Çox pul xərcləmədən gözəl olmaq mümkündürmü?

 
Çox pul xərcləmədən gözəl olmaq mümkündürmü?

Yaxşı kosmetika üçün bəzən yetərincə vəsait olmur. Bu yəqin ki, əksər qadınlara tanış situasiyadır. Bu vəziyyət qadınların həm gözəlliyinə, həm də əsəblərinə pis təsir edir. Ancaq nahaq yerə. Unutmayın ki, pulsuz da gözəl olmaq, onu qorumaq mümkündür. Bunun üçün əksər qadınların şəxsi təcrübəsi əsasında hazırlanmış müxtəlif məsləhətlər var.

Beləliklə, təbiətin bizə bəxş etdiyi gözəllikləri minimum kosmetik vasitələrlə də saxlamaq olar. Ən əsası, bu həddi düzgün seçmək və daim istifadə etməkdir. Maddi baxımdan çətinlik çəkən qadınlar üçün gözəl olmaq daha vacibdir. Çünki çətinliklər qarşısında gərilmiş əsəbləri ancaq gözəlliyimiz və görkəmimizdən razılıq sakitləşdirə bilər. Odur ki, əgər sizin də maddi problemləriniz varsa və gözəl olmaq arzunuz ancaq reklamlarda, mağazalarda bahalı kosmetik vasitələrə baxmaqla tamamlanırsa, onda bu məsləhətlər məhz sizin üçündür. Bu məsləhətlər maddi çatışmazlıqlara baxmayaraq, gözəlliyini qoruyub-saxlaya bilən qadınların fikirləri əsasında hazırlanıb.

* Gözəllik salonu hər bir qadın üçün istirahət və zövq məkanıdır. Ancaq pulunuz yoxdursa, bu zövqü unutmalı olacaqsınız. Məsələ bundadır ki, salon xidmətləri bir dəfə ilə kifayətlənməməlidir. Hər bir kosmetoloji proseduranın effektini görmək üçün tam bir kurs keçmək lazımdır. Manikürünüzü də evdə edin. Doğrudur, indi bir çox salonlarda ucuz qiymətə manikür etdirmək mümkündür. Ancaq infeksiyadan qorunacağınıza heç kim zəmanət verə bilməz. Salona ancaq saçınızı kəsdirmək üçün müraciət edin. Saçı müstəqil kəsmək və ya naşı ustaya etibar etmək isə qəti qadağandır!

* Yəqin ki, moda və gözəllik haqqında jurnallara meyliniz var. Ancaq təəssüf ki, onları da unutmalısınız. Siz bu informasiya dənizində boğula bilərsiniz. Bahalı kosmetika, ətir, son dəbdə geyim, aksesuar reklamları ilə zəngin olan bu jurnallar sinirlərinizi poza bilər. Bu cür vasitələri əldə etmək imkanının olmaması hər bir qadını stresə salmağa qadirdir. Üstəlik, bu jurnallara hər ay nəzərə çarpacaq dərəcədə vəsait xərclənir. Bu pulu mütləq lazım olan bir istiqamətə yönəltmək daha məqsədəuyğun olar.

* Bədəninizin hansı hissəsinin daha problemli olduğunu müəyyənləşdirin. Vaxtınızın çoxunu da bu hissəyə ayırın. Kosmetik vasitələrə xərcləyə biləcəyiniz vəsait nə qədər az olsa da, onun böyük qismini bu hissə üçün sərf edin.

* Pulunuzun və vaxtınızın olmamasını bəhanə edərək, dərinizə qulluğu sonraya saxlamayın. İstənilən şəraitdə dəriyə qulluğa vaxt ayırmaq olar. Xüsusi vasitələrə pulunuz yoxdursa, ev şəraitində maskalar, kremlər, lasyonlar hazırlayın. Unutmayın ki, dərini cavan saxlamaq, onu yenidən cavanlaşdırmaqdan həm asandır, həm də ucuz başa gəlir.

* Evdə hazırlaya biləcəyiniz kosmetik vasitələrə kinayə ilə yanaşmayın. Onlar heç də bahalı kosmetikalardan az effektli deyillər. Məsələn, üz üçün lasyonu buz kubları ilə əvəz etmək olar. Bunun üçün dərman bitkilərini - çobanyastığı, kalendula, nanə, cəfəri və sairəni bir yerdə dəmləyin. Aldığınız mayeni buz üçün olan qaba töküb dondurun. Üzün şişkinliyini aradan qaldırmaq üçün çiy kartofu sürtkəcdən keçirib üzünüzə maska edə bilərsiniz. Süddə bişirilmiş kartofdan hazırlanmış ilıq püre isə həm yorğunluğu aradan qaldırır, həm də qırışları hamarlayır. Ümumiyyətlə, üzünüzə istənilən meyvə, tərəvəzdən və ya ağartı məhsulundan maska hazırlaya bilərsiniz. Təbii məhsulların tərkibində olan vitaminlər dərini yaxşı qidalandırır və parlaq edir. Həm də dərinizin nəyə qarşı həssas olduğunu özünüzdən yaxşı heç kim bilməz.

* Üzünüz üçün nə isə almağa qərar vermisinizsə, qənaət etməyin. Üzdə eksperiment aparmaq yolverilməzdir. Bu, əsasən allergiyaya meylli olan qadınlara aiddir. Krem seçərkən yalnız "Təbii komponentlərdən hazırlanan məhsullar ən yaxşıdır" prinsipinə əsaslanmaq olmaz. Bu fikir qismən doğru olsa da, onun yanlış tərəfləri də var. Yaxından tanış olduğunuz, istənilən təbii vasitə allergiyaya səbəb ola bilər. Allergiyanın müalicəsi üçünsə daha çox zaman və pul sərf olunmalıdır. Bundan başqa, ucuz kremlərin tərkibində səpkiyə və qıcıqlanmaya səbəb ola bilən süni maddələr də olur. Həm də belə kremlər digərlərinə nisbətən tez korlanır. Yəni hər bir halda - həm maddi, həm də fiziki baxımdan uduza bilərsiniz.

* Ayda bir dəfə çox da baha olmayan qidalandırıcı lasyon və ya kosmetik süd alın. Hər gün səhər və axşam duş qəbul etdikdən sonra bütün bədəninizin dərisini bu vasitələrlə qidalandırmaq və yumşaltmaq lazımdır. Dirsək, diz və dabanın bərk dərilərini buxarda qızdırılmış bitki yağı ilə yumşaltmaq olar.

* Əllərinizi pis təsirlərdən qoruyun. Əllərə qulluq həm çox sadə, həm də ucuzdur. Qulluqdan kənar qalan əl qadının yaşını asanlıqla biruzə verir. Ev işlərini pambıq əsaslı rezin əlcəklərlə görməyi vərdişə çevirin. Hər gün əlinizi kremlə masaj edin. Bunun üçün ən ucuz kremdən də istifadə edə bilərsiniz. Krem olmadığı təqdirdə isə bitki yağları işinizə yarayar. Əlin dərisi dözümlü olur və nadir hallarda kosmetik vasitələrə qarşı reaksiya verir. Həftədə bir dəfə qidalandırıcı yağ və ya parafin vannaları etmək məsləhətdir. Kartof qaynatdığınız su ilə, eləcə də alma sirkəsinin su ilə qarışığıyla də vanna etmək olar.

* Boyunun dərisini də diqqət mərkəzində saxlayın. Boyun qadının yaşından xəbər verən, hətta onu olduğundan yaşlı göstərməyə qadir olan hissədir. Boynunuza ömür boyu qulluq etsəniz belə, onu azacıq unutmaqla hər şeyi korlaya bilərsiniz. Boyuna qırışlara qarşı bahalı krem çəkmək o qədər də vacib deyil. Bədənin bu hissəsinə qulluq etmək üçün aşağıdakı vasitələrdən istifadə edib yüksək effekt əldə edə bilərsiniz.
Şüşə ilə birlikdə isti suya salınaraq qızdırılmış zeytun yağından müalicə kursu şəklində kompres etmək olar. Bu kompresi boyuna günaşırı qoyurlar. Tam kurs bir ay davam etməlidir.
Kontrastlı kompreslər, yəni boyuna növbə ilə isti və soyuq suda isladılmış salfetlərin qoyulması. 10 dəqiqə davam edən bu prosedurdan sonra boyuna qidalandırıcı krem çəkmək lazımdır. Adi mayalı xəmirdən boyuna hər gün və yaxud günaşırı 20-30 dəqiqəlik maska qoymaq olar. Mayalı xəmir dərini bərkidir, qırışları hamarlayır və maddələr mübadiləsini aktivləşdirir.

* Saç qadının gözəlliyidir. Yuxarıda qeyd etdiyimiz kimi onların kəsimi mütləq professional olmalıdır. Ancaq kəsim hələ hər şey deyil. Saçlara da qulluq lazımdır. Bu məqsədlə xalq təbabəti məsləhətlərindən istifadə etmək lazımdır. Saç üçün gücləndirici maskalar və ot dəmləmələri hazırlaya bilərsiniz. Balzam və şampunlara gəlincə isə, burda da qənaət etməyin mənası yoxdur. Saçınız quru olsa belə, onları həftədə ən azı 3 dəfə yumaq lazımdır.
Yəqin ki, yuxarıda sadalananlara riayət etməyə hər birinizin vaxtı və pulu çatar. Bu, gənc və gözəl qalmağın ən asan, ən ucuz yoludur. Bir halda ki, cavanlığı geri qaytarmaq olmur, heç olmasa, qocalığı ləngitməyə çalışaq.


Geri dön

KaRola_16

  • 18 avqust 2011 11:49
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
HMM MARAQLI MELUMATLARDIR...

--------------------

NELLY19

  • 2 avqust 2011 15:47
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

NEZRIN72

  • 21 mart 2011 19:56
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
TESEKKUR EDIREM BU DOGURDANDA PROBLEMDI

::..ONSLAUGHT::..

  • 1 mart 2011 22:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Təşəkkür

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

shamira

  • 25 fevral 2011 13:36
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
maraqli meslehetlere gore twk

::..ONSLAUGHT::..

  • 24 fevral 2011 18:32
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Təşəkkür

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lindo

  • 23 fevral 2011 12:32
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk eziyyete gore

Ulya

  • 23 fevral 2011 11:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
wink

Nur_Ay

  • 23 fevral 2011 01:34
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK SHERHLERINIZE GORE... fellow

--------------------

Made_In_Bakinka

  • 23 fevral 2011 00:42
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Maraqli melumat ucun tskler winked

sevgim

  • 22 fevral 2011 23:01
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
maraqli meslehetelrdi

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

DoMIaN

  • 22 fevral 2011 22:22
  • Məqalə: 90
  • Şərh: 261
  • Bal:
{awards}
GOZEL BELEDE GOZELDIR

--------------------
MeN SeNiN ArZuLaDiGin BiRi OLa BiLMeDiM, aMa MeN SeNiN HeC VaXt ElDe Ede BiLMeYeCeYiN BiRi OlMaGi BaCaRaCaM !!



AdiNi BiR SiGaRaNiN UzErINe YaZDiM , SiGaRa BiTiNCe SeNi UnUTuCaKDiM aMa NeRDeN BiLeYDiMKi , SeNi HeR NeFeSiMDe IcIme CeKiYoRMuSuM !

lider

  • 22 fevral 2011 22:13
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
menim fikrimce bizim XANIMLAR onsuzda gozeldiler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 25
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}