Nabatəli Qulamoğlu: «Elm-təhsil komitəsi bu məsələdə bir az tələsib»
Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.
Komitə sədri qeyd edib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: “Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRI ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar.
Bəllidir ki, qiyabi təhsil əsasən işləyən insanların daha çox üz tutduğu sahədir. Bəzən əyani oxuyan tələbə də sosial ehtiyaclarını qarşılamaq üçün təhsil almaqla eyni vaxtda işləyir. Qiyabi təhsil isə oxuyarkən işləməyin qanunla tənzimlənən formasıdır. Doğrudur, bu sahədə müəyyən qanunsuzluqlar var, yəni rüşvətlə qiymət yazdırmaq və s. Lakin qiyabi təhsil sahəsində qayda-qanun yaratmaq olar, nəinki onu lazımsız adıyla ləğv etmək. Fikrimizcə, bu sahədə korrektələr etmək daha məqsədəuyğundur.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, köhnəni ləğv edib təzəyə keçmək üçün öncə şərait lazımdır. Şərait yoxdursa, köhnəni ləğv etmək olmaz: “Qiyabi təhsil ölkəni hər şeydən əvvəl kadrla təmin edir. Ucqarlardakı kadrlar yalnız qiyabi təhsil alanlardır. Azərbaycanın ucqar rayonlarında bu problem var. Digər tərəfdən, distant təhsilə keçidlə bağlı məsələni gündəmə gətirirlər. Ölkədə bu istiqamətdə internet resursları, şərait yoxdursa, bu məsələdən danışmağına dəyməz. Fikrimcə, 2015-ci ildə də qiyabi təhsil ləğv olunmayacaq. Çünki ucqar rayonlar kadrlarla tam təmin olunmayıb və onu yalnız qiyabi təhsil hazırlaya bilər. Elm-təhsil komitəsi bu məsələdə bir az tələsib”.
Ekspertin qənaətincə, sözügedən rəsmi açıqlama sadəcə, beynəlxalq aləmlə ayaqlaşmaq anlamına gətirir. Nabatəli müəllim Azərbaycanda distant təhsilin olmadığını da vurğulayır. Ekspertin təbirincə, yeni təhsil sistemi hələ başlamamış köhnəni ləğv etmək bir qədər məntiqsizdir: “Təhsil haqqında qanunda distant təhsilin mövcudluğu olsa da reallıqda onun işləmə mexanizmi və faktik görüntüsü yoxdur. Necə olur, distant təhsilə keçilir və qiyabi təhsil ləğv olunur?! Ehtiyac varsa, 2015-ci ildə də qiyabi təhsil davam edəcək və o, ləğv olunmayacaq”.