Bizim üçün şəfaət et, ey Allahın Elçisi!

 
Bizim üçün şəfaət et, ey Allahın Elçisi!

Bizim üçün şəfaət (vasitəçilik) et, ey Allahın Elçisi!
Ənəs (Allah ondan razı olsun) belə rəvayət edir:

Allahın Rəsulu, (Ona Allahın salavatı və salamı olsun) dedi: “Qiyamət günü Allah bütün insanları bir yerə toplayacaq və insanlar deyəcəklər, Gəlin birindən xahiş edək Rəbbimizin hüzurunda bizim üçün şəfaət istəsin ki, Rəbbimiz bizi bu yerdən xilas etsin. Sonra onlar Adəmin yanına gedib deyəcəklər: Allah səni Öz əllərilə yaratdı, Öz ruhundan sənə üfürdü, mələklərə sənə səcdə etmələrini əmr etdi. Elə isə xahiş edirik Rəbbimizin qarşısında bizim üçün şəfaət istə.”

Adəm cavab verəcək: “Bu iş mənlik deyil və öz günahını xatırlayacaq və deyəcək: Nuhun yanına gedin, o Allah tərəfindən göndərilmiş ilk Rəsuldur. Onlar Nuhun yanına gedəcəklər və o deyəcək: Bu iş mənlik deyil və öz günahını xatırlayacaq və deyəcək: İbrahimin yanına gedin, Allah onu özünə Xəlil (dost) seçdi. Onlar İbrahimin yanına gedəcəklər (və eyni şəkildə ondan da xahiş edəcəklər). O cavab verəcək: Bu iş mənlik deyil və öz günahını xatırlayaraq deyəcək: Musanın yanına gedin, Allah onunla vasitəçi olmadan danışıb. İnsanlar Musanın yanına gedəcək və o belə deyəcək: Bu iş mənlik deyil və öz günahını xatırlayacaq və deyəcək: İsanın yanına gedin. İnsanlar İsanın yanına gələcəklər, amma o da: Bu iş mənlik deyil, Muhəmmədin yanına gedin, çünki Allah onun keçmiş və gələcək bütün günahlarını bağışlayıb” deyə cavab verəcək.

Onlar mənim yanıma gələcəklər və mən Rəbbimdən izn istəyəcəm. Onu gördükdə səcdəyə qapılacam və Rəbbimin istədiyi qədər bu vəziyyətdə (səcdədə) qalacam. Sonra mənə deyiləcək: Başını qaldır (Ey Muhəmməd)! İstə və diləyin yerinə yetiriləcək, söylə, söylədiyin dinləniləcək, şəfaət dilə və sənin şəfaətin qəbul ediləcək. Sonra mən başımı qaldıracam, Rəbbimin mənə öyrədəcəyi (dua)nı söyləyərək Onun şəninə təriflər deyəcəm. Allah mənim üçün (şəfaət edəcəyim insanlar üçün şəfaət etməkdə) bir hədd qoyacaq və mən o insanları Oddan (Cəhənnəmdən) çıxarıb Cənnətə götürəcəm. Sonra təkrar (Allahın hüzuruna) geri qayıdacam və səcdəyə qapanacam və bu hal 3-4 dəfə Quranda Cəhənnəmə (Oda) (əbədi) məhkum edilmiş şəxslərdən başqa orada kimsə qalmayana qədər davam edəcək. (Digər rəvayətçi, Əbu Qətədə hədisin sonuncu cümləsi ilə bağlı belə deyərdi “...əbədilik cəhənnəmə məhkum edilmiş şəxslər” (dən başqa).


Səhih Buxari, cild 8, kitab 76, hədis nömrə 570


Bizim üçün şəfaət et, ey Allahın Elçisi!


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:36
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 11 mart 2011 22:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
cooox sagolun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Azeri_Gozeli

  • 12 oktyabr 2010 16:06
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Mr_Unlimited

  • 28 iyun 2010 12:46
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler bele xebelrer ucun minnetdaram. Allah razi olsun

Persofona

  • 28 iyun 2010 05:15
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
Allah razi olsun

OK

  • 27 iyun 2010 08:58
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Allah razi olsun cox maraqli idi.

--------------------

Ulya

  • 27 iyun 2010 08:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun cox maraqli idi.

VESNA

  • 27 iyun 2010 06:54
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
TESHEKURLER DUNYADA ALLAHDAN BASHQA IBADET EDILECEK VARLIQ YOXDUR.ALLAH TEKDIR MEHEMMED ONUN RESULUDUR!!!!!!!

La_VitA

  • 27 iyun 2010 06:32
  • Məqalə: 0
  • Şərh: 154
  • Bal:
{awards}
twk

DaMLa

  • 27 iyun 2010 06:29
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Etibarsiz dunya, təşəkkür, Allah razı olsun, bəyəndiyiniz üçün sevindim... Allah sizə də kömək olsun)

--------------------

Etibarsiz dunya

  • 27 iyun 2010 06:03
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
Allah komeyiniz olsun ki bele xeberlere tez-tez yer verirsiniz.

--------------------
Sevişməyi sevgidən də çox sevirəm.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}