Mətbəx sirləri:Lahmacun

 
Mətbəx sirləri:Lahmacun

Xəmiri Üçün:
1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
1 3/4 stəkan ilıq su
4 stəkan əla növ un
2 çay qaşığı duz

Üstü Uçün:
225 q çəkilmiş qoyun əti
1 ədəd kiçik soğan - xırda-xırda doğranmış (1/2 stəkan)
3 ədəd yetişmiş pomidor - qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1stəkan)
3/4 stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
1 xörək qaşığı acı qırmızı bibər tozu
2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
duz
4 xörək qaşığı soyuq su

Süfrəyə Vermək Üçün:
cəfəri
limon
ayran (resept aşağıda)

Əvvəcə xəmiri hazırlayın.
Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1 1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.

Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün. 1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.

İçi hazırlayın.
Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.

Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.

Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.


Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir.
Nuş olsun!


Geri dön

ツDirectionerツ

  • 29 dekabr 2014 18:50
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
tewekkurler )) cox beyendim)) love bully

--------------------



Louis Tomlinson♥

♔ sinყσriτα ♔

  • 15 dekabr 2014 17:34
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ayyy Lahmacuncun Olemde Nam Nam Olsaydi Indi Yeyerdik tongue

-Kralica-

  • 15 dekabr 2014 14:51
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurler bunu bilirdim

--------------------




^^YeRaZKa MeLeK^^

  • 15 dekabr 2014 02:41
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Oooooooooo

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 14 dekabr 2014 19:22
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Nyam-Nyam!Lahmacunu Cox Severim!

--------------------

sessiz deniz

  • 14 dekabr 2014 16:22
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrr

Pıtırcık

  • 14 dekabr 2014 14:00
  • Məqalə: 443
  • Şərh: 9613
  • Bal:
{awards}
DADLI GORSENIR OLSA YESEK

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

Aylowka)))

  • 14 dekabr 2014 13:26
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Cox sagolun))) ela gorsenir)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

G♥S

  • 14 dekabr 2014 12:11
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

♔ Rapuиzel ♔

  • 14 dekabr 2014 09:49
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
Təşəkkürlər canım.....

--------------------

princessa_selin

  • 14 dekabr 2014 09:07
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Nem namm Lahmacunn

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 3
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}