İlk və son sən

 
İlk və son sən

III hissə

Ayın 18-i idi. Saat 8-ə yaxınlaşırdı. Şagirdlər həyətdə sıra ilə düzülmüşdülər. İsmayıl söhbət edən Sevillə Züleyxaya yaxınlaşdı. Əlində rəsm dəftəri var idi. Qızları salamladı. Sonra çəkinə-çəkinə Sevilə:
-Sevil, mənə kömək eləyə bilərsən? Şəkli çəkirəm, amma kölgə ata bilmirəm.-dedi.
-Eləyərəm, niyə eləmirəm?
-Bilirsən, şəkli çəkirəm amma kölgəsi düz alınmı, qara-qura eləyirəm. Bax,- o əlindəki rəsm dəftərini açıb göstərdi. Həqiqətən də çəkdiyi ev, bina şəkilləri bərbad idi. Amma İsmayıl bunları bilə-bilə qəsdən eləyirdi ki, Sevilə yaxınlaşa bilsin.
Züleyxa da dayanıb maraqlı bir təbəssümlə onlara baxırdı. Amma onları izləyən təkcə Züleyxa deyildi. Günay və Nuray bacıları da bir kənarda paxıllıqla onlara baxırdılar.
-Görürsən ay Nuruş, bu sakit Sevili? Gələn kimi oğlanı ələ almağı bacardı.
-Həəə. Buna deyiblər ee “Suyun lal axanı, adamın yerə baxanı.”-Nuray bacısının sözünü təsdiqlədi.
-Bu İsmayıl qəşəng oğlandır amma ağlı yoxdur. Gedib yaxınlaşdığı qıza bax.
Bayaqdan bu mənzərəni izləyən Əli öz içində düşünürdü: “ Halaldır sənə İsmayıl. Mən on ildir bir qıza sözümü deyə bilmirəm. Sən gələn kimi...”
Elə bu vaxt Yusif onu fikrindən ayıltdı.
-Görürsən bu İsmayılı? Gərək bir-iki məsləhət alım ee ondan.
Əli maraqla ona tərəf baxıb:
-Niyə? Sən qızlarla qurtarmamışdın?-deyə soruşdu.
-Nə qurtarmaq, səncanı? İndi də Sevinc naz eləyir mənə.
-Nə, Sevinc?! Demə ki, indi də Sevincə...
- Yox ayə, o mənada demədim. Sadəcə mənimlə danışmır.
-Həə, əşşi siz barışarsınız. Gör neçə ilin dostusunuz.
-Nə bilim.-deyib Yusif ah çəkdi.

Zəng vuruldu. Şagirdlər siniflərinə qalxdılar.
Müəlimlər otağında müəllimlərin bəziləri söhbət edir, bəziləri isə dərsə girməyə hazırlaşırdı. Xəyal müəllim də özünün dərs cədvəlinə baxıb hansı sinfə getməli olduğunu aydınlaşdırırdı ki, həmin sinfin jurnalını götürsün. Elə bu vaxt Xatirə müəllimə gəlib XI a sinfinin jurnalını götürdü. Xəyal müəllim eynəyini gözünə sıxıb cədvəlinə bir də baxdı. O da bu jurnalı götürməli idi. Təlaşla o da müəllimlər otağından çıxıb Xatirə müəllimənin dalınca səsləndi:
-Ay xanım! Ay müəllimə! Dayanın ee julnalı səhv götülmüsünüz.
Qəfildən dəhlizdə qaçan uşaqlardan biri ona dəydi və o da əlindəki portfel qarışıq yerə yıxıldı. Xatirə müəllimə ancaq indi bu səsə arxaya döndü və yerə yıxılanı görüb:
-Ay aman, ay müəllim yaxşısınız?-deyə ona yaxınlaşdı.
Dəhlizdəki uşaqlardan bir neçəsi onu qolundan tutub qaldırdılar. Bəziləri isə gülüşürdülər. Xəyal müəllim üst-başını düzəldə-düzəldə:
-Mən.. mən sizin dalınızca düşmüşdüm.-dedi.
-Nə?!-Xatirə müəlimə təəccüblə qaşlarını çatdı.
-Yəni alxanızca gəlidim. Siz julnalı səhv götülmüsünüz. XIa-ya indi mənim dəlsimdir.
Xatirə müəllimə jurnala baxıb vəziyyətin nə yerdə olduğunu başa düşdü.
-Ayy, düz deyirsiniz. Səhv götürmüşəm. Bağışlayın, siz də buna görə yıxıldınız.
Xəyal müəllim jurnalı ondan ala-ala gülümsədi.
-Eybi yox, həl işdə bil xeyil val.
Tariellə Zaman təngənəfəs halda sinfə girdilər. Həm də gülməkdən qıpqırmızı olmuşdular.
-Bilirsiniz nə olub?
-Nə olub, Zaman?-Leyla soruşdu.
-Ha ha ha... Koridorda...bir müəllim təpəsi üstə...dəydi...yerə dəydi...ha ha ha...-Tariel artıq gülməkdən danışa bilmirdi.
İsmayıl da maraqla soruşdu
-Hansı müəllim?
-Ə nə bilim, bir açkili müəllim idi. Xatirə müəllimənin dalınca gedirdi, kimsə gəldi dəydi ona, o da yerə...Ay səni...Ha ha ha.-Zaman gülməkdən ikiqat qatlanmışdı.
Bunu eşidən Kərəm üzünü turşudub soruşdu
-Xatirə müəllimənin dalınca? Necə yəni?
-Əşşi nə bilim. Nəsə onu çağırırdı deyəsən. Biz Zamanla pilləkənlə qalxırdıq, gördük.
Birdən uşaqlar Tariellə Zamana göz-qaş eləməyə başladılar.
-Hayy səni... Nətər dəydi ə...-Tariel bir anlıq dönüb arxa tərəfə baxdı. Qapıda Xəyal müəllim dayanmışdı. Zaman əliylə onu göstərib,-Baxın bu müəllim idi.-dedi, bir anlıq uşaqlara tərəf döndü və yenidən arxaya baxdı.-Bu...bu...bu müəllim?-hər ikisi özünü itirmişdi.
Şagirdlər isə sakitcə ayaq üstdə durmuşdular. Xəyal müəllim təəssüflə Zamanla Tarielə baxıb başını buladı.
-Keçin əyləşin!-dedi.Sonra:-Salam uşaqla!-deyə uşaqlarla salamlaşdı.
-Salam!!!
-Əyləşin! Mən təzə kimya müəlliminiz Əhmədov Xəyal. Yəqin mənim xəbəyim məndən qabaq çatıb sizə?
Pıçapıçlar başladı:
-Eşitdin, xəbəyim dedi?
-Həə.
-Deyəsən pəltəkdir.
-Ə, bu r hərfini deyə bilmir ki.
Xəyal müəllim bunu hiss eləmişdi və artıq bu cür reaksiyaya alışdığı üçün üzünün ifadəsini dəyişmədən:
-Bililəm nədən danışısız. Mənim dilim pəltəkdi, l həlfini deyə bilmiləm.-dedi.
-Müəllim hansı hərfi?-Tariel gülə-gülə soruşdu.
-L!-Xəyal müəllim onsuz da r hərfini deyə bilmirdi.
-Həl kəsin qüsulu ola bilə. Amma sizcə bunu başa vulmaq düzgündü?
Xəyal müəllim daha heç nə deməyib müəllim stoluna oturdu. Jurnalı açıb sinfi gözdən keçirməyə başladı. Pıçapıçlar və gizli gülüşmələr isə davam etməkdə idi.

Tənəffüsdə Yusif koridorda dayanıb pəncərədən çölə baxırdı. Əli qaça-qaça gəlib arxadan iki əli ilə onun çiyinlərini tutdu.
-Yusif nə olub?
-Heç. Baxıram da elə-belə.
-Nə olub? Sevgilisi əsgərlikdə olan qızlara kimi nə boynunu burmusan?
- Heç olmasa o qızların sevgilisi var.
-Danışana bax ee. Hər il bir qız sevən elə bil mənəm. Hara tələsirsən, məktəb elə indi başlayıb ki...
-Yox daha, mənimki qızlarla qurtardı.
Elə bu vaxt İsmayıl da onlara yaxınlaşdı.
-Hara yox olmusunuz? Demədim məni tək buraxmayın?
-Niyə tək olursan? Sevil var da.-Əliylə Yusif bir-birilərinə göz vurub gülməyə başladılar.
-Nə Sevil?! Onun bu söhbətə nə dəxli var?
-Yaxşı, adam kişi olar. Bu gün səhər görmədik rəsm dəftəri bəhanəsini? Ay səni...-Yusif İsmayıla göz vurdu.
-Hə, biz burada on ildə bir qıza bir kəlimə deyə bilmirik, sən gələn kimi...-Əli bir anlıq nə dediyini bilmədi.
-Bir dəqiqə, düşdün əlimə, Əli! Hansı qıza?-İsmayıl maraqla Əliyə baxdı.
-Həə Əli! Hansı qıza?.-Yusif də ona qoşuldu.
-Hansı qıza? Heç hansı qıza! Sözün gəlişi dedim.-Əliəməlli-başlı özünü işə salmışdı.
-İndi bax Sevilə nəsə desən haa, sinfə car yayacam ki, Əli bir qıza on ildir ki, ürəyini aça bilmir, ay camaat!-İsmayıl səsini yüksəltməyə başladı.
-Ə sus! Sus! Kimdir nəsə deyən?
-Onda mən deyə bilərəm də İsmayıl? Onsuz da sən mənim istədiyim qızları tanımırsan.-Yusif arxayın halda dilləndi.
-Niyə ki, ay Yusif? Sevinci ki, tanıyıram. Görmürəm neçə gündür Məcnun kimi havalı-havalı gəzirsən?
-Ə bir dəqiqə, dayan orada! O, mənim dostumdur. Bilər-bilməz danışma!-Yusif əsəbiləşməyə başladı.
-Yaxşı uşaqlar, dalaşmayın!-Əli onları sakitləşdirməyə çalışdı.
-Zarafat elədim də. Nə hirslənirsən?!
-Zarafatın da eləmək təhəri var.
-Sən mənə zarafat eləməyi öyrədəcəksən?!
-Bilməmək eyib deyil, öyrənməmək eyibdir.
-Uşaq-uşaq danışma! Buna bax!
-Ə özünsən uşaq!
-Nə deyirsən ə...?!
-Ay uşaqlar, dalaşmayın!-Əli yenə də araya girməyə çalışdı.
Söhbət həqiqətən də böyüdü. Artıq Yusiflə İsmayıl əlbəyaxa olmuşdular. Onları ayırmaq istəyən Əliyə isə artıq bir yumruq dəymişdi. Bütün məktəb bu səs-küyə yığıldı.

-Üzünə lənət ay Yusif! Lənət üzünə! İki dəqiqədə aləmi vurdun bir-birinə.-Sevinc Yusifin gözünün altına yaş dəsmalı qoya-qoya deyinirdi.
-Mən neyləyim ee, o başladı da...
-Hə inanıram, inanıram. Ara yerdə yazıq Əlini də şikəst elədiniz.
-Onu mən vurmadım, dee o sarı vurdu.
-Ə ,az danış orada!-İsmayıl arxadan dilləndi.
-Nədir ə?
Ara yenidən qızışdı.
-Otur yerinə!-Sevinc dəsmalı Yusifin gözünə necə basdısa:
-Ay mama! Gözüm!-Yusifin çığırtısı sinfi götürdü.
Arxa sırada Mehdiylə Ramazan İsmayılın üzünə-gözünə yaş dəsmal qoyurdular. Onun qabağındakı sırada isə Tariel Əlinin gözünə yaş dəsmal qoyurdu.
-Gözüm çıxdı, ay gədə! Ariel, dəsmalı gözümə niyə soxursan?
-Ver bura Tariel. Mən qoyaram.-Ayan dəsmalı ondan alıb butulkadan biraz su ilə islatdı və astaca Əlinin gözünün altına qoydu. Əli özünü necə xoşbəxt hiss edirdi, onu bir Allah bilir. Ağrısı da yaddan çıxmışdı.
Sevil də İsmayılın yanında durub ona baxırdı.
-Çox ağrıdır?
İsmayıl Sevilin yanında özünü sındırmamaq üçün özündən razı tərzdə:
-Yoox! Əsas mənim vurduğum ağrıdır bir nəfəri.-dedi.
-Yaxşı sakit, eşidəcək indi.
-Eşitsin də. Ondan qorxan var?
-İsmayıl! Bəsdir xahiş eləyirəm.-Sevilin səsini belə qaldırması hamının diqqətini çəkdi.
Elə bu vaxt sinif rəhbərləri Mirvari müəllimə içəri girdi.
-Nə olub yenə?! Sinfi yenə xəstəxanaya çevirmisiniz? Nəyi bölüşə bilmirdiniz?
Heç kəs dinmədi.
-Ədə Yusif, yenə də sən?! Mən yığıldım ee sizin əlinizdən boğaza.-o cır səsini daha da qaldırdı.-De görüm nə üstündə dalaşmısınız?
-He nə! Elə-belə.
-Necə elə-belə? Bu boyda elə-belə olur?
-Ay müəllimə, zarafat eləyirdik, yumruqlaşırdıq, o qədər.
-Ə zarafatla yumruqlaşmaq olur? Ay Əli, a bala sən de nə olub?
-Heç nə, ay müəllimə. Yusifin dediyi kimi.
-Siz öləsiniz, sizi bu il sinifdə saxlamasam. Siz qudurmusunuz! Siz görərsiniz...-Mirvari müəllimə qışqıra-qışqıra çölə çıxdı.
Ayan soruşdu:
-Doğrudan nə olub?
-Heç nə. Zarafat eləyirdilər.
-Hə, siz bilməzsiniz.-Yusif də sözə qarışdı.
-İşdir də, kişinin başına iş gələr.-İsmayıl da ona qoşuldu.
-Səni bilmirəm, ay İsmayıl, amma bu Yusif ildə iki dəfə yumruq yeməsə dincəlmir. Neyləsin, bu da onun peyvəndidir də.-Sevinc gülə-gülə dedi.
-Sağol Sevinc! Dostluğun artıq olsun!
-Mənim?!-Sevinc tərs-tərs Yusifə baxdı.
Yusif onun ciddiləşdiyini görüb:
-Yaxşı, yaxşı. Zarafat elədim.-deyə sözünü geri aldı.


Geri dön

ツDirectionerツ

  • 30 dekabr 2014 17:20
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully winked

--------------------



Louis Tomlinson♥

G♥S

  • 4 dekabr 2014 20:44
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Cox sagolun maraqli hekayedi tam oxuya bilmedim ama yenede bawliqi cox maraqli idi))

--------------------

Aylowka)))

  • 4 dekabr 2014 12:38
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Maragli hekayedi cox sagolun davami biraz tez olsa yaxwi olar )))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

Gr-Az

  • 4 dekabr 2014 11:14
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
meqalencun sagol

Pıtırcık

  • 3 dekabr 2014 21:26
  • Məqalə: 578
  • Şərh: 9724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUUN

--------------------
http://legend.az/user/imza/

♔๑.Şaнzadəм.๑♔

  • 3 dekabr 2014 21:08
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Ilk Werh Mennen))
Meqaleye Gelince LIKE`lig Meqaledi! wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 48
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 578
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 1
Cəmi: 668
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}