Mətbəx sirləri:Daxma tortu

 
Mətbəx sirləri:Daxma tortu

Xəmir üçün

Un-3st
Kərə yağı-150qr
Yumurta-1əd
Alma sirkəsi-1xq
Vanil-1paket
Duz-1çq
Soyuq su-0.5st


Krem üçün
Süd-2st
Şəkər tozu-1.5st
Yumurta-2əd
Un-2xq
Vanil-1paket
Kərə yağı-250qr


Üzərinə
Kənarlarından çıxan ovuntu
Pudra şəkəri
Kakos
İçlik
Buzluqda qoydugunuz və ya təzə albalı və ya albalı mürəbbəsində albalılar(mən mürəbbədən istifadə etdim)
Qoz ləpəsi(yapon qozu istifadə etdim)


Daxma tortunu hazırlamaq üçün ilk öncə bütün ərzaqlar soyuducudan yeni çıxarılmış, kərə yağı dondurulmuş halda olsa daha yaxşı olur. Kərə yağı un ələnmiş taxta üzərində una batırılaraq sürtgəcdən keçirilir, əsla əllə qarışdırmayın. Tamamlanandan sonra böyük fincana və ya dərin qaba yumurta, su, duz və sirkə əlavə edilir tam qarışdırılıb sonra yağla ovulmuş una əlavə edilib yoğurmadan toplayıb xəmir halına gətiririk, Toplamaq dedikdə xəmiri əlimizlə sıxlaşdırırıq demək istəyirəm, adi bulka xəmiri kimi yoğurmaq olmaz. Xəmir tamamlanan kimi salafana qoyub 3-4 saat soyuducuda saxlayırıq.(işim oldugu üçün axşam hazırladım səhər bişirdim 12 saat qaldı soyuducuda)
Kremi bişirmək üçün qazana süd və şəkər tökülür və qarışdırılaraq qızdırılır. Kənarda 2yumurta 2xq unla mikserlə çalınır, şəkər tam ərimiş süddən 2 çömçə götürüb un və yumurta qarışığı olan qaba əlavə edirik və bu zaman mikser işləməlidir. Eks halda isti süd yumurtanı bişirə bilər və krem alınmaz. Mikserlə hazırladığımız qarışığı qazandakı südə əlavə edib qarışdıraraq kremi hazırlayırıq. Diqqət edin ki, zavarnoy krem qaynamasın, qaynamaq istədiyi an ocaqdan götürüb kənara qoyun çünki, ocaq söndürüldükdən sonra da isti olur. Tam soyuduqdan sonra əvvəlcədən çalınmış kərə yağına az az əlavə edib yağlı krem halını alana kimi mikserlə qarışdırın, vanili də əlavə edin.

Xəmiri 16 (15-i torta 1 i isə ayrıca yayılır ,bişirilir ovularaq üzərinə tökülür)kündəyə ayırıb taxta üzərində azacıq un səpərək kündələri açırıq, bu zaman qalan kündələr soyuducuda qalmalıdır.Bir-bir çıxarıb 2 barmaq enində, 30 sm uzunlugunda nazik, uzunsov(şəkildəki kimi) lentlər yayıb giləmeyvə, qoz qoyaraq, şəkildəki kimi büküb, tikişi aşağı olmaqla yağlı kağız sərilmiş, və ya yağlanıb unlanmış tavaya düzürük. Düzdüyümüz şalbanlar olan tavanı soyuq otaqda və ya soyuducuda saxlayın ki, xəmir yağlı olduğu üçün keyfiyyətin itirməsin, Daha sonra qızarana kimi bişirin, Şalbanlar tam soyuduqdan sonra əvvəlcə 5 ədəd düzün kremləyin, sonra, üzərinə 4,3,2, sonda 1 ədəd şalbanı qoyub aralarını kremlenib,üst- üste qoyulur üzerine 1 eded lavaşı ovub səpin və pudra şəkəri, kənarlarına da qar effekti üçün kakos səpin17-8saat soyuq otaqda qaldıqdan sonra ailənizə və ya qonaqlarınıza AĞZINIZ ŞİRİN OLSUN deyə bilərsiz. Gecədən səhərə qalsa daha yaxşı olar


Nuş olsun!!


Geri dön

ツDirectionerツ

  • 29 dekabr 2014 18:59
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully

--------------------



Louis Tomlinson♥

♔๑.Şaнzadəм.๑♔

  • 15 dekabr 2014 19:52
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Dadli Da Sozduu LEZZELTLI! tongue

--------------------

G♥S

  • 15 dekabr 2014 19:39
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Dadli gorunur hazirlayan olsaydi yeyerdik lol

--------------------

♔ sinყσriτα ♔

  • 15 dekabr 2014 18:15
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Maraqli Gorunuwu Var Sinamaq Lazimdi tongue

-Kralica-

  • 15 dekabr 2014 15:00
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkur edirem cox saqolun

--------------------




Pıtırcık

  • 14 dekabr 2014 14:19
  • Məqalə: 385
  • Şərh: 9503
  • Bal:
{awards}
CETIN OLAR BU TORTU DUZELTMEK no AMA DADLI GORSENDI BEH BEH BEH

--------------------
http://legend.az/user/imza/

♔ Rapuиzel ♔

  • 14 dekabr 2014 12:44
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Məsləhətə görə çoxsağol Kinderim

--------------------

Aylowka)))

  • 14 dekabr 2014 11:59
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Cox sagolun amma bacarmaram yeqinki bu formani vermeyi feel

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}