Gənclər üçün Usuliddin haqda dərs{1}

 
Gənclər üçün Usuliddin haqda dərs{1}


Bismillahir Rəhmanir Rəhim.
Allahı Tanımaq Haqqinda Dərs 1.
Nə üçün dünyanı yaradan haqqında fikirləşir və axtarış aparırıq?Biz insanların hamısının qəlbində (elmə məhəbbət) və varlıq aləmini tanımaq istəyi vardır
Bütün insanlar bilmək istəyirlər ki, öz kəhkaşanları ilə birgə ucsuz-bucaqsız asiman, öz gözəllikləri ilə geniş yer kürəsi, cürbəcür məxluqlar, gözəl quşlar, müxtəlif balıqlar, dənizlər, dağlar, güllər, çiçəklər, göyə ucalmış müxtəlif ağaclar və s. özü-özünə yaranmışdır, yoxsa bu rəsmlər mahir bir rəssamın əli ilə hazırlanmışdır?
Bundan əlavə, insanlar ücün hər şeydən əvvəl aşağıdakı üç sual irəli çıxır:Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik?
Əgər biz bu üç suala cavab verə bilsək, görün, nə qədər xoşbəxt olarıq? Yəni, biz bu sualların cavabını tapmaqla həyatımızın haradan başlayıb, haraya gedəcəyini biləcəyik.
Hal-hazırda bizim vəzifəmiz nədir?
Bizim axtarıcı ruhumuz bizə belə deyir:
Bu sualların cavabını bilmək ücün gərək səbr edək.(Bir qədər gözləyək).Bəzən baş verən avtomabil qəzasında görürsən ki, bir nəfər yaralanaraq huşunu itirir. Onu müalicə etmək ücün xəstəxanaya aparırlar. Halı bir az özünə gəldikdə ətrafındakılardan soruşduğu ilk sual bu olur:
«Bura haradır? Nə üçün məni bura gətirmisiniz? Nə vaxt buradan çıxacağam?»
Bunlardan məlum olur ki, insan bu cür sualların qarşısında sakit qala bilməz.Deməli, bizi Allahı axtarıb, onu tanımağa vadar edən ilk şey öz axtarıcı ruhumuzdur.

2.Şükr etmə duyğusu

Təsəvvür edin ki, sizi gözəl bir qonaqlığa dəvət ediblər.
Məclisdə qonaqlar üçün hər ey hazırlanmışdır.
Siz bu qonaqlığa öz böyük qardaşınızın vasitəçiliyi ilə getdiyinizə görə, sözsüz ki, ev sahibini yaxşı tanımırsınız və bu ürəkaçan qonaqlığa daxil olduqda sizin ilk fikriniz ev sahibini tanıyıb, ona təşəkkür etməkdir.
Biz (insanlar) də yaranışın geniş süfrəsinə baxıb müxtəlif nemətləri öz ixtiyarımızda gördükdə özümüzdən asılı olmayaraq bu qədər neməti bizə verən varlığı tanımaq istəyirik.
Bilmək istəyirik ki, görən gözləri, eşidən qulaqları, lazımı qədər ağlı və düşüncəni kim vermiş, pak nemətləri bu geniş süfrəyə kim düzmüşdür? Kim onları xəlq etmişdir?
Düzdür, Onun bizim təşəkkürümüzə heç bir ehtiyacı yoxdur. Lakin təşəkkür etməyincə özümüzdə narahatçılıq və çatışmamazlıq hiss edirik.
Bunun özü insanların Allahı axtarıb, onu tanımağı üçün bir səbəbdir.

3. İsanların Allahı tanıma ilə bağlı olan xeyir və ziyanları.

Təsəvvür edin ki, bir səfərdərsiniz. Səfər zamanı dörd yol ayrıcına çatırsınız. Hamı deyir ki, bu dörd yol ayrıcında dayanmayın orada böyük təhlükələr vardır. Lakin bir dəstə deyir:
Ən yaxşı yol günçıxana tərəf gedən yoldur.
Başqa bir dəstə deyir:
Ən yaxşı yol günbatana tərəf gedən yoldur. Üçüncü dəstə bu iki dəstədən fərqli olaraq sizi ücüncü yolla getməyə dəvət edir.Hamısı da öz göstərdiyi yolun yaxşı və salamat yol olduğunu, səadət və xoşbəxtliyin məhz bu yolda olduğunu bildirir.Belə bir halda insan bu yollar barədə mütaliə edib axtarış aparmadan onlardan birini seçə bilərmi? Yaxud dörd yol ayrıcında durub, yolların heç biri ilə getməmək qərarına gələrmi? Yəqin ki, xeyr.Əksinə, ağıl və şüur belə hökm edir ki, insan tez bu yollar barədə axtarış aparıb, deyilən sözlərin hamısına diqqət etsin. Hansı yolun düzgün olduğunu bildikdə onu qəbul etsin. Xatircəmliklə o yolu seçərək irəli getsin.Bu dünyadakı vəziyyət də eyni ilə bu cürdür. Müxtəlif əqidə, məzhəb və dinlər hər biri insanı özünə dəvət edir.
Bizim taleyimizin, xoşbəxtlik və bədbəxtliyimizin, irəliləyib yaxud geriləməyimizin bu yola (seçdiyimiz yola) bağlılığı olduğundan məcbur oluruq ki, bu yollar barədə diqqətlə mütaliə edək. 
Bizi təkamül və səadətə çatdıra bilən yolu seçək, bizi bədbəxtlik və fəsada tərəf yönəldən yoldan uzaq olaq.Bu məsələ də insanları dünyanın yaradanı barədə mütaliə və axtarışlar aparmağa vadar edən səbəblərdən biridir.
Qur`ani- Məcid bu barədə buyurur:

« (Ya Peyğəmbər!) Mənim sözümü (öyüd- nəsihəti) dinləyib, onun ən gözəlinə uyan bəndələrimə (Cənnəti) müjdə ver… » (Zumər, 18).

Fikirləşin və cavab verin.

1. Allahı tanıma barədə indiyədək ata-ananızdan (və ya başqalarından) eşitdiyinizdən əlavə özünüz heç bu barədə ciddi fikirləşmisinizmi?

2. Allahı axtarmaq ilə Allahı tanımağın fərqi nədir?

3. Allahla ünsiyyətdə olan zaman heç ruhani bir ləzzət hissi keçirmisinizmi?

Ardi var 2 ci Dersimiz Gelen sohbetimize INŞALLAH


Geri dön

ツDirectionerツ

  • 29 dekabr 2014 19:00
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully

--------------------



Louis Tomlinson♥

G♥S

  • 15 dekabr 2014 19:40
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 15 dekabr 2014 19:35
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razi Olsun))

--------------------

♔ sinყσriτα ♔

  • 15 dekabr 2014 18:16
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Xebere Gore Tewekkur)))

Elya Alieva

  • 14 dekabr 2014 21:49
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Xebere gore Saqolun...

Xebere gore Saqolun....

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 14 dekabr 2014 14:20
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Aylowka)))

  • 14 dekabr 2014 13:32
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun ardi mutleq olsun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

♔ Rapuиzel ♔

  • 14 dekabr 2014 12:45
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razı olsun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 56

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}