Çarəsizlik ALLAHdan gələn ən gözəl işarətdir

 
Çarəsizlik ALLAHdan gələn ən gözəl işarətdir


Çarəsizlik ALLAHdan gələn ən gözəl işarətdir

Dua vaxtının gəldiyini göstərir....
Süzülursə gözündən yaşlar ,
Hüzünlüysə gözəl üzün....
RƏBBİN səni üçün darıxmış, səsini eşitmək istər deməkdir.

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...

Bu gün etdiyiniz DUA, Dərdinizə DƏVA
Xəstələrinizə HÜZÜN, Keçmişlərinizə RƏHMƏT
Evinizə BƏRƏKƏT gətirsin.


ALLAHım bəla verdiyin zaman imanımı...
Gözəllik verdiyin zaman iffətimi...
Çətinlik verdiyində zaman səbrimi, Daim et!

İnsanlardan bir şey istəmə ki, insanıar səni sevsin.
ALLAHdan istə ki, ALLAH səni sevsin!

Həyatda iki şeydən qorxuram,
Bir ALLAHdan, bir də ALLAHdan qorxmayandan....

Ey insan !!! Yanlızlıqdan şikayət etmə
Elə bir dostun var ki ;
Sənə şan damarından daha yaxın...


Yaşamadıqlarıma EYVALLAH, Yaşadıqlarıma ƏLHÜMDÜLİLLAH
Yaşayacaqlarıma BİSMİLLAH, Xətalarıma ƏSTAFURULLAH

Ölüm məhv və puç olmaq deyil, həyatın dəyişməsidir, həqiqətdə yeni bir həyatdır..
ALLAHın Peyğəmbəri (s): «Hər şeyin şərəf və hörməti var, oturuşların ən şərəflisi isə üzü qibləyə olanıdır».

ALLaHın Peyğəmbəri (s.a.s.): «ALLAHdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.»

Sanmaki dərd tək səndə var! Səndəki dərdi nemət sayanlarda var! Hz.Məhəmməd(s.a.s)


Hz.Eli (e) : " Min qapıdan,yüz min qaladan içəri girə bilərsən də kiçik bir könüldən içəri girə bilməzsən "


Bir insan acı duya bilirsə canlıdır; Bir insan başqasının acısını hiss edə bilirsə, insandır..


Bəzi insanlar yaşadığı çətinlikləri bəhanə edib ALLAH'dan uzaqlaşır..
Bəziləri də yaşadığı çətinlikləri vəsilə edib ALLAH'a yaxınlaşır..




Allah qorxusu nə qazandırır?


İnsanın Allah qatındakı aliliyi, Allahın gücünü gərəyi kimi təqdir etdiyi, Allahın razılığını güddüyü, Quran müddəalarına uyğun gəldiyi, Allahın bəyəndiyi əxlaq xüsusiyyətlərinə sahib olduğu nisbətdədir.Özünü Rəbbinə yaxınlaşdıran bütün bu xüsusiyyətləri insan, Allahdan qorxub qoruduğu ölçüdə daşıya bilər. Ürəkdə daşınan Allah qorxusunun dərəcəsi adamın Allah qatındakı üstünlük dərəcəsini də göstərir."Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat Surəsi, 13-cü ayə)”Allahın ”Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.(Ənfal Surəsi, 29-cu ayə)” ayəsiylə bildirdiyi "doğrunu səhvdən ayıran nur”, Allahın möminə verdiyi akletme qabiliyyətidir.Dünyəvi qorxular hiss edən adam, çaxnaşmaya qapılar, ağlını istifadə edə, çarəsiz vəziyyətə düşər.
Allah qorxusu isə, insanın ağlını və vicdanını hərəkətə keçirər.Doğruları görə bilən ağıl sahibi insanın ümumiyyətlə hər sözü, hər davranışı, hər qərarı ən uyğun olandır. Allahdan qorxan insan, bu nur vəsiləsiylə yaxşı ilə pisi ayırd edə, hər vəziyyətdə Allahın razılığını diləyərək hərəkət edər. İnsanın belə bir qabiliyyətdən məhrum olması isə qərarsızlıq, çözümsüzlük, tərəddüd, vəsvəsə kimi xüsusiyyətləri də özü ilə gətirəcək.Qur’anda, ”Ey iman gətirənlər!Allahdan qorxun və Onun elçisinə iman gətirin!Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər,sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.(Hədid Surəsi, 28-ci ayə)” ayəsi, içində Allah qorxusu daşıyan bəndələrə, dünyada və axirətdə maddi – mənəvi nemətlərin müjdəsidir. Allah `ın özünü rəhmətinə alması bir mömin üçün hər şeydən vacibdir.”Maidə surəsində, "Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: "Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: "Allah ancaq müttəqilərdən (qurban) qəbul edər! ” (Maidə Surəsi, 27-ci ayə)” ifadəsi ilə, Allahdan qorxan kəslərin əməllərinin Allah Qatında məqbul olduğu bildirilir. Çünki ancaq Allahdan qorxub çəkinən insan Allahın qüdrətini gərəyi kimi təqdir edər, Allaha qarşı içli bir hörmət edər.Əks vəziyyətdəki adam onsuz da həyatını səhv təməllər üzərinə qurmuşdur. Allahın bəyənmədiyi bir əxlaqa sahib olduğundan, etdiyi işlər Allah yanında qiymətli olmaya bilər. Bu səbəblə insanın Allah sevgisi, qorxusu və Allahın hoşnutluğundan qaynaq tapan bir əxlaq əldə etməsi lazımdır."Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə Surəsi, 109-cu ayə)”Bundan başqa, Allah qorxusu olmayan adamın ibadətlərinin altında nümayiş, təkəbbür, başqalarının razılığını axtarış kimi əyri axtarışlar tapılar.Dünya həyatını Allahın özlərindən istədiyi kimi yaşayan mö’minlərə, Allah ”Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, (Allah )onun (günahlarından) keçər və onun mükafatını artırar. (Talaq Surəsi, 5-ci ayə)” hökmüylə, bir başqa əhəmiyyətli müjdə daha verər. Xəta etmiş, günah işləmiş də olsalar, rəhm edənlərin ən mərhəmətlisi olan Allah, rəhməti üzərinə yazmışdır və içi titrəyərək Özündən qorxan bəndələrini bağışlayacağına xəbər verir.Allahın sonsuz rəhməti, mö’minlər üzərində dünyada da, təcəlli edər. Özünə könüldən bağlı olan qullarının etdikləri gözəl və yaxşı işlərin qarşılığı olaraq, Allah mükafatlarını qat-qat artırar. İnsan, özünə can verən, saysız nemət və gözəlliklə ödülləndirən Rəbbinə qulluqla onsuz da cavabdehdir. Allahın ödülləndirməsi isə, sonsuz lütf sahibi olmasından və əvəzsiz ehsan etməsindəndir.Allah əmanəti dağlara, göylərə verdiyini, onların qorxub etmədiyini, insanın götürdüyünü xəbər verir. O zaman yerinə yetirməmə, aldığımız əmanətləri gərəyi kimi yüklənməmiz, ona uyğun hərəkət etmək lazımdır.Axirətdə peşmanlıq və çarəsizlik dolu qorxunu yaşamamaq üçün …


Allah qorxusunun 7 əlaməti


Mömin, bədəninin bütün üzvləri ilə Allahdan qorxandır. Necə ki, böyük əxlaq və fiqh məlumatı Əbu Leys əs-Səmərqəndi, Allah qorxusunun yeddi əlaməti olduğunu xəbər verər. Bunlar belədir:

1. Dil yalandan uzaqlaşar
Allahdan qorxan qul dilini yalandan, dedi-qodudan, intriqaçılıqdan, böhtandan və boş danışmaqdan qoruyar, bunlar yerinə onu zikrlə, Quran oxumaqla və elmi danışmalarla məşğul edər.

2. Qəlbdən qısqanclıq qalxar
Allahdan qorxan qul başqalarına qarşı ürəyində düşmənlik, böhtan və qısqanclıq saxlamaz. Çünki qısqanclıq yaxşılıqları məhv edər. Necə ki, Peyğəmbərimiz (s) belə buyurar: Atəş odunu necə yeyərsə qısqanclıq da yaxşılıqları elə yeyər (yox edər).
Biləsiniz ki, qısqanclıq, ürək xəstəliklərinin başlıca əlamətlərindən biridir və bu xəstəliklər də ancaq elmlə və yaxşı əməllər işləyərək müalicə edilə bilər.

3. Göz harama baxmaz.
Allahdan qorxan qul, haram yeməyə, haram içkiyə, haram geyəcəyə vs. (qısacası) haram olan heç bir şeyə baxmaz. Dünyaya ac gözlərlə deyil, ibrət götürmək məqsədi ilə baxar. Halal olmayan şeylərdən baxışlarını uzaq tutar. Necə ki Peyğəmbərimiz (s) belə buyurar: "Kim gözünü haramla doldursa Allah da onun gözünü qiyamət günü odla doldurar".

4. Haram tikə yeməz.
Allahdan qorxan qul, qarınına haram tikə soxmaz; çünki haram tikə yemək, ağır günahlardan biridir. Necə ki, Peyğəmbərimiz (s) belə buyurur:
"İnsanoğlunun qarınına haram bir tikə enincə, tikə mədəsində qaldığı müddətcə yerdə və göylərdəki mələklər təkrar təkrar üzərinə lənət yağdırarlar. O tikəni həzm edərkən öldüyü anda gedəcəyi yer cəhənnəmdir".

5. Əllər Allah rizası üçün işləyər.
Allah qorxusu olan kimsə, əllərini harama deyil, Allahın razılığına uyğun şeylərə doğru uzadar. Necə ki, səhabələrdən Kabul Ahbarın (r.) belə dediyi rəvayət edilər: Allah, hər bir bölümü yetmiş min gözlü yetmiş min bölümü olan yaqutdan edilmə bir köşk yaratmışdır. Qiyamət günü bu köşkə; ancaq önlərinə çıxan haram şeylərdən Allah qorxusu ilə uzaq duranlarr girə biləcəklər.

6. Ayaqlar Allah üçün gedər
Allah qorxusu olan kimsə, günah işləməyə deyil, Allahın əmrinə uyğun və ONUN razılığını qazandıracaq işlərə doğru gedər, alimlərlə və yaxşı əməl işləyənlərlə görüşmək məqsədi ilə addım atar.

7. İbadətinə riya (özünü göstərmək) qarışmaz
Allah qorxusu olan kimsə ibadətini sırf Allah rizası üçün edər, riyadan və münafiqlikdən çəkinər, beləliklə Allahın haqqlarında belə buyurduğu kəslərdən biri olar: "Rəbbinin qatında axirət, günahlardan qorxanlar üçündür". (Zuxruf/35)
"Günahlarından çəkinənlər, heç şübhəsiz, cənnətlərdə və bulaqların başlarındadırlar". (Zariyat/15)
"Günahlardan çəkinənlər cənnət və nemətlər içindədirlər". (Tur/17)
"Günahlardan çəkinənlər əmin bir mövqedədirlər". (Duhan/51)
Möminin qorxu ilə ümid arasında olması lazımdır. Buna görə bir tərəfdən ümid kəsmədən Allahın rəhmətini gözləyərkən digər tərəfdən ibadət halı içində çirkin hər şeydən uzqlaşmalıdır.


Ölüm və Həyat


İnsanın həyatı iki hissədən təşəkkül etmişdir. Birincisi dünya həyatı, digəri isə axirət həyatıdır.

Qurani Kərimdə "Allah insanların hansılarının daha gözəl işlər etdiyini sınamaq üçün həyatı və ölümü yaratmışdır" (Mülk Surəsi 2) buyuraraq həyatın da ölümün də Allah (c. c.) tərəfindən yaradıldığını bizə xəbər vermişdir.

Dünya həyatı, insanın dünyaya gəlişi ilə başlar, insan üçün qaçınılmaz son olan ölümlə tamam olar. Uca Allah, "Hər canlı ölümü dadacaq. Ancaq qiyamət günü etdiyinizin qarşılığı sizə tastamam veriləcək. Kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə girsə həqiqətən qurtuluşa çatmışdır. Dünya həyatı, hiyləçi əmtəədə başqa bir şey deyil." (Ali imran Surəsi 185) buyurmuşdur. Ölüm isə, Allahın təqdir etmiş olduğu ömürün sona çatması deməkdir. Hər canlı Allahın icazəsiylə ölümü dadacaq. Allahdan başqa hər varlıq ölümlüdür.

Müşriklərin Peyğəmbər Əfəndimizin ölümünü xahiş etmələri üzərinə ölüm mövzusunda kimsəyə imtiyaz edilməyəcəyini vurğulayan bu ayədə:

"Şübhəsiz sən də öləcəksən onlar da öləcək" (Zumər Surəsi 30); "Biz səndən əvvəl də heç bir bəşərə ölümsüzlük vermədik, indi sən ölsən onlar əbədimi qalacaqlar?" (Ənbiya Surəsi 34) buyurularaq peyğəmbərlər daxil bütün canlıların öləcəyi xəbər verilmiş, digər bir ayədə də "Hər millətin müəyyən bir əcəli vardır, onların əcəli gəldimi nə bir an geri qala bilər, nə də önə keçə bilər." (Ə'RAF Surəsi 34).

Peyğəmbərimiz (s.ə.s.) bəzi xəttlər çəkərək belə buyurdu: "Elə bu xətt ümid etdiyi əməlidir. Bu xətt də əcəlidir. İnsan əməlini gözləyərkən özünə yaxın olan əcəli qəflətən geliverir." (Buxari, Rikak, 4, VII, 171).




Allahım niyə mən?


Bu sualı özümə həyatım boyunca dəfələrlə soruşduğumu xatırlayıram. Əminəm sizlər də bu sualı özünüzə tez-tez soruşmusunuzdur. Əslinə baxsanız sualın özündə bir şey yoxdur. Hər nə qədər başlığa baxınca bu sualın altında bir üsyan duyğusu hakim kimi görünsə də vəziyyət tam tərsi də ola bilər. Qısacası bu sualı insanlar özlərinə iki fərqli vəziyyətdə verə bilərlər:
1) Bəzi insanlar başlarına bir yaxşılıq gəldiyində bunun nəticəsi olaraq "Allahım Niyə mən?" sualına müraciət edə bilərlər ki, düşünürəm ki, bu ikinci qrupda sayacağım insanların sayına nisbətən daha azdır. Bu ilk qrupdakı insanlar həm başlarına gələn yaxşı şeydən nəsiblənirlər, həm də bunun üçün şükr etmələri lazım olduğunu bu sual vasitəsilə xatırlaya bilirlər.
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin! (Bəqərə surəsi, 172)

2) İkinci bir qrupda saya biləcəyim insanlar isə bu sualı başlarına hər pislik gəldiyində soruşmaqdan qaçınmayanlardır. Bunların hamısı üçün isə vəziyyətin, yəni sualın onları aparacağı istiqamətin tamamilə pis olduğunu söyləmək haqsızlıq olar. Məsələn, başına bir bəla gələn insan bu sualı özünə yönəldib həyatını sorğulamağa və bəlkə də keçmişdə etdiklərindən ötrü başına bu tip bir pisliyin gəldiyi qənaətinə gəlib, həyatında yaxşıya doğru yeniliklər edə bilər ki, bu da yaxşı bir əməldir. Üstəlik keçmişdə edilənlərdən ötrü o pisliyə məruz qalmaq da şərt deyil. Allah bunu bir ayədə açıq-aşkar ortaya qoyur. Bəla, çətinlik hər kəsin başına gələ bilər:
(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət vəsıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?”- demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (Bəqərə surəsi, 214)


Ayədə deyildiyi kimi başlarına hər pislik gələnin sonu pis olmaya bilər. Kənardan bu ikinci qrupda olan insanlar üçün ən pisi bu sualın içində bir üsyan duyğusu yerləşdirərək soruşmaq olacaq hər halda.
Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: "Bu, haradan gəldi?”– söylədiniz. De ki: "Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir. (Ali-İmran surəsi, 165)

Görünən odur ki, həyatımız boyunca ağzımızdan dəfələrlə tökülən və tökülməyə də davam edəcəyi şübhəsiz olan bu sual bir iti bıçaq kimi. İnsanı həm doğru yola yönəldə bilər, həm də tam tərsini edib üsyan duyğusu halına gətirib çıxara bilər. Əhəmiyyətli olan bu sualı hansı baxımdan özünüzə soruşmaq istədiyinizdir.


Allah


Atası Əhmədlə dağda gəzişirdi və Allah haqqında danışırdılar.
Əhməd:
- Atacan,Allah da Günəş kimi hər yerə girə bilərmi? - deyə soruşdu.
Atası belə cavab verdi:
- Otağın pərdələrini çəksək, Günəş içəri girə bilməz, oğlum.Qaranlıq mağaralara da Günəş girə bilməz,amma elə bir yer yoxdur ki, Allah orada olmasın.Təyyarəyə minib göylərə yüksəlsən belə, Allah yenə səninlədir.Sualtı qayığa minib okeanların dərinliklərinə girsən, Allah yenə sənin yanındadır. Dünyanın o başın getsən, yenə Allahdan ayrı deyilsən.
Allah belə buyurur:
"Harada olursanız olun, Allah sizinlə bərabərdir"("Hədid" surəsi, ayə 4).

"Biz insana şah damarından daha yaxınıq"("Kəhf" surəsi, ayə 16).

"Şərq də, qərb də Allahındır...Allah hər yeri əhatə edir və hər şeyi bilir"("Bəqərə" surəsi, ayə 15).

Əhməd soruşdu:
-Allahın olmadığı bir yer varmı?
Atası cavab verdi:
-Allahın olmadığı heç bir yer yoxdur.
Əhməd:
-Allah eyni zamanda hər yerdə ola bilərmi?
Atası cavab verdi:
- Bəli, əlbəttə ki, Allah eyni anda hər yerdə ola bilər.
Əhməd bir qədər gəzdikdən sonra çiçəkləri tökülmüş alça ağacının göstərərək:
-Atacan,bu il alça ağacının meyvəsi az olacaq,- dedi.
Atası:
-Allah bilər,oğlum, -deyə cavab verdi.
Bu ara günəş buludların arxasında gözdən itdi.Hava qaralmağa, sərt bir külək əsməyə başladı.
Əhməd:
-Yenə yağış yağacaq, - dedi
Atası göy üzünə baxaraq belə dedi:
-Yağışın yağacağınıda Allah bilər.Biz sadəcə rə`y söyləyə bilərik.
-Atacan, indiki zəmanədə cihazların köməyi ilə çox şey öyrənə bilirik, -dedi.
-Doğrudur, ancaq bilmədiyimiz daha çox şeylər var... Ümumiyyətlə, insan öyrənə bildiyi şeyləri Allahın köməyi ilə öyrənir.
-Allah hər şeyi bilərmi, ata?
-Bəli, o hər şeyi bilir.
-Bəs bu qədər şeyi necə bilir, atacan?
-Bütün kainatı O yaratdığına görə, onların hər halını bilməsi də təəccüblü deyil.
-Qəlbimizdən keçənləri də bilirmi?
-Qəlbindən keçənləri də bilir, böyüyəndə nəçi olacağını, nə vaxt evlənəcəyini, hansı faydalı işlər görəcəyini bilir.Qısaca bilmək istəyirsənsə, Allah sənin ağlına gələn və gəlməyən hər şeyi bilməyə qadirdir.
Allah belə buyurur:
"(De ki) O göydə və yerdə tək Allahdır, gizli və aşkar (işlərinizi) və nəyi edəcəyinizi bilir.Qeybin açarı Allahındır; onları ondan başqası bilməz, yerdə və dənizdə nə varsa O bilir, Ondan xəbərsiz heç bir yarpaq (ağacdan) düşməz.O Yerin qaranlıqlarındakı hər bir dənədən də xəbərdardır...("Ən`am" surəsi, ayə 3, 59).

"Qiyamətin nə vaxt qopacağını yalnız Allah bilir.Yağışın yağacağını, ana bətnindəki uşaqların nə vaxt olacağını O bilir.Heç kim sabah nə əldə edəcəyini, harda öləcəyini bilməz.Bütün bunları yalnız Allah bilir.Şübhəsiz ki, Allahın hər şeydən xəbəri vardır"("Loğman" surəsi, ayə 34).


Ağlayan bir cavan


Ağlayan bir cavan Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrət (s) buyurur: “Niyə ağlayırsan?” Cavan dedi: “Necə ağlamayım ki, böyük günahlar işləmişəm. Allah onları bağışlamaz. Mən də odda yanacağam”.
Həzrət (s) buyurur: “Müşrik olmusan. Sənin günahın nə qədər böyük olarsa- olsun, Allah bağışlayar”.
Cavan yenə də deyir: “Mənim günahım dağdan, yerdən, səmadan və ulduzlardan da böyükdür”.
Həzrət (s) buyurur: “Günahların böyükdür, yoxsa Allah?”
Cavan cavab verir: “Allah Təala”. Həzrət (s) buyurur: “Günahların nə qədər böyük olursa-olsun Allah bağışlayar”.
Bizim diqqət etməli olduğumuz mühüm məsələ odur ki, insan heç bir zaman Allahın rəhmətindən ümidsiz olmamalıdır. Ona görə də Allah, Onun rəhmətinə şübhə ilə yanaşmağı böyük günah adlandırmışdır. Belə ki, Quranda buyurur: “Allahın rəhmətindən naümid olmayın! Ona görə ki, kafir qövmdən başqa heç kəs Allahın rəhmətindən ümidini üzməz”. (“Yusuf”, 87). “Ancaq tövbə edib, iman gətirən və saleh əməllər edənlər müstəsnadır, Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhim edəndir”


Аrifin sözü


Аrif оlаn şәхs ömrünü qәflәt vә çirkаbdа kеçirmiş bir nәfәrdәn sоruşdu: Sәn böyüksәn, yохsа sаqqаlın...? Dеdi: Mәn sаqqаlımdаn әvvәl dünyаyа gәlmişәm. Аrif dеdi: Sәnin sаqqаlın qаrаlıqdаn аğlığа dоğru yönәlib. Аmmа sәn hәlә dә çirkin әхlаqındаn dönmәmisәn. Vаy оlsun sәnә! Qәlbin günаhdаn qаrаlıb. Sаqqаlın isә sәndәn sоnrа vücudа gәldiyi hаldа kаmаl kәsb еtmәkdә sәni qаbаqlаyıb, sәn isә dәyişmәmisәn.
İmаm Kаzim (ә) buyurub:
مَنِ اسْتَوَى يَوْمَاهُ فَهُوَ مَغْبُونٌ وَ مَنْ كَانَ آخِرُ يَوْمَيْهِ شَرَّهُمَا فَهُوَ مَلْعُونٌ وَ مَنْ لَمْ يَعْرِفِ الزِّيَادَةَ فِي نَفْسِهِ فَهُوَ فِي نُقْصَانٍ وَ مَنْ كَانَ إِلَى النُّقْصَانِ فَالْمَوْتُ خَيْرٌ لَهُ مِنَ الْحَيَاةِ
“Hәr kәsin iki günü еyni оlsа, о аldаnmışdır. Hәr kәsin sоnrаkı günü әvvәlki günündәn pis оlsа, о mәlundur. Hәr kәs mәnәviyyаt cәhәtdәn özündә nаqislik hiss еtsә, о şәхsә ölüm yаşаmаqdаn yахşıdır.”Biharul Ənvar c.78, səh.327


Allahımdan çox razıyam


Yol kənarında oturmuş birisi dayanmadan dua edir: “Ey mərhəməti sonsuz olan Allahım! Sən mənə padşahlara, sultanlara vermədiyin neməti vermisən. Sənə nə qədər şükür etsəm, yenə azdır”. Yoldan keçən birisi onun söylədiklərindən təəccüblənir:

- Qardaşım, gözün görmür, ayaqların səni götürmür, əllərin tutmur. Birisi səni yedirməsə, acından ölərsən. Hansı gününə şükür edirsən? O hansı nemətdir ki, Allah-Təala padşahlara, sultanlara verməyib, sənə verib?

İşıqsız gözlərini üfüqə zilləyən həmin könül əri görün necə cavab verir:

- Allah-Təala mənə bu dünyanın bir sınaq, bir imtahan yeri olduğunu öyrətdi. Mən bu dünyada hər şeyin fani olduğunu, hər şeyin ötəri, keçəri olduğunu yaxşı bilirəm. Biz hər gün bu dünyadan bir addım uzaqlaşır, axirətə bir addım yaxınlaşırıq. Mən bu halımdan məmnunam. Allah məni belə yaradıbsa, demək, mənim imtahanım bu halıma görədir. Mən bu halımdan da, Allahımdan da çox razıyam, çox məmnunam, Onun hər əmri başım, gözüm üstünədir. Mən bu dünyaya könül vermədim, bütün duyğularımla Allahıma yönəldim. Mən Allahımı tanıyıb , Onu sevəndən sonra bu fani dünyanın yalançı cazibəsindən baxsam, nə xeyri, baxmasam nə zərəri?

Yol ötən adam heç bir şey söyləyə bilmir. Udqunur, “Allah köməyin olsun” deyib yoluna davam edir.


Allah-Təala hər an məni görür


Birisi namaz qılır, özü də sanki tələsir, sanki namazı tez qurtarmağa çalışır. Bu zaman onun namaz qıldığı yerə nüfuzlu, səlahiyyətli bir adam gəlir. Bunun gəlişi ilə namazın ahəngi dəyişir. Bayaqdan tələm-tələsik qılınan namazın şəkli dəyişir, indi süslü hala gətirilir, bütün bəzəyi, aksesuarı ilə birlikdə qılınmağa başlayır. Gələn adam bir şey anlamır, amma aradan bir qədər keçəndən sonra həmin namaz qılan adam oturub öz davranışını düşündü və çox utandı:

Demək mən o qədər cahiləm ki, üz tutub səcdə etdiyimi deyil, yanımdakı insanı görürəm. Mən bu namazı kimin rizasını, rəğbətini qazanmaq üçün qılıram?- Əlbəttə Allah-Təalanın. Elə isə niyə qibləyə yönəlib namaza başlayanda Allah-Təalanın məni gördüyünü düşünmürəm, amma birisi içəri girəndə özümü yığışdırıb namazı səliqə ilə, ədəbinə uyğun şəkildə qılıram?



Mən bu insanın rəğbətini istəyirəm, yoxsa Allahın? Bəs namazın əvvəlində əllərini qulağının dibinə qoyub “Allahu Əkbər” deyirsən haa, o nə deməkdir- Əllərini qulaqlarının dibinə qaldıranda Allahla aramda olan hər şeyi arxama atdım, bu aradan dünyanı çıxardım, demək deyildimi? Bəs niyə belə oldu?- Demək atmamışam, Allahla aramdan dünyanı çıxarmamışam. Bu şirkdirmi?- bəli, amma cahilliyin, anlamazlığın doğurduğu şirk. Tövbə elə, bir də təkrarlama. Mən münafiqəmmi görəsən, yəni riyakarammı?- Üzdə bir cür görünüb, gerçəkdə başqa cür birisiyəmmi?- Bilmirəm. Amma hər halda “Allah-Təala hər an məni görür” düşüncəsindən məhrum olmaq böyük itkidir, ağır məhrumiyyətdir, ələlxüsus da namaz üstündə belə mən bu cür cahilliyə davam edirəmsə, halım nə olacaq görəsən?


İnsan ömrü Azanla Namaz arasında olur



Göl kənarında yaşlı bir adam axan suya baxırdı.Gənc adam ona yaxınlaşıb: “Əmi,çox fikirlisən,nəyə baxırsan elə?” – deyə soruşunca,qoca baba içini çəkərək: “Axan ömrümə baxıram”-dedi.
Gənc adam bəmbəyaz saqqallı,nur üzlü yaşlıdan maraqla soruşdu: “Bir insan ömrü nə qədər olur ki?”
Yaşlı adam şirin bir gülümsəmə ilə: “Azanla namaz arası qədər” deyincə, o özünü saxlaya bilməyib həyəcanla: “Necə yəni? Ömür bu qədər qısadırmı?” – deyə soruşur.
Qoca baba: “Bəli,ömür namazsız azanla azansız namaz arası qədərdir”.Gənc adamın təəccüblü baxışlarını görüncə,qoca baba izah etməyə başladı: “Dünyaya bir körpə gələndə onun qulağına azan oxunar eləmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı.O azan “Namazsız azan”dır.
İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur.O da “Azansız namaz”dır.Əslində o namazın azanı insan doğulunca oxunmuşdu qulağına”...
Bax, ey insan! Doğuldun,amma,bir gün öləcəksən,ömür dediyin nədir ki? Tez qurtarar.Vaxtını boşa ziyan etmə,həyatını yaxşı dəyərləndir.Ömrünü dolu-dolu,doya-doya yaşa,bir nəfəsini belə boş buraxma


Ozuduqunuza görə təşəkkülər Allah Razi Olsun...


Geri dön

G♥S

  • 15 dekabr 2014 19:32
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
Allah razi olsun..!

--------------------

♔ sinყσriτα ♔

  • 15 dekabr 2014 16:18
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun...

^^YeRaZKa MeLeK^^

  • 15 dekabr 2014 02:32
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN


--------------------

Elya Alieva

  • 14 dekabr 2014 21:45
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah duani qebul ederse imanini artirar gec qebul eleyerse sebrimizi artirir hec qebul eleemezse dahada yaxsisini hazirlayir heqiqetende doqruymus Allah ihmal elemir imtahan edir Tesekkurler....

--------------------
UREYIM...I MEN

princessa_selin

  • 14 dekabr 2014 21:14
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

HeYat cOoX qErIbEdi.

  • 14 dekabr 2014 21:13
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
cox sagolun yazan elleriniz var olsun

--------------------

Allahi_Unutma

  • 14 dekabr 2014 20:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Dua vaxtının gəldiyini göstərir....
Süzülursə gözündən yaşlar ,
Hüzünlüysə gözəl üzün....
RƏBBİN səni üçün darıxmış, səsini eşitmək istər deməkdir.

Allah razi olsun

♔ Rapuиzel ♔

  • 14 dekabr 2014 19:30
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razı olsun...

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 14 dekabr 2014 19:11
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLaHın Peyğəmbəri (s.a.s.): «ALLAHdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.»

--------------------

..::My Black::..

  • 14 dekabr 2014 18:57
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Çarəsizlik ALLAHdan gələn ən gözəl işarətdir

Dua vaxtının gəldiyini göstərir....
Süzülursə gözündən yaşlar ,
Hüzünlüysə gözəl üzün....
RƏBBİN səni üçün darıxmış, səsini eşitmək istər deməkdir.

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...

-Qəlbindən keçənləri də bilir, böyüyəndə nəçi olacağını, nə vaxt evlənəcəyini, hansı faydalı işlər görəcəyini bilir.Qısaca bilmək istəyirsənsə, Allah sənin ağlına gələn və gəlməyən hər şeyi bilməyə qadirdir.

ALLAH sizden qat-qat razi qalsin coox gozeldir meqale)))

Pıtırcık

  • 14 dekabr 2014 18:16
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}