Hədis Elmləri

 
Hədis Elmləri


Sünnə Lüğətdə yaxşı və ya pis olsun təriq (yol) və sirə müstəmirrə (davamlı gediş) mənasına gələn kəlmədir. Termin olaraq isə, həzrət Peyğəmbərin həyatında izlədiyi yol, hərəkət tərzləri və yaşayış hallarıdır.
Sünnə kəlməsi Qurani Kərimdə: “Sünnətullah”[1], “Sünnətüna” [2], “Sünnətül-əvvəlin”[3], “sünənəlləzinə min qabliküm”[4], “Sünnətə mən qad ərsəlna min qablikə min rasulina”[5] kimi ifadələrlə keçməkdədir.

Adı keçən ayələri öncə və sonra gələn ayələrlə bərabər incələnəndə, bu ifadənin: “Allahın dəyişməyən hökmü, onun
dəyişməyən icrası, ilk zamanlardan günümüzə qədər dəyişmədən gələn adəti, əvvəlki ümmətlərə tədbiq edilən ilahi qanunlar”
kimi mənalar ifadə etdiyinə şahid olarıq.
Allah Təala, heç kimə fərqli davranmadığını; istər dünya nizamını işlətməkdə, istər Peyğəmbərlərə və onların ümmətlərinə davranmaqda eyni qanunun hökmünü “dəyişməyən icraat” mənasında, “Sünnə” kəlməsi ilə ifadə etmişdir.

Hədisi-şəriflərdə “Sünnə” kəlməsinin fərqli istifadə şəkilləri qarşımıza çıxır. Bütün bu mətnlərdəki ortaq nöqtə, Sünnənin; “yol, cığır, tətbiqat” mənasıdır.
Bunlardan; “Sünnətün-Nəbi, Sünnətü Rəsulillah, əs-Sünnətün- Nəbəviyyə” ifadələri, həzrət Peyğəmbərin davranış üslublarını ifadə edir.
“… Məndən sonra çətin ixtilaflarla qarşılaşacaqsınız. Belə halda, sizə, mənim Sünnəmə və doğru yolu göstərən Raşidi-xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm…” hədisində, Sünnə ifadəsi, “doğru yol, nümunə alınacaq hərəkət” mənasının əvəzinə istifadə edilmişdir.
Yaxşı və ya pis cığır açma, arxadan gələcəklər üçün adət ola biləcək bir hərəkət etmə, mənasını ifadə edən bu hədis də olduqca məşhurdur:
“Kim İslamda yaxşı cığır açarsa ( سنة سنة ح من سن ) ona, həm onun savabı, həmdə qiyamətə qədər onu işləyənlərin savabı vardır. Kim də, pis bir adət çıxararsa ( سنة سيئة من سن ) ona da, həm onun, həm də qiyamətə qədər onu işləyənin günahı yazılar.”6 Fərqli təriqlərlə gələn bu hədis mətnində ifadə edilən “Sünnə” ifadəsindən məqsəd, “bidət və zəlalət” terminlərinin ziddi olduğu görülür.[7]
Lüğət mənası olaraq yuxardakı şəkildə istifadə edilən Sünnə kəlməsi, İslamın ilk dövrlərindən etibarən xüsusi bir məna qazanıb, yenə də təriq (yol) və sirət (gediş) mənalarını qorumaqla bərabər, bu mənalar, sadəcə həzrət Peyğəmbərin təriq və sirətinə təxsis edilmişdir. Ancaq həzrət Peyğəmbərin təriq və sirətinin, Allahın təbliğinə məmur etdiyi “din” ilə əlaqəli olmasına bağlı olaraq, kəlmənin ifadı etdiyi “pis yol” mənası termin olaraq istifadədən qaldırılmışdır. Çünki mövzu həzrət Peyğəmbərin sünnəsi olduqda, bu sünnənin pislənməyə layiq yol ve gediş olması qeyri mümkündür. Əksinə bu yol və gediş, təriflənməyə və nümunə alınmaya layiqdir.[8] Qurani Kərimdə yer alan bəzi ayələrdə bu mənanı açıq şəkildə görmək mümkündür; “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir.”[9]
“…Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan)…”
[10] Bizə görə burada əsas məsələ, həzrət Peyğəmbərin “mənim Sünnəm”-deyə ifadə etdiyi ölçünün təyinidir. Belə ki, həzrət Peyğəmbərə nisbət edilən “Sünnə”ifadəsinin həqiqəti nədir? İfadə etmək yerində olar ki, həzrət Peyğəmbərə nisbət edilən “Sünnə” qavramı ilə “əxlaq” termini eyni mənada istifadə edilmişdir. Çünki hər ikisi də, həzrət Peyğəmbərin bütün həyatı boyu davam etdiyi və çox çətin mane ilə qarşılaşmayınca tərk etmədiyi hərəkətlərdir. Sünnə, həzrət Peyğəmbər üçün “fitrəti saniyə”, yəni ikinci yaradılma və dəyişməyən xarakter olmuş davranışların ifadəsidir.[11]
Sünnənin termin mənasına örnək olaraq həzrət Peyğəmbərin “Kim mənim Sünnəmdən üz döndərərsə, məndən deyildir”[12] hədisini göstərə bilərik.
Sünnə Allah Rəsulunun dünya görüşünü əks edir. Yəni sünnə, Allahın kitabının həzrət Peyğəmbər tərəfindən edilən hərtərəfli şərhidir.
Hədislər də bu şərhin yazılı vəsiqəsidir. Sünnəsiz müsəlman olmayacağı kimi, sünnəsiz müsəlmanlıq da ola bilməz.
İslam alimləri həzrət Peyğəmbərin bu xarakterdəki Sünnələrini üç qurupda təsnif etmişdirlər.

1. Qövlü sünnə (əs-Sünnətül-qavliyyə)
Həzrət Peyğəmbər əleyhissalamın bütün kəlamları bu növm sünnəyə daxildir. Şəkil və rəvayət şəkilləriylə digərlərindən fərqlidir.
Qalən-Nəbiyyu və ya Qalə Rasülullah, “həzrət Peyğəmbər belə buyurmuşdu” rəvayət terminlərilə ifadə edilir. Bu hədis qövlü sünnəyə nümunədir:

ايَّاكُمْ وَ الظَّنَ فَاِنَّ الظَّنَّ اَكْذَبُ الْحَدِيثِ. وَ لاَ تَحَسَّسوُا وَ لاَ تَجَسَّسوُا وَ لاَ تنَافَسوُا وَ لاَ تَحَاسَدوُا وَ لاَ
تَباَغَضوُا وَ لاَ تَدَابَروُا وَ كُونوُا عِباَدَ اللهِ اِخْوَانا

“ Zənn bəsləməkdən uzaq durun. Çünki pis zənn, sözlərin ən yalan olanıdır. Bir-birinizin (gizli) danışığına qulaq asmayın. Bir-birinizin gizli hallarını araşdırmayın. Bir-birinizlə mənfəət yarışına girməyin.
Bir-birinizə həsəd etməyin. Bir-birinizə kin bəsləməyin. Bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları qardaş olun”[13]


2. Feli sünnə (əs-Sünnətül-filiyyə)
Onun bütün feil və hərəkətləri bu növ sünnədən sayılır. Feili sünnələrdə ifadələr həzrət Peyğəmbər əleyhissalama aid deyildir.
Onu görən və ya hadisəyi nəql edən sahabilərdən birinə aiddir. Rəvayət şəkli olaraq dəyişik ifadələrdən istifadə olunur; “Kanən-
Nəbiyyu (həzrət Peyğəmbər belə idi, belə edərdi…), “
Raəytün-Nəbiyyə (həzrət Peyğəmbərin belə etdiyini gördüm)… kimi ifadələrlə başlayan mətnlər feli sünnəyə işarə edir.[14] Feli sünnəyə nümunə olaraq bu hədisi göstərə bilərik:

رَاَيْتُ النَّبيَّ )ص( اِذَا سَجَدَ وَضَعَ رُكْبتَيَهِ قَبْلَ يَدَيْهِ وَ اِذَا نَهَضَ رَفَعَ يَدَيْهِ قَبْلَ رْكَبتَيْهِ

“Allah Rəsulunu (s) (namaz qıldığı vaxt) gördüm. Səcdəyə gedərkən dizlərini əllərindən əvvəl yerə qoydu. Səcdədən qalxarkən də əllərini dizlərindən əvvəl yerdən qaldırdı.”[15]

3. Təqriri sünnə (əs-Sünnətüt-təqririyyə) Həzrət Peyğəmbərin hüzurunda başqaları tərəfindən söylənən sözlər, edilən işlər və ya özünə çatan xəbərlər qarşısında susması və bunları nə tərifləməsi nədə tənqid etməsinə “Təqriri Sünnə” deyilir.

عَنْ اَبِى سَعِيدٍ اَنَّ رَجُلَيْنِ تيَمَّمَا وَصَلَّيَا ثُمَّ وَجَدَا مَاءً فِى الْوَقْتِ فَتَوَضَّاَ اَحَدُهُمَا وَعَادَ لِصَلاَتِهِ مَا كَانَ فِى
سٌّنَّةَ وَاَجْزَاَتْكَ صَلاَتُكَ. وَ قَالَ الْوَقْتِ وَ لَمْ يُعِدِ اْلاَخَرُ فَسَاَلَ النَّبِىَّ )ص( فَقَالَ للَّذِى لَمْ يُعِدْ: اَصَبْتَ ال
لِ خْالََرِ: اَمَّا اَنْتَ فَلَكَ مِثْلُ سَهْمِ جَمْعٍ.

Əbu Səid əl-Xudri anladır: “Səfərə çıxan iki dostun yanlarında su yox idi. Təyəmmüm edib namazlarını qıldılar. Daha sonra vaxt çıxmadan su tapdılar. Birisi dəstəmaz alıb təyəmmümlə qıldığı namazı yenidən qıldı, digəri qılmadı. Hadisəni anlatdıqlarında Rəsulullah (s) namazını yenidən qılmayan səhabiyə; sən sünnəyə uyğun davrandın, namazın oldu. Namazını təkrar qılan səhabiyə də; “sənə də iki qat savab var” [16] dedi.
Bu iki səhabənin eyni mövzuda fərqli davranmalarına baxmayaraq Peyğəmbərimiz hər ikisini də təsdiqləmişdir.
Quran və sünnədə açıq hökmü olmayan mövzularda səhabənin öz rəylərinə dayanaraq etdiyi əməlləri həzrət Peyğəmbərin qəbul etməsi də təqriri sünnəyə daxildir. Misal olaraq Hüzeyfəmin rəvayət etdiyi, “
Əshab Peyğəmbərimiz ilə eyni süfrədə yemək yediklərində, Rəsulullah yeməyə başlamayınca onlar əllərini uzatmazdılar [17], hədisini göstərə bilərik. Peyğəmbərimizin buna səs çıxarmaması bu davranışdan xoşlandığını, və beləliklə də süfrədə yeməyə böyüklərdən əvvəl başlamamanın bir sünnə olduğunu göstərir.
Sünnənin bu üç növünə (qövlü, feli, təqriri) müştərək misal olaraq bu hədisi göstərə bilərik:
-Allah özündən və atasından razı olsun – Abdullah ibn Ömər demişdi ki:
Nəbi əleyhissalam qızıl üzük taxdı, əshab da qızıl üzük taxdılar.
(Birgün) Nəbi əleyhissalam;
“Mən bir qızıl üzük taxmışdım” –deyərək üzüyünü çıxartdı və “Bundan sonra onu heç vaxt taxmayacam”-dedi. Bunu görən səhabə də qızıl üzüklərini (bir də taxmamaq niyyəti ilə) çıxardılar.[18]
Burada həzrət Peyğəmbərin üzük taxması və sonra onu çıxarıb atması feil, “onu birdə taxmayacam” deməsi söz, əshabın əvvəl üzük taxmalarına, sonra da özünə tabe olaraq bundan imtina etmələrinə müdaxilə etməməsi də təqriri sünnədir.



Geri dön

Elya Alieva

  • 12 dekabr 2014 13:02
  • Məqalə: 115
  • Şərh: 7035
  • Bal:
Allaha razi OlsUn

--------------------
EVLİ MUTLU .......

Aylowka)))

  • 10 dekabr 2014 22:37
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Allah razi olsun cox sagolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

sessiz deniz

  • 10 dekabr 2014 19:34
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnnnnn

princessa_selin

  • 10 dekabr 2014 15:16
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Cox sagolun bu gozel serhlere gore love

--------------------

♔ sinყσriτα ♔

  • 10 dekabr 2014 14:20
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah Razi Olsun....

Darling

  • 10 dekabr 2014 14:08
  • Məqalə: 910
  • Şərh: 11460
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.legend.az/user/imza/http://mail.mp3.legend.az/user/imza/

❤My❤LaYf■▀

  • 10 dekabr 2014 14:06
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------
ToRpAgIn UsTuNdƏ RiSoFkA KiMi gƏzmƏ,çüNkI tOrPaGiN aLtInDa SəNdəN YaxShi OgLaNlAr YaTiR !

♔๑.Şaнzadəм.๑♔

  • 10 dekabr 2014 13:47
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
ALLAH RaZi oLsun!CooX GoZeL MeqaLeDiR!

--------------------

G♥S

  • 10 dekabr 2014 13:45
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Ilk werh menden..Allah razi olsun..)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 67

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 28
Cəmi: 134
 
The Shield
Xəbərləri: 25
Cəmi: 290
 
Darling
Xəbərləri: 25
Cəmi: 910
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 574
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 9
Cəmi: 68
 
♔Hе важно∞
Xəbərləri: 8
Cəmi: 297
 
Jesicca
Xəbərləri: 8
Cəmi: 48
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}