Sağlam və dinc yaşamağın - 4 yolu

 
Sağlam və dinc yaşamağın - 4 yolu


Ölçü-biçili yaşasan, səni sağlam və dinc həyat gözləyir. Amma elə yaşamaq asan deyil, axı. Mütəxəssislərin fikrincə, ölçü-biçili həyatın sirri, "özümüzə doğru suallar verməkdə və həmin sualları dürüst cavablandırmaqdadır". Bu, əlbəttə, çətindir, amma mümkünsüz də deyil. Gərək sınamaqdan vaz keçməyəsən!

DÜŞÜNCƏ TƏRZİNİZİ DƏYİŞİN

İngiltərə psixoloqları "Ölçü-biçili yaşamağın önəmi nədir?" və "Gündəlik həyatda ölçü-biçi balansı necə qorunur?" suallarına cavab axtarıblar. Görəcəyimiz işlərin upuzun siyahısı, təbii ki, bizi gərginlikdə saxlayır. Duyğularımızın basqısı da üstəlik. Bunlardan qurtulmaq üçün mütəxəssislər lap əvvəl düşüncə tərzini dəyişməyin vacibliyini vurğulayır, bəzi məsləhətlər də verirlər. Öncə 2 məsləhətə diqqət yetirək:

- Hər işi dərhal bitirməyə çalışmaqdansa, diqqətinizi önəmli saydıqlarınızın üzərində cəmləşdirməyə can atın;

- Görəcəyiniz işə yetərli zamanınızın olub-olmadığına əmin deyilsinizsə, məhz önəmli işləri düşünməyiniz, sizi, yavaş-yavaş, "hər işi görməyə bol zamanım var" duyğusuna alışdıracaq.

TƏBİƏTDƏ DOLAŞMAĞI UNUTMAYIN

Yorucu iş tempi və alıb-verəcəklərinizin – ödəmələrin basqısı altında olmaq indi ən böyük problemdir. Bu problemi aşmaqdan ötrü fikrinizi yalnız həmin problemin həllinə yönəltməyin. Asanlıqla görəcəyiniz bir neçə şey o problemin də öhdəsindən gəlməyə kömək edəcək:

- Bir az təbiət qoynunda gəzişin. Sizə elə gəlməsin ki, həllinə çalışdığınız problemə bunun heç bir dəxli yoxdur. İnanın ki, sizi rahat buraxmayan problemin çözülməsi üçün ağlınıza cürbəcür maraqlı variantlar gələcək;
- Eyni anda bir çox məsələni düşünməyin. Bu o deməkdir ki, fikrinizi tək bir şeyə cəmləşdirməlisiniz. Daim məşğul görünsək də, nadir hallarda diqqəti bir şeyə yönəldirik;
- Görəcəyiniz işi öncəliklər sırasına düzün və diqqətinizi hər dəfə üstün saydığınız məsələyə cəmləşdirin;
- Həyatınızı proqramlaşdırın və proqramınıza sadiq qalmağa çalışın. Hətta elektron poçtunuzu yoxlamağa vaxt ayırmağınız, sizə bir az zaman qazandıracaq. Ailənizlə keçirdiyiniz zamanları yalnız onlara ayırın. Telefondan, TV-dən, başqa kommunikasiya vasitələrindən uzaq durun. Bu, hər hansı bir işi görərkən, sanki "başqa işi görmək daha yaxşı olardı" hissindən sizi qurtaracaq və fikrinizi əslində görməli olduğunuz işə yönəldəcək.

ÖZ YAŞAM BƏLƏDÇİNİZ OLUN

Bahalı olduğunu düşündüyünüzdən və yavaxtınız çatmadığından sizə gərəkli suallar verəcək bir yaşam bələdçisi tapmaya bilərsiniz. Amma həyatınızda sağlam və dinc yaşamı uzlaşdırmaq üçün özünüz öz həyat bələdçinizə çevrilməyi sınaya bilərsiniz. Bunun üzləşdiyiniz problemləri aşmaqda faydası dəyəcək.

İŞİNİZ ÇƏTİNƏ DÜŞƏNDƏ ÖZÜNÜZDƏN BUNLARI SORUŞUN

Sizə çox böyük bir problem kimi görünən məsələlərlə üzləşəndə, beyniniz qarma-qarışıq olanda və aciz qalıb nə edəcəyinizi bilməyəndə özünüzə bu sualları verin:

- "Yox" desəm, qorxduğum nə baş verər? Məndən üz çevirəcək, üstümə bağıracaqlar?
- Hansı sual, hansı duyğu və ya hansı düşüncə məsələyə baxışımı dəyişər?
Doğrudan da önəmli olan nədir?
- Basqıdan qurtarmaq üçün, tutalım, indi – heç olmasa, yarım saat, diqqətimi nədə cəmləşdirə bilərəm?
- Görmək istəmədiyim, amma görmək məcburiyyətində qaldığım şeylərə "yox" deyə bilərəmmi?
- Məşğulluq həyatımda necə iz buraxır? Həyatıma məna qazandırır, təlaşlarımdan uzaqlaşdırır? Yoxsa "bu işi bacardım" qənaətini yaşadır?
Bu anda məni basqı altında saxlayan və dərindən üzən 5 xırda məsələnin önümüzdəki 5 gün içində nə olduğunu dəqiqləşdirə bilərəm? Bu 5 gündə hansı 5 xırda məsələni çözsəm, həyatımı daha dəyərli edəcək şeylərə zaman qazanaram?

Həmin suallara verdiyiniz hər bir dürüst cavabsizi özünüzə daha çox yaxınlaşdıracaq.


Geri dön

G♥S

  • 1 yanvar 2015 15:23
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:

ÖZ YAŞAM BƏLƏDÇİNİZ OLUN


Bahalı olduğunu düşündüyünüzdən və yavaxtınız çatmadığından sizə gərəkli suallar verəcək bir yaşam bələdçisi tapmaya bilərsiniz. Amma həyatınızda sağlam və dinc yaşamı uzlaşdırmaq üçün özünüz öz həyat bələdçinizə çevrilməyi sınaya bilərsiniz. Bunun üzləşdiyiniz problemləri aşmaqda faydası dəyəcək.

--------------------

HeYat cOoX qErIbEdi.

  • 21 dekabr 2014 21:42
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
tewekkurler qaqaw

--------------------

Gr-Az

  • 15 dekabr 2014 18:42
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Cox sagolun..)

G♥S

  • 15 dekabr 2014 16:54
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

Allahi_Unutma

  • 15 dekabr 2014 15:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TƏBİƏTDƏ DOLAŞMAĞI UNUTMAYIN

Tesekkur edirem meslehetler ucun .

♔ sinყσriτα ♔

  • 15 dekabr 2014 15:33
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Hmm Maraqli Idi Istifade Etmey Lazimdi)))

♔๑.Şaнzadəм.๑♔

  • 15 dekabr 2014 15:31
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Maraqli Idi Caliwacam Istifade Edim))

--------------------

Pıtırcık

  • 15 dekabr 2014 13:12
  • Məqalə: 542
  • Şərh: 9780
  • Bal:
{awards}
no XEBEREGOE COX SAG OL

--------------------
http://legend.az/user/imza/

Mrs.IsGenDerLi

  • 15 dekabr 2014 13:00
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
Təşəkkür edirəm....

--------------------


Aylowka)))

  • 15 dekabr 2014 12:46
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Tewekkurler maraqli meqaledi)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

♔ Rapuиzel ♔

  • 15 dekabr 2014 09:35
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
Təşəkkür edirəm....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}