Dezodoranlar Xəstəlik Yaradır

 
Dezodoranlar Xəstəlik Yaradır


Britaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər. Analizlər göstərib ki, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır.

Tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb.

Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin inkişafında öz mənfi rolunu oynaya bilər.

Yeni tədqiqatın gedişində alim əməliyyat olunmuş 17 qadının süd vəzisi toxumalarında aşkar edilmiş alüminiumun miqdarını ölçib və müəyyən edib ki, xərçəng şişi aşkar edilmiş toxumalarda bu metalın səviyyəsi sağlam toxumalara nisbətən qat-qat çoxdur. Bununla əlaqədar Eksli belə bir bəyanatla çıxış edib: Biz alüminiumun konsentrasiyasının kəskin fərqlənməsini aşkar etdik. Bəzi pasiyentlərdə konsentrasiya az, digərlərində isə həddən artıq çox idi. Biz müəyyən etdik ki, metalın ən çox olduğu toxumalar qoltuq altına yaxın yerləşənlərdir. Biz qəti şəkildə deyə bilmərik ki, alüminium bu toxumalara məhz dezodorant vasitəsilə düşüb, lakin mənə belə gəlir ki, bu aşkardır. Planlaşdırdığımız növbəti tədqiqatla alüminiumun orqanizmə düşmə səbəbini və mənbəyini müəyyənləşdirməyə çalışacağıq".

Doktor Eksli qeyd edir ki, heyvanlar üzərində aparılan təcrübələr alüminiumun həqiqətən də xərçəngə səbəb olduğunu müəyyənləşdirib: İndi alüminiumun məhz dezodorantlarda olan duzlarının bədxassəli şişlərin yaranmasına təkan verib-vermədiyinə əmin olmalıyıq".

Tədqiqatçı bildirir ki, kosmetik vasitələrin istehsalçıları dezodorant istehsalında alüminiumdan istifadə etmələrini bu metalın effektiv antiperspirant olması ilə izah edirlər. O qeyd edir ki, tərkibində alüminium olmayan dezodorantlar da var, lakin onlar bir o qədər də effektli deyil: İstehsalçılar bildirirlər ki, bu alüminium duzları təhlükəsizdir, amma reallıq bunun hələ sübut olunmasını tələb edir".


Geri dön

ツDirectionerツ

  • 30 dekabr 2014 17:26
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully winked

--------------------



Louis Tomlinson♥

G♥S

  • 4 dekabr 2014 21:00
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Maraqli xeberdi baciwkom ellerin derd gormesin))

--------------------

♔ sinყσriτα ♔

  • 3 dekabr 2014 21:26
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Canim Bidenem Xebere Gore Tewekkur Maraqli Idi)))

..::My Black::..

  • 3 dekabr 2014 20:00
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Can meqale ucun tewekkurlerrr)))

Aylowka)))

  • 3 dekabr 2014 19:49
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Canm cox sagol melumata gore ellerin var olsun tatlikom)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

...:::Nigar:::...

  • 3 dekabr 2014 18:01
  • Məqalə: 1
  • Şərh: 109
  • Bal:
{awards}
______________xeber ucun tesekkurler_____________

Pıtırcık

  • 3 dekabr 2014 17:58
  • Məqalə: 478
  • Şərh: 9653
  • Bal:
{awards}
no bilmirdim sag olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}