Acmadan yeməyin və doymadan süfrədən qalxın

 
Acmadan yeməyin və doymadan süfrədən qalxın


İnsanın gündəlik fəaliyyətinin bəlli bir hissəsini qidalanma tutur. Dünyadakı bütün canlılar öz həyatlarını təmin etmək üçün qidaya ehtiyaclıdırlər.

Yalnız insandır ki, bununla yanaşı, qidalanmanı həm də tərbiyənin bir növü kimi dəyərləndirir. Hər hansı şəxsin qidalanma tərzinə, yemək menyusuna əsasən, onun əxlaqi və mənəvi səviyyəsi haqqında müəyyən fikir yürütmək mümkündür. İnsanın xasiyyətinə, əxlaqına, dünyagörüşünə qidalanmanın böyük təsir göstərməsi danılmaz faktdır. Bu məqalədə yeməklə bağlı müqəddəslərimizin bəzi tövsiyələrini xatırladacaq, qidalanmanın bəyənilən və bəyənilməyən cəhətləri haqqında məlumat verəcəyik.

Yeməyin əsas qaydalarından biri bundan ibarətdir: acmadan yeməmək və doymadan süfrədən qalxmaq. Peyğəmbərimiz bizlərə belə nəsihət etmişdir: “Yeməyi yalnız iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl çək”. İmam Əlinin (ə) fikrincə, hər kim yeməyin ona ziyan gətirməsini istəmirsə, gərək acmadan yeməsin və əvvəlki yeməyi mədəsindən çıxarmamış (ifraz etməmiş) təzə qida qəbul etməsin. İmam Cəfər Sadiq (ə) isə aşağıdakı üç əməldən Allahın acığı gəldiyini buyurmuşdur: yuxusu gəlmədən yatmaq, təəccüblənmədən gülmək və acmadan yemək.

Ümumiyyətlə, az yemək bəyənilən xüsusiyyətlərdən sayılır. Hədislərdə buyurulur ki, dolu mədə qədər başqa heç nədən Allahın acığı gəlməz. Çox yemək bədəni əziyyətə salar. Həzrət Əli (ə) buyururdu ki, aclıq və xəstəlik, toxluq və sağlamlıq bir yerdə olmaz. Çox yeməyin mənəvi ziyanları haqqında Peyğəmbərin bu hədisi də maraqlıdır: “Qəlblərinizi çox yeyib-içməklə öldürməyin. Çünki qəlb də əkin kimi həddən artıq suvarılsa ölər”.

Həzrət İsa Peyğəmbər (ə) çox yeməyin insana gətirdiyi ziyanlardan danışarkən Bəni-İsraili çox yeməməyə təşviq edirdi. Çünki çox yemək insana yuxu gətirər. Çox yatan adam az namaz qılar (ibadətə az vaxt ayırar) . Az namaz qılan adam isə qafillərdən olar. Yəni onun qəlbi ilahi hikmətdən məhrum qalar.

Möminə yaraşan əsas xüsusiyyətlərdən biri budur ki, ailəsinin zövqünə uyğun olan yeməklərə üstünlük versin. Hədislərdə dəfələrlə buyurulub ki, qadınlarınız sizə Allahın əmanətidir. Elə isə, ailə başçısı yemək məsələsində öz həyat yoldaşının və uşaqlarının istəyini nəzərə alsa, hətta öz istəyini bəzən onların istəyinə qurban versə, savab qazanar. Əksinə, ailə üzvlərinin xoşlamadığı, yalnız özünə xoş olan yeməkləri bişirməyi sifariş etsə, bəyənilməz bir işə imza atmış olar. Həmçinin, evdə bişən yeməklə kifayətlənməyən və həmişə özü üçün əlavə xörək bişirtdirən ailə başçısını da bura əlavə edə bilərik. Həzrət Mühəmməd Peyğəmbər (s) bunları nəzərdə tutaraq buyururdu: “Mömin öz ailəsinin iştahasına (zövqünə) uyğun yeyər. Münafiq isə ailəsini öz iştahasına uyğun yeməyə məcbur edər”.

Müqəddəslərimiz adətən başqaları ilə birlikdə yeməyə çalışırdılar. Onlar öz xidmətçiləri ilə bir süfrə arxasında oturmağı qətiyyən əskiklik saymırdılar. İmam Rza (ə) öz nökərləri ilə eyni yemək süfrəsi arxasında əyləşmək xasiyyətini ömrünün son gününə kimi tərk etməmişdi. Bu, o zamanın ictimai münasibətlər norması baxımından həddən artıq alicənab bir hərəkət idi. İmam Rzanın (ə) xidmətçisi Yasir rəvayət edir ki, o həzrət şəhid olduğu gün zöhr namazından sonra məndən soruşdu ki, xidmətçilər nahar ediblərmi? Mən cavab verdim ki, onların boğazından yemək necə keçər, bir halda ki, siz bu vəziyyətdəsiniz? İmam yatağında özünü dikəldib, süfrə açmağı tapşırdı. Mən süfrə açdım və bütün xidmətçiləri çağırdım. Hamı İmamın hüzurunda əyləşib yeməyə başladı. O həzrət hamını mehribanlıqla dindirir və yeməyə həvəsləndirirdi (Üyuni əxbarir-Riza, II, 241).

Mömin nəinki insanları, hətta ac heyvanları da öz yeməyinə şərik edər. İslam Peyğəmbəri buyurmuşdur ki, hər kim bir cüt göz baxa-baxa yesə və yeməyini onunla bölüşməsə, özünü əlacsız dərdə mübtəla edər.



Geri dön

Aylowka)))

  • 10 dekabr 2014 22:18
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
Peyğəmbərin bu hədisi də maraqlıdır: “Qəlblərinizi çox yeyib-içməklə öldürməyin. Çünki qəlb də əkin kimi həddən artıq suvarılsa ölər”.

Allah razi olsun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

Elya Alieva

  • 10 dekabr 2014 19:57
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler.

--------------------
UREYIM...I MEN

princessa_selin

  • 10 dekabr 2014 15:11
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------

niksizem

  • 10 dekabr 2014 14:59
  • Məqalə: 1
  • Şərh: 69
  • Bal:
{awards}
Bilirdim yenedede twkllerrrrrrrrrrrr

--------------------
RN ♥♥♥

♔ sinყσriτα ♔

  • 10 dekabr 2014 14:04
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah Razi Olsun!!!

❤My❤LaYf■▀

  • 10 dekabr 2014 14:02
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
ToRpAgIn UsTuNdƏ RiSoFkA KiMi gƏzmƏ,çüNkI tOrPaGiN aLtInDa SəNdəN YaxShi OgLaNlAr YaTiR !

NIGAR

  • 10 dekabr 2014 13:54
  • Məqalə: 576
  • Şərh: 9740
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/IMZA/legend.az/user/IMZA/

G♥S

  • 10 dekabr 2014 13:42
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun..)

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 10 dekabr 2014 13:38
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Ilk Werh Menden)))
ALLAH Razi oLsun!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 30
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}