralın 22-də Bakı şəhərində doğulub. Tahir Həsənov kəşfiyyat qrupuna rəhbərlik edib, Ağdərə, Başkənd, Meşəli, Çıldıran döyüşlərində iştirak etmiş, qəhrəmanlıqla vuruşub. O, 1992-ci il sentyabrın 2-də Çıldıran döyüşündə sona qədər vuruşub, sonda düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partladıb və bir neçə düşməni də məhv edib.

Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində doğulub. O, Daxili İşlər Nazirliyinin zabiti kimi Axullu, Tuğ, Qaradağlı kəndlərinin müdafiəsində fəal iştirak edib. O, Koçbəy kəndini ermənilərdən azad edərkən qəhrəmanlıqla vuruşub və 1992-ci il yanvarın 10-da həlak olub.

Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il fevralın 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulub. Onun təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin tələbələri dəstə düzəltdilər və cəbhəyə yola düşdülər. Rövşənin komandiri olduğu tələbə tağımı Goranboy rayonu ərazisində Holandağ yüksəkliyi, Ergəc, Mənəşli, Buzluq döyüşlərində qəhrəmanlıq göstərdi. O, 1992-ci il mayın 11-də Marquşevan uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 25 noyabr 2011 20:05
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
ALLAH REHMET ELESIN

mirkamal97

  • 10 avqust 2011 00:03
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
tesekkurler

allah rehmet elesin

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

_RONALDO_

  • 14 may 2011 12:17
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ad gunleri mubarek... ALLAH REHMET ELESIN

--------------------

::..ONSLAUGHT::..

  • 25 fevral 2011 20:02
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Allah rehmət elesin qanlari yerdə qalmasın

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 22 fevral 2011 18:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah rehmet elesin 3-de

MuslimGirl

  • 22 fevral 2011 18:57
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah rehmet elesin! Mekanlari cennet olsun! Inshallah, yaxin zamanda intiqamimizi alacagiq

::..ONSLAUGHT::..

  • 22 fevral 2011 18:23
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
YERLƏRİ CƏNƏT OLSUN

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Milaska

  • 22 fevral 2011 18:21
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
Allah rehmet etsin!!!!!!Qanlari yerde qalmasin!!!!!!!!!!!!!!!!!!!

YazYamuru

  • 22 fevral 2011 18:05
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
YERLƏRİ CƏNƏT OLSUN belay

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}