İlk və son sən

 
İlk və son sən

II hissə

Tənəffüsdə Sevil ağ vərəqdə nəsə çəkirdi. İsmayıl isə onunla danışa bilmək üçün bəhanə gəzirdi. Uzaqdan onun şəkil çəkdiyini görüb yaxınlaşdı.
-Ağlayan Günəş?-anidən bu sualı verdi.
-Nə?-Sevil diksindi və sonra vərəqinə baxıb gülümsədi.
-Biz görmüşük axı Günəş həmişə gülür.
-Günəş bizdən çox uzaqdadır, əlçatmazdır və elə bilirik ki, o həmişə gülür. Əslində o da ağlayırmış.
-Necə? Başa düşmədim.-İsmayıl təəccüblə qaşlarını çatdı.
-Günəş simvolikdir. Bizə tanımadığımız insanlar uzaqdan həmişə gülərüz, dərdsiz görünürlər. Amma bilirsən ki, dərdsiz adam yoxdur. Amma tanıdıqca onların da dərdini, əzablarını görmüş oluruq.
-Hmm belə.-İsmayıl maraqla dodaqlarını büzdü.- Deməli, buradakı Günəş sənsən?
-Necə?
-Uzaqdan gülərüz görünürsən. Amma yaxından üzünə baxanda görürəm ki, sən də ağlayırsan.
Sevil başını aşağı saldı.
-Adım İsmayıldır.-İsmayıl tanışlıq üçün əlini uzatdı.
-Bilirəm,-dedi Sevil,-mənim də adım Sevildir.
-Bilirəm.-İsmayıl əlini cibinə saldı.
-Haradan?
-Sən mənim adımı haradan bilirsənsə.

Sevinclə Ayan pəncərəyə söykənib söhbət edirdilər. Əli də guya pəncərədən baxırmış kimi onlara qulaq asırdı.
-Hə Ayan, bayaq söhbətimiz yarımçıq qaldı. Deyirsən bu gün gəlir hə?
-Hmm inan elə həyəcanlanıram ki...
-Caan, onu elə çox istəyirsən?
-Həm də necə? O mənim hər şeyimdir. İnan elə mehriban, elə səmimidir ki.
-Bax, qısqanıram haa.
-Qarışdırma Sevinc. O paxıllıqdır.
-Nə isə.. Hər ikisi eyni məna verir. Sizdə qalacaq?
-Yoox! Qonşuluqda öz evləri var. Həm də dedi ki, sizdə qalmağım yaxşı çıxmaz.
Bayaqdan bəri bu söhbətə qulaq asan Əli axırıncı sözdən daha da təlaşlandı. Canına üşütmə düşdü. Sevinc onu görüb:
-Əlişka, pəncərədən bax gör Yusif gəlmir?-deyə kinayə ilə dilləndi.
Əli diksindi:
-Həə?! Yu-yusif? Yoox, görünmür.
-Əlişka nədir, ay Sevinc?-Ayan gülməyə başladı.
Elə bu vaxt ortaboylu arıq, saçlarının yarısı yığılmış, gözəl simalı bir qız içəri girdi. Ayan onu görüb sevincək:
-Aaa gəldi!-deyə irəli atıldı.
-Budur? Nə qəşəngdir.-Sevinc də heyrətini gizlətmədi.
-O budur? Bu odur?-Əli nə dediyini bilmirdi.
-Salam Ayan, sizin sinif buradır?
-Hə Xatirə. Eee.. bəli Xatirə müəllimə buradır.
Uşaqların hamısı çaşqınlıqla bir-birilərinə baxdılar.
-Bu kimdir?-Tariel təccüblə Səbuhiyə baxdı.
-Mən nə bilim.
-Kimdirsə Ayanın tanışıdır.-Mehdi dilləndi.
-Salam uşaqlar, əyləşin! Mən sizin yeni Aəzrbaycan dili və Ədəbiyyat müəlliməniz Nuriyeva Xatirə. İnanıram ki, bu bir ildə bir-birimizi yaxşı başa düşəcəyik.
-Xoş gəlmisiniz müəllimə.-Leyla dilləndi.
Tariel özünü saxlaya bilməyib maraqla soruşdu:
-Müəlimə, siz deyəsən Ayanın tanışısınız?
-Bəli, xalası qızıyam. Amma bu məktəbdən kənarda. Burada hamınız mənim üçün bərabərsiniz.
Elə bu vaxt koridordan gələn Kərəmin ayağı qapının kandarına ilişdi və tarappıltıyla üzü üstə yerə dəydi. Uşaqlar gülüşdülər.
-Yaxşı gülməyin! Hamının başına gələ bilər bu.-Xatirə istədi ki, Kərəmin qolundan tutub qaldırsın. Kərəm başını qaldırıb onun üzünə baxanda hər ikisi gözlərinə inana bilmədi.
-Aaa siz?-Kərəm heyrət içində idi.
Ələddinlə Zaman Kərəmin qolundan tutub partasına apardılar və yerinə oturtdular. Kərəm hələ də özünə gələ bilmirdi. Getmək istəyən Ələddinin qolundan tutub:
-Bu kimdir?-deyə soruşdu.
-Təzə Azərbaycan dili və Ədəbiyyat müəlliməsi.
-Müəllimə?
-Hə. Nədir, oxşamır?
-Özü də heç.-gözlərini Xatirədən çəkən Kərəm Ələddinə baxıb,-Nə isə keç otur.-dedi.
Kərəmin bu qədər təəccübünə səbəb olan hadisə iki gün əvvəl baş vermişdi.
“Kərəm atasının dükanının qabağında məhlə dostları ilə söhbət edirdi. Bu vaxt mağazanın tinindən bir qızın tarappıltl ilə yerə yxıldığını gördü. Yanındakı oğlanlar:
-Uydaa. Göydən meteorit düşdü.
-Ə, yox ee, meteorit yox, mələk endi.-deyib gülüşdülər.
Lakin Kərəm onlara əhəmiyyət verməyib qıza yaxınlaşdı. Onun qolundan tutub qalxmasına kömək elədi.
-Yaxşısınız xanım?
Qızın dizləri və əlləri sıyrılmışdı, üzündə ağrı ifadəsi var idi.
-Offf, əlim!
-İstəyirsiniz gəlin oturun, su verim, əlinizi-zadınızı təmizləyin.-sonra gülənlərə səsləndi.-Ə, nə gülürsünüz orada? Stulu bəri ver! Nicat, sən də içəridən bir butulka su gətir!
Qız etiraz eləməyə başladı:
-Yox, yox, lazım deyil, yaxşıyam.
-Heç olmasa əlinizi yuyardınız. Xahiş eləyirəm, gözləyin.-sonra yenidən oğlana səsləndi:-Ə Nicat, nə oldu su?
-Gətirirəm!-Nicat içəridən çıxdı.-Buyurun xanım.
-Ver bura, ağıllı!-Kərəm butulkanı ondan alıb qapağını açdı-Görmürsən, qızın əlləri yaradır?! Necə açsın bunu?-deyə Nicata da acıqlandı.
Qız çantasından dəsmalını çıxardı və butulkadan biraz su töküb əllərini və dizlərini sildi. Sonra butulkanı Kərəmə qaytarıb:
-Suya və stula görə çox sağolun!-dedi.
-Dəyməz. Xoşdur.-Kərəm gülümsədi.”
O qız bu qız idi. Yəni Xatirə müəllimə. Kərəmi təəccübləndirən də elə bu idi. Xatirə yaşından çox cavan görünürdü. Heç 18 yaş vermək olmazdı. Kərəm də onu yaşıdı hesab etdiyi üçün onu 23-24 yaşlarında müəllimə kimi təsəvvür eləyə bilmirdi.
Elə bu vaxt qapıdan bir nəfər də girdi. Amma o yıxılmadı. Yusif içəridəki müəlliməni görməyib təəccüblə uşaqlara:
- Nə sakit oturmusunuz? Ayağa qalxmaq yoxdur? Görmürsünüz böyük adam gəlib?-dedi.
Uşaqlar ona göz-qaş eləməyə başladılar. Bayaqdan bəri sakitcə onu izləyən Xatirə müəllimə dilləndi:
-Haradan gəlib bu böyük adam?
-Təzə gələn uşaq budur?-Yusif yenə də onun müəllimə olduğunu başa düşmədi.
-Hə, mənəm. Sadəcə oturmağa yer yox idi deyə burada oturmuşam.
-Amma müəllimə gələndə durarsan, ayıbdır.
Uşaqlar öz aralarında gülüşürdülər.
-Nə gülürsünüz?-Yusif uşaqlara acıqlandı.-Yer verə bilmirsiniz, təzə gələnə?
-Təzə gələn mənəm.-İsmayıl özünü saxlaya bilməyib dilləndi.
-Sənsən? Bəs bu kimdir?
-Müəllimə.-Sevinc başını bulaya-bulaya Yusifə baxdı.
-Nə?! Zarafat eləyirsən?
-Yusif, zarafat eləmir. O, həqiqətən də müəllimədir. Azadə müəllimənin yerinə gəlib. Azərbaycan dili və Ədəbiyyat, Xatirə müəllimə.-Ayan Yusifə hər şeyi izah elədi.
Yusif elə çaşqın halda idi ki, bilmirdi nə desin.
-Bağışlayın, sizcanı bağışlayın, müəllimə. Vallah elə bildim təzə gələn sizsiniz.
-Eybi yox, olan şeydir. Keç əyləş.-Xatirə müəllimə mehribanlıqla güldü.
Əli bayaqkının əvəzi olaraq Sevinci səslədi:
-Heyyy, Sevinc!
-Həə, nədir?
-Gözün aydın.
Yusif gəlib öz yerində-Sevincin yanında oturdu. Sevinc qaş-qabaq töküb oturmuşdu.
-Salam dost.
Sevincdən səs çıxmadı.
-Salam dedim.
Sevinc yenə dinmədi.
-Küsmüşük?
-Yoox, mən kiməm ki, səndən küsüm? Mən ümumiyyətlə sənin üçün kiməm ki?
-Dostumsan.
-Yox Yusif. Aradüzəldənəm. Qızlarla aran yaxşı olanda dostun, pis olanda heç kim!
-Bilirəm keçən dəfə sənə çox pis davrandım. Üzr istəyirəm, Sevinc. Barışdıq?
-Yusif, nə olar, bir də məni danışdırma!

Bu söhbətdən bir neçə gün keçdi. Amma bu bir neçə gündə Yusif nə etdisə Sevinc onunla barışmadı. Özünə görə Sevinc də haqlı idi. O, Yusifi özünə çox yaxın bilirdi. Qonşudan, sinif yoldaşından daha yaxın. Buna öz aləmində “dostluq” deyirdi. Yusif də Sevincə qarşı eyni idi. Amma hər səfərində onu incitməyi, qəlbini qırmağı bacarırdı. Yusif məktəbdə hansı qızı bəyəndisə, sevdisə mütləq Sevinci “elçi” göndərirdi. Sevinc də dostunun sözünü yerə salmayıb qızla onun arasını düzəldirdi. 3 ay, 5 ay, 1 il gəzib-dolaşdıqdan, guya “sevgili” olduqdan sonra dalaşıb ayrılırdı qızdan. “Sənin caladığın bundan artıq olmayacaq ki!” deyib bütün hirsini də Sevincdən çıxırdı. Amma Yusif hələ də onu həqiqətən sevənin kim olduğunu bilmirdi. Özü də öz içində hiss etdiklərinin nə olduğunu. Bəlkə də hislərinin adını düz qoymamışdı.


Geri dön

Fearless

  • 6 dekabr 2014 19:23
  • Məqalə: 282
  • Şərh: 412
  • Bal:
COX GOZEL HEKAyedi TWKLER

--------------------
http:// user/İMZA/

G♥S

  • 4 dekabr 2014 21:06
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Cox sagolun hekayeye gore))

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 4 dekabr 2014 16:29
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Hekaye MAraqli Idi!Taniw Geldi Nese! belay

--------------------

Aylowka)))

  • 3 dekabr 2014 20:18
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Cox gozel hekayedi cox sagolun )))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

^^LaSt_AnGeL^^

  • 3 dekabr 2014 19:35
  • Məqalə: 1
  • Şərh: 1079
  • Bal:
{awards}
SuPer HeKaYeDI TeWeKkUr..;)

Pıtırcık

  • 3 dekabr 2014 18:18
  • Məqalə: 384
  • Şərh: 9513
  • Bal:
{awards}
HEKAYEYE GORE TESEKKUR GOZELDIR

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 51
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}