Vilayət Ayəsi

 
Vilayət Ayəsi


«Sizin vəliniz (rəhbəriniz) Allah, onun Peyğəmbəri (s) və iman gətirən şəxslərdir. O şəxslər ki, iman gətirib namaz qılar və rüku halında zəkat verərlər. Allahı, Peyğəmbəri (s) və iman gətirən şəxsləri özlərinə vəli seçən şəxslər, şübhəsiz Allahın dəstəsi və qalib gələnlərdir.»[20]

Zəməxşəri Kəşşaf təfsirində yazır: «Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün o həzrət (ə) məsciddə namaz qılıb rüku halında olduğu zaman, bir fəqir ondan kömək istədi. Əli (ə) öz üzüyünü çıxardıb ona verdi. Əlbəttə kiçik barmağında olan üzüyü elə çıxartdı ki, onun namazının pozulmasına səbəb olmadı. Əgər soruşsalar ki, bu ayədə şəxs əvəzliyi cəm formasında işlənib və onda necə olur ki, həzrət Əli (ə) bir nəfər olduğu halda, bu cəm əvəzliyi ona aid olur? Cavabında deyərik ki, bu ayə Əli (ə) haqqında nazil olubdur. Amma, əvəzliyin cəm formasında işlənməsindən məqsəd başqalarını da hər cür şəraitdə zəkat verməyə rəğbətləndirərək, onlar kimi savab qazanmağa nail etməkdir. Həmçinin mö᾽minlər üçün bir növ əxlaq dərsidir ki, hətta namaz qılınan halda da kasıblara kömək etməyi və yoxsullara əl tutmağı gecikdirməsinlər.[21]

Vahidi öz «Əsbabün-nuzul» kitabında bu ayənin nazil olma səbəbini belə izah edir: Bu ayənin sonuncu hissəsi Əli ibni Əbi Talib (ə) haqqındadır.

Çünki, yalnız o həzrət namazın rüku halında öz üzüyünü fəqirə vermişdi.»[22]

Bu ayənin həzrət Əli (ə) haqqında nazil olmasını təsdiq edən çoxlu təfsir və hədis kitabları vardır. Lakin bunların hamısının adını qeyd etmək və yazılarını təqdim etmək, söhbətin çox uzanmasına səbəb olduğu üçün ixtisar edilir. Ətraflı mə᾽lumat əldə etmək istəyənlər o kitablara müraciət edə bilərlər.

TƏBLİĞ AYƏSİ

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ

«Ey Peyğəmbər! Allahından sənə nazil olanı (xalqa) çatdır və təbliğ et. Əgər bu əmri xalqa çatdırmasan elə bil ki, peyğəmbərliyini təbliğ etməmisən. (Yə᾽ni, iyirmi üç illik zəhmətin puç olur.) və Allah səni xalqdan (və onların şərindən) qoruyacaqdır.»(Maidə ayə 67)

Hakim Həskani «Şəvahidut-tənzil» kitabında (1-ci cild səh.19, Beyrut çapı) yazır: «Əbdullah ibni Əbi Ovf demişdir: Mən Qədiri-xum günü öz qulağımla eşitdim ki, Peyğəmbər (s) Təbliğ ayəsini oxudu. Sonra iki qollarını qoltuğunun altı görünənə qədər yuxarı qaldırıb belə buyurdu: «Ey millət! Eşidin və agah olun. Mən hər kimin mövlasıyamsa Əli də onun mövlasıdır».

Həmçinin Vahidi «Əsbabün-nuzul» kitabında (səh.135) və Süyuti «Əddürrül-Mənsur» kitabında (1-ci cild səh.198) Əbu Səid Xidridən nəql etmişlər ki: Təbliğ ayəsi Əli ibni Əbi Talib (ə) haqqında nazil olmuşdur».

Bu ayə «Qədir-xum»da nazil olmuşdur. Bu ayənin nazil olma səbəbini, keyfiyyətini və həzrət Peyğəmbərin (s) orada söylədiyi sözlərini aşağıda izah etməyə çalışacağıq.

Peyğəmbər (s) vida həccindən[23] Mədinəyə qayıtdığı zaman, Zilhiccə ayının on səkkizinci günü Təbliğ ayəsi nazil oldu.[24]

O həzrət «Cöhfə» məntəqəsində «Qədir-xum» adlı yerdə dayandı və xalqı bir yerə yığışmağa əmr etdi.[25]

O məntəqə Mədinə, Misir və Şam yollarının ayrıldığı yer idi. Peyğəmbər (s) orada dayanıb geridə qalanların gəlib çatmasını və irəlidə gedənlərin geri qayıtmalarını gözlədi. O Həzrət (s) dərədə ağacların altında dağınıq halda oturmuş səhabələrinin bə᾽zisinə əmr etdi ki, o ağacların altındakı tikanları süpürüb təmizləsinlər.[26]

Daha sonra xalqı bir yerə toplanmağa də᾽vət etdi. Günorta vaxtı səhranın qızmar havasında camaatla «zöhr» namazını qıldı.[27]

Sonra ayağa qalxıb xütbə oxuyaraq Allaha həmd və səna etdi. Bir qədər moizə və nəsihət etdikdən sonra belə buyurdu:

«Mənim Allah tərəfindən də᾽vət olunmağım və o də᾽vətə cavab verəcəyim vaxt yaxınlaşıb (yə᾽ni dünyadan köçmək vaxtımdır). Şübhəsiz həm mən, həm də siz məs᾽uluq (və qiyamət günü sorğu-suala tutulacağıq). İndi nə deyirsiz?»

Müsəlmanlar dedilər: «Biz şəhadət veririk ki, sən Allahın əmrlərini yerinə yetirdin və onlara (müsəlmanlara) moizə etdin. Allah sənə xeyirli mükafatlar versin.» Sonra Peyğəmbər (s) buyurdu:

«Siz vahid olan Allahın varlığına və Peyğəmbərin Onun elçisi və bəndəsi olmasına, Cənnət və Cəhənnəmin həqiqət olmasına şəhadət verirsinizmi?»

Dedilər: «Bəli! Biz bunların hamısına şəhadət veririk.» Peyğəmbər (s) buyurdu:

«Ey Allah, Sən də buna şahid ol!»

Sonra buyurdu:

«Siz mənim dediklərimi eşdirsiniz?»

Dedilər: «Bəli, biz sizi eşidirik.» Həzrət (s) sözünə əlavə edib buyurdu:

«Mən sizdən qabaq (Kövsər hovuzu kənarında) hazır olacağam və siz behişt hovuzunda mənim yanıma gələcəksiniz. Onun eni Bəsrədən Sən᾽aya qədər olan məsafə qədərindədir. O hovuzda ulduzlar sayı qədər gümüş qədəhlər vardır. O zaman mən sizdən iki ağır və qiymətli əmanət haqqında sual edəcəyəm ki, məndən sonra onlarla necə rəftar etdiniz?»

Müsəlmanlardan biri səsləndi: «Ey Allahın peyğəmbəri! O iki ağır və qiymətli əmanət nədir?» Cavabında buyurdu:

«Onlardan biri Allahın kitabı Qur᾽andır. O kitab bir ipi xatırladır ki, bir ucu Allahın, digəri isə sizin əlinizdədir.(Qur᾽an, Allah ilə bəndələr arasında feyz vasitəsidir.) Ondan möhkəm yapışın və onun yolundan çıxmayın və ayələrini dəyişməyin. İkinci əmanət isə mənim itrətim olan Əhli-beytdir. Mehriban və hər bir şeydən xəbərdar olan Allah-taala mənə xəbər verib ki, o iki şey (Qur᾽an və Əhli-beyt) behişt hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Mən də Rəbbimdən istəmişəm ki, onlar heç vaxt bir-birlərindən ayrılmasınlar. Ey millət! Onlardan qabağa keçsəniz və ya geri qalsanız həlak olacaqsınız. Heç vaxt onlara bir şey öyrətməyə təşəbbüs göstərməyin. çünki, onlar sizdən daha çox elm və bilik sahibləridirlər».[28]

Sonra buyurdu: «Siz şəhadət verirsiniz ki, mən mö᾽minlərə özlərindən daha artıq yaxınam?»

Dedilər: «Bəli.»[29]

Buyurdu:

«Siz şəhadət verirsiz ki, mən Allahın peyğəmbəri hər hansı bir mö᾽minin özündən daha artıq onun ixtiyar sahibiyəm?»

Dedilər: «Bəli, ey Allahın peyğəmbəri!»[30]

Bu sualların cavablarından sonra Əli ibni Əbi Talibin (ə) biləklərindən tutub qollarının altı görünənə qədər qaldırdı və sonra buyurdu:

«Ey millət! Allah mənim mövlamdır (İxtiyar sahibimdir.).Mən də sizin mövlanızam. Bəs hər kəs məni mövla bilsə, Əli (ə) da onun mövlasıdır. Ey Allah! Hər kim Əli (ə) ilə dost olsa, Sən də onunla dost ol və hər kim onunla düşmən olsa, səndə onunla düşmən ol,[31] ona kömək edən şəxslərə sən də kömək et! Onu yalqız qoyub tərk edəni, sən də yalqız və köməksiz qoy![32] Onu sevəni sən də sev və ona qarşı kinli və qəzəbli olana sən də qəzəbli ol!»

Həzrət Peyğəmbər (s) sözünün axırında buyurdu:

«İlahi, (bütün bunlara) özün şahid ol![33]

Peyğəmbər (s) həzrət Əlidən (ə) ayrılmışdı ki, bu ayə nazil oldu:

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا

«Bu gün sizin üçün dininizi kamil etdim, ne᾽mətimi sizlərə tamamladım və islamın sizə din olmasına razı oldum.» (Maidə surəsi, ayə 3).

Bu ayə nazil olandan sonra Peyğəmbər (s) buyurdu:

«Əllahu əkbər! Allah mənim peyğəmbərliyim və Əlinin bu ümmətə imam və rəhbər tə᾽yin olunması ilə islamın kamil bir din olaraq sizə din olmasına razı oldu.»[34]

Bu mövzuya aid olan bir çox ayələr vardır ki, onların zikr olunması ilə söz uzanar. Ona görə də bunları geniş şəkildə bilmək istəyənlər təfsir, mənqəbət, hədis və tarix kitablarına müraciət etsinlər. Biz bu ayələrdən bir neçəsini qeyd edib bu məsələni başa çatdıracağıq. (Inşaalah!)

1. Rə᾽d surəsi, ayə 7.

إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ

«(Ey Peyğəmbər!) sən, yalnız (cəhənnəm əzabından xalqı) qorxudansan və hər qövm üçün bir hidayətçi vardır.»

Rəvayət edilmişdir ki, Peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu:

«Mənim vəzifəm xəbərdarlıq etmək və qorxutmaqdır; Hər xalqın bir yol göstərəni vardır.»

O həzrət əli ilə Əli (ə)-a işarə edib buyurdu:

«Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət axtaranlar sənin vasitənlə hidayət olacaqlar».[35]

Həmin hədisi Təbəri öz təfsirində , Fəxri Razi «Kəbir» təfsirində və Süyuti «Əddürrül-mənsur» təfsirində zikr olunan ayələrin izahında nəql etmişlər.

2. Səcdə surəsi, ayə 18.

أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا لَّا يَسْتَوُونَ

«Mö᾽min adam fasiq adam kimidirmi? Onlar (heç vaxt) bir ola bilməz.»

Bu ayədə «mö᾽min» sözündən həzrət Əli (ə) və «fasiq» sözündən isə «Valid ibni Əqəbə»nin nəzərdə tutulduğu deyilmişdir.[36]

3. Hud surəsi, ayə 17.

أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ

«Rəbbi tərəfindən aşkar sübut və şahidi olan adam (necə inkar edilər).»

Ayədə zikr olunan «Rəbbindən aşkar sübut olan» sözündən məqsəd Peyğəmbər (s) və şahid sözündən isə həzrət Əli (ə)-dır.[37]

4. Təhrim surəsi, ayə 4.

فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ

«Şübhəsiz (o peyğəmbərin) dostu və köməyi Allah, Cəbrail və mö᾽minlərin salehidir.»

Təfsirçilər və hədis alimlərinin rəyinə görə bu ayədə «mö᾽minlərin salehi» sözü ilə işarə olunan şəxs həzrət Əli (ə)-dır.[38]

5. Əl-haqqə surəsi, ayə 12.

وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

«O, (ilahi moizə və hikmətləri) eşidib düşünən qulaqlar eşitsinlər.»

Peyğəmbər (s) bu ayəni oxuyub üzünü Əliyə (ə) çevirib buyurdu: «Allahdan istəmişəm ki, bu «eşidib düşünən» qulaq sənin qulağın olsun.»

Əli (ə) deyir: (Ondan sonra) «Peyğəmbərdən (s) eşitdiyim heç bir şeyi yaddan çıxarmadım.»[39]

6. Məryəm surəsi, ayə 96.

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا

«İman gətirib saleh əməl edənlərin məhəbbətini Rəhman (Allah) tezliklə qəlblərə salar.»

Peyğəmbər (s) bir gün həzrət Əliyə (ə) buyurdu:

«Ya Əli! Söylə ki, ey Allah! Məni öz əhd-peymanına bağlı et və mənim məhəbbətimi mö᾽minlərin qəlbinə sal!»

Sonra bu ayə həzrət Əlinin (ə) haqqında nazil oldu.[40]

7. Bəyyinə surəsi, ayə 7.

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ

«İman gətirib saleh əməl edənlər, insanların ən yaxşılarıdırlar.»

Peyğəmbər (s) buyurdu:

«Ey Əli! (ayədə qeyd olunan) şəxslərdən məqsəd sən və sənə tabe olub yolunu gedənlərdir.»[41]

8. Tövbə surəsi, ayə 19.

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ

«Hacılara su verməyi və Məscidül-Həramı tə᾽mir etməyi, Allaha və qiyamət gününə iman gətirən şəxslərə bərabər sanırsızmı?»

Ayənin birinci hissəsində Abbas və Təlhə, ikinci hissəsində isə həzrət Əli (ə) nəzərdə tutulmuşdur.[42]

Bu mövzuda çoxlu ayələr vardır, lakin söz çox uzanmasın deyə, onları zikr etmirik.


Geri dön

ツDirectionerツ

  • 30 dekabr 2014 14:50
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully smile

--------------------



Louis Tomlinson♥

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 dekabr 2014 13:28
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا

princessa_selin

  • 11 dekabr 2014 15:44
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Cox sagolun bu gozel statlara gore

--------------------

niksizem

  • 8 dekabr 2014 12:09
  • Məqalə: 1
  • Şərh: 70
  • Bal:
{awards}
meqale ucun derin tewekurlerrr

--------------------
RN ♥♥♥

★Love World★

  • 7 dekabr 2014 20:06
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razı olsun.

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 7 dekabr 2014 19:29
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razı Olsun!

--------------------

G♥S

  • 7 dekabr 2014 19:14
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
ALLAH razi olsun tam oxumadim ama yenede eziyyetinize deyib))

--------------------

♔ sinყσriτα ♔

  • 7 dekabr 2014 18:05
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Cox Uzun Idi Tam Oxumadim Ellerinize Sagliq Allah Razi Olsun

Pıtırcık

  • 7 dekabr 2014 15:08
  • Məqalə: 411
  • Şərh: 9552
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

★Love World★

  • 7 dekabr 2014 14:27
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
♡ALLAH razi olsun♡

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 66
Cəmi: 97

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}