Böyük Qədr Qəzvəsi

 
Böyük Qədr Qəzvəsi


Bədr döyüşü müsəlmanlarla Qureyş arasındakı ilk əhəmiyyətli döyüşdür. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Zül Uşeyraya hərəkət edərək mane olmaq istədiyi Qureyş karvanı Şama qaçmağı bacarmışdı. Ancaq, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu karvanın Şamdan qayıtmağını gözləyirdi. Bunun üçün Şam ətrafındakı Həvra bölgəsinə iki nəfər göndərərək karvanla əlaqəli məlumat toplayıb ona gətirmələrini əmr etdi. Bu iki nəfər karvanı müşahidə etdilər və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gələrək karvanın yolda olduğunu xəbər verdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) müsəlmanları bu karvanı ələ keçirmək xüsusunda təşviq etdi. Ancaq, müsəlmanların çoxu çıxmağa əzm etmədilər. Sadəcə 313 nəfər (bu sayın 314 və ya 317 olduğunu deyənlər də vardır.) onun bu təşviqinə tabe olaraq yola çıxdılar. Bunlardan 82-si (və ya 83 və ya 86) mühacirlərdən, 612-i Evsdən və 170-i Həzrəc qəbiləsindən idi. Böyük bir döyüş gözləmədiklərinə görə, kifayət edəcək bir hazırlıq etməyə ehtiyac görmədilər. Yanlarında sadəcə iki at və yetmiş dəvə var idi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ağ bir bayraq əqd edərək onu Musab ibni Umeyrə verdi. Mühacirlərin bayrağını Əli ibni Əbu Talib, Ənsarın bayrağını isə, Səd ibni Muaz daşıyırdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Mədinəyə özünə vəkil olaraq İbni Ümmü Məktumu bıraxdı. Daha sonra onun yerinə Əbu Lübabə ibni Abdul-Munziri göndərdi.


Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Bədrə tərəf yola çıxdı. Bədr 155 km kənarda, Mədinənin cənubi qərbində olan və hər cəhətdən yüksək dağlarla əhatə olunmuş bir sahə idi. Sadəcə üç dənə keçidi vardı. Şimal keçidi ki, bura "uzaq yamac"dır. Cənub keçidi ki, bura "alçaq yamac"dır. Cənub keçidi yanındakı şərq keçidi ki, burdan Mədinə xalqı daxil olardı. Məkkə və Şam arasındakı əsas karvan yolu bax bu sahənin içindən keçirdi. Burada məskunlaşılan yerlər, quyular və xurmalıqlar mövcud idi. Keçməkdə olan karvanlar bura enər və saatlarla və ya günlərlə burada yerləşərdilər. Qureyş karvanının bu sahəyə girməyindən sonra, müsəlmanların bu keçidləri bağlayıb, karvanı təslim olmağa məcbur etmələri həqiqaətən də çox asan idi.

Fəqət, bunun şərti karvanın müsəlmanların hərəkətlərindən xəbərdar olmamalarıydı. Əks halda burada yerləşmədən ətraf yollardan keçib gedərdilər. Bu səbəbdən, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilk əvvəl Bədrə getdiyi təəssüratı verməmək üçün ora başqa bir yoldan getdi.

Qureyş karvanı isə minə qədər dəvəyə yüklənilmiş əlli min dinardan az olmayan müxtəlif dəyərli əşyalarla yüklənmişdi. Karvanın başında Əbu Süfyan idi və özüylə birlikdə sadəcə qırx nəfər var idi. Ancaq, Əbu Süfyan çox diqqətli və ayıq davranırdı. Qarşılaşdığı hər kəsdən müsəlmanların hərəklətlərini soruşurdu. Beləcə, müsəlmanların Mədinədən çıxdıqlarını öyrənmiş oldu. Bədrə yaxınlaşdığı bir məqamda Karvanın istiqamətini qərbə çevirərək sahil yolundan getməyə qərar verdi. Qətiliklə Bədr yolunu tərk etmiş oldu. Ayrıca, bir adam kiralayaraq müsəlmanların çıxdığını xəbər vermək üçün ən sürətli bir şəkildə Məkkəyə göndərdi. Xəbər Məkkəyə çatdıqda burada olan müşriklər müsəlmanlarla döyüşmək üçün dərhal hazırlandılar. Əbu Ləhəbdən başqa qövmün liderlərnin hamısı bu səfərə çıxdılar. Ətraflarındakı digər qəbilələrdən də adam toplayaraq böyük bir orduyla hərəkətə keçdilər. Qureyş boyları içində sadəcə Adiyy oğulları bu səfərə qatılmadı.

Müşrik ordusu Cuhfə bölgəsinə yaxınlaşdıqda Əbu Süfyanın xilas olduğunu bildirən və onlardan geri qayıtmalarını istəyən məktubu çatdı. Müşriklər bu məktubu aldıqdan sonra dönmək qayıtmaq istəsələr də, Əbu Cəhl lovğalıq və qürurundan dolayı onları qayıtmağa qoymadı. Zəhra oğullarından başqa geri qayıdan olmadı. Zəhra oğulları Ahnəs ibni Şərikin əmrində üç yüz nəfərlə geri qayıtdılar. Geridə qalan min nəfərlik Məkkə ordusu uzaq vadiyə, Bədrin lap yaxınlığına qədər yürüşlərinə davam etdilər. Ora, Bədri əhatə edən dağların arxasında qalan geniş bir meydan idi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha hələ Bədrə çatmadan müşriklərin döyüş üçün çıxdıqları xəbərini alan kimi müsəlmanları toplayaraq müşavirə etdi. Əbu Bəkr qalxdı və gözəl danışdı. Sonra Ömər qalxıb yenə gözəl danışdı. Sonra Miqdad qalxaraq belə dedi :

Vallahi ey Allahın elçisi, biz İsrail oğullarının Musaya (Sən və Rəbbin gedin və döyüşün. Şübhəsiz, biz burada oturacağıq) dedikləri kimi demərik. Əksinə, sənin sağında, solunda, qabağında və arxanda döyüşərik. Onun bu sözü Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın üzünü güldürdü və sevindirdi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha sonra : "Mənə fikirlərinizi bildirin, ey insanlar" buyurdu. Bunun üzərinə Ənsarın rəhbəri Səd ibni Muaz ayağa qalxaraq : "Ey Allahın elçisi! Zənn edirəm bizi qəsd edirsən." dedi. O da "Bəli" deyə cavab verdikdə, Səd belə xitab etdi. Səni insanlığa həqiqi bir peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, bu dənizə gedib girsən, biz də səninlə birlikdə girəcəyik. Bizdən heç bir kəs geri çəkilməyəcəkdir. Sabah bizi düşmənimizlə üzbəüz gətirməyinə əsla qarşı olmayacağıq. Biz döyüşdə səbrli və düşmənlə qarşı-qarşıya gəldikdə də sözümüzün sahibi olanlarıq. Ümid olunur ki, Allahu Təala bizim edəcəyimiz xidmət və dəstəklərlə sevindirici nəticələri sənə göstərər. O təqdirdə əmr et, gedək.

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) Sədin belə danışmağına çox sevindi və fərəhləndi. Sonra da belə buyurdu :

"Elə isə, gedin və artıq sevinin. Həqiqətən də, Allah mənə iki dəstədən birinin qələbəsini vəd etmişdir. Allaha and olsun ki, bu anda yerə sərilən düşmənləri görürmüş kimiyəm."

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha sonra hərəkətə keçərək müşriklərin Bədr yaxınlığına gəldikləri eyni gecə, alçaq vadi ətrafındakı Bədr meydanına yerləşdi. Ancaq, Ənsardan Həbbab ibni Munzir burada deyil, düşmənə ən yaxın quyuya qədər irəliləməyi və beləcə, bütün su quyularına nəzarət edərək düşməni susuz bıraqxmağı təklif etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onun bu gözəl fikrini qəbul edib eynilə tətbiq etdi. Düşmənə ən yaxın quyuya mövqe tutub, digər quyuları zay edərək yararsız hala saldılar.

Müsəlmanlar daha sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) rəsulullahı qərargah mərkəzi olaraq istifadə etməyi üçün bir otaq hazırladılar. Buranın müdafiəsi vəzifəsini Səd ibni Muaz rəhbərliyindəki bir qrup gənc Ənsar üzərinə götürdü.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qalxaraq əskərlərini nəzərdən keçirdi. Döyüş meydanında gəzərkən belə deyirdi :

Bu filankəsin ölüsüdür, bu filankəsin ölüsüdür. Sabah inşəallah.

Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) daha sonra otağında namaz və duaya çəkildi. Möminlər o gecəni olduqca rahat və hüzurlu keçirdilər. Allahın da kərim ayədə bildirdiyi kimi yüngül bir yağış endirdi.

«O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.» (Ənfal / 11)

Hicrətin ikinci ili, Ramazan ayının 17-si səhəri iki ordu üzbəüz gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Rəbbinə belə niyaz etdi :

"Allahım! Budur Qureyş, bütün qürur və gücüylə sənə qarşı həyasızlıq edərək, elçini inkar edərək üzərimizə gəlməkdədir. Ey Allahım! Mənə vəd etdiyin zəfəri gerçəkləşdir və onları bu günün sabahında üzü üstə məğlub et."

Sonra əskərlərini sıraya düzərək səflərini düzəltdi və öz əmri gəlmədən döyüşə başlamamaları təlimatını verdi. Və belə dedi :

"Sizə yaxınlaşsalar, ox atın. Ancaq, sizə qarışdıqları halda qılınclarınızı çıxarın."

Sonra Əbu Bəkr ilə birlikdə otağına gedib Allaha yalvarmağa başladı. Yalvarır, yalvarırdı. Hətta belə dedi : Ey Allahım, əgər bu gün bu birlik həlak olarsa, sənə ibadət edən qalmaz. O qədər dua və istək və dua etdi ki, hətta, ridası çiyinlərindən düşdü. Əbu Bəkr qalxaraq yenidən çiyinlərini örtdü və bəsdir ey Allahın elçisi. Rəbbin sənə vəd etdiyini yerinə yetirəcəkdir. Deyərək onu təsəlli etməyə başladı.


Geri dön

G♥S

  • 31 dekabr 2014 01:08
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
tewekkurler meqalencun

--------------------

Gr-Az

  • 18 dekabr 2014 16:30
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
Allah razi olsun..)

--------------------
Ra sheni sakmea

Aylowka)))

  • 17 dekabr 2014 21:59
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Allah razi olsun.Elleriniz derd gormesin..

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

G♥S

  • 17 dekabr 2014 14:35
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Allah razi olsun..)

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 16 dekabr 2014 21:25
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
"Allahım! Budur Qureyş, bütün qürur və gücüylə sənə qarşı həyasızlıq edərək, elçini inkar edərək üzərimizə gəlməkdədir. Ey Allahım! Mənə vəd etdiyin zəfəri gerçəkləşdir və onları bu günün sabahında üzü üstə məğlub et."
ALLAH Razi Olsun...

--------------------

NIGAR

  • 16 dekabr 2014 20:54
  • Məqalə: 636
  • Şərh: 10071
  • Bal:
{awards}
what ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/

♔ sinყσriτα ♔

  • 16 dekabr 2014 20:47
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Ilk Werh Yenede Menden tongue Meqaleye Gelince Allah Razi Olsun)))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 51
Cəmi: 79

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 146
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}