Kolbasanı halal edən yalnız tərkibidirmi?

 
Kolbasanı halal edən yalnız tərkibidirmi?



Hər bir insan xoşbəxt olmağı arzulayır. Həyatda atdığı addımları ilə öz xoşbəxtliyinə doğru irəliləməyə çalışır. Ailə qurmaq, övlad sahibi olmaq, işə girib çalışmaq, pul qazanıb xərcləmək, ev-maşın, mal-mülk sahibi olmaq və s. vasitələrlə öz xoşbəxt həyatını təmin etməyə səy göstərir. Əlbəttə, insanın həyat sürməsi üçün önəmli olan bu vasitələrin hamısı doğru-düzgün olduqda insanın səadətə yetişməsində mühüm rol oynayır. Bu vasitələrin xoşbəxtliyə xidmət etməsi üçün onların yerli-yerin, ilahi-mənəvi qanunlar çərçivəsində olması isə başlıca şərtdir. Belə ki, insanı xoşbəxt edən mal-mülk deyil, bütün varlığı yaradan Allahdır. Həyatı məhz yaradan Allahın qayda-qanunları əsasında qurmaqla həyat vasitələri insanı səadətə yetirə, xoşbəxtliyini təmin edə bilər.

Bir çoxları həmin vasitələri sanki elə hədəf bilir və nəyin bahasına olursa olsun, onları əldə etməyə çalışır. Halal-haram bilmədən, heç bir ilahi-mənəvi çərçivə tanımadan. Mümkün qədər çox mal-mülk, ad-san, vəzifə sahibi olmaq, varlanmaq amalını öz məqsədinə çevirən şəxslər qazancın nə yolla əldə olunmasına əhəmiyyət vermirlər. Nəticədə ola bilsin ki, hədəfə çatıb zəngin insana çevrilirlər. Amma təəssüf ki, xoşbəxt insan ola bilmirlər. var-dövlətə nail olurlar, amma səadətə nail ola bilmirlər.


Səbəb isə sadədir - bütün həyat vasitələri yalnız o zaman insanın xoşbəxtliyinə xidmət etmiş olur ki, ilahi mənəviyyat qanunlarına uyğun əldə edilmiş olsun. Başqasının malını qəsb etməklə, özgəsinin haqqını pozmaqla, rüşvətlə, çəkidə aldatmaqla, fırıldaqçılıq və dələduzluqla, əyri yollarla əldə edilən qazanc heç vaxt insanı xoşbəxt edə bilməz.

Bir çoxları "halal" anlayışını özünəməxsus şəkildə başa düşür və elə bilirlər ki, ətin şəriətə uyğun kəsilməsi, yaxud kolbasanın tərkibində şəriətə zidd qatqının olmaması həmin qidanın halal olması üçün kifayət edər. Amma o əti və kolbasanı hansı yolla qazanılan pul ilə aldığı barədə heç düşünmürlər. Kiminsə haqqını pozub, balasının çörəyini əlindən almaqla, imtahanda tələbəni sıxışdırıb, rüşvət qoparmaqla, bir sənəd vermək üçün min hoqqadan çıxıb vətəndaşın cibinə girməklə əldə edilən pul ilə şəriətə uyğun kəsilət ət almaq hələ həmin ətin halallığına dəlalət edə bilməz. Kolbasanın üzərindəki "halal" yazısını oxumazdan əvvəl, cibimizdəki pulun üzərində halal yazısını oxuyaq. Ailəmizə-balalarımıza haram yedizdirməyək. Halal qazancla yaşayaq ki, bu qazanc bizim təkcə varlı olmağımıza deyil, ən əsası, xoşbəxt olmağımıza xidmət etsin.



Geri dön

ツDirectionerツ

  • 30 dekabr 2014 16:43
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully winked

--------------------



Louis Tomlinson♥

Gr-Az

  • 6 dekabr 2014 12:13
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler meqalencun

Aylowka)))

  • 4 dekabr 2014 19:27
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Selena HESENOVA,
Canm mencede duz deyirsen)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 dekabr 2014 19:01
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Maraqli idi

Allahi_Unutma

  • 4 dekabr 2014 18:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Halal qazancla yaşayaq ki, bu qazanc bizim təkcə varlı olmağımıza deyil, ən əsası, xoşbəxt olmağımıza xidmət etsin.

Allah razi olsun

princessa_selin

  • 4 dekabr 2014 15:47
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Maraqli xeberdir tesekkurler

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 4 dekabr 2014 15:27
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Cox Sag Olun!ALLAH Razi Olsun!Sizi Bilmirem Dostlar,Ama Menm Kolbasa ve ya sosiska Ile Aram Yoxdu!Mence Bu Dunyada Nefsimize Guc Gelib Diger Dunyada Kef Cekekdeee!

--------------------

Pıtırcık

  • 4 dekabr 2014 14:57
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
XEBRE GORE TESEKKUR

--------------------
http://legend.az/user/imza/

♔ sinყσriτα ♔

  • 4 dekabr 2014 14:44
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun Maraqli Xeber Idi

G♥S

  • 4 dekabr 2014 14:43
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Ilk werh menden))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 36
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}