Yetər ki,nə isə de,qurban olum

 
Yetər ki,nə isə de,qurban olum


Gəl otur yanıma,dərdləşək biraz,
Daha gizlənməyin adı qalmayıb.
Çıx artıq o daşın dalından,gülüm,
Sənsiz yaşamağın dadı qalmayıb.

Qorxma,heç kim görməz,gizlin gəlmişəm.
Arxamda qalacaq iz də qoymadım.
Hamını qəlbimdən qovdum bir yolluq,
Geriyə dönəcək üz də qoymadım.


Başqa nə bir arzum,nə diləyim var,
Bu sönən ocaqdan bircə köz qala...
Bu oyun o qədər uzun sürdü ki,
Mən də inanıram buna az qala!

Uşaqlıq eləmə,ömür-gün gedir,
Hər il yaş gətirir hər yaşın üstə.
Sənin yoxluğuna inanım deyə
Adını yazmısan bu daşın üstə?


Yaxşı düşməmisən şəkildə yenə,
Gülüşün üzündə donub elə bil.
Əllərin üzülüb sanki hər şeydən,
Ürəyin hamıdan sınıb elə bil.

Məni oynamağa vadar etmə gəl,
Mən artıq sən bilən yaşda deyiləm.
Az qalır üstündən yeddi il keçə,
Həminki ağılda,başda deyiləm.


Tamam dəyişmişəm həyat tərzimi,
Qaytar,qurban olum,xeyir-şərimi.
Yorğun gözlərimin içinə baxıb,
De ki,oxuyurdun şeirlərimi...

Bu qədər oyuna nə gərək vardı?
Bir kəlmən yetərdi könül alasan.
Təsəlli verəcək səbəblər gətir,
De ki,istəyirdim şair olasan...


Daha boğuluram,nəfəsim çatmır,
Bu zalım sükunət göylərdən dərin.
De ki,şahidisən əlimdə qələm,
Vəsfini etdiyim o gecələrin...

Daha camaat da inanır buna.
Ağlayıb qəddini əyənlər də var.
Nə qədər gülməli olsa da belə,
Hətta öldüyünü deyənlər də var
.

Sağolsun dostlar da,qohum-qardaş da,
Ömrümü-günümü yedi hamısı.
Güldülər ağzımın sözünə belə,
Adıma "dəlidir":-dedi hamısı.

Mən bunu bilirəm,hətta əminəm!
Bir həyat gizlənir hər daş dalında.
Bilsəm ki,dözərsən lal baxışıma...
Mən də gizlənərdim bir daş dalında.

De ki,sınayırdım sadiqliyini,
Yetər ki,nə isə de,qurban olum.
De ki,bir ömür də gözləyim səni,
Yetər ki,nə isə de,qurban olum...

Müəllif:Xəlil Adıgözəl

Yetər ki,nə isə de,qurban olum


Geri dön

ツDirectionerツ

  • 29 dekabr 2014 21:52
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully

--------------------



Louis Tomlinson♥

sonzeng2015

  • 14 dekabr 2014 00:05
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
Bir wey anlamaq olmur werhlerden.yene eline sagliq redakte edenin mende eziyetle tapiram bu weirleri.Men cox sevdim weiri cox menalidi cox tesirlidi.weirden anlayan her kez biler bunu neyse twk werhlercun fellow

Gr-Az

  • 13 dekabr 2014 23:16
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
De ki,sınayırdım sadiqliyini,
Yetər ki,nə isə de,qurban olum.
De ki,bir ömür də gözləyim səni,
Yetər ki,nə isə de,qurban olum...

★Deniz★

  • 12 dekabr 2014 20:10
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
Qorxma,heç kim görməz,gizlin gəlmişəm.
Arxamda qalacaq iz də qoymadım.
Hamını qəlbimdən qovdum bir yolluq,
Geriyə dönəcək üz də qoymadım.

--------------------

Aylowka)))

  • 12 dekabr 2014 19:04
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Daha boğuluram,nəfəsim çatmır,
Bu zalım sükunət göylərdən dərin.
De ki,şahidisən əlimdə qələm,
Vəsfini etdiyim o gecələrin...

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

^^YeRaZKa MeLeK^^

  • 12 dekabr 2014 17:42
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Başqa nə bir arzum,nə diləyim var,
Bu sönən ocaqdan bircə köz qala...
Bu oyun o qədər uzun sürdü ki,
Mən də inanıram buna az qala!

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 12 dekabr 2014 14:41
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Daha boğuluram,nəfəsim çatmır,
Bu zalım sükunət göylərdən dərin.
De ki,şahidisən əlimdə qələm,
Vəsfini etdiyim o gecələrin...

--------------------

Elik BAYRAMOV

  • 12 dekabr 2014 14:02
  • Məqalə: 4
  • Şərh: 65
  • Bal:
{awards}
Sağolsun dostlar da,qohum-qardaş da,
Ömrümü-günümü yedi hamısı.
Güldülər ağzımın sözünə belə,
Adıma "dəlidir":-dedi hamısı.

♔ sinყσriτα ♔

  • 12 dekabr 2014 13:41
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Gəl otur yanıma,dərdləşək biraz,
Daha gizlənməyin adı qalmayıb.
Çıx artıq o daşın dalından,gülüm,
Sənsiz yaşamağın dadı qalmayıb.

G♥S

  • 12 dekabr 2014 13:32
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
De ki,sınayırdım sadiqliyini,
Yetər ki,nə isə de,qurban olum.
De ki,bir ömür də gözləyim səni,
Yetər ki,nə isə de,qurban olum...

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 dekabr 2014 13:02
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Başqa nə bir arzum,nə diləyim var,
Bu sönən ocaqdan bircə köz qala...
Bu oyun o qədər uzun sürdü ki,
Mən də inanıram buna az qala!

Pıtırcık

  • 12 dekabr 2014 11:38
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
Qorxma,heç kim görməz,gizlin gəlmişəm.
Arxamda qalacaq iz də qoymadım.
Hamını qəlbimdən qovdum bir yolluq,
Geriyə dönəcək üz də qoymadım.

--------------------
http://legend.az/user/imza/

♔ Rapuиzel ♔

  • 12 dekabr 2014 10:15
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR...

--------------------

awkistan

  • 12 dekabr 2014 10:04
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
ureyimi agritdiee bu sheirr cooook teweekur ederim:(

Yaxşı düşməmisən şəkildə yenə,
Gülüşün üzündə donub elə bil.
Əllərin üzülüb sanki hər şeydən,
Ürəyin hamıdan sınıb elə bil.

--------------------
CRAZY_GIRL
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}