İmanın əsasları-14

 
İmanın əsasları-14


İmanın digər dirəklər

Bu hissə beş fəsildən ibarətdir.

Mələklərə iman


Bu fəsil üç mövzudan ibarətdir:

I mövzu: Mələklərin tərifi, onların yaranışı, sifətləri və bəzi xüsusiyyətləri

II mövzu:
Mələklərə iman gətirməyin yeri, necəliyi və dəlilləri

III mövzu: Mələklərin vəzifələri

Mələklərin tərifi, onların yaranışı, sifətləri və xüsusiyyətləri

Tərifi: Ərəbcə “Məlaikə” sözü “mələk” sözünün cəmi olub “əl-əluk” kəlməsindən götürülmüşdür, mənası risalət, göndərilmədir.

Mələklər Allahın yaratdıqlarından biridir, incə və nurani cismə malikdirlər, onlar gözəl surətlərə, şəkillərə və qiyafələrə girə bilirlər, qeyri-adi gücə, çox böyük sürətə malikdirlər, onların sayı həddən çoxdur, saylarını Allahdan başqa heç kim bilmir. Allah onları Özünə itaət və ibadət etmək və əmrlərini yerinə yetirmək üçün yaratmışdır. Onlar Allaha qarşı əsla asilik etmir, yalnız onlara verilən əmrləri yerinə yetirirlər.

Onların yaradılışı: Uca Allah mələkləri nurdan yaratmışdır. Aişə (r.a) rəvayət etmişdir ki, Peyğəmbər (s.a.s) belə demişdir: “Mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə bildiyiniz şeydən yaranmışdır.” ("Səhih Muslim", 2996.)

Mələklərin sifətləri: Quran və Sünnədə mələklərin sifətlərini vəsf edən bir çox dəlillər vardır. Biz onlardan bəzilərini qeyd edəcəyik:

Mələklər güclü və qüdrətli olurlar. Uca Allah buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyrulanları yerinə yetirən amansız

və güclü mələklər vardır”
(ət-Təhrim, 6). Uca Allah Cəbraili vəsf edərək buyurur: “Bu Quranı ona çox qüvvətli olan öyrətdi” (ən-Nəcm, 5). O, həmçinin buyurur: “O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir” (ət-Təkvir, 20).

Ayə və hədislərdə mələklərin olduqca böyük və əzəmətli olduqları da bildirilir. Muslimin “Səhih” əsərində Aişədən (r.a) rəvayət olunan hədisdə belə deyilir: “Mən Peyğəmbərdən (s.a.s) Uca Allahın: ”O onu aydın üfüqdə gördü” (ət-Təkvir, 23) ayəsi barədə soruşduqda, o buyurdu: “O, Cəbraildir. Mən bu iki kərədən başqa heç vaxt onu xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Xilqətinin böyüklüyü göylə yerin arasını tutmuşdu.” ("Səhih Muslim", 177.)

İmam Əhməd Abdullah ibn Məsuddan (r.a) rəvayət etmişdir ki, “Peyğəmbər (s.a.s) Cəbraili əsl surətində gördü. Onun altı yüz qanadı var idi. Həmin qanadlardan hər biri üfüqü tutmuşdu. Onun qanadlarından ancaq Allaha məlum olan rəngarəng qiymətli daş-qaşlar, dürr və yaqut tökülürdü.” ( "Müsnəd Əhməd", 1/395, 6/294.) Hafiz İbn Kəsir demişdir: “Hədisin isnadı yaxşıdır.”

Əbu Davud Cabir ibn Abdullahdan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mənə Allahın mələklərindən – Ərşi daşıyan mələklərdən biri haqqında – danışmağa izn verildi. Onun qulağının mərcəyi ilə boyunu arasındakı məsafə yeddi yüz illik yol qədərdir.” ( "Sünən Əbu Davud", 4727. Hədis səhihdir: Səhih və Daif Əbu Davud, 4727-ci hədis.) Heysəmi “Məcməuz-Zəvaid” əsərində demişdir: “Bu hədisin raviləri etibarlıdırlar.”

Mələklər yaradılışlarına və qüdrətlərinə görə müxtəlifdirlər, eyni dərəcədə deyillər. Onlardan bəzilərinin iki qanadı, bəzilərinin üç, bəzilərinin dörd, digərlərinin də altı yüz qanadı vardır. Uca Allah buyurur: “Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı

elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır”
(əl-Fatir, 1).

Mələklər olduqca yüksək dərəcədə gözəlliyə malikdirlər. Uca Allah Cəbrail haqqında buyurur: “Bunu ona çox qüvvətli olan öyrətdi, gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü“ (ən-Nəcm, 5-6). İbn Abbas (r.a) demişdir: “Ayədəki "zu mirra" sözü gözəl

görünüşlü deməkdir.” Qatədə demişdir: “Böyük və gözəl bir görünüşə malik.” Qadınların Yusufu gördükləri zaman dedikləri sözlər barəsində Uca Allah belə xəbər verir: “Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!” (Yusuf, 31). Onlar bunu insanlarda mələklərin gözəl bir görünüşə malik olmaları barədə təsəvvürün olduğuna görə demişdilər.
Mələklər möhtərəm və olduqca itaətkardırlar. Uca Allah buyurur: “Bu səhifələr elçilərin əllərində, möhtərəm və müti olanların

əllərindədir"
(Əbəsə, 15-16). Həmçinin buyurur: “Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır, çox möhtərəm, əməllərinizi yazanlar“

(əl-İnfitar, 10-11). Mələklər həm də həyalıdırlar. Peyğəmbər (s.a.s) Osman haqqında demişdir: “Mələklərin utandığı bir kəsdən mən necə utanmayım?!” ("Səhih Muslim", 2401.) Onlar həm də elmlidirlər. Uca Allah mələklərə xitab edərək buyurur: “Həqiqətən, Mən biləni siz bilmirsiniz” (əl-Bəqərə, 30). Bu ayədə Uca Allah mələklərin elmli olduqlarını, lakin onların Onun bildiyini bilmədiklərini bildirir. Uca Allah Cəbrail barəsində buyurur: “Bunu ona çox qüvvətli olan öyrətdi” (ən-Nəcm, 5). Təbəri demişdir: “Bu Quranı Muhəmmədə Cəbrail öyrətmişdir.” Bu da Cəbrailin elmli olduğunu və elm öyrətdiyini göstərir.” Quran və Sünnədə mələklərin əzəmətli və gözəl əxlaqa malik olduqlarını vəsf edən neçə-neçə dəlillər vardır ki, onların necə yüksək məqama sahib olduqlarını göstərir.

Mələklərin xüsusiyyətləri: Uca Allah mələklərə müəyyən xüsusiyyətlər vermişdir ki, onlar bu xüsusiyyətləri ilə cinlərdən, insanlardan və digər məxluqlardan fərqlənirlər. Onların xüsusiyyətlərindən biri onların göydə yaşamalarıdır. Onlar yalnız Allahın tapşırığını icra etmək və öz vəzifələrini yerinə yetirmək üçün yerə enirlər. Uca Allah buyurur: “Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərir” (ən-Nəhl, 2). O, həmçinin buyurur: “Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən” (əz-Zumər, 75). Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər səmaya qalxır və Allah onlardan: “Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?”– deyə soruşur, halbuki O, qullarının nə etdiklərini daha yaxşı bilir. Bununla belə onlar deyirlər: “Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar.” ("Səhih əl-Buxari", 555; "Səhih Muslim", 632.) Bu barədə bir çox dəlillər var ki, hamısını qeyd etmək mövzunu hədsiz böyüdərdi. Onların başqa bir xüsusiyyəti də onların qadın cinsi ilə vəsf olunmamalarıdır. Uca Allah kafirlərə inkar edərək belə buyurur: “Onlar Mərhəmətli Allahın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar” (əz-Zuxruf, 19). Həmçinin buyurur: “Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər“ (ən-Nəcm, 27).

Onların başqa bir xüsusiyyəti də Allaha qarşı asilik və günah etməmələri, yalnız Ona itaət etmələri və Onun əmrini yerinə yetirmələridir. Uca Allah bu barədə buyurur: “Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyrulanları

yerinə yetirən amansız və güclü mələklər vardır“
(ət-Təhrim, 6). O, həmçinin buyurur: “Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər“ (əl-Ənbiya, 27).

Onların digər bir özəllikləri Allaha ibadətdən yorulub bezməmələridir. Uca Allah buyurur: “Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar. Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər” (əl-Ənbiya, 19-20).

Başqa bir ayədə isə O, buyurur: “Əgər onlar təkəbbür göstərsələr, bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər“ (əl-Fussilət, 38).

Bu, Uca Allahın mələkləri insan və cinlərdən fərqləndirdiyi bəzi xüsusiyyətlərdir. Qısa olaraq desək, mələklər tam fərqli məxluqdurlar. Onlar həm yaradılış, həm də mahiyyət baxımından insanlardan və cinlərdən fərqlənirlər. İnsanlar və cinlər də özlərinə məxsus özəllikləri ilə digər məxluqlardan fərqlidirlər. Daha doğrusunu Allah bilir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"


Geri dön

Gr-Az

  • 13 dekabr 2014 23:10
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
Allah razi olsun..)

Elya Alieva

  • 12 dekabr 2014 18:08
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Allaha razi OlsUn

--------------------
UREYIM...I MEN

^^YeRaZKa MeLeK^^

  • 12 dekabr 2014 17:57
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah Razi olsun!!!

--------------------

Mələyimin mələyi

  • 12 dekabr 2014 16:19
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Pıtırcık

  • 12 dekabr 2014 15:17
  • Məqalə: 543
  • Şərh: 9785
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

♔๑.Şaнzadəм.๑♔

  • 12 dekabr 2014 14:18
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razi Olsun!
ALLAH Sizi Dinden,Imandan Ayirmasin!AMIN! feel

--------------------

G♥S

  • 12 dekabr 2014 13:48
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Allah razi olsun..)

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 dekabr 2014 13:33
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Allah razi olsun..

♔ sinყσriτα ♔

  • 12 dekabr 2014 13:33
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk Werh Menden^_^Allah Razi olsun!!!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}