Allah yolunda canından keçən uşağın əhvalatı

 
Allah yolunda canından keçən uşağın əhvalatı


Allah yolunda canından keçən uşağın əhvalatı


Peyğəmbər (s) demişdir: "Sizdən əvvəl yaşamış bir xalqın padşahı və onun da bir sehrbazı var idi. O qocal­dıqda padşaha dedi: "Mən qocalmışam və artıq ömrüm başa çatıb. Odur ki, yanıma bir uşaq göndər, ona sehr etməyi öyrədim.”
Padşah onun yanına bir uşaq göndərdi və sehrbaz ona sehr öyrətməyə başladı. Sehrbazın evi ilə padşahın sarayı arasında bir Alim yaşayırdı. Bir gün uşaq Alimin yanına gəlib onun danışdıqlarına qulaq as­dı və Alimin dedikləri onun xoşuna gəldi. O hər dəfə sehrbazın yanına getdikdə Alimə də baş çəkirdi. O sehr­bazın yanına gec gəldikdə, sehrbaz: "Nə üçün gecikmi­sən?”- deyib onu döyür, evə gec gəldikdə də evdə­kilər: "Nə üçün gecikmisən?”- deyib onu döyürdülər. Uşaq Alimə şikayət etdikdə, o dedi:
"Sehrbaz səni döymək istədikdə, de ki, ailəm məni ləngitdi. Ailən səni döymək istəsə, de ki, sehrbaz məni ləngitdi.” Uşaq beləcə öz işinə davam etdi. Nəhayət bir gün o, camaatın yolunu kəsmiş böyük və qorxunc bir heyvana rast gəldikdə dedi: "Bu gün mən kimin daha üstün olduğunu – Alimin dininin, yoxsa sehrbazın əməlinin Allaha daha əziz olduğunu biləcəyəm.” O yerdən bir daş götürüb dedi: "Allahım, əgər Alimin dini Sənin üçün sehrbazın əməlindən daha əzizdirsə, onda bu heyvanı öldür ki, insan­lar keçib gedə bilsinlər!” O, daşı atıb heyvanı öldürdü və insanlar öz yollarına davam etdilər. Uşaq Alimin yanına gəlib bunu ona xəbər verdikdə Alim dedi: "Oğlum, bu gün sən məndən də fəzilətlisən. Onlar səni tezliklə sınayacaqlar. Səni sınayacaqları vaxt mənim kim olduğumu onlara bil­dirmə.”
Bu minvalla uşaq anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaltmağa, habelə insanlara üz vermiş digər xəstəlikləri də müalicə etməyə başladı. Pad­şahın yaxın adamlarından birinin gözləri kor olmuşdu. O, bu uşağın haqqında eşidəndə çoxlu hədiyyələr götü­rüb onun yanına gəldi və dedi: "Məni sağalda bilsən, bunların hamısı sənin olacaq!”
Uşaq dedi: "Mən heç kəsi sağalt­mıram. Sağaldan yalnız qüdrətli və qüvvətliAllah­dır. Əgər sən Allaha iman gətirsən və Ona dua etsən, O sənin gözlərini açar.” O, Allaha iman gətirdi və Ona dua etdi, Allah da onun gözlərini açdı. Sonra o gəlib həmişə­ki kimi padşahın yanında oturdu.
Padşah ondan: "Sənin göz­lərini kim sənə qaytardı?”- deyə soruşdu. O: "Mənim Rəbbim!”- deyə cavab verdi. Padşah dedi: "Məgər sənin məndən başqa Rəbbinmi var?”
O dedi: "Mənim də Rəb­bim, sənin də Rəbbin – Allahdır!” Padşah ona o qədər işgəncə verdi ki, axırda o, uşağı nişan verdi. Uşağı padşa­hın hüzuruna gətirdilər. Padşah ona dedi: "Oğ­lum! Sən sehrbazlıqda elə bir səviyyəyə gəlib çatmısan ki, anadan­gəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldır, həmçinin başqa xəstəlikləri də müalicə edirsən.”
Uşaq dedi: "Mən heç kəsi sağaltmıram. Sağaldan yalnız qüd­rətli və qüvvətli Allahdır.” Padşah ona da o qədər əzab verdi ki, nəhayət o, Alimin adını verdi. Alimi padşahın hüzuruna gətirdilər. Padşah ona: "Dinindən dön!”– dedi. Alim isə buna razı olmadı. Onda padşah mişar gətizdir­di və onu başının tən ortasından mişarlayıb iki hissəyə böl­dülər. Sonra padşahın yaxın adamını onun hüzuruna gətirdilər. Padşah ona: "Dinindən dön!”– dedi. Lakin o buna razı olmadı. Onu da başının tən ortasından mişar­layıb iki hissəyə böldülər. Sonra uşağı onun hüzuruna gətirdilər. Padşah ona: "Dinindən dön!”– dedi. Amma o buna razı olmadı. Padşah əsgərlərindən bir neçəsinə tapşırıb dedi: "Onu filan dağa aparın, o dağın zirvəsinə qaldırın və əgər dinindən dönməsə, onu ora­dan aşağı atın!”
Onlar uşağı aparıb dağın başına qaldırdıqda o dedi: "Allahım! Özün istədiyin kimi məni onlardan xilas et!” Bu dəmdə dağ silkələndi və padşahın əsgərləri yerə düşdülər. Uşaq isə qayıdıb padşahın yanına gəldi. Pad­şah soruşdu: "Səninlə gedən əsgərlər necə oldu?” Uşaq dedi: "Allah məni onlardan xilas etdi!” Padşah əs­gərlə­rindən bir neçəsinə tapşırıb dedi: "Onu qayığa min­dirib dənizə çıxarın və əgər dinindən dönməsə, onu dənizə atın!”
Onlar dənizə çıxanda uşaq dedi: "Allahım! Özün istədiyin kimi məni onlardan xilas et!” Bu vaxt qayıq yırğalandı və əsgərlər dənizə düşüb boğuldular. Uşaq isə qayıdıb padşahın yanına gəldi. Padşah soruşdu: "Səninlə gedən əsgərlər necə oldu?” Uşaq dedi: "Allah məni onlardan xilas etdi!” Sonra o, padşaha dedi: "Sən mənim dediklərimi yerinə yetirməyincə məni öldürə bil­məyə­cəksən.”
Pad­şah soruşdu: "Mən nə etməliyəm?” Uşaq dedi: "Camaatı meydana yığ! Sonra məni ağacın gövdəsində çarmıxa çək. Sonra da mənim ox qabımdan bir ox götürüb onu ya­ya qoy və: "Bu uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu mənə at. Əgər belə etsən, mə­ni öldürə bilərsən.” Padşah camaatı meydana yığdı və uşağı çarmıxa çəkdi. Sonra onun ox qabından bir ox götürüb onu yaya qoydu və: "Bu uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu atdı. Ox uşağın gicgahına batdı və o, əlini gicgahına – oxun batdığı yerə qoyub canını tapşırdı. Meydana toplaşmış adamlar dedilər: "Biz bu uşağın Rəb­binə iman gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik!”


Padşahın tərəfdar­ları ona dedilər: "Sənin nədən çəkindiyin yadın­dadırmı? Val­lahi, bu, sənin başına gəldi. Camaatın hamı­sı iman gətirdi”. Onda padşah yolların kənarında xən­dəklər qaz­mağı və bu xəndəklərdə od qalamağı əmr etdi. Sonra da belə buyurdu: "Dinindən dönməyən hər kəsi oda atın!” Nəhayət, qucağında südəmər kör­pəsi olan bir qadınıxəndəyin kənarına gətirdilər. Qadın dinindən dönüb geri çəkilmək istədikdə, körpə dil açıb dedi: "Anacan, səbirli ol! Həqi­qətən də, sən haqq yoldasan!”


Geri dön

ツDirectionerツ

  • 30 dekabr 2014 15:30
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully smile

--------------------



Louis Tomlinson♥

^^YeRaZKa MeLeK^^

  • 7 dekabr 2014 02:30
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

★Love World★

  • 6 dekabr 2014 22:58
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 6 dekabr 2014 22:09
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah sennen razi olsun

★Deniz★

  • 6 dekabr 2014 19:39
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN RUFET QAQAM

--------------------

-Kralica-

  • 6 dekabr 2014 16:20
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cooox saqool dosi Allah sennen razi olsun

--------------------




Xa_Liq

  • 6 dekabr 2014 16:17
  • Məqalə: 2
  • Şərh: 54
  • Bal:
{awards}
,ALLAH razi olsun cox sagolun

--------------------
HəYaT zÜlÜm . QıDıĞlA GüLüm

Aylowka)))

  • 6 dekabr 2014 13:19
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun elleriniz var olsun bizimlede paylawdiginiz ucun cox sagolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

G♥S

  • 6 dekabr 2014 12:58
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

--------------------

♔ sinყσriτα ♔

  • 6 dekabr 2014 11:36
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun!!!

Gr-Az

  • 6 dekabr 2014 11:18
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Allah razi olsun

Pıtırcık

  • 6 dekabr 2014 10:54
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

♔๑.Şaнzadəм.๑♔

  • 6 dekabr 2014 10:46
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razi Olsun! sad

--------------------

Allahi_Unutma

  • 6 dekabr 2014 09:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
"Mənim də Rəbbim, sənin də Rəbbin – Allahdır!”

Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}