Su çərşənbəsində qızlar nə vaxt ailə quracaqlarını müəyyənləşdirə bilərlər

 
Su çərşənbəsində qızlar nə vaxt ailə quracaqlarını müəyyənləşdirə bilərlər

Təxminən 26 gündən sonra Azərbaycan xalqı özünün qədim bayramlarından biri olan Novruzu qeyd edəcək. Novruz yeganə bayramdır ki, insanlar onun müjdəsinə bir ay qalmış hazırlıqlara başlayır.

Bu gün ilk çərşənbədir. Deyirlər ki, Tanrı suyu ilk olaraq yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona əzəli çərşənbə, gül çərşənbə də deyirlər. Adından da göründüyü kimi, bu çərşənbədə suyun “dirilməsi” özünü göstərir. Su həyatın mənbəyi kimi göstərilir. Əski inamlara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə, “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

“Su çərşənbəsi mərsimləri zamanı tezdən qız-gəlinlər bulaq başına axar. Su olan yerə gedib suyun üzərindən tullanır. Azarlarını-bezarlarını, ağırlıqlarını-uğurluqlarının suya getməsini istərdilər. Bu zaman su ilə bağlı hər biri salavat çevirər, suyun müqəddəsliyi, möhtəşəmliyilə bağlı müxtəlif mərasimlər icra edərdilər”,
- deyə folklorşünas Məhəmməd Məmmədov vurğulayıb.

Məhəmməd Məmmədov bildirir ki, məhz su çərşənbəsi günü gənc qızlar ətəklərinə xırda daşlar yığar və suyun üstündən tullanan zaman daşları suya atmaqla xəstəliklərinin suda məlhəm tapmasını, arzularının reallaşmasını dilərdilər. Qədim inanclarda su sağlamlığın rəmzi hesab edilirdi. Adətə görə, su çərşənbəsində çay, arx, su dəyirmanı üstə gələnlər həmçinin əyilib arxdan su götürər, bir-birinin üzünə su atıb, isladarlar ki, su onların azar-bezarını və günahını yuyub aparsın. Suyun qüdrətini, bütövlüyünü, müqəddəsliyini tərənnüm edən mahnılar oxuyardılar. Bu nəğmələr içərisində su tanrısı Abanın “Aban nəğmələri” və su qıtlığı ilə bağlı oxunan çağırışlar, xüsusilə maraq doğurardı.

“Bundan əlavə, müxtəlif insanlar sudan öz günahlarının bağışlanmasını və bir daha müəyyən xəyanət və ya müxtəlif insanlara zidd olan hərəkətlər etməyəcəklərinə söz verərdilər”, - deyə Məhəmməd Məmmədov qeyd edib.

Qədim türklərin inancına görə, Tanrı insanı məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, külək tərəfindən su ilə torpaq qarışdırılıb, insan şəklinə salınıb, Günəşin altında qurudulub, dördüncü çərşənbə, ilin axır çərşənbəsində isə ona nəfəs verilib.

Beləliklə, dünyaya insan gəlib. Hesablamalara görə bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il başlanıb. Çərşənbələrdə, eləcə də, Novruz bayramında həyata keçirilən müxtəlif adətlər də başlanğıcını məhz insanın yaranışı ilə bağlı qədim ayinlərdən götürüb. Su çərşənbəsilə bağlı çoxlu fal açmalar, oyunlar, əfsanələr və miflər yaranaraq bu günümüzə gəlib.

“15-16 yaşlı bakirə qızlar bulaq başına gedər və gələndən sonra suyu iri piyalələrə süzər. Axşamüstü isə ərgən qızlar nə vaxt ailə quracaqlarını müəyyənləşdirərdilər. Bunun üçün müxtəlif bəzək əşyalarını piyalənin içinə atardılar və piyalənin divarlarına həmin üzük-sırğanın neçə dəfə cingildəməsi onların nə vaxt ailə quracaqlarına bir işarə olardı”
, - deyə Məhəmməd Məmmədov əlavə edib.

Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Bu çərşənbədə də süfrə açar, aş bişirər, süfrəyə balıq və kuzədə su qoyarlar.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 25 noyabr 2011 20:06
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

mirkamal97

  • 10 avqust 2011 00:03
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
tesekkurler

tesekkurler

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

_RONALDO_

  • 14 may 2011 12:17
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TESEKKURLER GOZEL XEBERDI.BEYENDIM!!!!

--------------------

::..ONSLAUGHT::..

  • 25 fevral 2011 20:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
cox sagol qardasim

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 22 fevral 2011 18:46
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tebrikler winked

Gozel_melek

  • 22 fevral 2011 17:00
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
Bakida bulag var??

::..ONSLAUGHT::..

  • 22 fevral 2011 16:57
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
bakida bulagi hardan tapaq

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

YazYamuru

  • 22 fevral 2011 16:03
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: kristal
bakida bulagi hardan tapaq

ELƏ MƏN DEYƏCƏKDİM YAŞAAA wink feel

--------------------



RehMAN_999

  • 22 fevral 2011 15:59
  • Məqalə: 2
  • Şərh: 23
  • Bal:
{awards}
mubarekdi

kristal

  • 22 fevral 2011 15:46
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
bakida bulagi hardan tapaq wink ,tsk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}