Allah Sevgisi

 
Allah Sevgisi


İn­san ona ki­çik qul­luq gös­tə­rən və ya yax­şı­lıq edən bir insana bu gö­zəl dav­ra­nı­şın­dan duy­du­ğu məm­nu­niy­yə­ti dər­hal gös­tər­mək is­tə­yir. Mə­sə­lən, onu evin­də sax­la­yan, qul­luq gös­tə­rən şəx­sə min­nət­dar­lıq edir, xü­su­si­lə də ev sa­hi­bi diq­qət­li in­san­dır­sa və heç bir söz so­ruş­ma­dan qo­na­ğın hər eh­ti­ya­cı­nı ta­ma­mi­lə ödə­yir­sə... Cid­di xəs­tə­li­yi olan in­san da hə­ki­min müa­li­cə­si ilə şə­fa ta­pan­da ona ne­cə tə­şək­kür edə­cə­yi­ni bil­mir. Bir in­san yo­lu ke­çər­kən onu ma­şın vur­ma­sın­dan xi­las edən insana hə­ya­tı­nı borc­lu ol­du­ğu­nu söy­lə­yib hə­min ada­mı mü­ka­fat­lan­dır­maq is­tə­yir və ona olan mi­nət­dar­lı­ğı­nı gös­tər­mək üçün əlin­dən gə­lən hər şe­yi edir. Hər in­san ona sür­priz­lər edən, gö­zəl­lik­lər bəxş edən, yax­şı­lıq­lar edən şəxs­lə­ri çox se­vir, on­la­ra qar­şı hör­mət və qay­ğı gös­tər­mək­də səhv et­mə­mə­yə ça­lı­şır. An­caq bə­zi in­san­la­rın unut­du­ğu çox mü­hüm hə­qi­qət var­: Bir in­sa­nı se­vin­di­rən, onun qay­ğı­sı­na qa­lan, ona gö­zəl ru­zi­lər, ne­mət­lər bəxş edən, xo­şu­na gə­lən mən­zə­rə­ni ya­ra­dan, hər sə­hər oya­nan­da ona hə­ya­tı­nı ye­ni­dən bəxş edən, onu təh­lü­kə­lər­dən qo­ru­yan, xəs­tə­lə­nən­də ona şə­fa ve­rən, dər­man­lar va­si­tə­si­lə ağ­rı­sı­nı kə­sən və ya kə­də­ri­ni unut­du­ran, bü­tün can­lı və can­sız var­lıq­la­rın sa­hi­bi Al­lah­dır. Odur ki, in­san sa­hib ol­du­ğu ne­mət­lər və qar­şı­laş­dı­ğı gö­zəl­lik­lə­rə gö­rə sev­gi­si­ni, hör­mə­ti­ni, min­nət­dar­lıq duy­ğu­su­nu, və­fa­sı­nı və şük­rü­nü Al­la­ha yö­nəlt­mə­li­dir. Bir in­sa­na kö­mə­yə gö­rə tə­şək­kür edər­kən onu bu yar­dı­ma il­ham­lan­dı­ra­raq rəh­mə­ti­ni çat­dı­ra­nın Rəb­bi­miz ol­du­ğu qə­tiy­yən unu­dul­ma­ma­lı­dır. Al­lah bir ayə­də be­lə bil­dir­miş­dir: Al­lah hər in­sa­na yox­dan bir can ver­miş, dün­ya­nı onun üçün ən gö­zəl və ən uy­ğun şə­kil­də ya­rat­mış­dır. Mə­sə­lən, dün­ya­nın hər ye­rin­də in­san­lar ra­hat­lıq­la nə­fəs alıb-ve­rə bi­lir­lər. Al­lah rəh­mə­ti ilə at­mos­fer­də­ki qaz­la­rın nis­bə­ti­ni in­san­lar üçün ən uy­ğun nis­bət­də təs­bit et­miş və ya­rat­mış­dır. Bir çox in­san ha­va­sız otaq­da nə qə­dər çə­tin nə­fəs alıb-ve­rdi­yi­ni bi­lir. Ha­va­sız­lıq art­dıq­ca in­sa­nın ke­çir­di­yi sı­xın­tı his­si də ar­tır. Biz güc­lə nə­fəs alıb-ve­rə bi­lə­cək dün­ya­da da ya­şa­ya bi­lər­dik. An­caq tə­nəf­füs et­di­yi­miz ha­va Al­la­hın rəh­mə­ti və di­lə­yi sa­yə­sin­də heç vaxt bi­zə sı­xın­tı ver­mir, ək­si­nə, bi­zi ra­hat­laşdı­rır, xo­şu­mu­za gə­lir.
Al­lah yer üzü­nün hər ye­rin­də növ­bə­növ mey­və­lər, tə­rə­vəz­lər və bit­ki­lər ya­rat­mış­dır. Əgər Al­lah is­tə­səy­di, dün­ya­da bir növ qi­da olar­dı və bu qi­da­nın da­dı da bi­zə heç ləz­zət ver­mə­yə bi­lər­di. Biz sa­də­cə ola­raq ya­şa­maq üçün bu qi­da­nı ye­mək məc­bu­riy­yə­tin­də qa­la bi­lər­dik. Bu qi­da­dan baş­qa tor­paq­dan bir şey is­teh­sal et­mək im­ka­nı­mız olmazdı. An­caq Al­lah son­suz mər­hə­mə­ti və şəf­qə­ti ilə in­san­lar üçün növ­bə­növ mey­və və tə­rə­vəz­lər ya­rat­mış­dır.
Üs­tə­lik, bun­la­rın hər bi­ri­nin da­dı bir-bi­rin­dən fərq­li və gö­zəl­dir. İn­san ya­şa­maq üçün ye­mək məc­bu­riy­yə­tin­də­dir, am­ma Al­la­hın rəh­mə­ti sa­yə­sin­də bir yan­dan da bü­tün bun­la­rın ləz­zə­tin­dən bö­yük zövq alır.
Al­la­hın ya­rat­dı­ğı hey­van­lar­ da in­san­lar üçün müx­tə­lif gö­zəl­lik­lər­lə ya­ra­dıl­mış­dır. Mə­sə­lən, at, də­və, it ki­mi ita­ət­kar hey­van­lar in­san­la­ra yar­dım edir­lər­sə, quş, pi­şik ki­mi ev hey­van­la­rı da öz­lə­ri­ni sev­di­rən xoş xü­su­siy­yət­lə­rə ma­lik­dir­lər.
Tə­nəf­füs et­di­yi­miz ha­va­dan yer üzü­nə enən ya­ğı­şa, tor­paq­da ye­ti­şən məh­sul­lar­dan ye­ral­tı sər­vət­lə­rə, xo­şu­mu­za gə­lən hey­van­lar­dan əsas hə­yat qay­na­ğı olan su­ya qə­dər tə­bi­ət­də­ki hər şey ən ki­çik səy be­lə gös­tə­ril­mə­si­nə eh­ti­yac du­yul­ma­dan bi­zə ça­tır. İn­sa­nın yaşaması və öm­rü­nü da­vam et­di­rə bil­mə­si üçün kai­nat­da son də­rə­cə tə­fər­rü­at­lı pro­ses­lər baş ve­rir, son də­rə­cə həs­sas nis­bət­lər anbaan qo­ru­nur.
İn­san­dan baş­qa bü­tün can­lı­lar sa­hib ol­duq­la­rı xü­su­siy­yət­lə­rin fər­qi­nə va­ra bil­mir­lər. Bir dov­şan nə qə­dər se­vim­li ol­du­ğu­nun fər­qin­də ol­ma­dan ya­şa­yır. Kə­pə­nək qa­nad­la­rın­da­kı sim­met­ri­ya­nın, na­xış­la­rın və har­mo­ni­ya­nın şüu­run­da de­yil­. Sa­hib ol­du­ğu rəng­lər, na­xış­lar və sim­met­ri­ya to­vuz qu­şu­nu ol­duq­ca ca­zi­bə­dar edir. Am­ma o nə üçün var ol­du­ğu­nu be­lə bil­mə­yən və gö­zəl­lik­lə­ri dər­ket­mə qa­bi­liy­yə­ti ol­ma­yan can­lı­dır. Quy­ru­ğun­da­kı rəng­lər və na­xış­lar­la dün­ya­nın ən gö­zəl mən­zə­rə­lə­rin­dən bi­ri­ni nü­ma­yiş et­di­rən bu var­lıq in­san­la­rın Al­la­ha şükr et­mə­lə­ri və Al­la­hın ya­ra­dı­cı gü­cü­nü gö­rə bil­mə­lə­ri üçün ya­ra­dıl­mış ne­mət­lər­dən yal­nız bi­ri­dir.
Al­lah bü­tün bu can­lı­lar­da­kı gö­zəl gö­rü­nüş­lə­ri in­san­la­ra ne­mət ola­raq ve­rir. Buna görə də in­sa­nın can­lı­lar­da­kı es­te­ti­ka­nı, sim­met­ri­ya­nı və rəng­lə­ri gö­rüb Al­la­hın gü­cü­nü la­zı­mın­ca qiy­mət­lən­di­rə bil­mə­si və bü­tün bu gö­zəl­lik­lə­rin ya­ra­dı­cı­sı olan Rəb­bi­mi­zə ən gö­zəl şə­kil­də şükr et­mə­si va­cib­dir.


Al­la­hın yer üzün­də ya­rat­dı­ğı gö­zəl­lik­lər o qə­dər çox­dur ki, say­maq­la bit­məz. Mə­sə­lən, qızılgülün gö­rü­nü­şün­də qü­sur­suz es­te­ti­ka var­. Yar­paq­la­rı son də­rə­cə sə­li­qə­li və sim­met­rik dü­zü­lü­şə ma­lik­dir. Yar­paq­la­rın üs­tü isə çox key­fiy­yət­li par­ça olan məx­mər yum­şaq­lı­ğın­da­dır. Tə­biə­tin ən gö­zəl və ən can­lı rəng­lə­rin­dən mey­da­na gəl­miş­dir. Pal­çıq­lı və qap­qa­ra tor­paq­da bitməsinə baxmayaraq, rənqlərin­də bu­la­nıqlı­ğa və ya ki­rə rast gə­lin­məz. Ət­ri isə dün­ya­nın ən in­ki­şaf et­miş tex­no­lo­gi­ya­la­rından is­ti­fa­də edil­sə be­lə, bənzəri əldə edilə bilməyəcək xü­su­siy­yət­lə­rə ma­lik­dir. Ən key­fiy­yət­li ət­rin be­lə mü­əy­yən müd­dət­dən son­ra qo­xu­su ağır­laş­dı­ğı hal­da, qızılgül dai­ma tə­zə qa­lan, in­sa­na zövq ve­rən möh­tə­şəm ətir ve­rir. An­caq gül də bu xü­su­siy­yət­lə­ri­nin heç bi­ri­nin fər­qin­də de­yil­dir. Bü­tün bu xü­su­siy­yət­lə­ri ilə gül in­san üçün bö­yük ne­mət ola­raq ya­ra­dıl­mış­dır.

Yer üzün­də­ki hər gö­zəl­lik həm Rəb­bi­mi­zin ne­mə­ti, həm də Onun son­suz gö­zəl­li­yi­nin bir bən­zə­ri­dir. Bu­na gö­rə vic­dan sa­hi­bi olan və dü­şü­nən hər in­san bü­tün bu gö­zəl­lik­lə­rin əsl sa­hi­bi olan Al­la­ha bö­yük sev­gi ilə bağ­la­nır. Al­lah bü­tün ya­rat­dıq­la­rın­da in­san­lar üçün dü­şü­nüb öyüd ala­caq də­lil­lər ol­du­ğu­nu bil­di­rir:

«Al­lah yer üzün­də ya­rat­dı­ğı cür­bə­cür şey­lə­ri də si­zin ix­ti­ya­rı­nı­za ver­di. Öyüd-nə­si­hət qə­bul edən­lər üçün, söz­süz ki, bun­da da əla­mət­lər var­dır!» («Nəhl» su­rə­si, 13).
Bu­ra qə­dər say­dıq­la­rı­mız in­san­la­ra ve­ril­miş ne­mət­lə­rin çox az bir qis­mi­dir. Bun­lar­la bə­ra­bər, hə­ya­tı­mı­zın da­vam et­mə­si üçün say­sız amil­lə­rin bir yer­də ol­ma­sı la­zım­dır. Əs­lin­də, yu­xa­rı­da ve­ri­lən nü­mu­nə­lər­dən bi­ri­ni be­lə dü­şün­mək Al­la­hın in­san­la­ra olan mər­hə­mə­ti­ni an­la­ma­ğı­mız üçün ki­fa­yət­dir. Al­la­hın lüt­fü ilə ağ­ıla, mü­ha­ki­mə et­mə qa­bi­liy­yə­ti­nə ma­lik olan in­sa­nın bu qa­bi­liy­yət­lə­ri­ndən Al­la­hı ta­nı­maq və bi­la­va­si­tə onu çox sev­mək üçün is­ti­fa­də et­mə­si la­zım gə­lir. Çün­ki vic­da­nı­nı din­lə­yə­rək ət­ra­fın­da olan mü­kəm­məl ni­za­mı dərk edə bi­lən in­san­lar üçün bü­tün kai­nat Al­la­ha olan sev­gi­lə­ri­ni ar­tı­ran sə­bəb­lər­lə do­lu­dur. Bun­la­rı hər­tə­rəf­li dü­şü­nən bir in­san tə­bii ola­raq Al­la­hı la­zı­mın­ca də­yər­lən­di­rib se­və bi­lər.


Geri dön

Gr-Az

  • 2 dekabr 2014 16:39
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
Allahim sene biz layiqince wukur ede bilmirik bagiwla bizi Ya Rebbim sene minlerce Wukurler olsun )))
Allah razi olsun elleriniz var olsun)))

➰__Ýųśíf__➰

  • 29 noyabr 2014 23:00
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN maraqli idi..

♔ sinყσriτα ♔

  • 29 noyabr 2014 21:06
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun Canim)))

★Deniz★

  • 29 noyabr 2014 18:44
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAHIM bizim qelbimize ancaq oz sevgini doldur amin

--------------------

princessa_selin

  • 29 noyabr 2014 16:36
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Cox sagolun

--------------------

G♥S

  • 29 noyabr 2014 16:20
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
ALLAH razi olsun canim

--------------------

Pıtırcık

  • 29 noyabr 2014 14:59
  • Məqalə: 481
  • Şərh: 9656
  • Bal:
{awards}
ALLAG RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

...:::Nigar:::...

  • 29 noyabr 2014 14:34
  • Məqalə: 1
  • Şərh: 109
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN maraqli idi.. feel

Aylowka)))

  • 29 noyabr 2014 13:59
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allahim sene biz layiqince wukur ede bilmirik bagiwla bizi Ya Rebbim sene minlerce Wukurler olsun )))
Allah razi olsun elleriniz var olsun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}