Bu gün Çempionlar Liqasında növbəti oyunlar baş tutacaq

 
Bu gün Çempionlar Liqasında növbəti oyunlar baş tutacaq

Fransada baş tutacaq matçda “Lion” İspaniyanın “Real” (Madrid) klubunu qəbul edəcək. Ardıcıl ikinci il püşk Çempionlar Liqasının 1/8 final mərhələsində Fransanın “Lion” və İspaniyanın “Real” (Madrid) kollektivlərini qarşı-qarşıya qoyur. Ötən mövsüm cütün favoriti İspaniya təmsilçisi sayılsa da sonda mərhələni 7 qat Fransa çempionu adlamağa müvəffəq olmuşdu. Onu da əlavə edək ki, bu komandalar arasında baş tutmuş son 6 qarşılaşmanın heç birində “Real” meydanı qalib qismində tərk edə bilməyib.

“Ötən ilki “Real”la indikini müqayisə etmək düzgün olmazdı. “Real” heyətini Xedira, Özül, De Mariya və Adebayor kimi futbolçularla gücləndirib. Onlar hər bir cəhətdən fərqlənirlər. Bir sözlə, bizi məşhur klubla çətin görüş gözləyir”, - deyə fransızların çalışdırıcısı Klod Püyöl deyib. Yeri gəlmişkən “Real” sonuncu dəfə 1/4 finala 5 il əvvəl vəsiqə qazanıb. Məhz o vaxt “Real”ın indiki çalışdırıcısı Joze Maurinyo “Portu” ilə Çempionlar Liqası Kubokunu başı üzərinə qaldırmışdı. “Bilirik ki, “Lion”u üstələmək asan olmayacaq. “Lion” Çempionlar Liqasının ən təcrübəli kollektivlərindən sayılır. Buna baxmayaraq biz “Real”ıq. Statistik göstəricilər keçmişdə qalıb. 1/4 finala vəsiqə qazanmaq üçün hər iki oyunda yüksəksəviyyəli futbol nümayiş etdirməliyik”, - deyə Joze Mourinyo bildirib.

Gecənin digər görüşü Kopenhagendə təşkil olunacaq. Paytaxtın eyni adlı klubu “Kopenhagen” İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək. Danimarka təmsilçisinin çalışdırıcısı Stole Solbaken yetirmələrinin favoritə layiqli futbol dərsi verəcəyinə əmindir. Danimarka çempionu ilk dəfədir ki, ən nüfuzlu turnirin həlledici mərhələlərinə yüksələ bilib. Odur ki, Kuboka həris komandanın qarşısını almaq “zadəganlar”a asan başa gəlməyəcək. “Hazırda mənim futbolçularım özlərini “Çelsi”li həmkarlarından güclü sayırlar. İlk növbədə onları sakitləşdirməliyəm. Belə ki, yetirmələrim hələ məğlubiyyət acısının nə olduğunu duymayıblar. Onlar elə düşünürlər ki, hər zaman rəqibə qalib gəlmək onlara asan olacaq. Bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, öz gücünə əminlik çox yaxşı haldır”, - deyə “Kopenhagen” klubunun baş məşqçisi Stole Solbaken deyib.

Xatırladaq ki, matçlar Çempionlar Liqası üçün ənənəvi vaxtda saat 23:45-də start götürəcək.


Geri dön

::..ONSLAUGHT::..

  • 24 fevral 2011 21:11
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
cox sagol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 23 fevral 2011 10:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Made_In_Bakinka

  • 23 fevral 2011 00:49
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Lap yaxsi ugurlar olsun

sevgim

  • 22 fevral 2011 23:07
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
futbolla maraqlanmiram

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

DoMIaN

  • 22 fevral 2011 22:36
  • Məqalə: 90
  • Şərh: 261
  • Bal:
{awards}
OYNMAGI BILIREM BAXMAGI YOX

--------------------
MeN SeNiN ArZuLaDiGin BiRi OLa BiLMeDiM, aMa MeN SeNiN HeC VaXt ElDe Ede BiLMeYeCeYiN BiRi OlMaGi BaCaRaCaM !!



AdiNi BiR SiGaRaNiN UzErINe YaZDiM , SiGaRa BiTiNCe SeNi UnUTuCaKDiM aMa NeRDeN BiLeYDiMKi , SeNi HeR NeFeSiMDe IcIme CeKiYoRMuSuM !

lider

  • 22 fevral 2011 21:22
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
BAWQA NE VAR?

Nur_Ay

  • 22 fevral 2011 21:21
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK MARAQLI XEBERE GORE...

--------------------

LOVE IS DEAD

  • 22 fevral 2011 20:51
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
he bilirem Iyi olan kazansin teshekkurler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}