İmam malı niyə müctəhidin icazəsi ilə xərclənməlidir?

 

İmam malı niyə müctəhidin icazəsi ilə xərclənməlidir?


Fürui-dinin 10 maddəsindən biri də xümsdür. Xümsün mənası, nədən və necə verilməsi barədə şəriət kitablarında ətraflı məlumat vardır. Toxunmaq istədiyimiz məsələ xümsün sərf olunma yerləridir.

Aşağıdakı məqalədə müasir müctəhidlərin fətvaları əsasında bu suala aydınlıq gətirməyə çalışacaq və bəzi qənaətlərimizi bölüşəcəyik.

Xüms iki hissəyə ayrılır: seyyid malı və İmam malı. Seyyid malı ehtiyaclı, fəqir seyyidlərə verilir. İmam malı isə ehtiyac duyulan sahələrə - əsasən İslamın təbliği sahəsində fəaliyyətlərə, xüsusilə, dini təhsil müəssisələrinin daxili xərclərinə, ilahiyyat tələbələrinin təqaüdünə, dini araşdırmaların maliyyələşməsinə - yönəldilir.

Bəzi müctəhidlər bu fikirdədirlər ki, insan özü seyyid malını lazım olan istiqamətə sərf edə bilər. Yəni şəriətin nəzərdə tutduğu şərtlərə cavab verən fəqir seyyidə bu pulu vermək icazəlidir və müctəhiddən izn almaq lazım deyil (mərhum Ayətullah Şeyx Cavad Təbrizi, Ayətullahlar Sistani, Safi Gülpaygani, Sadiqi Şirazi və Nasir Məkarim Şirazi). Bəzi mərceyi-təqlidlər isə seyyid malını ya müctəhidə təhvil verməyi, ya da ONUN İCAZƏSİ İLƏ fəqir seyyidə verməyi buyururlar (mərhum İmam Xomeyni, Ayətullahlar Xameneyi və Şübeyri Zəncani). Ayətullah Vəhid Xorasani, mərhum Ayətullah Behcət və Lənkərani bu fətvada ehtiyati-vacib şərtini, mərhum Ayətullah Əraki isə ehtiyati-müstəhəbb şərtini qoymuşlar.

İmam malına gəlincə, mərhum müctəhidlərdən İmam Xomeyni (məsələ 1834), Ayətullah Əraki (məsələ 1865), Şeyx Cavad Təbrizi (məsələ 1843), Lənkərani (məsələ 1845), diri müctəhidlərdən Ayətullahlar Xameneyi (sual 1026-27), Vəhid Xorasani (məsələ 1852), Şübeyri Zəncani (məsələ 1843), Seyyid Sadiq Şirazi (məsələ 1973) imam malını ya müctəhidə təhvil verməyi, ya da ONUN İCAZƏSİ İLƏ xərcləməyi buyururlar. Ayətullah Nasir Məkarim Şirazi (məsələ 1566) və Sistani (məsələ 1803) imam malının mütləq müctəhidə təhvil verilməsini lazım bilirlər. Mərhum Ayətullah Behcət isə bu fikirdə idi ki, imam malını müctəhidə vermək lazımdır; əgər müctəhid tələb eləməsə, onun icazə verdiyi istiqamətlərə xərcləmək olar (məsələ 228).

Göründüyü kimi, əksər müctəhidlər imam malı məsələsində seyyid malına nisbətən daha məhdudlaşdırıcı mövqe tutur və müctəhidin icazəsini daha qətiyyətlə şərt qoyurlar. Hətta bəziləri imam malını mütləq müctəhidə təhvil verməyi buyururlar. Lakin bunların müqailində sayı az, məşhurluq dərəcəsi xeyli zəif olan bəzi müctəhidlər də var ki, bu şərtlərin heç birini mötəbər saymır, həm seyyid malı, həm də imam malı məsələsində müctəhidin icazəsini qətiyyən lazım bilmirlər.

(Hətta bu cür müctəhidlərin cərgəsindən olan mərhum Sadiqi Tehrani ümumiyyətlə seyyid malı kimi tanınan hissənin fəqir seyyidlərə verilməsini lazım bilməmiş, qeyri-seyyid fəqirlərin də bura aid olduğunu söyləmişdir. Halbuki, “seyyid malı”nı Peyğəmbər nəslinə edilən hörmətdən əlavə, seyyidlərin “maddi sığortası” kimi də qəbul edə bilərik. Şəriətə görə, seyyidlər qeyri-seyyidlərdən sədəqə ala bilməzlər. Bu o deməkdir ki, seyyidlər maddi çətinliklər qarşısında daha köməksiz qala bilərlər. Şəriətimiz seyyid malı vasitəsilə bu boşluğu doldurmuş, Peyğəmbər nəslinin fəqir nümayəndələrinə dilənmədən, sədəqə almadan, yəni öz abrını qoruyaraq maddi ehtiyacını ödəmək imkanı vermişdir).

Bəs, xümsün (xüsusilə imam malının) xərclənməsində müctəhidin icazəsi nə üçündür? Əgər bu pul ya mal müctəhiddən icazəsiz xərclənsə, hansı yanlışlıqlar yarana bilər?

Bildiyimiz kimi, şiə dünyasının əksər müctəhidləri tarixən İraqda və İranda yaşamışlar, bu gün də belədir. Buna görə də bəziləri xüms pullarının və onlardan istifadə ixtiyarının xarici ölkə vətəndaşlarının əlində cəmləşməsindən narahat ola bilərlər. Xüms pullarının müctəhidə göndərilməsini ölkədən xaricə kapital axını kimi də dəyərləndirənlər vardır. Bu narahatlığın yerində və haqlı olduğunu düşünmək olardı. Amma bəzi amillər bu cür narahatlığa ciddi əsas olmadığını söyləməyə imkan verir.

Əvvəla, bəzi müctəhidlər, onların icazəsi ilə xüms pullarının həmin ölkə daxilində sərf edilməsinə icazə verirlər. Təcrübədə də bu kimi halların şahidi oluruq.

İkincisi, müctəhidin şəxsiyyəti də burada rol oynayır. Mərceyi-təqlid üçün zəruri olan şərtlərdən biri ədalətdir. Əgər milyonlarla insan öz dini ibadətini icra etmək qaydasını müctəhidə etibar edirsə, deməli, onun ədaləti barədə şübhəyə düşməyə dəyməz. Öz ibadətinin taleyini müctəhidə etibar edən şəxs yəqin ki öz maliyyə ödənişlərinin də taleyini ona həvalə etməyə hazırdır.

Xüms pulunun müctəhidə təqdim edilməsinin və ya onun icazəsi ilə sərf olunmasının bir neçə faydası da vardır.

Birincisi, bu yolla mərceyi-təqlidin əlində kifayət qədər külli məbləğdə kapital toplanır. Bunu klassik anlamda beytül-mal kimi də qəbul edə bilərik. Müctəhidin əlinin altında bu vəsaitin olması ona həmin vəsaiti lazımi istiqamətlərə yönəltmək imkanı verir. Bu vəsait şiənin iqtisadi bazası da hesab edilə bilər. Əgər xümslər bir mənbəyə təqdim olunmazsa və ya pərakəndə formada sərf edilərsə, böyük vəsait tələb edən məsələlər maddi bazadan məhrum qalacaq. Xümsün sərf edilmə yerləri də məhəlli və kiçikmiqyaslı olacaq. Halbuki, elə hallar yarana bilər ki, hətta bir neçə müctəhidə təhvil verilən xüms pulları onların yekdil rəyi əsasında vahid istiqamətə yönəldilə bilər.

İkincisi, əgər insanlar öz xüms pullarını öz istəkləri və düşüncələri əsasında sərf etsələr, müəyyən fəsadlar yarana bilər. İri məbləğdə xüms pulları çox imkanlı şəxslər tərəfindən verilir. Bu şəxslər isə bəzən yaxşını pisdən, lazımı lazımsızdan, mühümü daha mühümdən seçməyə çətinlik çəkirlər. Ətraflarını bürüyən bəzi hiyləgər və istismarçı məsləhətçilər öz mənfi tövsiyələri ilə onların fikrini daha da azdırırlar. Bu halda xüms pullarının əslində ehtiyac duyulmayan istiqamətlərə yönəldilməsi riski çoxalır. Adi insan müctəhid qədər geniş dünyagörüşünə, əhatəli düşüncəyə, ədalətə, imana və qətiyyətə sahib deyil. Onu aldadıb xümsünü mənimsəmək daha asandır. İnsanlar bəzən qohumpərəstlik, yerlipərəstlik, şəxsi münasibətlər üzündən də xümsü əslində ehtiyacı olmayan şəxslərə verə bilərlər. Müctəhidin müdaxiləsi və icazəsi bu kimi mənfi halların qarşısını almağa qadirdir.

Üçüncüsü, əgər hər ölkənin xüms pulu onun özünə xərclənsə, sosial ədalətin və bərabərliyin də pozulma ehtimalı yaranır. Çünki bütün ölkələrin xüms ixracı ilə xümsə ehtiyac səviyyəsinin tənasübü eyni deyil. Elə ölkə var ki, xalqı maddi rifah halında yaşayır, çox xüms ödəyir, dini təbliğat da başqa ölkələrə nisbətən yüksək səviyyədədir. Deməli, burada xümsə ehtiyac nisbətən azdır. Amma elə ölkə də var ki, orada xüms verənlər azdır, əhalinin əksər hissəsi kasıbdır, üstəlik dini təbliğat da yarıtmaz səviyyədədir. Bu ölkənin xümsü onun özünə bəs etməz. Müctəhid məhz bu kimi halları nizamlayır. Müxtəlif ölkələrdəki nümayəndələri vasitəsilə həmin ölkələrin xümsə olan ehtiyacı haqqında məlumat əldə edir, toplanan ümumi məbləği ölkələrin ehtiyacına uyğun olaraq bölüşdürür (hər halda, bu, belə olmalıdır).

Göründüyü kimi, xümsün müctəhidə göndərilməsi və ya müctəhidin icazəsi ilə xərclənməsi bu kimi mənfi halların qarşısını almağa yardım edir. Müctəhiddən izn almadan xümsü (xüsusilə imam malını) sərf etməyə icazə verən mərceyi-təqlidlər əslində yuxarıda göstərilən problemlərin yaranmasına rəvac vermiş olurlar.


Geri dön

ツDirectionerツ

  • 30 dekabr 2014 01:17
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully

--------------------



Louis Tomlinson♥

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 12 dekabr 2014 01:55
  • Məqalə: 683
  • Şərh: 18670
  • Bal:
{awards}
Allah razi olsun deyerli melumatdi

--------------------
Həyatı elə yaşa ki, həyat səni qısqansın.. winked

G♥S

  • 10 dekabr 2014 12:29
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

♔ sinყσriτα ♔

  • 9 dekabr 2014 22:23
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah Razi Olsun!!!

Aylowka)))

  • 9 dekabr 2014 21:25
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Allah razi olsun))) elleriniz var olsun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

princessa_selin

  • 9 dekabr 2014 20:56
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Allahi_Unutma

  • 9 dekabr 2014 19:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

NIGAR

  • 9 dekabr 2014 17:54
  • Məqalə: 627
  • Şərh: 10024
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/

★Deniz★

  • 9 dekabr 2014 17:43
  • Məqalə: 14
  • Şərh: 1758
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 9 dekabr 2014 17:42
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
ALLAH RaZi oLsuN!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 54
Cəmi: 83

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
ஐ Payiz ஐ
Xəbərləri: 32
Cəmi: 46
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}