Həyatımın ilk günü
Doğulduğum gün deyil,
Səni ilk dəfə görüb, vurulduğum gün oldu.
O gün, bircə baxışdan
Qəlbimdə sevgin doğdu,
Mənə bir həyat verib,
O sevgin məni doğdu.
Damarımda qanım tək
Coşdu sevgin, çağladı,
Məni o gün həyata
Sənə sevgim bağladı.
Böydükcə bu sevgim
Mən böyüdüm, boy atdım,
Xoşbəxtlik zirvəsinə,
Səninlə birgə çatdım.
Sən öyrətdin gülməyi,
Sevinməyi sən mənə,
Sən öyrətdin dünyanı
Daha əlvan görməyi,
Bəxş eldən sevməyi, sevilməyi sən mən.
Həyatımın ilk günü
Doğulduğum gün deyil,
Səni ilk dəfə görüb, vurulduğum gün oldu.
O gündən günlər keçdi,
Necə məsud, necə şən.
Biz yaşadıq bir ömrü,
Hər gününü bəxtəvər,
Biz yaşadıq, biz nələr...
Təəssüf ki əzizim hər başlanğıc bir sondur,
Ömür dediyin elə ötüb keçən bir andır.
Biz yaşadıq o anı, dur zamanı dayandır,
Ölmüş həyat eşqimə
Yenə can ver, oyandır...
Həyatımın son günü
Öldüyüm gün olmadı
Səni tapdığım ilk gün, həyatımın ilk günü,
Həyatımın son günü biz ayrılan gün oldu,
Həyatımın son günü biz ayrılan gün oldu...
Doğulduğum gün deyil,
Səni ilk dəfə görüb, vurulduğum gün oldu.
O gün, bircə baxışdan
Qəlbimdə sevgin doğdu,
Mənə bir həyat verib,
O sevgin məni doğdu.
Damarımda qanım tək
Coşdu sevgin, çağladı,
Məni o gün həyata
Sənə sevgim bağladı.
Böydükcə bu sevgim
Mən böyüdüm, boy atdım,
Xoşbəxtlik zirvəsinə,
Səninlə birgə çatdım.
Sən öyrətdin gülməyi,
Sevinməyi sən mənə,
Sən öyrətdin dünyanı
Daha əlvan görməyi,
Bəxş eldən sevməyi, sevilməyi sən mən.
Həyatımın ilk günü
Doğulduğum gün deyil,
Səni ilk dəfə görüb, vurulduğum gün oldu.
O gündən günlər keçdi,
Necə məsud, necə şən.
Biz yaşadıq bir ömrü,
Hər gününü bəxtəvər,
Biz yaşadıq, biz nələr...
Təəssüf ki əzizim hər başlanğıc bir sondur,
Ömür dediyin elə ötüb keçən bir andır.
Biz yaşadıq o anı, dur zamanı dayandır,
Ölmüş həyat eşqimə
Yenə can ver, oyandır...
Həyatımın son günü
Öldüyüm gün olmadı
Səni tapdığım ilk gün, həyatımın ilk günü,
Həyatımın son günü biz ayrılan gün oldu,
Həyatımın son günü biz ayrılan gün oldu...
Müəllif: Yaşar Süleymanlı