Hətta şirk halında da valideynə ehtiram

 
Hətta şirk halında da valideynə ehtiram


Hətta şirk halında da valideynə ehtiram

İmam Riza (əleyhissalam) buyurur: "Valideynə yaxşılıq etmək, hətta onlar müşrik olsalar belə, vacibdir. Amma Xaliqə qarşı günaha səbəb olan əmrlərində itaət etmək olmaz.”
İmamın bu buyuruğunda bütün bəhanə yolları bağlanır. Həzrət hətta ata-ananın müşrik fərz edildiyi halda belə öz əmrini buyurmuşdur. Yəni sadəcə cüzi məsələlər səbəbilə övladların ata-anaya ehtiramdan qaçması caiz deyildir, hətta ata-ana kafir və ya müşrik olsalar belə, övladlar valideynlərinin hüququnu tapdalayıb onlara qarşı ehtiramsızlıq edə bilməzlər. Bu məsələ İslamın danılmaz və inkarolunmaz məsələlərindən biridir. İndi sizin diqqətinizi bir ibrətamiz hekayəyə cəlb edirik:
Zəkəriyya adlı bir şəxs əvvəllər məsihi dinində idi, sonralar İslam haqqında çoxlu mütaliələr edib axtarışlar apardıqdan sonra ilahi tovhid nuru qəlbinə saçmış və o, İslam dinini qəbul etmişdir. O deyir: Müsəlman olduqdan sonra Allah Evini ziyarət etmək məqsədi ilə Beytullahil-Hərama yola düşdüm. Məkkeyi-Müəzzəməyə çatdıqdan sonra İmam Sadiq (əleyhissalam)-ın orada olduğundan agah olub o Həzrəti ziyarət etmək, mənəvi qida almaq, Ali-Mühəmmədin elm xəzinəsindən güllər dərmək üçün mübarək hüzuruna getdim. Necə müsəlman olduğumu şərh etdikdən sonra soruşdum: Ey Peyğəmbərin övladı, sənə fəda olum, mənim ata-anam nəsranidirlər, anam həddindən artıq qocalıb əldən düşmüşdür. Mən onlarla bir yerdə, bir süfrədə yemək yeyə bilərəmmi? Onlarla bir yerdə yaşamağın eybi varmı? Həzrət soruşdu: Ata-anan donuz ətindən istifadə edirlərmi? Mən dedim: Yox, hətta ona yaxın da düşmürlər. Həzrət buyurdu: Əgər belədirsə, sənin onlarla birlikdə yaşayıb onlarla bir süfrədə yemək yeməyinin heç bir maneəsi yoxdur. Ey Zəkəriyya, anandan çox muğayat ol, nə qədər bacarsan, ona mehribançılıq və nəvaziş et. Mənim səninlə görüşümü bir kəsə demə. Mina dağına gedəndə bir daha mənim yanıma gələrsən.
Mən Minada onun hüzuruna getdim. "ördüm ki, camaat onu dövrəyə almış, müəllimlərindən sual soruşan şagirdlər kimi hər kəs bir məsələ soruşurdu. Mən onu ziyarət etdikdən sonra vətənimə qayıtdım. O Həzrətin tövsiyələrinə müvafiq olaraq əldən düşmüş qoca anama nəvaziş etdim, ona öz əlimlə su içirdib yemək yedirtdim, paltarlarını yudum və onun bədəninə əziyyət verən bit-birəni təmizlədim. Anam mənim bu işlərimdən təəccüblənib bir gün məndən soruşdu: "Oğlum, sən müsəlmançılığı qəbul etmədiyin, məsihi olduğun vaxtlarda mənə qarşı bu qədər hörmət və nəvaziş etmirdin. Amma müsəlman olduqdan sonra sənin rəftarın tamamilə dəyişmişdir. Bu dəyişikliyin səbəbi nədir?” Mən dedim: "Anacan, Peyğəmbərin nəvəsi İmam Sadiq (əleyhissalam) mənə bu cür öyrətmişdir.” Anam dedi: "O, hökmən Peyğəmbərdir ki, sənə bu cür göstəriş vermişdir!” Mən dedim: "Yox ana, o Peyğəmbər deyil, onun nəvəsidir.” Anam dedi: "Zəkəriyya, o hökmən peyğəmbərdir, çünki bu yalnız peyğəmbərlərin göstərişlərindən ola bilər.” Mən dedim: "Anacan, İslam Peyğəmbərindən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. Bu, o Peyğəmbərin nəvəsidir.” Anam dedi: "Oğul, sənin dinin ən yaxşı dindir, onu mənə öyrət, mən də müsəlman olum.
Mən İslam dininin hökmlərini, qayda-qanunlarını anama öyrətdim, o da İslam dinini qəbul etdi. Zöhr, əsr, məğrib və işa namazlarını qıldı, sonra halı qarışmağa başladı. Bir az sonra mənə dedi: "Din hökmlərini mənim üçün yenidən təkrar et!” Mən də onları bir-bir təkrar etdim, anam da iqrar etdi və Allahın adı dilində ikən vəfat etdi.”

İslam, yaxud əməl dini

Bu ibrətamiz hekayət bizim müddəamızın canlı şahidi olmaqla yanaşı, məlum edir ki, ata-ana hərçənd etiqadi və dini cəhətdən düzgün yolda olmasalar belə, onların hüququna riayət edilməli, övladlar tam sədaqətlə, bacardıqları qədər onlara xidmət edilməlidir. Onlara yaxşılıq və ehsanı heç vaxt əsirgəməməlidirlər. Bu məsələ ictimai nöqteyi-nəzərdən də çox diqqətə layiqdir. Əsas etibarı ilə İslam dini qəlbi etiqadlarla əməlin qarışığından ibarətdir və əməlsiz heç vaxt istənilən nəticəni əldə etmək olmaz. Qurani məciddə adətən imandan söz açan ayələrdə yaxşı əməl, səy göstərmək, çalışmaq məsələsi ortaya çəkilmişdir. Deməli, əməlsiz imanın lazımi nəticəsi, faydası yoxdur.
Zəkəriyyanın anası məsihiyyət dinini buraxıb müsəlman olursa və İslam dinini dünya dinlərinin ən yaxşısı hesab edirsə, ömrünün son anlarında tam razılıqla İslamın həqiqətlərindən agah olursa, bunun səbəbi yalnız insani duyğular, atifələr və Zəkəriyyanın İslam dininin göstərişlərinə uyğun əməl etməsi olmuşdur. Əgər İslam dininin haqq din olduğunu, onun hökm və təlimlərinin həyatbəxş olduğunu deyiriksə, bu o haldadır ki, müsəlmanlar onun göstərişlərinə əməl etsinlər. Çünki əməlsiz bunların heç bir təsiri olmayacaqdır.
İslam tarixi şəhadət verir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in və əimmeyi-hudanın (Məsum İmamların) gözəl əxlaqi səciyyələri nəticəsində, agahlıq üzündən İslamı qəbul edən şəxslər Peyğəmbəri Əkrəmin möcüzələrini və İmamların kəramətlərini görərək İslamı qəbul edənlərdən qat-qat etiqadlı olmuşlar. Qurani kərim aşkar şəkildə Peyğəmbərə xitab edərək buyurur: "Rəsuli Əkrəmin gözəl və mülayim rəftarı səbəb olmuşdur ki, başqaları İslama üz gətirsinlər. Əgər o Həzrət bədəxlaq olub kobud rəftar etsəydi, hökmən onun ətrafından dağılışardılar.”
Yaxşı olar ki, bütün müsəlmanlar İslamın üstün və ali dərəcəli göstərişlərini öz həyatlarında əməli olaraq həyata keçirib onun müsbət nəticə və təsirlərini müşahidə etsinlər. Hamı qardaş kimi, bir bədənin müxtəlif üzvləri kimi qarşılıqlı insani rəftar əsasında bir-birinin yanında səfa-səmimiyyətlə yaşasınlar. Bu məhəbbət və nəvaziş bütün qohum-əqrəba və ailədə, xüsusilə ata-ananın barəsində daha çox tövsiyə olunmuşdur və buna əməl olunması daha dəyərli nəticələr verəcək. İslamın həyatverici göstərişlərinə əməl etmək arzusu ilə.


Geri dön

Gr-Az

  • 13 dekabr 2014 23:17
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
Allah razi olsun..)

Allahi_Unutma

  • 12 dekabr 2014 16:05
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Yaxşı olar ki, bütün müsəlmanlar İslamın üstün və ali dərəcəli göstərişlərini öz həyatlarında əməli olaraq həyata keçirib onun müsbət nəticə və təsirlərini müşahidə etsinlər.

Allah razi olsun

♔๑.Şaнzadəм.๑♔

  • 12 dekabr 2014 15:10
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!
ALLAH Butun Valideynlerin Canini Sag Elesin! feel

--------------------

Elik BAYRAMOV

  • 12 dekabr 2014 13:57
  • Məqalə: 4
  • Şərh: 65
  • Bal:
{awards}
Allah razi qalsin

G♥S

  • 12 dekabr 2014 13:55
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun..)

--------------------

♔ sinყσriτα ♔

  • 12 dekabr 2014 13:44
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah razi Olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 12 dekabr 2014 13:04
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
» Allah Razi Olsun Sizden »

Elya Alieva

  • 12 dekabr 2014 12:41
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Cox saqolun hazirliyan eliniz var olsun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 12 dekabr 2014 11:56
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
ALLAH RAZI OLSU

--------------------
http://legend.az/user/imza/

♔ Rapuиzel ♔

  • 12 dekabr 2014 10:17
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razı olsun..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}