Mədədəki ağrılara yaxşı təsir edən bitki çayları

 
Mədədəki ağrılara yaxşı təsir edən bitki çayları


Yeməklərdən sonra özünüzü mineral su içmək ya da həb istifadə etmək məcburiyyətində hiss edirsinizsə, həzm və qarın ağrıları üçün bitki çaylarından istifadə edə bilərsiniz. Təbii ki, əvvəlcə qaz, köpmə yaradan, mədə yanğısına səbəb olan, qəbizlik və ya ishala səbəb olan şəkərli, ağır yağlı, ədviyyatlı qidaları azaltmalı, qəhvə və spirt qəbulunu məhdudlaşdırmalısınız.
Nanə çayı (əgər mədə yanğınız yoxsa), çobanyastığı çayı və zəncəfil çayı mədəyə yaxşı gələn çaylar arasında ilk 3 sırada yer alır.
Həzm sistemini yaxşı çalışdırmaq üçün bir çox şəfalı bitkini ədviyyat mağazalarında tapa bilərsiniz.
Ancaq son illərdə məşhurlaşan bitki mənşəli müalicə üsulları arasında hansının sizin üçün ən yaxşısı olduğuna qərar vermək, bu qədər çox məlumat fikrlərinizo qarışdıra bilər, sizi çaşdıra bilər. Biz, sizə həzm problemləri, qaz, köpmı və həzmlə bağlı qarın ağrıları üçün qısaca 3 çayı tövsiyə edirik. Bunlar, qazı azaldan, ürək bulanmasını ,həzmsizliyi aradan qaldıran nanə çayı, ürək bulanmasına yaxşı kömək edən, həzmi sürətləndirən zəncəfil çayı və yenə həzmə köməkçi olan, mədə spazmalarını aradan qaldıran a bağırsaq hərəkətini artıran çobanyastığı çayı.
Nanə çayı : Nanə yeməklərdən sonra nəfəsinizi təzələmək xaricində daha bir çox şeyə yaraya bilir. İçərisində olan mentol antispazmodik təsiri ilə həzm sistemində yaranan sıxılmaların qarşısını alar və mədə kramplarını yüngülləşdirər. Xoş qoxusuyla sinirləri yatırar. Mədə turşuması, qaz, qarın ağrısı, çox yeyilən yeməklərdən sonra yaranan narahatlıq hissi də daxil olmaq üzrə bir çox həzm problemi üçün istifadə edilə bilər.
Çobanyastığı çayı : Bitki çayları arasında orta və yüngül mədə problemləri üçün tövsiyə edilən çobanyastığı çayı yanğı səbəbiylə yaranan ağrıları yüngülləşdirmək və mədə turşusunu normallaşdırmaq üçün istifadə edilə bilər. Mədə sıxılmaları, qaz və şişliyi yüngülləşdirər. Bağırsaqları hərəkətləndirərək tualetə çıxmağı təmin edər. Sakitləşdirici xüsusiyyəti ilə stressi və qayğını azaldar.
Zəncəfil çayı : Çobanyastığı və nanə çayı kimi qaz, mədə ağrısı, şişlik kimi yemək sonrası yaşanan problemləri yüngülləşdirmək üçün zəncəfil çayını istifadə edə bilərsiniz. Digərlərindən
fərqli olaraq ürək bulanması və qusma üçün xüsusilə təsirli bir bitki mənşəli çay olmasıdır.
Hər şeydə olduğu kimi bitki çaylarını da normasında qəbul etmək lazımdır, çünki həddindən artıq qəbulu müxtəlif pis təsirlərə yol aça bilər.
Nanə çayı: mədə yanğısı olanlara tövsiyə edilmir, çünki mədə turşusu ifrazını artırar, mədə yanğılarının artmasına səbəb ola bilər.
Zəncəfil çayı: həddindən artıq qəbul edildiyində ishala və dolayısıyla su itkisinə səbəb ola bilər. Çox zəncəfil çayı içmək ağız içində yaraya da yol aça bilər.
Çobanyastığı çayı: sakitləşdirici xüsusiyyəti olan çobanyastığı çayı gün arası qəbul edildiyində yuxu gətirə bilər. Bu səbəblə axşam yeməklərdən sonra içilməsi tövsiyə edilir.

Ayrıca bütün bitki mənşəli çaylar və bitki mənşəli məhsullar üçün etibarlı olan bir başqa qaydaya da diqqət yetirməlisiniz. Bu çaylar təzyiq dərmanları, qan durulaşdırıcı dərmanlar və digər nizamlı istifadə edilən dərmanlar ilə qarşılıqlı təsirə keçəbiləcəyindən həkimlə məsləhətləşilmədən istifadə edilməməlidir. Hamiləlik və əmizdirmə dövründə bitki mənşəli çayların istifadə edilməsi tövsiyə edilməz.


Geri dön

G♥S

  • 20 dekabr 2014 12:17
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
Cox sagol maraqli idi..)

--------------------

Gr-Az

  • 18 dekabr 2014 17:15
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

♔ sinყσriτα ♔

  • 17 dekabr 2014 14:55
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Werhlerrinize Gore Tewekkur Canlarim)))

..::My Black::..

  • 16 dekabr 2014 23:04
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Maraqli ve lazimlidi can cooox tewekkurler)))

Aylowka)))

  • 16 dekabr 2014 23:00
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Ureyim cox sagol lazimli meqaledi)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

♔๑.Şaнzadəм.๑♔

  • 16 dekabr 2014 17:00
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Ilk Werh Menden tongue
Cox Sag Ol Gozelim...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}