Hyundai Veloster

 
Hyundai Veloster

Gözəllik qurban tələb edir. Gözəl və qeyri-adi avtomobil hazırlamaq üçün Hyundai nəinki müəyyən qurbanlara getməyə razı olub, həm də qeyri-adi eksperimentlər aparıb, yəni beşqapılı hetçbekin arxa qapılarının birini ixtisara salmağı qərara alıb. Qeyd edək ki, "avtomobil.az"ın müxbiri dünyada ilk dördqapılı hetçbeki – Hyundai Veloster avtomobilini testdən keçirib.

Bu avtomobil "C" sinfinə aiddir və ölkəmizdə populyar olan KIA cee'd modelinin bazasında hazırlanıb. Avtomobilin ön hissəsi kifayət qədər aqressiv görünüşə malikdir, amma faraların quruluşu i30 və Solaris modellərini xatırladır və bu, avtomobilin Koreya istehsalı olduğunu dərhal sezdirir. Hetçbekin arxa tərəfinin görünüşü də maraqlıdır: burada iri ölçülü qabarıq faralar, mərkəzdə səsboğucu sistemin borularının ucluqları, iri təkər tağları diqqəti cəlb edir.

Veloster-ə sağ tərəfdən baxdıqda onu arxa qapıda "gizli" dəstəyi olan standart hetçbekə bənzətmək olar, avtomobilin sol tərəfi isə hetçbekdən daha çox, kupeyə bənzəyir, belə ki, bir hissədə bircə qapı var.

Veloster-in salonu olduqca əla işlənib. Burada lazım olan hər şey var və lazımi əşyaların yerini müəyyənləşdirmək çətinlik yaratmır. Sürücü kreslosunda kifayət qədər tənzimlənmə imkanı nəzərdə tutulub. Həmçinin sükan sütununun uzunluğunu və sükanın maillik bucağını tənzimləmək olar. Bu funksiyanın sayəsində istənilən bədən quruluşuna malik sürücü sükanın arxasında özünü tam komfortlu hiss edə bilər. Konsolun mərkəzində 7 düymlük ekranı olan multimedia sistemi naviqasiya funksiyası təchiz olunub ki, bu da nəinki disk vasitəsilə, həm də fləş-kart və ya iPhone vasitəsilə musiqiyə qulaq asmağa imkan verir. Yeddi dinamik və baqaj bölməsindəki sabvufer səslərin keyfiyyətini təmin edir.


Arxa tərəfdə yalnız iki sərnişin yerləşə bilər, çünki arxa divanın mərkəzində oturacaqların arasında stəkan altlıqları quraşdırılıb.

Test-drayv üçün müxbirimiz 1,6 litr həcmə və 132 at gücünə malik benzin mühərriki quraşdırılmış maksimal komplektasiyalı (HIT) avtomobili götürdü. Narıncı rəngdə bu avtomobil çox effektli görünür. Müxbirimiz qeyri-adi xarici görünüşə malik avtomobildən yolda da qeyri-adilik gözləyirdi, amma təəssüf ki, Velostergözləntiləri doğrultmadı: avtomat transmissiya ilə 100 km/saat sürət yığmağa 11,5 saniyə sərf etmək, yumşaq desək, yüksək göstərici deyil. Hərəkət zamanı hetçbek özünü kifayət qədər dinamik avtomobil kimi götürsə də, işıqforun yanında start götürərkən onun digər avtomobilləri dərhal geridə qoyacağını gözləməyə dəyməz.


Geri dön

G♥S

  • 1 yanvar 2015 14:47
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
Gözəllik qurban tələb edir. Gözəl və qeyri-adi avtomobil hazırlamaq üçün Hyundai nəinki müəyyən qurbanlara getməyə razı olub, həm də qeyri-adi eksperimentlər aparıb, yəni beşqapılı hetçbekin arxa qapılarının birini ixtisara salmağı qərara alıb. Qeyd edək ki, "avtomobil.az"ın müxbiri dünyada ilk dördqapılı hetçbeki – Hyundai Veloster avtomobilini testdən keçirib.

--------------------

Gr-Az

  • 18 dekabr 2014 17:39
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

Gr-Az

  • 15 dekabr 2014 18:34
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Cox sagolun..)

G♥S

  • 15 dekabr 2014 16:42
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 15 dekabr 2014 15:06
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Cox Sag Oluun..))

--------------------

Pıtırcık

  • 15 dekabr 2014 14:41
  • Məqalə: 385
  • Şərh: 9498
  • Bal:
{awards}
xebere gore sag olun

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

-Kralica-

  • 15 dekabr 2014 14:37
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkur edirem cox saqolun

--------------------




♔ sinყσriτα ♔

  • 15 dekabr 2014 14:15
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk Werh Menden...Xebere Gore Cox Sag Olun!!!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}