Müsəlmanların Qurana Baxışları

 
Müsəlmanların Qurana Baxışları


Hal-hazırda bütün dünya müsəlmanlarının əlində olan Quran eynilə Peyğəmbəri-Ək­rəm-ə nazil olan Qurandır və onun hətta bir kəlməsi belə, artırılıb və ya azaldılmamışdır. Təfsir, üsu­li-fiqh və s. elmlər sahəsində yazılan çox­lu kitab­larda bu müddəaya dair aşkar mətləblər mövcud­dur, əqli və nəqli dəlillər vasitəsi ilə də sübut olun­muş­dur.bütün müsəlman alimlərinin – istər şiə, istərsə də sünnü – fikir birliyinə əsasən, inanırıq ki, Qurana heç bir şey əlavə edilməmişdir; eləcə də hər iki tərəfin (sünnü-şiə) mühəqqiqlərinin təqribən yekdil fikrinə əsa­sən, Qurandan heç bir şey azaldılmamışdır. Hər iki qrup­dan olan çox az adamlar Qur’andan müəyyən bir şeyin azal­dılmasına inanırlar ki, onların da sözləri məşhur İslam alimləri tərəfindən qəbul olunmur.[15]
Quranın təhrif olunma iddiasını iki kitab və iki şəxs irəli sürüblər onların adı İbni Xətib Mis­­rinin yazdığı "Əl-furqan fi təhrifil-Quran" kita­bı­dır ki, 1948-ci ilində nəşr olun­muş və Əl-Əzhər Universiteti vaxtında bu məsələni iz­lə­­miş, onun bütün nüsxələrini yığıb məhv etmişlər, la­kin onun bir neçə nüsxəsi qanunsuz olaraq müəyyən şəxs­lə­rin əlinə düşmüşdür. Həmçinin, şiə mühəddislərindən olan Hacı Nurinin yaz­dığı «Fəslül-xitab fi təhrifi kitabi Rəbbil-ərbab» ki­ta­bı 1870-ə çap olun­­maqla eyni zamanda dərhal Nəcəfi-Əşrəfin elmiyyə höv­­zə­sinin şəxsiyyətləri tərəfindən inkar edil­miş, onun bütün nüsxələrinin toplanıb məhv edilməsi ba­­rə­­sində fətva verilmiş və onun cavabında çoxlu ki­tab­lar yazılmışdır. Bu kitaba cavab yazaraq onun nəzər­ləri­ni rədd edən böyük alimlərdən aşağıdakıların adını qeyd etmək olar[16]:
Müərrib Tehrani adı ilə məşhur olan Şeyx Məhmud ibni Əbil-Qasim (vəfat tarixi: 1313-cü h.q) «Kəşfül-irtiyab fi ədəmi təhrifil-Kitab» adlı bir kitab yazmışdır.
Əllamə Məhəmməd Hüseyn Şəhristani (vəfat ta­ri­xi: 1315-ci h.q) «Hifzül-kitabiş-şərif ən şübhətil-qov­li bit-təhrif» adlı digər bir kitab yazaraq Hacı Nu­ri­nin "Fəslül-xitab" kitabını rədd etmişdir.
Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin mühəqqiq­lə­rin­dən biri olan Əllamə Bəlaği (vəfat tarixi: 1352-ci h.q) öz əsəri olan «Təfsiru alair-Rəhman» kitabında «Fəslül-xitab» kitabının rəddində nəzərə çarpacaq dərəcədə böyük bir fəsil ayırmışdır.[17]
Məkarim Şirazi «Ənvarul-üsul» kitabında Qurani-məcidin təh­rif olunmamağı ilə əlaqədar geniş bir bəhs aparmış, «Fəs­lül-xitab» kitabında qeyd olunan şübhələrə cavablar vermiş.
Hacı Nu­ri, Əllamə Bəlağinin dediyinə əsasən, zəif rəvayətlərə is­ti­­nad etmişdir. Onun özü də kitabın çap olunmasından son­­ra peşman olmuş və Nəcəfi-Əşrəf elmiyyə hövzəsinin bö­­yük şəxsiyyətləri bu işi onun aşkar səhvlərindən hesab et­miş­­lər.[18]
Fəslül-xitab» kitabının nəşr olunmasından sonra onun müəllifinə o qədər hücumlar edildi ki, axırda məc­bur qalıb özünü müdafiə etmək üçün bir risalə yazdı. Hə­min risalədə Allahın Kitabının təhrif olun­mama­sını isbat etmiş və demişdir ki, mənim sözlərim­dən yanlış nəticələr alınmışdır.[19]
Əllamə Seyyid Hibətuddin Şəhristani deyir: Samirrada olduğum vaxtlar Mirza Şirazi oranı şiə­lərin elm və mərifət (maarif) mərkəzinə çevir­miş­di. O, hər bir məclisə daxil olsaydı, Hacı Nuri və onun ki­ta­bının əleyhinə fəryad edərdi. Onun sözlərindən olan bəzi ifadələr hələ də yadımdadır...»[20]
Hacı Nurinin «Fəslül-xitab» kitabında qeyd etdiyi rə­vayət­lər adları aşağıda qeyd olunan üç ravidən toplan­mış­dır ki, onlar ya yanlış əqidəli, yaxud yalançı, yaxud da vəziy­yə­ti məlum olmayan insanlardır: Əhməd ibni Mə­həm­məd Səy­ya­ri əqidəsi xarab və azğın olan adam, Əli ibni Əh­məd Kufi yalan­çı, Əbül-Carud da vəziyyəti məlum olma­yan, yaxud rədd olunan şəxsdir.[21]

Bütün bunlarla yanaşı Əhli-Sünnənin sihahlarında səhih hesab edilən hədislərə əsasən aydın olur ki, II xəlifə Ömər bin Xəttab Quranda "rəcm ayəsi"[22]nin olduğu iddia edib. Lakin həmin iddia o zaman digər heç bir səhabə tərəfindən təsdiq edilmir və Qurana daxil edilmir. Bəziləri tərəfindən iddia olunur ki, guya belə bir ayə olub, lakin onun tilavəti nəsx olunub:
Abdullah ibn-Abbas deyir: Ömər minbərin üstündə əyləşdi. Müəzzinlər susduqdan sonra durdu və Allaha şükr və sənadan sonra dedi: Mənə nəsib olan məqaləni sizə deyirəm. Bilmirəm, bəlkə də əcəlim yaxındadır. Kim onu dərk edib, başa düşərsə və kim onu anlamamaqda qorxarsa məni yalanda günahlandıranların heç birini halal etmirəm.
Həqiqətən Allah Muhəmmədi (s) haqq olaraq göndərmişdir. Ona kitab nazil etmişdir. Allah-təalanın nazil etdiklərindən biri də rəcm ayəsi idi. Biz onu oxuyub, dərk edib, başa düşmüşük. Allahın Rəsulu (s) rəcm edib və biz də ondan sonra rəcm etmişik. Qorxuram ki, bir zaman gələ və insanlar deyə: "Vallahi biz rəcm haqqında ayəni Allahın kitabında görmürük və beləliklə də, Allahın nazil etdiyi fərz əməli tərk etməklə doğru yoldan azalar. Rəcm isə Allahın kitabında haqq olduğu kimi evli olan kişi və ya qadın zina etdikdə əgər buna dəlil, sübut olarsa və ya hamiləlik olarsa və ya hər hansı biri tərəfdən etiraf olarsa həyata keçirilir".


Geri dön

ツDirectionerツ

  • 30 dekabr 2014 14:48
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully smile

--------------------



Louis Tomlinson♥

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 dekabr 2014 13:23
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

^^YeRaZKa MeLeK^^

  • 10 dekabr 2014 01:36
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Gr-Az

  • 8 dekabr 2014 13:34
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Allah razi olsun!

niksizem

  • 8 dekabr 2014 12:05
  • Məqalə: 1
  • Şərh: 70
  • Bal:
{awards}
Meqale ucun allah razi lsun bunu yazan insanin elleri var olsun aminnn

--------------------
RN ♥♥♥

G♥S

  • 7 dekabr 2014 19:11
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 7 dekabr 2014 18:32
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razi Olsun!

--------------------

♔ sinყσriτα ♔

  • 7 dekabr 2014 18:02
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun

Pıtırcık

  • 7 dekabr 2014 15:04
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

★Love World★

  • 7 dekabr 2014 14:31
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 31

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}