Tövbə etmək üçün hər hansı xüsusi mərasim vacibdirmi?
Xalq arasında yaranmış təsəvvürə görə, tövbə etmək üçün mütləq əvvəlcə qüsl almaq, sonra Qurana əl basıb and içmək, özü də bunu məsciddə və ya hər hansı müqəddəs məkanda, şahidlərin yanında icra etmək lazımdır. Bu şərtlərin olması gözəl haldır, amma vacib deyil. Tövbə üçün hər hansı ayin yerinə yetirmək vacib sayılmır. Tövbə ürəkdən gələn səmimi peşmançılıqdır. İnsan nə zaman və harada istəsə, tövbə edə bilər. Bunun üçün öz günahını tam dərinliyi ilə anlamaq, peşman olmaq, Allahdan bağışlanmaq diləmək və bir daha bu günahı etməyəcəyinə qərar vermək kifayətdir.