Fəsillər tez dəyişir
İllər öz işin görür
Axıb gedərək günlər
Aylar öz işin görür
Tez-tez keçir saatlar
Zaman öz işin görür
Yağış -yağır gün çıxır
Göylər öz işin görür
Birdən çox yorularaq
Ürək öz işin görür
Ağ sumağa dönərək
Saç da öz işin görür
Xət-xət olunur əlin, al
Qırış öz işin görür
Ağrıyır yorğun düşür
Ayaq öz işin görür
Zəif səs eşidərək
Qulaq öz işin görür
Qocalırıq deyəsən
Ruh da öz işin görür
Qəfil əzrail gəlib
O da öz işin görür
Bir balaca qəbirdə
Mələk öz işin görür
Doğulub böyüyürük
Biz bunlardan keçirik
Əlimizdə deyil ki
Dünya öz işin görür.
İllər öz işin görür
Axıb gedərək günlər
Aylar öz işin görür
Tez-tez keçir saatlar
Zaman öz işin görür
Yağış -yağır gün çıxır
Göylər öz işin görür
Birdən çox yorularaq
Ürək öz işin görür
Ağ sumağa dönərək
Saç da öz işin görür
Xət-xət olunur əlin, al
Qırış öz işin görür
Ağrıyır yorğun düşür
Ayaq öz işin görür
Zəif səs eşidərək
Qulaq öz işin görür
Qocalırıq deyəsən
Ruh da öz işin görür
Qəfil əzrail gəlib
O da öz işin görür
Bir balaca qəbirdə
Mələk öz işin görür
Doğulub böyüyürük
Biz bunlardan keçirik
Əlimizdə deyil ki
Dünya öz işin görür.