Qadın da dünyaya günahsız gəlir!.

 
Qadın da dünyaya günahsız gəlir!.



Məhəmməd peyğəmbərin (s) son günləri idi. Hələ də ümmətini bəzi məsələlərdə diqqətli olmağa çağırırdı. Bir gün xütbədə şəhadət barmağını yuxarı qaldıraraq dedi: "Məndən sonra namaz, qadın haqları, gücsüz və kimsəsizlərə yardım məsələsində diqqətli olun!”.

İslamın ilk gəldiyi coğrafiyda qadın sadəcə bədəni ilə dəyər qazanırdı. Şəxsiyyəti və mənliyi ilə heç bir şeyə yaramayan bir varlıq idi qadın. Öz həyat yoldaşını seçmə, "hə” və "yox” demə haqqından da məhrum idi. Bir kölə, ehtiras və istismar vasitəsi kimi tanınırdı. Hamı elə zənn edirdi ki, qadın sadəcə kişi üçün yaradılıb.

Bu acı mənzərə yalnız Məkkənin deyil, Roma və İranın da taleyi idi. "Çünki, kişi qadından aslı deyil, ancaq qadın kişidən aslıdır. Kişi qadın üçün yaradılmayıb. Ancaq qadın kişi üçün yaradılıb” (Pavelin Korinflilərə məktubu, fəsil 11, 8-9)
Quranın "Oxu!” deyə, nazil olan ilk ayəsi qadın və kişi ayrıseçkilyinin sona çatacağından xəbər verirdi. İlk nazil olan ayə Hz.Həvvanın diri-diri basdırlan qızlarının İslam tərəfindən himayə ediləcəyini insanlara çatdırırdı.

Qurani-Kərim bəzi məsələlərdə qadın və kişiyə eyni haqları verir. İndi də xristianlara görə, ilk günahkar sayılan Hz.Həvva və onun timsalında bütün qadınları günah töhmətindən xilas edir. İslam Hz. Adəmin Həvva tərəfindən deyil, hər ikisinin də şeytan tərəfindən aldadıldığını insanların şüuruna həkk etməyə çalışır.

Qadına iman etmək azadlığını çox görən Məkkə sakinlərinə Quran xəbərdarlıq edir. İmanda, ibadətdə, halal-haramda kişi və qadının bərabər hüquqa sahib olduğunu bildirir. Qadının ata və anasından qalma mirasının yalnız ona aid olduğunu çatdırır.
Hz. Məhəmməd(s) peyğəmbərliyini elan etdikdə qadınlardan belə, beyət almışdı.Qadınlar ona iman etdiklərini elan etmişdilər. Ancaq əvvəllər sadəcə kişilərin bütlərə iman gətirmələri kifayət edirdi. Çünki qadınların dini ərlərinin və atalarının dini idi.

Ərləri tərəfindən zorakılığa məruz qalanlar şikayətə onun yanına gələrdilər. Peyğəmbər (s) isə məsciddə kişiləri azarlayar və onlara deyərdi: "Gündüz onları döyür, gecə isə utanmadan yanlarınamı gedirsiniz?”.
Bu cəmiyyətimizdə hələ də sağalmayan bir xəstəlik mövcuddur. İnsanlar arasında belə bir deyim var: "Qadınla məsləhətləş, ancaq dediyinin əksini et!”. Evlilikdə, cəmiyyəti maraqlandıran bəzi məsələlərdə, hətta qadının özü ilə bağlı məsələlərdə onun fikrinə baş vurulmadan bir çox qərarların verildiyini görürük.
Hz.Peyğəmbər (s) bəzi qərarlarında bu anlayışın səhv olduğunu bir neçə dəfə sübut edib.

Buna misal olaraq aşağıdakı hadisəni misal göstərə bilərik:
Peyğəmbərimiz 1500 nəfərlə həcc ziyarətinə çıxmışdı. Silahsız, əliyalın müsəlmanlar həm ibadətlərini yerinə yetirmək, həm də məkkəlilərlə sülh danışıqları aparmaq üçün səfərdə idilər. Ancaq məkkəlilər buna icazə vermədilər. Məhz məşhur Hüdeybiyyə sülhü də həmin gün imzalandı. Şərtləri ağır olsa belə, bu müqavilə qəbul edildi.
Peyğəmbərimiz (s) ilk görünüşdə məğlubiyyət hesab edilən, sonralar isə böyük bir zəfərin müjdələyicisi olan bu sülhü qəbul etdi. Mədinəyə geri dönmə zamanı səhabələr getməkdən imtina edirlər. Kəbəni təvaf etmək üçün Məkkəyə getmək istəyirdilər. Peyğəmbərimiz (s) öz səhabələrinə olduqları yerdə qurban kəsmələrini və ehramdan çıxmalarını bildirir. Səhabələr isə Peyğəmbəri (s) fikrindən vaz keçməsi üçün israrlarında davam edirlər. Ancaq Məkkəyə zorla daxil olmaq, həm razılaşmanın şərtlərini pozmaq, həm də müharibənin başlanması mənasına gəlirdi. Peyğəmbərimiz (s) qəmgin vəziyyətdə öz çadırına qayıdır. Hətta Ömər kimi səhabələr belə bu məsələdə israr edirdilər. Bu zaman xanımı Ümmü Sələmə peyğəmbərimizin yanına yaxınlaşır və nə baş verdiyini soruşur. Peyğəmbər məsələni ona danışır. Ümmü Sələmə (Allah ondan razı olsun!) bu çətin anda öz həyat yoldaşına yol göstərir və deyir: "Ey Allahın rəsulu! Səhabələrin səni fikrindən döndərmək üçün belə edirlər. Əgər sən fikrindən vaz keçməyəcəyini sübut etsən, səhabələr əmrini yerinə yetirəcəklər. Mən belə düşünürəm ki, sən qurban kəsib saçını qısaldasan”.
Peyğəmbər (s) xanımının dediyi kimi edir.Həqiqətən də bütün səhabələr Peyğəmbərin sözündə qəti olduğunu görüb qurban kəsir və ehramdan çıxirlar. İslam tarixində ən çətin və ağır bir dövr hesab edilən bir vaxtda peyğəmbərimiz həyat yoldaşının tövsiyəsini bir çıxış yolu kimi həyat keçirmişdi.

Qadın anadır. Qadın sirdir. Qadın ailədir. Qadın qız uşağıdır. Qadın nənədir. Qadın var-dövlətdir. Qadın iffətdir.Qadın cənnətdir. Qadın sirat körpüsündə yol yoldaşıdır. Qadın lövbər salınacaq bir limandır. Qadın peyğəmbəri dünyaya gətirəndir.
Qadın Hz. Asiyədir(Fironun xanımı). Qadın Hz.Məryəmdir(İsa(ə)-nin anası). Qadın Hz. Xədicədir(Peyğəmbərimizin (s) ilk və ən çox sevdiyi xanımı). Qadın Hz. Fatimədir (Cənnət xanımlar xanımı). Qadın xanım Ümmü Sələmədir(Peyğamberimizin(s) xanımı). Qadın xanım Aişə və Aminədi (Peyğamberimizin(s) xanımlarıı).
Nəhayət, qadın övladı tərəfindən bu duaya layiq görülən bir insandır:
"Ey Rəbbim! Axirət günündə anamı, atamı və bütün möminləri bağışla.Məni kiçik yaşlarımdan böyüdüb boya-başa çatdırdıqları üçün Sən də ata-anama rəhm et, onları bağışla!”


Geri dön

Gr-Az

  • 3 dekabr 2014 12:03
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
ALLAH razi olsun tewekkurler

➰__Ýųśíf__➰

  • 28 noyabr 2014 02:35
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}

cox saqolun tewekkurler

➰__Ýųśíf__➰

  • 27 noyabr 2014 22:26
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Meqaleye Gore Tewekkur

★Deniz★

  • 26 noyabr 2014 23:08
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Aydan95

  • 26 noyabr 2014 15:15
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler..........

♔ sinყσriτα ♔

  • 26 noyabr 2014 14:38
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun Tewekkur!!!

Pıtırcık

  • 26 noyabr 2014 14:00
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
ALLAH RAZII OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

G♥S

  • 26 noyabr 2014 13:39
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
ALLAH razi olsun tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}