"Böyük oyun"un biabırçılıqlarına cəzalar

 
"Böyük oyun"un biabırçılıqlarına cəzalar


AFFA-nın bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 13-cü turunda baş verən hadisələrlə bağlı da müvafiq qərarlar açıqlanıb. Milli.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 16-cı dəqiqəsində “Neftçi” klubunun 1 nömrəli futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 nömrəli futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 22 nömrəli futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Oyun 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən də adıçəkilən futbolçu 6 oyunluq cəzalanıb, klub 5200 manat cərimə olunub. Oyunun 90+4-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimələnib.


Geri dön

Gr-Az

  • 3 dekabr 2014 12:12
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
Xebere gore tewekkurler

G♥S

  • 26 noyabr 2014 13:56
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Xebere gore tewekkurler

--------------------

★Deniz★

  • 26 noyabr 2014 00:29
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
tewekkurlerr feel

--------------------

princessa_selin

  • 25 noyabr 2014 21:19
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Qarabağ en gözel kamandadi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 54
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}